Управляющему ООО «Стройбаза Рыбинская»



Yüklə 96,25 Kb.
tarix22.06.2018
ölçüsü96,25 Kb.
#54486



_________________________________________________________________________

MEMARLIQ MÜSABİQƏSİ

Haqqında

ƏSASNAMƏ
«KNAUF MATERİALLARI – GƏNC MEMARLARIN SEÇİMİ!»

Müsabiqənin təsisçisi:

«Knauf Marketing Baku» MMC, www.knauf.az



Müsabiqənin təşkilatçısı:

Azərbaycan Memarlar İttifaqı, www.uaa.az



Bakı 2015

_________________________________________________________________________


Memarlıq müsabiqəsi

«KNAUF materialları – gənc memarların seçimi!»


  1. ÜMUMİ MÜDDƏALAR

1.1. Sosial əhəmiyyətli ictimai və yaşayış obyektlərinə, onların keyfiyyətli və məqsədli xüsusiyyətlərinin estetik səviyyəsinin yüksəldilməsi mövzusuna artan ictimai marağı nəzərə alaraq, müsabiqənin təsisçisi ”Knauf Marketing Baku” MMC (daha sonra – KNAUF) və müsabiqənin təşkilatçısı Azərbaycan Memarlar İttifaqı ilə «Knauf materialları – gənc memarların seçimi!» müsabiqəsinin keçirilməsi barədə qərar qəbul edilib.
1.2. Müsabiqənin təşkilatçısı:

Azərbaycan Memarlar İttifaqı

Bakı şəh., Murtuza Muxtarov küç., ev 24

Tel.: (+994) 12 594 69 32

www.uaa.az
1.3. Müsabiqənin təsisçisi:

«Knauf Marketing Baku» MMC

Bakı şəh., A. Zeynallı 31/33

Tel.: (+994) 12 497 79 08

www.knauf.az

1.4. İnformasiya dəstəyi:

Memar Jurnalı, Respublika Qəzeti, Day.az, Apa İnformasiya Aqentliyi, AZMİU, Qərb Universiteti, Rəssamlıq Akademiyası, Xəzər Universiteti və s.


1.5. Müsabiqənin coğrafiyası

Müsabiqə Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir


1.6. İndiki Əsasnamədə istifadə edilən əsas anlayışlar

Bu Əsasnamədə aşağıdakı əsas anlayışlardan istifadə olunur:


Müsabiqə – istənilən hüquqi və ya fiziki şəxsin iştirak edə biləcəyi reklam aksiyasıdır. Aksiya zamanı müsabiqənin Təsisçisi və Təşkilatçısı tərəfindən təsdiq edilmiş və qiymətləndirmə kriteriyalarına cavab verən müxtəlif memarlar, dizaynerlər (müəlliflər) tərəfindən hazırlanmış memarlıq layihələri nümayiş olunacaqdır.
Müsabiqənin təsisçisi – müsabiqənin keçirilməsi üçün xüsusi hüquqa malik olan və müsabiqənin təşkilinə və keçirilməsinə vəsait ayıran hüquqi bir şəxsdir.
Müsabiqənin təşkilatçısı müsabiqənin keçirilməsi, hazırlanması və təşkili üzrə işlər həyata keçirən hüquqi bir şəxsdir.
İştirakçı – müsabiqədə iştirakın təsisçi və təşkilatçı tərəfindən təstiq edilən istənilən fiziki və ya hüquqi şəxsdir.
Mükafatlar – müsabiqənin nominasiyaları üzrə qaliblərə verilən mükafatlar.
Qalib – müsabiqədə iştirak üçün ərizə verən və müsabiqənin nominasiyasında qaliblərinin müəyyənləşdirilməsi sistemi üzrə ən yüksək bal alan memar, dizayner (müəllif).
Nominasiya – memarlıq layihələrinin təqdim olunması zamanı tematik kateqoriya tərkibindən mükafat verilməsi üçün ən yaxşı layihələr seçilir.

_________________________________________________________________________



İnformasiya tərəfdaşları – müsabiqənin keçirilməsinin bütün mərhələlərində onun işini işıqlandıran elektron və yazılı kütləvi informasiya vasitələri.
2. MÜSABİQƏNİN PROQRAMI

2.1. Müsabiqənin predmeti olaraq, yaşayış və ictimai təyinatlı layihələrin KNAUF materialları və sistemlərinin istifadəsi ilə tərtibli (Əlavə № 3) çıxış edir.

Cari müsabiqə üçün memarlıq layihəsi dedikdə, yaşayış və ictimai təyinatlı obyektlərin tikintisinə aid layihə sənədlərinin memarlığa dair hissəsi nəzərdə tutulur ki, bura da mütləq olaraq mühəndisin iştirakı ilə hazırlanan sosial, funksional, iqtisadi, mühəndisliyə aid texniki, yanğından mühafizə, sanitar-gigiyenik, ekoloji, bədii-mühəndis həll və başqa tələblər aiddir.

2.2. Müsabiqə açıq müsabiqə qaydalarına uyğun olaraq bir turda keçirilir və bura memar münsiflər heyətinin müqayisə və qiymətləndirməsi nəticəsində müsabiqə qalibinin müəyyən edilməsi və daxildir.

2.3. Müsabiqənin məqsəd və vəzifələri:


  • KNAUF materiallarının (Əlavə № 3) tətbiqi ilə hazırlanmış ən yaxşı layihələrin seçilməsi;

  • Memarlıq və layihə təcrübəsinə KNAUF-a aid yeni texnoloji həllərin tətbiqi;

  • KNAUF materiallarının istifadəsi ilə həll olunmuş memarlıq layihələrinin nüfuzunun artırılması;

  • KNAUF məhsulları haqda informasiyanın yayılması;

  • Memarların KNAUF brendinə və məhsullarına loyallığının artırılması.

2.4. Müsabiqənin tələbləri:

  • Əlavə № 3-də qeyd olunan KNAUF məhsullarının tətbiqinə yaradıcı yanaşma;

  • KNAUF-a aid texnoloji həllərin savadla tətbiqi.


3. MÜSABİQƏNİN NOMİNASİYALARI

3.1. Müsabiqəyə memarlıq layihələri və aşağıdakı nominasiyaların tətbiqi mərhələsində olan layihələr qəbul olunur:



1) “Yaşayış binalarının interyerində KNAUF materialları”:

Müsabiqəyə mənzil, fərdi yaşayış evləri və yaşayış kompleksləri interyerlərinin layihələri qəbul olunur.



2) “İctimai binaların interyerində KNAUF materialları” :

Müsabiqəyə biznes, alış-veriş mərkəzlərinin, mehmanxanalar, idman tikililərinin, idman-müalicə komplekslərinin, ictimai iaşə obyektlərinin, uşaq bağçaları, məktəb, poliklinika, xəstəxana, teatr, kino, sərgi zallarının və s. layihələri qəbul olunur.


4. MÜSABİQƏ ÜÇÜN NƏZƏRDƏ TUTULMUŞ MEMARLIQ LAYİHƏLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİNİN ƏSAS MEYARLARI

4.1. Bədii və kompozisiya birliyi, ümumi memarlıq həllinin bütövlüyü, müsabiqənin məqsəd və öhdəçiliklərinə yaradıcı yanaşma.

4.2. Layihə həllinin standartdan kənar və orijinal olması.

4.3. KNAUF sistem və materialları tətbiqinin binanın (obyektlərin) funksional təyinatına uyğun şəkildə əsaslı seçimi.

4.4. Layihə həllinin bitməsi, tətbiqə yararlılığı.

4.5. Müsabiqə sənədlərinin və materialların müntəzəm təqdimatı, estetik layihə qrafikası.

4.6. KNAUF material və sistemlərinin geniş və yaradıcı tətbiqi.
5. MÜSABİQƏNİN MÜNSİFLƏR HEYƏTİ VƏ SƏSVERMƏ

5.1. Layihə işlərinin baxılması və qiymətləndirilməsi, qaliblərin müəyyən edilməsi üçün münsiflər heyəti təyin edilir.

5.2. Münsiflər heyətinin tərkibi toplantının keçirilməsindən bir həftə əvvəl müəyyən edilir. Münsiflər heyətinə: münsiflər heyətinin sədri və üzvlər: memarlar, KNAUF şirkətindən ekspertlər daxildir.
_________________________________________________________________________
5.3. Toplantının keçirilmə tarixi haqda müsabiqə iştirakçıları Təşkilatçı tərəfindən bir həftə əvvəldən gec olmayaraq xəbərdar ediləcək.

5.4. Münsifər heyəti öz işini 5 nəfərdən ibarət tərkiblə, təqdim olunan işlərin anonimliyi qorunmaq şərtilə yerinə yetirir. Münsiflər heyətinin nəticə təqdimatı əsasında qaliblərin seçim protokolu tərtib olunur.

5.5. Qiymətləndirmə hər nominasiyada, memarlıq layihələrinin qiymətlən­dirilməsi kriteriyalarına uyğun olaraq, 1-dən 5 bala qədər şkala üzrə keçirilir.

Qalib qazanılmış balların sayına əsasən müəyyənləşdirilir. Əgər layihələr eyni miqdarda bal yığarlarsa, onda əlavə seçim göstəricisi olaraq istifadə olunmuş KNAUF materiallarının dəyəri nəzərə alınır. Qalib olaraq daha çox KNAUF materialı istifadə olunan layihə hesab edilir.

5.6. Münsiflər heyətinin qərarı cari Müqavilənin 5.5. bəndində qeyd olunmuş qayda üzrə səs çoxluğuyla qeyd edilir.

5.7. Əgər təqdim edilmiş layihələr cari Müqavilənin 4-cü bəndində qeyd olunmuş tələblərə uyğun deyilsə, onda Münsiflər heyəti təqdim olunmuş nominasiyalar üzrə heç bir qalib seçməmək hüququna malikdir.

5.8. Münsifər heyəti təqdim olunmuş nominasiyalar üzrə bütün qaliblər arasında ən yaxşı layihəni seçir.

5.9. Qaliblər və səsvermə nəticələri münsiflər heyətinin işi bitdikdən sonra 10 gün ərzində elan edilir.

5.10. Münsiflər heyətinin qərarı qətidir və apellyasiya tətbiqinə məruz qalmır.

6. MÜSABİQƏNİN MÜKAFATLARI

6.1. Müsabiqənin nəticələrinə uyğun olaraq, münsiflər heyətinin qərarıyla hər nominasiya üzrə 1 layihə qalib sayılaraq:

Müsabiqənin hər nominasiyada I-ci yeri qazanmış 2 qalib - cari müqavilənin 6.2. bəndinə əsasən Almaniyaya səfər sertifikatı əldə edirlər;

Müsabiqənin hər nominasiyada II -ci yeri qazanmış 2 qalib - cari müqavilənin 6.3. bəndinə əsasən dəyərli hədiyyələr əldə edirlər;

Müsabiqənin hər nominasiyada III -cü yeri qazanmış 2 qalib - cari müqavilənin 6.4. bəndinə əsasən dəyərli hədiyyələr əldə edirlər.

6.2. Müsabiqənin 2 nəfərdən ibarət qalibləri KNAUF-un zavodununa və nümunəvi obyektlərinə səfər təminatı daxil olmaqla, Almaniyaya səfər sertifikatı ilə təltif edilirlər.


6.3. Müsabiqənin II yeri qazanmış dəyərli hədiyyələr ilə təltif olunurlar.

6.4. Müsabiqənin III yeri qazanmış dəyərli hədiyyələr ilə təltif olunurlar.

6.5. Qaliblərin təltif olunması cari Müqavilənin 6.1.-6.5. bəndlərinə uyğun olaraq həyata keçirilir, hədiyyələrin pul ekvivalenti təqdim olunmur.

6.6. Qaliblər haqda informasiya müsabiqənin informasiya tərəfdaşları olan kütləvi informasiya vasitələrində dərc olunacaq.

6.7. Müsabiqə qaliblərinin layihələri, o cümlədən informasiya tərəfdaşları tərəfindən seçilmiş işlər müsabiqə Təsisçisinin razılığı əsasında memarlıq sərgilərində nümayiş oluna bilər. Bu işlər informasiya dəstəyi əldə edərək tərəfdaş olan kütləvi informasiya vasitələrində həyata keçirilir və aşağıdakı məqsədlərlə istifadə olunurlar:


  • Müsabiqənin informasiya tərəfdaşları olan kütləvi informasiya vasitələrində yerləşmə;

  • Təsisçinin reklam kompaniyasının təşkili;

  • Təsisçinin və Təşkilatçının saytında yerləşmə.


7. MÜSABİQƏNİN İŞTİRAKÇILARI

7.1. Müsabiqə açıq sayılır. Müsabiqədə Azərbaycanda yaşayan hər 18 - 30 yaş arasında fiziki şəxslər (memarlar, dizaynerlər, müvafiq profilli ali məktəblərin tələbələri və s.) və hüquqi şəxslər (memarlıq və dizayn-studiyasında, tikinti şirkətləri və s.) iştirak edə bilərlər. İştirak fərdi halda mümkündür.

7.2. Müsabiqəyə bir iştirakçı hər nominasiya yalnız 1 layihə təqdim edə bilər. Bütün layihələr yeni, əvvəllər tətbiq olunmamış və müsabiqə elan edilmiş vaxtdan hazırlanmış olmalıdır.
_________________________________________________________________________
7.3. Müsabiqə iştirakçısı Təsisçi /Təşkilatçı tərəfindən şəxsi informasiyanın: soyadın, adın, mobil telefonun, poçt ünvanının, elektron poçt ünvanının aşağıdakı məqsədlərə görə işlənilməsinə / müxtəlif dəyişilmələr edilməsinə razı olmalıdır:


  • Statistik informasiyanın toplanması və işlənməsi;

  • Bu informasiyanın III şəxslərə qaliblərin təltif olunması üçün ötürülməsi

7.5. Ərizə-anketin təqdim olunması ilə müsabiqə iştirakçısı təsdiq edir:

  • layihənin müəllifi olmasını (hər hansı üzündənköçürmə müsabiqədən kənarlaşmaya səbəb olur)

  • müsabiqədə öz və III şəxsin (əgər III şəxs layihədə varsa) iştirakına öz razılığını;

  • III şəxs tərəfindən narazılğı olduğu halda layihənin müsabiqədən uzaqlaşdırılmasına razılığını;

  • III şəxs tərəfindən narazılıq təqdim olunduğu halda müsabiqə iştirakçısı həmin şəxsin hüquqlarının pozulmamasına görə məsuliyyət daşımasını.

7.6. İştirakçı müsabiqədə ola biləcək bütün xərcləri, o cümlədən internet, telefon, mükafatların təqdimetmə yerinə getmək üçün xərcləri öz üzərinə götürür.

7.7. Müsabiqənin Təsisçisi/Təşkilatçısı müsabiqədən qanunlara və tələblərə cavab verməyən layihənin çıxarılmasına hüququna malikdir.

7.8. Münsiflər heyətinin, müsabiqə Təsisçisi/Təşkilatçısıının işçilərinin, o cümlədən onların ailə üzvlərinin müsabiqədə iştirak etmək hüququ yoxdur.

7.9. Müsabiqədə iştirak pulsuzdur.

7.10. Müsabiqənin gedişi barədə mütəmadi yeniləşən ətraflı məlumatı müsabiqə Təsisçisinin rəsmi internet səhifəsində tapmaq olar.
8. MÜSABİQƏ İŞTİRAKÇILARININ QEYDİYYATI

8.1. Müsabiqədə iştirak etmək istəyənlər iştirak üçün anket-ərizəni müsabiqə təsisçisinin poçtuna, elektron poçtuna göndərməli və ya şəxsən özünə təqdi etməlidir (Əlavə 1).

8.2. İştirakçının qeydiyyata alınması yalnız Ərizə-anketinin Təsisçisi tərəfindən alınması təsdiq edildikdən sonra həyata keçirilir.

8.3. İştirak üçün Ərizə-anketlərin 18.12.2015 tarixə qədər qeydiyyata alınır.


9. LAYİHƏLƏRİN MÜSABİQƏYƏ TƏQDİMATI

9.1. Müsabiqənin bütün iştirakçıları kütləvi informasiya vasitələrində dərc olunmağa və layihələrin müsabiqəyə aid sərgilərdə nümayişinə Razılığı imzalamalı (Əlavə 2).

9.2. Bütün materiallar (“Ərizə-anket”, “Razılıq”) və müsabiqə layihəsinin qrafik təsviri elektron şəkildə və ya şəxsən Təşkilatçının özünə 18.12.2015 tarixdən gec olmayaraq aşağıda qeyd olunan ünvana çatdırılmalıdır.

Azərbaycan Memarlar İttifaqı

M. Muxtarov küç., ev 24

Tel.: (+994) 12 594 69 32

uaa@uaa.az

www.uaa.az
10. MÜSABİQƏ MATERİALLARININ TƏRKİBİ VƏ ONLARA QOYULAN TƏLƏBLƏR

10.1. Ərizə-anketdə aşağıdakı informasiyaları qeyd etmək lazımdır (mətn faylı, format doc., txt):


  • nominasiya;

  • layihənin adı;

  • müəllifin adı, soyadı, atasının adı;

  • əlaqəli şəxs, mobil telefon, elektron ünvan;

  • şəhər;

  • şirkət / büro;

  • təklifin əsas ideya və konsepsiyasını özündə cəmləşdirən layihənin Azərbaycan dilində qısa xülasəsi (1000 işarəyə qədər);

  • layihələndirmə və tikintinin (əgər mövcuddursa) başa çatma tarixinin qeyd olunması;

_________________________________________________________________________




  • layihənin nə vaxt və hansı məqsədlə: müsabiqə, konkret sifariş üçün və s. icra olunmasının göstərilməsi;

  • müsabiqə haqda ilk informasiya mənbəyinin göstərilməsi.

10.2. Qrafik materialları tərkibinə aid edilməlidir:

  • obyektin qrafik əksi (5 ədəddən az olmayaraq), qrafik fayl, format TİFF və ya jpg 300 dpi ilə, vektor və raster cədvəli olan kompinasiya edilmiş pdf, raster şəkillərin versiyası 300 dpi-dən az olmamaq şərti ilə. Əkslərin heç birində nəticələrin anonim aparılması ilə əlaqədar müəllif haqda hər hansı informasiya olmamalıdır;

  • aksonometriya və ya perspektiv (yuxarıdan görüntü).

10.3. Layihələrdə eksplikasiyalı cizgilərlə yanaşı obyekt haqda əsas informasiya göstərilməlidir:

  • layihənin tətbiq olunması üçün konstruktiv tikinti materialları;

  • layihədə istifadə olunan KNAUF material və sistemlərinin adları;
  • obyektin ümumi sahəsi, “Yaşayış binalarının interyerlərində KNAUF materialları” və “İctimai binaların interyerlərində Knauf materialları” nominasiyalarında interyerin sahəsi.


  • cizgi və proyeksiyalar (əlavələr həmçinin) imzalanmalıdırlar;

  • əlavə proyeksiyaların və cizgilərin müəllif tərəfindən meyarı çox da kiçik olmamaq şərtilə müəyyən olunur. Bütün cizgilərin əsas ölçüləri və şaquli qeydlər olmalıdır.

10.3. Müəllif memarlıq qrafikasından (kompüter variantı həmçinin) istifadə edə bilər. Əsas məqam – müsabiqə materiallarının kütləvi informasiya vasitələrində və planşetlərdə dərc olunma mümkünlüyü.
11. MÜSABİQƏNİN BAŞA ÇATDIRILMASI

11.1. Müsabiqənin yekunları bütün müsabiqə iştirakçılarına fərdi elektron məktublar, qaliblərə həmin müsabiqənin təşkilatçısı tərəfindən fərdi zənglər vasitəsilə və müsabiqəyə informasiya dəstəyi verən KİV-də rəsmi dərc edilməli məlumatlar vasitəsilə və həmçinin Təşkilatçının / Təsisçinin istəyinə görə əyani müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində yerinə yetiriləcək. Müsabiqənin qaliblərinin mükafatlandırılması mərasiminin tarixi və vaxtı haqqında qaliblər Təşkilatçı tərəfindən bu tarixə bir həftə qalmışa kimi məlumatdırılacaqlar.

11.2. Almaniyaya yollanmaq üçün sertifikatlar əyani mükafatlandırma mərasimində verilir

11.3. Viza almaq üçün lazım olan fərdi məlumatlar haqqında (səfirliyin saytında göstərilən) zəruri sənədlərin siyahısı olmazsa, həmçinin, xarici pasportun fəaliyyət müddəti səfər bitən tarixdən 6 aydan az olarsa müsabiqənin iştirakçısı Almaniyaya səfərdən məhrum qalır və səfər xərclərinə bərabər olan kompensasiya pulu almır.

11.4. Təşkilatçı / Təsisçi qaliblərin layihələrini sərbəst girişi olan sərgi meydanlarında, o cümlədən də xaricdə göstərmək hüququna malikdir.

11.5. Təşkilatçı / Təsisçi istəyindən asılı olaraq müsabiqədə iştirak edən layihələrin KİV-də müəllifləri haqqında məlumatlar göstərilməklə dərc edilməsi hüququna malikdir.


12. XÜSUSİ ŞƏRTLƏR
12.1. Müsabiqədə iştirak edərək iştirakçılar razılaşırlar ki, onların adları və soyadları müsabiqənin Təşkilatçısı tərəfindən reklam məqsədi ilə dərc oluna bilər və İştirakçıların əlavə razılığı və onlara hər hansı ayrıca əlavə haqqın ödənilməsi olmadan istifadə edilə bilər.

12.2. Müsabiqədə iştirak onu göstərir ki, iştirakçılar onun keçirilməsi ilə bağlı sözügedən Əsasnamədə qeyd olunan qaydalar ilə tanış və tam razıdırlar.

12.3. Müsabiqəyə göndərilən iş, iştirakçılara qayıtmır.

_________________________________________________________________________


13. ƏLAQƏ

Müsabiqənin təşkilatçısı:
Müsabiqə layihələrinin verilməsi və müsabiqədə iştirakla bağlı suallar üzrə
Azərbaycan Memarlar İttifaqı

Bakı şəh., Murtuza Muxtarov küç., ev 24



Tel.: (+994) 12 594 69 32

uaa@uaa.az

www.uaa.az

Müsabiqənin təsisçisi:
«Knauf Marketing Baku » MMC

AZ 1000, Bakı şəh., A.Zeynallı 31/33, Sahibtac Biznes Mərkəzi, 1-ci mərtəbə



Tel.: (+994) 12 497 79 08

info@knauf.az

www.knauf.az
14. KNAUF MATERİALLARINDAN İSTİFADƏ MƏSƏLƏLƏRİ ÜZRƏ TEXNİKİ MƏSLƏHƏTLƏŞMƏLƏR / İNFORMASİYA DƏSTƏYİ
Hacıyev Aydın: hajiyev.aydin@knauf.az, (+994) 50 358 23 31

İsmayılov Orxan: ismayilov.orkhan@knauf.az, (+994) 50 277 28 52

Həsənova Lalə: hasanova.lala@knauf.az, (+994) 50 271 56 52

_________________________________________________________________________



Əlavə №1

"Knauf materiallar – gənc memarların seçimi!"

Memarlıq müsabiqəsində iştirak üçün

Ərizə-Anket

Müsabiqə layihələrinin qəbulunun başa çatması – 18.12.2015





Müəllifin S.A.A.

 

Təşkilatın / büronun adı




Poçt ünvanı və indeksi




Əlaqələndirici şəxs




Mobil telefon




İş telefonu




E-mail




Vəzifə




Nominasiya /

Layihə, reallaşmaq üzrə olan layihə

(lazım olanı qeyd etmək)

Nominasiyalar:

"Yaşayış binalarının interyerlərində KNAUF materialları"

"İctimai binaların interyerlərində KNAUF materialları"


Layihənin adı




Layihənin azərbaycan dilində başlıca ideyasını və təklif olunan qərarların konsepsiyasını açıqlayan qısa təsviri (maks. 1000 simvol)


Müsabiqə haqqında informasiya mənbəyi

Cavab variantları:

  • Xüsusi mətbuat nəşri (adını qeyd etmək)

  • İnternet portalı (adını qeyd etmək)

  • Xüsusi tədbir (adını qeyd etmək)

  • Əməkdaşların/Həmkarların tövsiyəsi

  • KNAUF-un meneceri (familiyasını qeyd etmək)

  • AMİ-nin əməkdaşı (familiyasını qeyd etmək)

  • Digər


İştirak qaydalarını dəqiqləşdirmək üçün telefon: (+994) 12 497 79 08 / (+994) 12 594 69 32

Doldurulmuş anket «KNAUF müsabiqəsi» qeydi ilə poçtla göndərilir: uaa@uaa.az.



İştirakçıların diqqətinə! Qeydiyyat forması - memarlıq müsabiqəsi «KNAUF materialları – gənc memarların seçimi!» haqqında Əsasnamənin 10.2 - 10.4-cü bəndlərində qeyd olunan əlavə materiallar olmadan qəbul edilmir.

_________________________________________________________________________


Əlavə №2

MEMARLIQ - TİKİNTİ TƏDBİRLƏRİNDƏ VƏ SƏRGİLƏRDƏ LAYİHƏLƏRİN GÖSTƏRİLMƏSİ VƏ KİV-DƏ DƏRC OLUNMASI BARƏDƏ

RAZILIQ

«KNAUF materialları – gənc memarların seçimi!» müsabiqəsinin rəsmi iştirakçısı olan memar (müəllif) ________________________________________________________________,

layihənin (lərin) göstərilməsini təsdiq edən

nominasiya (lar)_____________________________________________________________

__________________________________________________________________________

Tikinti-memarlıq tədbirlərində və sərgilərdə və müsabiqənin tədbirlərində sözügedən layihənin (lərin) kütləvi informasiya vasitələrində dərc olunmasında.

Müəllifə, həmçinin bildirilir ki, onlar müsabiqəyə verilən layihəyə aid təqdim olunan məlumatların ("müsabiqə haqqında Əsasnamənin" şərtlərinə əsasən) düzgünlüyünə görə məsuliyyət daşıyır.
Layihənin (-lərin) göstərilməsi və dərc edilməsi zamanı əlavə məlumat kimi göstəriləcək:

Müəllifin S. A. A._________________________________________________________

Ölkə ________________________ Şəhər _____________________________________

Həmçinin, müəllifin istəyi ilə:

tel. ______________________________________________________________________

faks _____________________________________________________________________

е-mail ____________________________________________________________________
Müqavilə ilə tanış oldum:
İmza _______________________________________________________________

«____»______________2015-ci il


Müsabiqə iştirakçısının işinin açıqlanmasına və dərcinə imzalanmış razılıq olmadan yol verilmir!

_________________________________________________________________________


Əlavə №3
Memarlıq müsabiqəsi olan «KNAUF materialları – gənc memarların seçimi!» üçün təqdim olunan layihələrdə istifadə üçün təklif olunan KNAUF materialları və sistemləri haqqında məlumatları www.knauf.archi-project.az saytında görə bilərsiz. İstifadə üçün KNAUF-un bütün məhsullar çeşidi tövsiyə olunur. Materialların qısa siyahısı aşağıdakı cədvəldə göstərilib.

  1. AQUAPANEL ®


  • AQUAPANEL Sement lövhə daxili və xarici

  • AQUAPANEL Komplektləşdirici




  1. KNAUF-lövhə

  • Nəmədavamlı (GKLN)

  • Nəmə və odadavamlı (GKLNO)

  • Odadavamlı (GKLO)

  • Standart (GKL)




  1. KNAUF-Diamant

  • KNAUF-Diamant

  • Komplektləşdirici




  1. KNAUF-Fireboard

  • KNAUF-Fireboard

  • Komplektləşdirici




  1. KNAUF-Safeboard

  • KNAUF-Safeboard

  • Komplektləşdirici




  1. KNAUF-İnsulation

  • Mineral mahlıc falqalı

  • Mineral mahlıc falqasız




  1. KNAUF-Cleaneo

  • KNAUF-Cleaneo

  • Komplektləşdirici




  1. KNAUF-AMF asma tavanlar




  1. KNAUF-profil

  • İstiqamətləndirici

  • Tavan

  • Dayaq

  • Digər profillər




  1. Quru tikinti gips qarışıqları

  • Rotband

  • MP-75

  • Fugen

  • Perlfix

_________________________________________________________________________





  1. Quru inşaat üçün komplektləşdiricilər

  • Quru tikinti və mala prosesləri üçün komplektləşdiricilər

  • Digər lentlər

  • Asqılar




  1. Bərkidici məmulatlar




  1. KNAUF-alətlər

14-ci bənddə qeyd olunan telefon nömrələri ilə əlaqə saxlayın bütün çeşidlər haqqında məlumat ala bilərsiz.







Yüklə 96,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin