Ümummilli Lider


«Əziz həmvətənlər, bacılar və qardaşlar!



Yüklə 0,72 Mb.
səhifə8/36
tarix03.01.2022
ölçüsü0,72 Mb.
#46949
1   ...   4   5   6   7   8   9   10   11   ...   36
«Əziz həmvətənlər, bacılar və qardaşlar!

Hörmətli xanımlar, cənablar!

Sizi Azərbaycanın Respublika günü, İstiqlal bayramı mü­na­sibətilə təbrik edirəm, sizə dözümlülük, nikbinlik, döv­lət­çi­li­yi­mizin möhkəmlənməsi yollarında dönməzlik və inam, Azər­bay­­canın işıqlı gələcəyi naminə xoşbəxtlik və səa­dət arzula­yı­ram.

1918-ci il may ayının 28-də Azərbaycan torpağında ilk res­­publika – Azərbaycan Demokratik Respublikası yarandı. Azər­­­baycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşamış, mil­­li azad­lıq, istiqlal uğrunda mübarizə aparmışdır. Xalqı­mız çox mi­nil­lik tarixində dəfələrlə, milli döv­lətini yaratmış, la­kin sonralar müxtəlif səbəblər üzündən bun­lardan məhrum ol­muşdur. XX əsrin əvvəllərində Azərbay­can­da milli azadlıq hərəkatı gücləndi. Azərbaycanın de­mokratik qüv­­vələri, mü­tə­fəkkir şəxsləri, siyasi xadimləri yurdumuzun müs­­­təqilliyi uğ­runda, xalqımızın azadlığı uğ­runda mübarizəyə qo­­şul­du­lar. Birinci dünya mühari­bə­si­nin bitməsi ilə əlaqədar ola­­­raq dün­yada baş vermiş dəyişikliklər, sosialist inqilabı nəti­cə­sin­də Rusiya imperiyasının dağılması Azərbaycanda müstə­qil döv­­­lət yaratmaq üçün şərait mey­dana gətirdi. Belə bir şəra­itdə Azər­baycanın demokratik qüvvələri, siyasi xadimləri 1918-ci il ma­yın 28-də ilk Azərbaycan Demokratik Respub­li­­ka­sını elan et­di­lər» (Hey­dər Əliyev. Müstəqilliyimiz əbə­di­dir. İkin­ci kitab, Bakı, Azərnəşr, 1997, s. 5 ).

Analara və bacılara müraciətin başqa bir istiqaməti isə gərgin tarixi şəraitlə bağlı olmuşdur. Belə ki, 1993-cü ilin yayında Azərbaycan son dərəcə ağır vəziyyətdə idi. Ölkə­mi­zin cənubunda separatizm meyilləri baş qaldırmışdı. Azər­bay­can parçalanmaq təhlükəsi qarşısında qalmışdı. O zaman – avqust ayının 23-də Heydər Əliyev televiziya vasitəsilə xal­qa müraciəti zamanı “hörmətli bacılar və qar­daşlar” xitabından istifadə etdi. Müraciətə diqqət yeti­rək:

«Hörmətli həmvətənlər! Bacılar və qardaşlar! Bu gün mən sizə müraciət etmək məqsədilə televiziya studi­ya­sı­na gəlmişəm və bəzi məsələlər haqqında mülahizələrimi, fi­kir­lərimi sizə çatdırmaq istəyirəm.

Azərbaycan xalqı, Azərbaycan Respublikasının vətən­daş­ları ağır günlər keçirirlər, həyatımız son dərəcə gərgin və­ziy­yətdədir. Bu gərginlik iyul ayının əvvəlindən başlamış proseslər­lə müəyyən qədər bağlıdır və ondan sonra həmin prosesləri normal hala salmaq üçün mühüm tədbirlər görül­mə­sinə baxma­yaraq, bu proseslər hələ də tamamilə ləğv olun­­mayıbdır və gərginlik davam edir» (Heydər Əliyev. Müs­­­təqilliyimiz əbədi­dir. Birinci kitab, Ba­kı, Azərnəşr,1997, s. 90).

İkinci dəfə belə bir hal noyabr ayının 2-də baş verdi. Er­mə­­nistan ordusu Azərbaycan sərhədlərini keçərək sər­həd bölgə­lə­rindəki torpaqlarımızın bir qismini zəbt etdi. Bu, müs­tə­qil­liyi­mizə, öl­kəmizin suverenliyinə böyük bir qəsd idi və belə bir təhlükəli mə­­qamda Heydər Əliyev yenə radio və televiziya ilə xalqa mü­ra­ci­ət edərək “hörmətli bacılar və qardaşlar” xitabını dilə gə­tir­di:

«Əziz həmvətənlər, hörmətli bacılar və qardaşlar!

Son vaxtlar erməni silahlı qüvvələrinin Azərbaycan Res­pub­li­kasının ərazisinə yeni hücumları və təcavüzü nəti­cə­sində respublikada yaranmış vəziyyətlə əlaqədar mən bu gün televi­ziya studiyasına gəlib, bəzi fikirlərim və müla­hi­zə­lərim haq­qın­da sizinlə söhbət aparmaq, öz rəyimi bil­dir­mək istəyirəm.

Azərbaycan Respublikası, onun vətəndaşları beş ildən çox­­­­dur ki, müharibə şəraitindədir. Bu müddətdə erməni si­lah­lı qüv­­­vələrinin Azərbaycana qarşı təcavüzü mütəmadi ola­­raq da­vam edib, respublikamızın ərazi bütövlüyü aybaay, il­bə­il pozu­la­­raq, onun torpaqları təcavüzkar tərəfindən işğal olu­nubdur, in­di isə böyük bir qismi işğal altındadır. Son həf­tə­lər Azərbay­can­da, respublikanın Ermənistanla həm­sər­həd bölgə və rayon­la­rın­da və­ziyyət daha da gərginləşmiş, erməni si­lahlı qüv­vələrinin tə­ca­vüz­kar hücumları şiddət­lənmiş və bunun nəticə­sində Füzuli, Cəb­­rayıl rayonlarının cə­nub hissə­sin­də olan yaşa­yış məntəqələri – kəndlər, qə­sə­bə­lər dağıdılıb vi­ran edilmişdir. Bu rayonlar ta­ma­­milə erməni si­lahlı qüv­və­lə­rinin işğalı altına keçmişdir. Sonra Zən­­gilan ra­yonuna hü­cumlar olmuş və nəticə­də bu rayon da iş­ğal edil­mişdir. Be­lə­liklə, respublikamızın və­tən­­daşlarına, həya­tı­na, Azər­bay­ca­nın ərazi bütövlüyünə yeni zər­bələr endirilmiş, in­­­san­­­lar tələf ol­muş, yaralanmış, on minlərlə vətəndaşımız ye­rin­­­­dən di­dər­gin düşüb qaçqına çevrilmişdir» (Heydər Əliyev. Müs­­­təqil­liyimiz əbədidir. Birinci kitab, Bakı, Azərnəşr,1997, s. 227).

Beləliklə, sovet dönəmində səslənən müraciət etiketləri də­yi­­şir, yeni tarixi şəraitə uyğun olan müraciət etiketləri mey­da­na çıxırdı.

1994-cü il oktyabr ayının 4-də isə Xüsusi Təyinatlı Polis Dəstəsinin çevriliş etmək cəhdi ilə bağlı televiziyadakı çıxışı za­ma­nı Heydər Əliyevin öz nitqində işlətdiyi xitablar xüsusi olaraq diqqəti cəlb edir. Belə ki, həmin dövrdə Azər­baycan dövlətçiliyinə ciddi bir təhlükə yaranmışdı. Hərbi qrup­laşmalar hakimiyyət çevrilişi etmək niyyətində idilər. Azər­bay­canın başı üzərində qara buludlar dolaşırdı, Azər­bay­can ölüm­lə üz-üzə dayanmışdı. Məhz o zaman Heydər Əli­yevin xal­qa müraciət etiketi tam yeni bir məzmun çaları qazandı. Həmin mü­raciətin əvvəli belə başlayır:

«Hörmətli həmvətənlər, əziz bacılar, qardaşlar!

Azərbaycan vətəndaşları!

Bu axşam vaxtı mən yaranmış vəziyyətlə əlaqədar ola­raq, televiziya vasitəsilə sizə birbaşa müraciət etmək məcbu­riy­­yə­tin­də­yəm. Dünən televiziya ilə xalqa müraciət edərək son gün­lər Azər­baycanda yaranmış gərgin vəziyyət haqqında məlu­mat ver­dim, öz mülahizələrimi bildirdim və Azər­bay­can xalqını bu və­ziy­yətdən çıxmaq üçün fəaliyyət göstər­mə­yə dəvət etdim» (Hey­dər Əliyev. Müstəqilliyimiz əbədidir. İkinci kitab, Bakı, Azərnəşr,1997, s. 355).

Çıxışın sonuna yaxın isə müraciət belə davam edir:

«Mən Azərbaycanın qadınlarına müraciət edirəm. Ana­lar, bacılar cəmiyyətdə sülh yaranması üçün həmişə böyük va­si­təçi olmuşlar. Ağbirçək analar həmişə öz övladlarına öyüd-nəsihət verməklə onları düz yola dəvət etmiş­, bu yolla get­mələrinə çalış­mışlar. Hörmətli analar, bacılar! Hör­mət­li gəlinlər, qızlar! Mən sizə müraciət edirəm. Bu ağır dəqi­qə­lərdə ayağa qalxın, fəaliyyət göstərin, küçələrə çıxın, Pre­zi­dent Aparatının qarşısına gəlin. Öz cəsarətinizlə, qadınlıq qey­rətinizlə bu vəziy­yətdən çıx­ma­ğa kömək edin» (Heydər Əli­yev. Müstəqil­liyimiz əbədi­dir. İkinci kitab, Bakı, Azər­nəşr, 1997, s. 359-360).

İlk dəfə olaraq Heydər Əliyevin xalqa müraciətində “ana­­lar və bacılar”la yanaşı “gəlinlər və qızlar” ifadəsi də işlənir. Bu, həmin vaxt Azərbaycan dövlətçiliyinin son dərə­cə təhlükəli və­­ziy­yət qarşısında qalmasının bir göstəricisidir. Belə bir müra­ciətdən sonra Azərbaycan xalqının bütün tə­bəqələrdən olan nü­ma­yəndələri Prezident Aparatı qarşısın­da cəmləşdilər və Azər­bay­can öz lideri ətrafında birləşib yaran­mış növbəti təhlükəni dəf edə bildi.

Heydər Əliyevin nitqlərində xalqa müraciət etiketləri həm də unu­dul­maz bir tarixdir. Müraciət etiketlərinin məz­munu və istiqaməti sü­but edir ki, Heydər Əliyev dərin dövlət adamıdır. Heydər Əli­ye­vin özü dərin bir dövlətdir.




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin