Ümummilli Lider



Yüklə 0,72 Mb.
səhifə20/36
tarix03.01.2022
ölçüsü0,72 Mb.
#46949
1   ...   16   17   18   19   20   21   22   23   ...   36
Əziz ƏLƏKBƏRLİ

filologiya üzrə fəlsəfə doktoru,

AMEA Folklor İnstitutunda

Dədə Qorqud” şöbəsinin aparıcı elmi işçisi


FOLKLORDAN GÖRÜNƏN TARİXİMİZ
Tarixi olduğu kimi qəbul etmək, dərk etmək

və olduğu kimi qiymətləndirmək lazımdır.
Heydər ƏLİYEV
Etiraf edək ki, Azərbaycan tarixşünaslığının bu­günkü səviyyəsi, xüsusilə qədim və ən qədim dövr tarixi­mizin öy­rənilmə vəziyyəti bir çox məqamlarda tarixçi alim­ləri­mizin özünü də qane etmir. Hətta orta əsrlər tariximizdə də belə mübahisəli və qaranlıq səhifələr kifayət qədərdir. Bunun iki ən mühüm – bir obyektiv, bir də subyektiv səbəbi var. Ob­yektiv, yəni bizdən asılı olmayan səbəb ondan ibarətdir ki, bir sıra tarixi həqiqətlərin ortaya qoyulması nə dünən, nə də bu gün dünyanın bir çox elm institutlarının maraq dairəsində olmayıb və deyildir. Zaman-zaman ölkələr və xalqlar impe­rializm caynağından qurtarsalar da, bəzi elm sahələri, xüsu­silə tarixşünaslıq hələ də imperiya ideologiya­larının mono­poliyası altındadır. Dünən tarix səhnəsinə gəlib, bu gün dün­ya ağalığı iddiasında və gücündə olan dövlətlər və millətlər tarixə də bu təfəkkür prizmasından baxır, bu gün əzib keç­dikləri xalqların əcdadlarından mədəniyyət, elm əxz etdik­lərini unudurlar. Dövlətləri və xalqları istədikləri şəkildə ida­­rə etdikləri kimi, tarixşünaslığı da istədikləri qəlibə və çərçivəyə salmağa çalışırlar və çox vaxt da buna nail olurlar.

İkinci – subyektiv səbəb isə ondan ibarətdir ki, “Biz, adətən, tariximizi kənar mənbələrdən öyrənməyə adət etmi­şik. Kənar mənbələrlə yanaşı, bəzən kənar konsepsiyaları da tariximizə kənardan gətirib gəlmişik, mənşəyimizi kənar mənbələrdən öyrənmişik” (Yaşar Qarayev. Ədəbi üfüqlər, Bakı, 1985, s. 18). Halbuki “İstər yunan mənbəyi olsun, istər ərəb, istər erməni – onlar mənbə kimi maraqlıdır, kon­sep­siya kimi yox! Odur ki, Şərq, ya Avropa şərqşünaslığının sxemi ilə yox, öz faktlarımızın, öz dəri və daş abidələri­mi­zin, öz torpağımızda həkk olan etnoqrafik əlamətlərin sxemi, qanu­nu ilə yazmalıyıq mədəniyyətimizin tarixini. Qədim, möh­təşəm ümumşərq abidəsi olan “Avesta”dan ta Qobustana qə­dər!” (Yaşar Qarayev. Ədəbi üfüqlər, Bakı, 1985, s. 18).

Təbii ki, bu, çox ağır, zəhmət tələb edən bir işdir. Çün­ki söhbət bir tərəfdən yandırılmış, məhv edilmiş və ya sax­talaşdırılmış mənbələrdəki tarixi faktların bərpasından gedir­sə, digər tərəfdən artıq elmi ədəbiyyata, fikir və düşün­cələrə yüzillər boyu yeridilmiş, pərçimləşdirilmiş hökm və stereo­tiplərin şüurlardan və kitablardan sökülüb atılaraq tamam yeniləri ilə əvəzlənməsindən gedir. Bunun üçün isə onillər, yüzillər lazımdır. Amma lazımdır!

Lakin bir məsələ var ki, onu tarixçilər və ümumiyyətlə, tədqiqatçılar tez-tez yaddan çıxarırlar. O da metodologiya məsələsidir. Tarixən hər xalqın öz tarixini yaratmaq, yazmaq və yaşatmaq metodu olub və bunu yaddan çıxarmaq lazım deyil. İndi belə bir ifadəni tez-tez təkrar edirlər ki, dünyanın bir sıra xalqları tarix yazanda türklər at belində tarix yara­dıb­lar. Bu, doğrudur! Lakin bu, türklərin yaratdıqları tarixi yaşat­maq qayğısına qalmaması anlamına gəlməz. Sadəcə ola­raq, türklərin bu tarixi yazmaq və yaşatmaq üsulları, me­tod­ları fərqlidir. Tarixin uzun bir dönəmində türklər, bəzi xalqların nümayəndələri kimi, məbədlərin hücrələrinə çəki­lib, tarix kitabları yazmasalar da, bu tarixi yaddaşlarına ya­zıb, dastanlara çevirib, nəsildən-nəslə ötürüblər.

Əslində, bugünkü Avropa tarixçiliyi türkün düşüncə tərzi, əxlaqı üçün də məqbul deyildi, avropalılar özləri ilə yanaşı, başqa xalqların və dövlətlərin tarixini də yazırdılar, çox vaxt da, istədikləri kimi, özlərinin siyasi və etnik maraq və iddialarına uyğunlaşdıraraq yazırdılar, amma türk üçün daha çox öz tarixi, öz yaratdığı, özünə aid olan maraqlı idi və o, tarix “dedi-qoduçuluğu” ilə yox, öz soyuna-kökünə aid qəhrəmanlıqları əbədiləşdirməklə məşğul olur, yeni nəsli də bu ruhda tərbiyə edirdi. Zatən tarixin və tarixşünaslığın son məqsədi də insanların tarixi hadisələrdən ibrət götürməsin­dən başqa bir şey deyil.

Türk tayfaları, tayfa birlikləri içərisində bu işlə məşğul olan xüsusi adamlar var idi. Ona görə də hətta Nizami Gən­cə­vi kimi dahi şair də yazdığı dastanın həqiqətəuyğunluq mə­suliyyətini öz üzərindən atır, oxucunu yazdıqlarına inan­dır­maq üçün onu dastançının dilindən söyləməyə üstünlük verirdi:


Köhnə dastanların qoca ustadı

Öz dastanına belə başladı.




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin