62) Hirşprunq xəstəliyi zamanı aqanqlionar zona ən çox harada yerləşir?
A) Düz bağırsağın aralıq hissəsində
B) Total olaraq bütün yoğun bağırsaqda
C) Rektosiqmoidal hissədə
D) Köndələn çənbər bağırsaq nahiyəsində
E) Düz bağırsağın ampulyar hissəsində
Ədəbiyyat : Ç. Quliyev “Uşaq cərrahlığı” 2008 səh 439
63) Hansı anatomik əlamət həm yoğun bağırsağın xarici səthində, həm də nazik bağırsağın xarici səthində mövcuddur?
A) Zolaqlar
B) Köndələn şırı mlar
C) Limfa düyünləri
D) Çömçələr
E) Piy artı mları
Ədəbiyyat : K. Ə. Balakişiyev. İnsanın normal anatomiyası 1979səh 86
64) Aşağıdakılardan hansı intraperitoneal üzvdür?
A) Böyrəklər
B) Qalxan çənbər bağırsaq
C) Mədə
D) Enən çənbər bağırsaq
E) Qaraciyər
Ədəbiyyat : K. Ə. Balakişiyev. İnsanın normal anatomiyası 1979 səh 95
65) Aşağıdakılardan hansı ekstraperitoneal üzvlərə aiddir?
A) Qalxan çənbər bağırsaq
B) Dalaq
C) Mədə
D) Kor bağırsaq
E) Böyrəklər
Ədəbiyyat : K. Ə. Balakişiyev. İnsanın normal anatomiyası 1979 səh 95
Dostları ilə paylaş: |