Ustad Misbah Y?zdi



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə127/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   123   124   125   126   127   128   129   130   ...   156
Əbədi öyüd 2022

2. İSLAMDA ŞƏFAƏT
A)  dünyada şəfaət  –  amma şəfaətin qəbul etdiyimiz
mə’nasından əlavə,  başqa iki mə’nası da var.  Bunlardan biri
dünyada şəfaətdir.  İnsan mə’sum imamları vasitəçi seçməklə
Allahdan öz duasının qəbul olmasını istəyir.  Amma
unutmamalıyıq ki,  belə bir şəfaət olmadan da dua qapısı
açıqdır.  Sadəcə,  şəfaət duanın qəbul olması üçün Allahın öz
bəndəsinə açdığı digər mərhəmət qapısıdır.  Yə’ni şəfaət
gücləndirici amildir.  Bu amil olmazsa da,  dua qapısı açıqdır.
Hər kəs, hər vaxt, hər yerdə Allaha üz tutsa, tövbə edib, istəyini
diləyə bilər.  Amma mə’sumlardan yardım almaqla dua etmə
yolunu da Allah özü qoymuşdur.  Qur’ani-kərimdə oxuyuruq:
“Onlar...  Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də
onlar üçün əfv istəsəydi,  əlbəttə,  Allahın tövbələri qəbul edən
və mərhəmətli olduğunu bilərdilər.”  Mə’lum olur ki,  şəfaət
duanın tez qəbul olunmasına zəmanət verir.  Amma şəfaət
yeganə dua yolu deyil və şəfaət olmadan da dua etmək
mümkündür. Allah övliyalarına “təvəssül” etmək, onları vasitə
seçməkdən ibarət olan şəfaət isə yalnız gücləndirici amildir. Bu
yoldan istifadə edənlərin ilahi mərhəmətdən faydalanma imkanı
daha çoxdur.  Bizim iman və mə’rifətimiz zəif olduğundan
Allahla əlaqə yolumuz da dardır. Amma şəfaət yolu daha geniş,
daha möhkəmdir.  Bu yolla ilahi dərgaha yaxınlaşmaq daha
asandır.
Unutmamalıyıq ki,  Allah bəndələrinin duasını daha da
asanlaşdırmaq üçün belə bir yol qərar vermişdir. Mə’sumlardan
üz döndərib, Allaha təkbaşına yaxınlaşmaq qərarına gələn insan
özünü Allahın böyük bir lütfündən məhrum edir. Axı nə üçün
Allahın ne’mətlərindən imtina etməliyik?!  Peyğəmbər və


153
imamları vasitəçi seçməyi özünə sığışdırmayan insan şəfaət
ne’mətindən
məhrum
olur.  Allah-təala
peyğəmbərdən
bağışlanma diləməyi özünə sığışdırmayan münafiqlər  –  nifaq
əhli haqqında buyurur:  “(Ya Peyğəmbər)  sən onların
bağışlanmasını diləsən də, diləməsən də fərqi yoxdur. Onsuz da
Allah onları bağışlamayacaq.”
Bir daha qeyd edək ki,  şəfaət qapısı olmasaydı da,  Allahla
əlaqə yolu vardı. Amma şəfaət yolu ilə əlaqə daha möhkəm olur
və daha asan başa gəlir.
B) Axirətdə şəfaət – digər bir şəfaət axirət dünyasına aiddir.
Allah-təala mə’sum imamların istəyi əsasında bə’zi insanları
cəhənnəm odundan çıxarır.  Yə’ni Allaha imanı olan,  məhşər
səhnəsinə imanla daxil olan,  Əhli-beyt  (ə)  şəfaətinə nail olan
insanlar behiştə yol tapa bilirlər. Demək, belə bir şəfaət imanını
günahda əridənlərə yox,  imanı yerində olanlara aiddir.
Dünyadan
imanla
gedənlər
böyük
günaha
yol
vermədiklərindən, bə’zi saleh işlər gördüklərindən onların kiçik
günahları bağışlanır və şəfaətə nail olurlar.  Bağışlanma
yollarından
biri
böyük
günahlardan
çəkinməkdir.
Qur’ani-kərimdə buyurulur:  “O yaxşılıq edənlər ki,  kiçik
günahlar istisna olmaqla, böyük günahlarından və rəzil işlərdən
çəkinərlər.”  Bəli,  böyük günahlardan çəkinənlərin bağışlanma
imkanı daha genişdir.  Unutmayaq ki,  kiçik günahların təkrarı
(israrı)  da böyük günah sayılır.  Demək,  böyük günaha yol
verməyən və kiçik günahlarını təkrarlamayanların bağışlanması
asan olur.  Hətta tövbə etmədən günahdan çəkinənlər üçün
bağışlanma yolu var.  Tövbə də bağışlanmaq üçün bir yoldur.
Üçüncü bağışlanma yolu isə şəfaətdir. Şəfaət tövbə etməmiş və
ya tövbəsi qəbul olmamış imanlı insanlara aiddir.  Onlar bir
müddət bərzəx aləmində  (qiyamətə qədərki ruhlar aləmində)
cəzalandırıldıqdan sonra şəfaət vasitəsi ilə bağışlanacaqlar.
Onların bağışlanma səbəbi malik olduqları imandır.  Amma
imanı olmayan,  namaz və digər əmrləri yüngül sayanlar
şəfaətdən məhrumdur.  İmam Sadiq  (ə)  can üstə olarkən


154
yaxınlarını toplayıb buyurdu:  “Namazı yüngül tutanlar bizim
şəfaətimizə nail olmaz.” 
Əvvəldə qeyd olunduğu kimi şəfaətin bu mə’nasının şərti var.
Şərt budur ki,  insan məhşər səhnəsinə imanla gəlsin.  İmanını
günahlarda əritmiş insan şəfaətdən məhrumdur.  Şəfaət
günahların bağışlanmasına köməkdir.  Əslində isə əsas
bağışlanma amili Allaha imandır.  Sadəcə,  Allah-təala öz
mərhəmətindən Peyğəmbər və imamların şəfaətini gücləndirici
bir
səbəb
etmişdir.  Şəfaətin
arxasında
ciddi
məntiq
dayandığından onu əsassız güzəşt hesab etmək olmaz.  Şəfaət
heç yerdən yaranmır və onun konkret şərtləri var.  Əvvəla,
dünyadan imanla getmək lazımdır.  Yalnız bundan sonra digər
mərhələlərə keçmək olar.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin