Ustad Hüseyn Ənsariyan


İyirmi dördüncü fəsil İctimai rabitələr və ünsiyyət qaydaları



Yüklə 1,03 Mb.
səhifə44/48
tarix22.10.2017
ölçüsü1,03 Mb.
#9300
1   ...   40   41   42   43   44   45   46   47   48

İyirmi dördüncü fəsil

İctimai rabitələr və ünsiyyət qaydaları


İnsan ictimai bir varlıqdır, onun həyatının böyük bir hissəsini ətrafdakılarla rabitələr təşkil edir. O öz ictimai rabitələrində başqalarının elm və təcrübəsindən bəhrələnir, öz bilik və təcrübəsini başqalarına öyrədir. Bəli, insan cəmiyyətdən faydalanır, cəmiyyətə fayda verir. Bu səbəbdən də İslam dini insanın ictimailiyini onun guşənişinliyindən üstün tutur, camaat və cümə namazları, Həcc, ehtiyaclılara zəruri haqların ödənməsi, sileyi rəhm (yaxınları yoxlamaq), xəstələrin yoxlanması, mö`minin dəfni, dostlarla görüş kimi göstərişlər verir. Bu göstərişlərə əməl edən mö`min şəxs daim ətrafla rabitədə olur, tanışlarının vəziyyətindən xəbər tutur. Digər bir tərəfdən cəmiyyət okean tək genişdir. Bu cəmiyyətdə ne`mət və gözəlliklərlə yanaşı, bir sıra təhlükələr var. Cəmiyyət arasına çıxan insan üçün müəyyən mənfi tə`sirlər gözlənilir. Bu bəlalardan qorunmaq üçün onun səbəbləri ilə mübarizə aparmaq, eyni zamanda bir qədər kənarda dayanmaq lazımdır. Məhz bu məqamda cəmiyyətin sağlamlığında mühüm rol oynayan iki göstərişə əməl etmək lazım gəlir.

İnsanlara ehtiram və onların hüquqlarına riayət olunması


Bir qrup insan ictimai rabitələr zamanı özünü göstərməyə çalışır, gördüyü yaxşı işləri gözə soxur. Belələri təkəbbürlü rəftarları ilə özlərini yuxarı qaldırmağa, məsxərə, təhqir, qeybət, böhtan vasitəsi ilə ətrafdakıları alçaltmağa çalışırlar. Bə`ziləri də başqalarının haqqını tapdayıb, zülm yolu ilə onların qazancını əllərindən alırlar. Şübhəsiz ki, bu qəbil rəftarlar əxlaqa ziddir, azğın nəfs istəklərindən, şeytani meyllərdən qaynaqlanır. İnsan öz nəfsi ilə vuruşub bu kimi əməllərdən uzaq qalmalı, insanlara hörmət göstərib onların haqlarını möhtərəm saymalıdır. Bu yönümdə hamının bildiyi hikmətli bir buyuruq var: “Özünə qıymadığını başqalarına qıyma.”

İslamın salamlaşmaq, əl tutmaq, qucaqlaşmaq, münasibətlərdə insafı gözləmək kimi göstərişləri səmimi rabitələrin yaradılmasına, zülmün qarşısının alınmasına xidmət edir.

Bəli, müsəlmanlar bir-birləri ilə qardaş kimi rəftar etməli, bir-birinin hüquqlarını və şəxsiyyətini qorumalıdırlar. Onların münasibətlərində əsas me`yar ədalət, ehsan, sədaqət, qarşılıqlı hörmət, fədakarlıq, asayişin qorunması, sirr saxlamaq olmalıdır. Müsəlmanlar qeybət, böhtan, həsəd, təkəbbür, macəraçılıq, axtarış aparmaq, yalan, söz gəzdirmək, hiylə, məsxərə, xəyanət kimi çirkin işlərdən çəkinməlidirlər.

Bütün müsəlmanlara vacibdir ki, ətrafdakılarla, xüsusi ilə ata-anaları ilə, tərbiyəçi və ustadlarla, qonşular və yaxınlarla, din böyükləri və alimlərlə, onlara yaxşılıq etmiş istənilən bir şəxslə İslami me`yarların əsasında rəftar etsinlər, başqa müsəlmanların problemlərinin aradan qaldırılmasında fəal olsunlar. Xüsusi ilə məhrumlara, zəiflərə, qocalara, müsibət görmüş insanlara diqqətli olmaq lazımdır. İmam Sadiq (ə) buyurur: “İmanlı insanlar bir-birlərinin qardaşı, vahid bir bədən üzvləri kimidirlər. Bədənin bir hissəsi ağrıdıqda dərd o biri hissələrinə də tə`sir göstərir.”1 Sə`di necə də gözəl demişdir:


Bir cana şərikdir bəşər övladı,

Bir gövhərdən insanların həyatı.

Bədənin bir üzvü ağrıyan zaman,

Bütün bədən ağrıyasıdır ondan.

Şərik deyiləsənsə elin qəminə,

Düzgün deyil insan deyilsin sənə.1
Mö`min insan müsəlmanların halına yanmalı, onlara biganə qalmamalıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kəs müsəlmanların işinə əhəmiyyət vermədən sübhü açsa müsəlman deyil.2

Maraqlıdır ki, müsəlmanlar qeyri-müsəlmanlara münasibətdə məs`uliyyət daşıyırlar və İslam dinində bu münasibətlər qanunlarla tənzimlənir. Müsəlman şəxs qeyri-müsəlmanla bağladığı müqaviləni pozmamalı, və`dinə xəyanət etməməli, onu aldatmamalı, ona əskik satmamalı, onun əmanətinə xəyanət etməməli, ona zülmdən çəkinməlidir. İslam nəzərindən hətta qeyri-müsəlman şəxs də insandır və onun insanlıq haqlarına hörmət göstərilməlidir. Həzrət Əli (ə) Malik Əştərə əhdnaməsində yazır: “Öz tabeçiliyində olanlarla yırtıcı sifətlər kimi rəftar etmə, çünki onlar iki qrupdurlar: Ya sənin din qardaşlarındır, ya da yaranışda sənin kimi bir varlıqdırlar.”3


Salam insanlar arasında dostluq üçün bir yoldur


Söhbətimizin bu məqamında salam və onun əhəmiyyəti haqqında danışsaq yaxşı olar. Əksər insanlar görüşdükləri vaxt bir-birlərinə məhəbbətlərini bildirir, bir-birlərinə dua edib sağlamlıq arzulayırlar. Bu münasibət bə`zən sözdə, bə`zən əməldə özünü göstərir. İnsan qarşı tərəfə öz dili, əli ilə və ya başqa bir şəkildə məhəbbətini bildirir. Dostluq əlaqəsini bildirmək üçün müsəlmanlar arasında daha çox müraciət olunan yollardan biri salamlaşmaqdır. “Salamun ələykum” yə`ni Allah səni salamat etsin. Bu mübarək və pak bir salamdır. Qur`ani-kərimdə də salam məhəbbəti bildirmə vasitəsi kimi təqdim olunur. Saleh əməl sahibləri behiştdə bir-birlərini salamlayırlar.1 Salam təkcə müsəlmanlara xas deyil. İslamdan öncəki qövmlər arasında da salamlaşma olmuşdur. Mələklər namə`lum qiyafədə həzrət İbrahimin görüşünə gəldikləri vaxt onu salamladılar və həzrət İbrahim də onların salamını aldı.2

Bu mövzuda bir neçə hikmətli buyuruğu nəzərdən keçirək:

Həzrət Peyğəmbər (s) buyurur: “Sözə salamla başlayın, salamsız sözə başlayana cavab verməyin.”3

İmam Sadiq (ə) buyurur: “Salam verməkdən çəkinən şəxs paxıldır.”4

Mə`sumlardan nəql olunmuş hədislərdə bildirilir ki, yoldan ötən şəxs yolda dayanana, ayaq üstə olan şəxs oturana, süvari piyadaya, qatıra süvar olmuş şəxs ulağa süvar olana, ata süvar olmuş şəxs qatıra süvar olana salam versin.5 Bəli, bahalı nəqliyyatda əyləşmiş insan salam verməlidir! Aydın olur ki, bu göstərişlər bir növ təkəbbür və lovğalıqla mübarizədir. Bə`ziləri sərvət sahibi olduğundan ona salam verilməsini gözləyir. Təəssüf ki, dövrümüzdə salam itaəti bildirmək vasitəsi olmuşdur. Yoxsullar varlılara, zəiflər güclülərə salam verirlər. İnsanın azadlığını təcəssüm etdirəsi salam bu gün onun özündən varlı və güclülərə müt`iliyini izhar vasitəsi olmuşdur.

Həzrət Peyğəmbər (s) uşaqları salamlayardı. Həzrət buyururdu ki, onun qiyamətədək tərk etməyəcək beş işdən biri məhz budur.6

Qeyd edək ki, həzrət Peyğəmbər (s) salam verməyi müstəhəb, onun cavabını almağı vacib saymışdır.7


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin