Ümumtəhsil məKTƏBLƏrində TƏhsilin keyfiyyətinin yüKSƏldilməsində pedaqoji monitorinq və qiyməTLƏndirməLƏrin rolu



Yüklə 112 Kb.
səhifə8/12
tarix10.01.2022
ölçüsü112 Kb.
#110574
1   ...   4   5   6   7   8   9   10   11   12
Kəmiyyət üzrə qiymətləndirmə ilə əsasən müəyyən mə­sə­lə­yə münasibət, dəyər verilməsi, təhsil­alan və təhsilverənlərin dav­ranış tərzi, iş münasibətləri, qarşılıqlı rəf­tarı və s. öy­rə­ni­­lir və “kim?”, “ne­çə?”, “nə qə­dər?”, key­fiy­yət üzrə qiymətləndirmə zamanı isə təhsil­ala­nın, həmçi­nin təhsilve­rə­nin fəaliyyət sahəsi ilə bağlı bilik, bacarıq və vər­diş­lə­rinin səviyyəsi müəy­yən edilir və “necə?”, “ üçün?”, “nəyə görə?”, “nə səbəbə?” suallarına ca­vablar axta­rı­lır.

Kəmiyyət üzrə qiymətləndirmə zamanı say­la xa­rakterizə edi­lən toplanmış informasi­ya xüsusi pro­qramla emal və təh­lil olunur və keyfiyyət üzrə qiymətləndirməyə keçidi təmin edir.

Qeyd edək ki, kəmiyyət qiymətləndirilməsindən fərqli ola­raq keyfiyyət qiymətləndirilməsi təh­sil­ve­rənlərin təh­sil­alanlar­da “” haqqında düşün­məkdən daha çox “necə” dü­şün­məyə ke­çid ba­ca­rıq­larının formalaşdırılmasına nail olmağı tələb edir.

Qiymətləndirmənin kəmiyyət və ya keyfiyyət üzrə aparıl­ma­sından asılı olmayaraq, onun aşa­ğı­da­kı alqoritm (ardıcıllıq) əsasında həyata keçirilməsini zəruri hesab edirik:

1. Qiymətləndirmənin məqsədi müəyyən edilir – Qiymətləndirməni aparan Mən nəyi qiymətlən­dir­­mək (ölçmək) istəyirəm? sualına cavab verir.

2. Qiymətləndirmənin seçilmiş məqsədə uyğun aparılma­sı üçün nə­ la­zım ol­du­ğu aydınlaş­dı­rı­lır – Qiymətləndirmək üçün nə (qiymətləndirmə tapşırıqları, sorğu vərəqləri) la­zımdır?

3. Ölçmək üçün nə lazım olduğu aydınlaşdırıldıqdan sonra nəyin la­zım ol­acağı müəyyən edilir – Bunun üçün necə test hazırlanmalı, in­for­masiya toplanmalıdır?

4. Toplanacaq informasiyanın da­­ha eti­barlı olması üçün onların əldə edil­mə yerləri təyin olu­nur – Onları necə (test aparmaqla, sorğu keçirməklə) əldə etmək olar?

5. Əldə edilmə yerləri təyin olunduqdan son­ra qiymətləndirmənin necə aparılması, informasi­ya­nın toplanması müəyyən edilir – Mən testi necə apara və informasi­ya­nı ne­cə toplaya bilərəm?

6. Test və toplanan informasiyanın kompüterlə emal edil­məsi üsu­lu seçilir – Nə üçün bu üsuldan istifadə edirəm?

7. İnformasiya emal edilir, nəticələri təhlil olunur, yekun təkliflər hazırlanır və hə­ya­ta keçiril­məsi üçün qərar qəbul edilir.

Məsələn, ümumtəhsil məktəbinin birinci sinfinə qəbul olu­nan uşaq­larla təlim-tərbiyə işi­nin sə­viy­yəsi ibtidai sinif mü­əl­limlərinin peşəkarlığı ilə yanaşı, onların uşaq­lar haq­qın­da bir sıra zə­ruri in­formasiyaya malik olmalarından, məktəb praktik-psixoloqları ilə iş birliyindən ciddi şəkildə asılıdır. Bu isə müəl­lim­lərin və mək­təb psixoloqlarının məktəbə (1) məktəbəqədər təhsil mü­əs­si­sə­lə­rindən gəl­miş “Uşaq­ların mək­təbəqədər fəa­liy­yəti ilə bağlı İnkişaf xəritəsi” ilə tanış ol­ma­­sını, (2) ai­lələr­dən gəlmiş uşaqlar üçün valideynlərlə sorğu əsa­sında “İnkişaf xəritəsi” tərtib et­mə­sini, (3) uşaqların il­kin səviyyəsini müəyyənləşdirməsini və əldə olunan informasiyadan məq­sədə­uy­ğun fay­dalan­ma­sı­nı zəruri edir. Ümumi təhsil səviyyəsində təlim pro­sesinin hər bir təhsilalanın fərdi xü­su­siyyətlərinin nə­zərə alın­maq­la qu­rulması üçün fənn müəllimlərinin ibtidai təhsil səviy­yəsini bi­tirmiş və V sinfə qə­bul edil­miş şagirdlərlə dərs ili­nin əv­vəlində diaqnostik qiymətləndirmə (monito­rinq) apar­ma­ları­nı və ya on­­ların ibtidai sinif müəllimi və məktəb praktik-psixoloqunun birgə tərtib etdik­ləri “İbtidai təh­sil sə­viyyəsi üzrə İnkişaf xə­ritəsi” ilə tanış ol­malarını məqsədəuyğun hesab edirik.

Beləliklə, müəllim davamlı olaraq toplanan informasiya əsasında təhsil­ala­nın fəaliyyə­ti­ni qiy­mət­­lən­dirir və onu isti­qa­mətlən­di­rir. Təhsil sahəsi ilə bağ­lı obyekt, pro­se­s və ya pro­ses işti­rakçıla­rı­nın fəaliy­yə­ti­nin qiy­mət­ləndiril­mə­si isə pe­da­qo­ji qiy­mət­ləndirmə ilə həyata keçirilir.


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin