59) Aşağıdakı xəstəliklərdən hansı ödemli xayalıq sindromuna daxil deyil?
A) Morqan hidaditinin nekrozu
B) Xayanın travması
C) Orxoepididimit
D) Kvinke ödemi
E) Xayanın burulması
Ədəbiyyat : Ç. Quliyev “Uşaq cərrahlığı” 2008 səh 592
60) Nə üçün praktiki baxımdan xaya burulmasını kəskin orxitlə differensasiya etmək çox vacibdir?
A) Hər ikisində konservativ müalicə göstərişdir
B) Xaya burulmasında konservativ müalicə, orxitdə cərrahi müalicə vacibdir
C) Hər ikisində təcili cərrahi müdaxilə göstərişdir
D) Xaya burulmasında təcili cərrahi müdaxilə, orxitdə konservativ müalicə vacibdir
E) Xaya burulmasını əllə düzəltmək olar
Ədəbiyyat : Ç. Quliyev “Uşaq cərrahlığı” 2008 səh 592
61) Qarnın ön divarı əzələlərinin aplaziyası patologiyasının əsas xüsusiyyəti hansıdır?
A) Qarındaxili təzyiq çox olur
B) Aplaziya ikitərəfli kriptorxizm və sidikçıxarıcı yolların atoniyası ilə müştərək rast gəlinir
C) Aplaziya tez - tez rast gəlinir
D) Xəstələr ishaldan əziyyət çəkirlər
E) Uşaqlar fiziki inkişafdan qalmırlar
Ədəbiyyat : Ç. Quliyev “Uşaq cərrahlığı” 2008 səh 387
Dostları ilə paylaş: |