Üzrə tədqiqat Müəlliflər qrupu


Məşğul əhalinin əsas iş yeri və cins üzrə bölgüsü (13-cü cədvəl)



Yüklə 0,67 Mb.
səhifə11/15
tarix17.11.2018
ölçüsü0,67 Mb.
#83962
1   ...   7   8   9   10   11   12   13   14   15

Məşğul əhalinin əsas iş yeri və cins üzrə bölgüsü (13-cü cədvəl)


Yekuna görə və cins bölgüsündə, faizlə; min nəfər

 Əsas iş yeri

Qadınlar

Kişilər

Cins bölgüsü

 

Qadınlar

Kişilər

Dövlət müəssisələrində, idarə və təşkilatlarda

  24,8

 24,6

47,3

  52,7

Qeyri-dövlət müəssisələrində, idarə və təşkilatlarda

  7,0

  16,1

27,8

72,2

Ailə kəndli təsərrüfatlarında

40,1

  29,7

  54,7

45,3

Hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar

 0,8

 3,4

 18,0

82,0

Fiziki şəxslərdə muzdla işləyənlər

2,1

  6,7

  22,0

78,0

Fərdi əmək fəaliyyəti ilə məşğul olanlar

  25,0

19,2

  53,7

46,3

İstehsalat kooperativlərində işləyənlər

  0,2

0,3

42,3

 57,7

Cəmi, faizlə

100

100

47,2

52,8

min nəfər

1880,2

2 105,7

-

-

(Mənbə: Azərbaycanda qadınlar və kişilər-2007)

Məşğul qadınların 25 %-i dövlət müəssisə, idarə və təşkilatlarında çalışır. Bunlar ali və orta ixtisas tələb etməsinə rəğmən nisbətən az maaşlı təhsil, səhiyyə və sosial xidmətlər sfraslarında işləyənlərdir. Qadınların daha 7 faizi qeyri-dövlət müəssisələrində və 2 faizi hüququ şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilş məşğul fiziki şəxslərin yanında muzdlu işlərdə çalışır.


Sxem 17. Məşğul qadınların əsas iş yerləri arasında paylanması


Qadınların kişilərlə müqayisədə daha az təmsil olunduğu fəaliyyət sahələrindən biri də dövlət idarəetməsidir. 2007-ci ilin yanvarın 1-nə olan vəziyyətə görə dövlət qulluğunda 1-4-cü təsnifatlar üzrə çalışan 793 nəfərin 158 nəfəri qadın və 635 nəfəri kişi olub, başqa sözlə, bu vəzifələrin 20 faizi qadınlara çatıb. Daha yüksək – 5-9-cu təsnifatlarda isə qadınlar cəmisi 3,5 faizlik yarə malikdir: burada 17746 ştat vahidindən yalnız 626-sını qadınlar tuta bilib (Sxem 18). Beləliklə, dövlət qulluğunun 18500 dən çox inzibati vəzifəsinin yalnız 4,3 faizi (784 nəfər) qadınların sərəncamında olub.



Sxem 18. Dövlət qulluğunun vəzifələrində çalışanların cinsi tərkibinə görə sayı

Dövlət qulluğunun yardımçı vəzifələrində isə qadınlar üstünlük təşkil edib. Belə ki, burada mövcud 4431 vəzifədən 2690 yeri, yaxud 61 faizini qadınlar tutub. Dövlət qulluğunun vəzifələrini tutmuş işçilərin əsas hissəsi 35-54 yaşlarda olanlardır.

Cədvəl 14. Hökumətdə qərar qəbuletmə vəzifələrində qadınlar və kişilər, 2004. Nazirlik Ümumi Qadınların sayı Qadınların kişilərə nisbəti, %-lə

Nazirlik

Ümumi

Qadın-ların sayı

Qadınların kişilərə

nisbəti, %-lə

Səhiyyə Nazirliyi

14

6

43

Dövlət Statistika Komitəsi

40

16

40

Mədəniyyət Nazirliyi

22

7

32

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

25

6

24

İqtisadi İnkişaf Nazirliyi

17

4

23,5

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

9

2

22

Yanacaq və Energetika Nazirliyi

20

4

20

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

31

4

13

Maliyyə Nazirliyi

63

8

12,5

Xarici İşlər Nazirliyi

43

3

7

Gənclər, İdman və Turizm Nazirliyi

27

2

7,5

Vergilər Nazirliyi

30

2

6,5

Kənd Təsərrüfatı Nazirliyi

56

2

3,5

Daxili İşlər Nazirliyi

239

6

3,5

Ümumi

636

74

11,6

Qeyd: Yalnız məlumat almaq mümkün olan nazirliklər daxil edilib. Mənbə: Qadın Problemləri üzrə Dövlət Komitəsi: məlumat sorğu ilə əldə edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən 1-ci, 2-ci və 3-cü müsabiqənin nəticələrinin statistikası hazırlanıb yayılsa da, burada gender aspekti yoxdur. Halbuki bu bizim dövlət qulluğunda yeni gender tendensiyalarını qiymətləndirməyimizə imkan verə bilərdi. Bu təhlili daha sonra sahəvi və funksional dövlət qurumları üzrə davam eydirmək də aktual məsələlərdəndir.




5. Azərbaycan siyasətində qadınlar (siyasi sistemdə və dövlət idarəçiliyində qadınların rolunun təhlili)

Ölkənin ictimai-siyasi həyatında qadınlar. Azərbaycanda qadınlar getdikcə daha çox dərəcədə ictimai-siyasi fəaliyyətə cəlb olunmağa başlayırlar. Qadınlar siyasi partiyaların rəhbər orqanlarında təmsil olunur, prezident və parlament seçkilərində onların namizədlikləri irəli sürülür, qadınlar qeyri-hökumət təşkilatları yaradır və insan hüquqları uğrunda daha fəal şəkildə mübarizə aparırlar. Burada ilk növbədə ölkənin qanunvericilik orqanı olan parlamentdə (əvvəllər, yəni sovet dövründə Ali Sovet adlandırılırdı, hazırda Milli Məclis adlanır) qadınların təmsilçiliyinə baxılmalıdır. 14-cü cədvəldən göründüyü kimi 1975-ci ildən 2005-ci ilədək olan dövrdə ölkə parlamentinə keçirilən seçkilərdə deputatlar arasında qadınların ən aşağı xüsusi çəkisi (4,3 faiz) 1990-cı ildəki seçkilərdə qeydə alınıb. Ondan əvvəlki illərdə - sovet Azərbaycannda Ali Sovetin deputatlarının təqribən 40 faizini qadınlar təşkil edib.

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin