Ustad Hüseyn Ənsariyan


Bə`zi əyləncələr haqqında



Yüklə 1,03 Mb.
səhifə43/48
tarix22.10.2017
ölçüsü1,03 Mb.
#9300
1   ...   40   41   42   43   44   45   46   47   48

Bə`zi əyləncələr haqqında


Asudə vaxtlarda dostlar və qohumlarla görüşmək, ev işlərində ailəyə kömək etmək, bə`zi ictimai tədbirlərdə iştirak etmək, elmi və dini yığıncaqlara qatılmaq, faydalı kitablar oxumaq, İslam tarixi ilə tanış olmaq, şe`r və ədəbiyyat mütaliə etmək, ümumi mə`lumatlara yiyələnmək olar. Bütün bunlardan əlavə aşağıdakı seçimləri apara bilərsiniz:

1. Üzgüçülük, qaçış, avarçəkmə, futbol kimi idman növləri üzrə müsabiqələr təşkili; bu qəbil müsabiqələr İslam baxımından nəinki caizdir, hətta fiziki və mə`nəvi sağlamlıq üçün bəyənilmiş bir işdir. Bir şərtlə ki, bu işlərdə harama yol verilməsin. Qeyd etməliyik ki, cıdır və oxatma yarışlarında şərt kəsmək, qalibləri mükafatlandırmaq olar. Bu işi həm iştirakçılar, həm də təşkilatçılar görə bilər.

2. Müxtəlif oyunlar; İslam baxımından müəyyən şərtlər daxilində oyunların təşkilinə icazə verilir. Bu oyunlarda qumar alətlərindən istifadə etmək, insana fiziki və mə`nəvi zərəri olan hallara yol vermək, udub-uduzmaqla bağlı şərt kəsmək, israfçılıq, kiminsə malının məhvi, səmərəsiz əyləncələr, insanların təhqiri yol verilməzdir. Bu yollar insanların fiziki və mə`nəvi sağlamlığına faydalı olarsa, onları düşmənlə mübarizəyə hazırlayarsa daha yaxşıdır.

Bir şəxs ov dalınca qaçırdı. Amma onun məqsədi həmin heyvanı ovlamaq yox, hərkət etməklə sağlam olmaq idi. İmam Cavaddan (ə) həmin şəxs haqqında soruşdular. Həzrət buyurdu: “Əgər boş yerə, əyləncə üçün belə etmirsə eybi yoxdur.”1

Bir qrup rəvayətdən belə mə`lum olur ki, həzrət Peyğəmbər (s) çaparlar arasında müsabiqə keçirər, qalibləri mükafatlandırarmış.2

Bə`zən həzrət özü də at və dəvə müsabiqələrində iştirak edərmiş. İmam Sadiq (ə) buyurur: “Bir bədəvi həzrət Peyğəmbərin (s) yanına gəlib onunla dəvə müsabiqəsi keçirmək istəyini bildirdi. Həzrət onunla razılaşdı. Bu müsabiqədə bədəvi ərəb həzrət Peyğəmbəri (s) ötüb keçdi. Peyğəmbər (s) səhabələri və yaxınlarına üz tutub buyurdu: ”Siz mənim dəvəmi tə`rifləyib çox yuxarı qaldırdınız. Allah istədi ki, onu aşağı endirsin.”3

3. Audio və video cihazlardan istifadə; peyk anteni, internet, televiziya, radio, teatrda nümayiş etdirilən faydalı proqramlara baxmaq olar. Sadəcə həmin proqramlar düşüncə və əxlaqa mənfi tə`sir göstərməməli, dini müqəddəsliklərə qarşı yönəlməməlidir. İnsan bütün gününü bu proqramlara sərf edə bilməz. İşi gücü mavi ekran qarşısında əyləşmək olan şəxs öz mühüm və vacib vəzifələrini yerinə yetirə bilməz. Bu sahədə böyüklərin uşaqlara nəzarət etməsi zəruridir.

4. Təbiət mənzərələri və tarixi məkanların seyri; səhraya çıxmaq, dağa qalxmaq, gözəl şəlalələri seyr etmək, sıx meşələri dolaşmaq, göz işlədikcə uzanan dənizlərə baxmaq, quşların gözəl nəğmələrini dinləmək, səmaya göz gəzdirmək, ulduzlara baxmaq insanın ruhunu oxşayır, Allahın qüdrət və əzəmətindən danışır. Allah-taala buyurur: “De ki, yer üzərində gəzsinlər və Allahın varlıq aləmini necə yaratdığını görsünlər.”4

İstənilən bir ölkədə və şəhərdə tarixi abidələr mövcuddur. Bu tarixi abidələrin, viran qalmış sarayların və şəhərlərin seyri insanı qəflət yuxusundan oyadır, ona Allahın qüdrətini xatırladır. Bə`zən bu səhnələrdən birinə baxmaq bütöv bir kitab oxumaqdan tə`sirli olur. Allah-taala buyurur: “De ki, yer üzünü gəzsinlər, günahkar insanların hansı aqibətə düçar olduğunu görsünlər.”1

Musiqi və avaz


Müəyyən şərtlərə malik olan musiqi və avazı oxumaq və dinləmək olar:

a) Avazın mətnində batil və şərab və açıq saçıqlığın vəsfi kimi əxlaqa zidd sözlər olmasın; qadın gözəlliyini təsvir edən aşiqanə şe`rlər olmasın;

b) Musiqi insanın şəhvətini oyatmamalı, onun düşüncəsini kütləşdirməməlidir; oxunan və ya dinlənilən musiqi şərab, narkotik maddələr, cinsi fəsadlara həvəsləndirməməli, pozğun mühitə münasib olmamalıdır;

c) Dinlənilən musiqi xalqın nəzərində işrət məclislərinə xas musiqi kimi tanınmamalıdır.

Əgər hər hansı musiqidə yuxarıda sadalanan üç xüsusiyyətdən biri olarsa, həmin musiqini dinləmək, oxumaq, öyrənmək, öyrətmək caiz deyil. Həzrət Peyğəmbər (s) buyurur: “İlk dəfə nəğmə oxuyan İblis oldu.”2 İmam Sadiq (ə) buyurur: “Nəğmə oxunan evdə qəfil ölümlər baş verər, dualar qəbul olmaz, mələklər oraya enməz.”3

Haram musiqinin mənfi tə`sirləri


Haram musiqinin bir sıra zərərləri vardır:

a) Bu musiqilər insanı təqva halından uzaqlaşdırır, ona şəhvət və fəsad səhnələrini xatırladır; rəvayətlərdə deyilir: “Nəğmə nifaq yaradır, yoxsulluğa səbəb olur, pərişanlıq gətirir.”1 Nifaq özü fəsada bulaşma, təqvadan uzaqlıq ruhiyyəsi yaradır.

Bə`zən oğlanlar və qızlar məclisdə bir-birlərinə qatılır, həmin məclislərdə oxudulan musiqinin tə`sirindən bütün həya pərdələri yırtılır, fəsadlar baş verir. Bu səbəbdən də hədisdə bildirilir ki, musiqi həya-iffəti, namus-qeyrəti insanın əlindən alır, insan danışdığı sözün, onun haqqında deyilənlərin fərqinə varmır.”2

b) Haram musiqi insanı vecsizləşdirir, Allahı yaddan çıxarır; “Loğman” surəsinin 6-cı ayəsində buyurulur ki, insanlardan bə`ziləri boş və mə`nasız sözləri satın alırlar. Rəvayətlərə əsasən, bu ayədə həmin haram musiqi nəzərdə tutulmuşdur.3

c) Haram musiqi insanın psixologiyasına mənfi tə`sir göstərir, onun əsəblərini zəifləşdirir; informasiya vasitələrində bildirilir ki, musiqiyə ifrat aludə olan insanların psixikası korlanır, düşüncə qüvvələri zəifləyir. Belələri hətta beyin iflicinə düçar olurlar.

ç) Haram musiqi insanın diqqətini kütləşdirir, onu ətrafda baş verən hadisələrdən qəflətdə saxlayır; illətlərin, xüsusi ilə gənc nəslin ayıqlığı dünya imperialistlərini daim qorxuya salmışdır. Onlar bütün vasitələrlə insanları biganələşdirməyə, ictimai-siyasi hadisələrdən kənarda saxlamağa çalışırlar. Onlar bu yolla millətlərin və məmləkətlərin var-dövlətini asanlıqla qarət edə bilirlər. Narkotik maddələrin, əxlaqsız filimlərin, haram musiqilərin yayılması həmin azğın qüvvələrin maraqlarına xidmət edir. Düşünməyin ki, kozinolar və gecə klubları yalnız qazanc üçün açılır. Bu fəaliyyətlərdə əsas məqsəd insanların siyasi düşüncəsini kütləşdirməkdir.


Sual: Bugünki döyüş vasitələri, tank, təyyarə ilə müsabiqə keçirib şərt bağlamaq olarmı?

Cavab: Bəli. Bu kimi sahələrdə udmaq üçün şərt bağlamaq caiz sayıla bilər.
Sual: Üzgüçülük, qaçış, güləş, futbol kimi yarışlarda şərt bağlamaq, insanların mə`lumatlılıq səviyyəsini artırmaq üçün şərt bağlayıb Qur`an müsabiqələri, elmi müsabiqələr keçirmək olarmı?

Cavab: Bu kimi sahələrdə şərt bağlamaq olmaz. Amma həmin müsabiqələrdə iştirak etməyən bir şəxs və ya müəssisə müsabiqədə qalib gələnlərə hədiyyə verə bilər.
Sual: Şahmat, kart və nərd kimi əslində qumar üçün düzəldilmiş vasitələrin müsabiqəsini keçirmək, şərt bağlamadan onlardan istifadə etmək olarmı?

Cavab: Vacib ehtiyata əsasən, hətta əyləncə məqsədi ilə şərt bağlamadan bu vasitələrlə oynamaq caiz deyil. Amma ola bilər ki, bir vaxt qumar aləti sayılan şey sonradan həmin adla tanınmasın. Bu halda şərt bağalamadan həmin alətlərdən istifadə etmək olar.
Sual: Sehr-cadu öyrənmək və onu tətbiq etmək olarmı?

Cavab: Bu iş haramdır. Amma layiqli insanlar sehri batil etmək, onu gücdən salmaq üçün müəyyən həddə öyrənə bilər.
Sual: Gipnoz, gözbağlayıcılıq caizdirmi?

Cavab: Əyləncə xatirinə bu işləri görməyin eybi yoxdur. Amma bu işdə məqsəd haqqı batil, batili haqq göstərməkdirsə, ona icazə verilmir.
Sual: Sün`i yuxunun (hipnozun) hökmü nədir?

Cavab: Əgər bu iş insanın həyatı üçün təhlükə törətməsə və ya müəyyən xəstəliklərin müalicəsində səmərəli olsa, onu haram saymağa əsas qalmır.
Sual: Qadının qız toyunda, qadınlar arasında oxumasının hökmü nədir?

Cavab: Əgər oxuduğu batil deyilsə və naməhrəm kişi onun səsini eşitmirsə, eybi yoxdur. Amma vacib ehtiyata əsasən, bu hökm yalnız qız toylarına aiddir və başqa məclislərə şamil olunmur.
Sual: Narkotik maddələr istifadə edilən, əxlaqsız filmlər nümayiş olunan, rəqs və günah məclislərində iştirak etməyin hökmü nədir?

Cavab: İstənilən bir günah məclisində iştirak etmək haramdır. Yalnız məclisdəkiləri günahdan uzaqlaşdırmaq üçün həmin məclisə qatılmaq olar. Əgər çox böyük günah ehtimalı varsa, bu günahın qarşısını almaq üçün uyğun məclisdə iştirak etmək mümkündür. Əgər bir insan məclisin günah məclisi olduğunu bilməyib ona qatılarsa və sonradan mə`lum olarsa ki, məclis günah məclisi imiş, bu işin qarşısını ala bilmədiyi təqdirdə oranı tərk etməlidir.
Sual: Qeyri-İslami məmləkətlərə müsafirət, orada qalmaq caizdirmi?

Cavab: Əgər insan əmin olsa ki, orada onun əqidə və əməli üçün təhlükə yoxdur, qala bilər. Qeyri-İslami məmləkətdə ailə-övladlarının azacağından qorxan şəxs imkan olan kimi e`tibarlı olan bir yerə köçməlidir.

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin