Üzrə tədqiqat Müəlliflər qrupu


-cü cədvəl Parlamentə seçilənlər



Yüklə 0,67 Mb.
səhifə12/15
tarix17.11.2018
ölçüsü0,67 Mb.
#83962
1   ...   7   8   9   10   11   12   13   14   15

15-cü cədvəl

Parlamentə seçilənlər


Sayı və cins bölgüsü, faizlə

 İllər

Sayı

Cins bölgüsü

 

Qadınlar

Kişilər

Qadınlar

Kişilər

1975

151

249

37,8

62,2

1980

179

271

39,8

60,2

1985

179

271

39,8

60,2

1990

15

335

4,3

95,7

1995

15

109

12,1

87,9

2000

13

109

10,7

89,3

2005

13

111

10,5

89,5

(Mənbə: Azərbaycanda qadınlar və kişilər-2007)

Lakin Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra keçirilən 3 seçkidə (1995, 2000 və 2005-ci illərdə) qadınların sayı praktik olaraq dəyişməz qalmış və parlamentdə iştirak edənlərin sayının təqribən 10 faizini təşkil etmişdir.





Sxem 19. Parlamentə seçilən deputatların cinsi tərkibi

Hazırda Azərbaycanda rəsmi qeydiyyatdan keşmiş 50-dək siyasi partiyadan yalnız birinin lideri qadındır. Bununla belə, ölkənin aparıcı siyasi partiyalarının əksəriyyətinin ali orqanlarında qadınlar təmsil olunur, hətta bu məqsədlə bir sıra partiyalar seşkili və təyinatlı vəzifələrdə qadınlar üçün kvotalar müəyyənləşdiriblər.



6. Azərbaycanda gender problemi və xüsusi təminata ehtiyacı olan sosial qadın qruplarının aşkarlanması

Azərbaycanda gender probleminin tarixi aspektdə araşdırılmasını bir sıra tədqiqatçılar ötən əsrin əvvəllərindəki qadın azadlığı (emansipasiyası) və xüsusən erkən Sovet dövründə qadın-kişi bərabərliyi (başqa sözlə - qadınların maskulinizasiyası) ilə əlaqələndirirdilər. Birincisi daha çox tarixən yüksək sayılan milli qadın nüfuzunun yenidən canlanmasına xidmət edirdi və ümumi maarifləndirmə və inkişaf çərçivəsində baş verirdi. Bakı və ətraf bölgələrin sənayeləşdirilməsi prosesi daxilində eyni zamanda buraya çoxsaylı əcnəbilərin gəlməsi sanki eyni zamanda bənzəmə obrazını da gətirmişdir. Sonuncu proses isə daha çox cəmiyyətdə qadınların sırf kişi rollarının ifa etməsi və kişi peşələrinə yiyələnməsi (mühəndis, mexanizator, tokar, əyrici, və s.), eyni zamanda dövlətin və iqtisadiyyatın idarəolunmasında bərabər iştirak etməsi ilə səciyyələnmişdir. Qeyd edək ki, bunu rəsmi kommunist ideologiyası da hədəf kimi seçmişdir. Belə ki, total bərabərlik doktrinası çərçivəsində Azərbaycan qadınları (və öz növbəsində Azərbaycan kişiləri), həm cinslərarası, həm də millətlərarası bərabərliyə can atmalı oldular. Beləliklə, erkən sovetləşmə dövründə və sonrakı sovet cəmiyyətində Azərbaycan qadınları güclü emansipasiya proseslərinin təsirinə məruz qalmışdılar və əhəmiyyətli inkişaf nəticəsində yetərincə yüksək siyasi (partiya), iqtisadi və ictimai (sosial) statusa malik olmuşdular.

Bununla yanaşı bu prosesin nə dərəcədə kütləvi və total xarakter daşıması məsələsi mübahisəli olaraq qalır və tədqiqini gözləyir. Sənayeləşmənin toxunmadığı ərazilərdə və sahələrdə ənənəvi sosial (və gender) münasibətlərin dəyişməsi daha ləng getmişdir və hal-hazırda hibrid formaya (ənənəvilik + müasirlik) düşmüşdür. Beləliklə son Sovet dövründə və indiki zamanda qadınların ictimai statusu ziddiyyətli və yarımçıq qalmış emansipasiya izlərini özündə daşıyır: bir tərəfdən qadınlar öz inkişafında nəhəng irəliləyiş əldə etmişdilər, digər tərəfdən, fikrimizcə, bu proses qeyribərabər olaraq bir çox qadın qruplarını (ərazilər və sosial təbəqələr üzrə) az toxunmuşdur.

Müstəqillik illərinin bşlanğıcında ondan əvvəlki dövrdən fərqli olaraq qadınlar daha çox ictimai və iqtisadi böhranın təsirlərini özündə hiss etmişdilər. Əgər əvvəllər onların maraqları daha çox partiya-dövlət, həmkarlar və qadın təşkilatları xətti ilə təmsil olunurdusa və xüsusi siyasətin diqqət mərkəzində idisə, 90-cı illərdən başlayaraq bir ictimai qrup kimi qadınlar və qızların hüquqlarının müdafiəsində xeyli boşluqlar yaranmışdır, və bunun digər nəticəsi kimi onların hətta istismar və zorakılıq obyektinə də çevrilməsi müşahidə olunmuşdur. Bu dövrdə cərəyan edən real sosial-iqtisadi proseslər və Qarabağ münaqişəsi qadınların vəziyyətini daha da ağırlaşdırdı və obyektiv diskriminasiya vəziyyətində olan qadınların sayını xeyli dərəcədə artırdı. Bunların sırasında müvəqqəti köçkünlərin və xüsusən başçısını itirmiş ailələrdə qadın və qızların vəziyyəti olduqca ağır qiymətləndirilmişdir.

Beləliklə, iqtisadiyyatın total tənəzzülü və Qarabağ müharibəsi, üstə gəl başlanmış islahatların gözlənilən və gözlənilməyən mənfi nəticələri qadınlar arasında aşağıdakılarla səciyyələnmişdir:

- kütləvi işsizlik (xüsusən əvvəllər sənaye müəssisələrində, kolxoz və sovxozlarda çalışan qadınlar arasında);

- maddi təminatın zəifləməsi (ev təsərrüfatlarının ənənəvi gəlirlərinin azalması, kişilərin qazanc dalınca gedərək əmək miqrantı kimi ailələrini tərk etməsi və s.);

- sosial sektorda (təhsil, səhiyyə, mədəni xidmətlər) çoxsaylı qadın işçilərin iqtisadi və sosial məruz qalması

- qadın peşələri üzrə iş yerlərinin bağlanması və yenilərinin açılmaması - nəticədə qadınların peşə hazırlığı və yenidən hazırlanmasına tələbatın aşağı enməsi;

- təhsilə çıxışın çətinləşməsi və təhsil səviyyəsində fərqlərin artması və qadınlar arasında savadlıların payının azalması (bütün pillələr üzrə);

- bir çox halda qadınların məcburiyyət qarşısında ailə başçısı rolunu öz üzərinə götürməsi - nəticə kimi kişi nüfuzu defisiti şəraitində oğlan və qızların tərbiyyəsi və davranış nəzarətində boşluqlar yaranmışdır və əvvəllər məlum oln «nəsillərin həmrəyliyi ənənəsi» xeyli zəiflmişdir;

- qadın sağlamlığının ailə institutu kimi dayağının zəifləməsi və ictimai (dövlət) səhiyyə sisteminin tənəzzülü xüsusən qadınların, azyaşlı uşaqları olan anaların, hamilə vəziyyətində olanların səhhətinə dəyən ziyanlardan yalnız zəif müdafiəçisi rolunu oynaya bilmişdir.

- bunların nəticəsi kimi yenicə yaranan bazar münasibətləri və sürətlə yeridilən bazar ideologiyasının yaratdığı rəqabət mühitində qadınlar bir ictimai qrupp kimi xeyli dərəcədə zəifləmiş mövqedən çıxış etməyə başlamışdılar. Beləliklə, bunların nəticəsi kimi, özəlləşdirmə, yeni milli-siyasi elitanın formalaşması, elm və təhsil, sosial sahələr, ailə və digər şəxsi və ictimai münasibətlərdə qadınlar daha çox uduzmuş tərəf, ən yaxşı halda isə yönəldilən tərəf olmuşdular, və heç bir halda lider (aparıcı qüvvə) kimi çıxış etməmişdilər. Bu günkü halda qadınların bütün sahələrdə tutduğu hətta ən yüksək vəzifələr qadınların (qrupların və təşkilatların) seçimi və qazandığı qələbə deyil, kişilərin qərar verdiyi təyinat kimi qiymətləndirilməlidir.
Nəticə:

1. Son dövrün ictimai transformasiyası nəticəsində cəmiyyətdə gender tarazılığın (sovet dövrünə məxsus kişi-qadın bərabərliyi modelinin) xeyli dərəcədə zəiflədiyini və pozulduğunu təsbit etmək olar və sosial stratifikasiyada yeni zəif və xüsusi təminata ehtiyacı olan qadın qruplarının yaranmasını göstərmək olar.


2. Bu qrupların ayırd edilməsi və ölçülərinin qiymətləndirilməsində iki yanaşmadan istifadə etmək olar:

A) mövcud qrupların əvvəlki dövrə görə əsas parametrlər üzrə vəziyyətinin dəyişməsi (yaxşılaş- ması və ya pisləşməsi);

B) ənənəvi və yeni qrupların (məsələn, sahibkarların) kişi-qadın prizmasında nisbi vəziyyətinin dəyişməsi.
3. Bir çox qarışıq qruplarda qadınların vəziyyəti asılılıq xarakteri daşıyır və daha çox kişilərin davranışı və nailiyyətləri ilə müəyyən edilir. Məsələn, evdar qadınlar kişi-ailə başçılarının məşğulluğu və gəlirlərindən asılıdır. Real proseslər kəskin təbəqələşmə ilə səciyyələnirsə, onda udan və uduzan müxtəlif qarışıq qruplardır. Beləliklə kooperativ münasibətlərdə qadının qazanması üçün kişinin uduzması vacib və ya lazım deyil, əksinə himayəsində qadınlar olan kişilərin qazanması vacibdir.
4. Qeyd edilən tezis fikrimizcə Azərbaycan şəraitində dövlət büdcəsinin gender təhlilində nəzərə alına bilər. Belə ki, sosial xərclər qadın və kişilər üzrə fərqli təhlil edilməlidir.
5. Ümumiyyətlə, Azərbaycanda gender problematikasının tərkibi və sərhədləri cəmiyyətin inkişafı, real iqtisadi sistemin xüsusiyyətləri, və siyasi-ictimai quruluşun təsirləri nəticəsində formalaşır və aşağıdakılarla səciyyələnir:

- gender bərabərsizliyi mülkiyyət, hakimiyyət və ictimai nüfuzda mövcuddur;

- gender tarazılığı və iqtisadi inkişaf birbaşa əlaqəli deyildilər, və gender balansının səviyyəsi mövcud iqtisadi imkanlar çərçivəsində dövlət siyasətinin obyekti ola bilər;

- xüsusi dövlət diqqəti və dəstəyinə maraqlı olan qadın qrupları mövcuddur və onların müstəsna olaraq dövlət subsidiyasına (o cümlədən büdcə vəsaitlərindən) ehtiyacı vardır;

- ölkənin interllektual kapitalı onun insan kapitalından asılıdır, bu isə öz növbəsində gender kapitalının gücləndirilməsini zəruri edir.
6. Xüsusi hədəf qruplarının aşkar edilməsində fikrimizcə onların ümumi insan kapitalına verdiyi töfhə bir tərəfdən (1-ci meyar), daima yardım ehtiyacı olan qrup kimi minimal sosial standatlarla təmin edilməsi nöqteyi nəzərindən (2-ci meyar), digər tərəfdən, qiymətləndirilməlidir.
7. Bu qrupları aşağıdakı kimi sıralamaqla büdcçnin gender təhlilində sınamaq olar:

a) məcburi köçkün və qaçqın - qadınlar (yaşayış minimunun təmin edilməsi)

b) fiziki qüsuru olan yeniyetmə qız uşaqları (səhiyyə, təhsil və məşğulluq xərcləri)

c) başçı himayəsindən məhrum olan və çox uşaqlı qadın-ailə başçıları (maddi yardım)

d) vaxtilə işləmiş və iş yerlərini itirmiş qadınlar - ixtisasartırma və yenidən hazırlıq təhsili (dövlət və özəl subsidiyalar)

e) fiziki məhdudiyyəti olan himayəsiz qadınlar (sosial əlillik pensiyaları)

f) yaşayış minimumdan az minimum pensiya alan təqaüdçü qadınlar

j) natamam orta təhsili olan qız məktəb məzunları - qadın yönümlü ixtisas və peşə verən orta ixtisas təhsili üzrə təhsil subsidiyaları (ümumi və fərdi).


8. Aşağıdakı problemli sahələr birinci olaraq diqqətə alına bilər:

- məşğulluq və işsizlik

- kişilərlə bərabər əmək haqqları (!?)

- işləyən qadınların analıq hüquqlarının təmin edilməsi

- uşaqların tərbiyə və təlim-təhsil alaması.
9. Nəhayət, gender probleminin Azərbaycan versiyasını təyin etməklə onun dövlət büdcəsi ilə əlaqələndirilməsinin aşağıdakı məqsədlərini qeyd etmək vacibdir:
a) qadın təbəqələrinin dövlət resurslarından bəhrələnməsinin mütləq və nisbi ölçüdə artırılması (birinci mərhələdə - birbaşa reqlamentləşmiş qaydada)

b) vətəndaş cəmiyyətinin (QHT sektorunun) dövlət dəstəyi səpkisində fəallaşması və xüsusən qadın maraqlarını təmsil edən təşkilatların fəaliyyət səmərəliliyinin gücləndirilməsi;

c) dövlət büdcəsinin səmərələliliyinin yüksəldilməsinə yardım.

7. Azərbaycan Respublikası dövlət büdcəsinin institusional və maliyyyə aspektləri üzrə gender analizi

Beynəlxalq büdcə təhlili təcrübəsinə əsasən büdcənin (burada söhbət ilk növbədə federal və ya unitar olmağından asılı olmayaraq dövlət büdcəsindən gedir) 3 xərc istiqaməti analiz edilir:



    1. birbaşa qadınlara yönələn xərclər;

    2. birbaşa qadınlara ünvanlanmayan, lakin real benefisiarlarının qadınlar olduğu xərclər;

    3. ümumi sosial yönümlü xərclər;

Azərbaycan Respublikasının dövlət büdcəsi ilə bağlı indiki təsnifatı gender analizinə tam imkan verməsə də, bəzi təsnifat maddələrindən çıxış edərək müəyyən nəticələrə gəlmək olar. Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə xüsusən qadın problemlərinin həlli üzrə ayrılan vəsaiti birinci kateqoriyaya aid etmək olar. Baxmayaraq ki, həmin Komitənin xərclərinin həm “Ümumi dövlət xidmətləri”, həm də “Sosial müdafiə və sosial təminat” xərc maddələrində yer alan açılışında ayrıca qadınlarla bağlı köməkçi bölmə və ya paraqraf yoxdur. Daha optimal olar ki, ikinci xərc maddəsinin müvafiq hissəsində “Ailə və uşaqların sosial müdafiəsi” paraqrafına “Aztəminatlı və tənha qadınların sosial müdafiəsi” paraqrafı da əlavə olunsun. “Ailə və uşaqların sosial müdafiəsi” paraqrafını (6.1.5) isə biz daha çox ikinci kateqoriyaya aid edə bilərik. Buraya “Uşağın doğulması ilə bağlı verilən müavinətlər”i, “Şəhid olanların uşaqlarına ödənilən müavinətlər”i və “Aztəminatlı ailələrə verilən müvinətləri” də əlavə etmək olar.

Son 3 il üzrə büdcə rəqəmlərini təhlil etdikdə görürk ki, büdcədən uşağın doğulması ilə bağlı verilən müavinətlərin məbləği 2006-cı ildəki 2.8 mln.manatdan, 2007-ci ildə 4.2 mln.manata qdər artsa da, 2008-ci ilin büdcəsindən bu məqsədlə yalnız 3.6 mln.manat vəsait ayrılıb. Digər bütün növ müavinətlərin məbləində isə ciddi artım müşahidə olunur. 2008-ci il büdcəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə isə 6-cı bölmə üzrə ayrılan vəsait 181 min AZN, 1-ci bölmə üzrə isə 678 min AZN-dir ( bu məbləğ 2006-ci illə müqayisədə 171%, 2007-ci illə müqayisədə isə 6.4 % çoxdur).



Komitənin yaranma tarixi və əsas fəaliyyət istiqamətləri. Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir. Lakin ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli zərurəti vahid dövlət idarəetmə orqanının təşkilini şərtləndirmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2006-cı il tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq prolblemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Komitənin fəaliyyət istiqamətləri aşağıdakılardır: müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir; müvafiq sahənin inkişafını təmin edir; qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Komitənin vəzifələri bunlardan ibarətdir: öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, xüsusilə uşaq və qadın hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq; qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş normativ tənzimləməni həyata keçirmək; dövlət proqramları layihələrinin işlənib hazırlanmasında iştirak etmək; dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək; digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək; Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək; dövlətin ailə siyasətini həyata keçirmək; qaçqın və məcburi köçkün qadınların, uşaqların, aztəminatlı ailələrin sosial problemlərini öyrənmək və onların həlli üçün əlaqədar dövlət orqanları qarşısında məsələlər qaldırmaq; müasir idarəetmənin və bazar iqtisadiyyatının əsaslarının öyrənilməsi istiqamətində, qadınlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, ailə kəndli təsərrüfatlarının yaradılmasında müvafiq dövlət orqanları ilə birlikdə məsləhətlərin verilməsini təmin etmək; məşğulluq strategiyasının həyata keçirilməsi istiqamətində dövlət siyasətinə uyğun olaraq, qadınların müxtəlif yeni peşələrə yiyələnməsi və ixtisaslarının artırılması məqsədi ilə layihələr hazırlamaq və əlaqədar təşkilatlarla birgə tədbirlərin görülməsini təmin etmək; ailə başçısını itirmiş şəhid ailələrinin, tək anaların, xüsusilə əlil qadınların və uşaqların problemlərinin dövlət orqanları tərəfindən həlli məqsədi ilə müvafiq vəsatətlər qaldırmaq; kadrların hazırlanmasını, işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsini, ixtisaslarının artırılmasını təmin etmək; qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə müasir elmi nailiyyətləri tətbiq etmək, habelə elmi tədqiqat işlərinin aparılması və tətbiqini təmin etmək; bu sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək; qanunvericiliyə uyğun olaraq, dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görmək; öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin etmək; Komitənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək; Komitənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək; Komitənin əməkdaşlarının sosial müdafiəsi, əmək və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirləri həyata keçirmək; mühasibat uçotunun qanunvericiliyə uyğun aparılmasını təmin etmək; fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Komitənin layihələri:

1. “Qadın Əleyhinə Zorakılığın Dayandırılması” layihəsi, 2006–cı il oktyabr-noyabr tarixində BMT-nin Əhali Fondunun maliyyə dəstəyi, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının təşkilati dəstəyi ilə həyata keçirilmişdir.

2. “Azərbaycanda Qaçqın və Məcburi köçkün Gənclər arasında İİV/ AİDS-in profilaktikası, İİV İnfeksiyasına könüllü, pulsuz, anonim məsləhətləşmə və müayinə işi” layihəsi, 2006-cı il noyabr - dekabr tarixində AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun maliyyə dəstəyi, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının təşkilati dəstəyi ilə həyata keçirilmişdir.
3. “Azərbaycanda narkomanlar arasında İİV-in profilaktikası və könüllü, pulsuz, anonim müayinəsi” layihəsi, 2006-cı il noyabr - yanvar tarixində AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun maliyyə dəstəyi ilə həyata keçirilmişdir.

4. “Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda əhali arasında HİV/AİDS, qan, cinsi yolla keçən digər yoluxucu xəstəliklərin profilaktikası və müayinə işi” layihəsi, 2006-cı il dekabr - fevral tarixində AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun maliyyə dəstəyi ilə həyata keçirilmişdir.



Komitənin yeni və nisbətən informativ web-səhifəsinin olması (http://www.scfwca.gov.az), orada hətta hesabatların yerləşdirilməsi təqdirəlayiqdir. Eyni zamanda, Komitənin geniş beynəl- xalq əlaqələrini də, qeyd etmək lazımdır.
Komitənin strukturu

Sədr

Hicran Hüseynova

Sədrin müavinləri

Sədaqət Qəhrəmanova
Aynur Sofiyeva

Aparatın rəhbəri:

Rahim Rəhimov

Sədrin köməkçisi

Rüfət Atakişiyev

Şöbələr

1. Ümumi şöbə

Yeganə Musazadə

2. Ailə şöbəsi

Gülnarə Məmmədova

- Sosial-analitik araşdırmalar sektoru

Dünya Xəlilova

3. Uşaq Şöbəsi

Sənubər Əlizadə

4. Qadın problemləri və gender məsələləri şöbəsi

Kəmalə Ocaqova

5. Beynəlxalq əlaqələr şöbəsi

Bəsti Ağarzayeva

- İnformasiya təminatı sektoru

Lətafət Tağızadə

6. Maliyyə-təsərrüfat şöbəsi

Nəsib Hüseynov

7. Hüquqi təminat şöbəsi




- Ölkələrarası övladlığa götürmə sektoru




Qeyd: strukturdan gördüyümüz kimi, kişilər bu Komitədə ancaq inzibati-təsərrüfat işlərinə yarayırlar.


Gender bərabərliyi və qadın problemləri sahəsində Komitənin fəaliyyəti. Gender bərabərliyi haqqında qanunun ikinci oxunuşuna düzəliş və əlavələr haqqında, “Məişət zorakılığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı təkliflər hazırlanıb Milli Məclisə təqdim edilmişdir. Ailə, Əmək və Cinayət Məcəllələrinə dəyişikliklər və əlavələrlə bağlı təkliflər işlənib hazırlanmış, əlaqədar qurumların müzakirəsinə təqdim olunmuşdur. Komitə həmçinin, “İnsan alveri ilə mübarizə haqqında” Qanun və Qadın problemləri üzrə Milli Fəaliyyət Planının hazırlanmasında iştirak etmişdir. Gender bərabərliyi və qadın problemləri şöbəsi Respublikada qadın və kişilər haqqında təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti və rəhbər vəzifələrdə təmsil olunma və digər sahələr üzrə statistik məlumat bazasının yaradılması məqsədilə regionlara sorğular göndərmiş və sorğuların nəticələrini sistemləşdirmişdir. Gender bərabərliyi və qadın hüquqlarının təbliği, o cümlədən erkən nikahın qarşısının alınması ilə bağlı Respublikanın bir sıra rayonlarına səfər edilmiş, əhalinin maarifləndirilməsi məqsədilə seminarlar təşkil edilmiş, məruzələr edilmişdir. Regionlara səfər zamanı bələdiyyə seçkiləri ilə bağlı fəal qadınlarla görüşlər keçirilmiş, qadın hüquqları, seçki hüququ, qadınların qərar qəbuletmə prosesində iştirakı və s. məsələlər haqqında onlarla söhbətlər aparılmışdır. Qeyd olunan tədbirlərlə yanaşı Gender bərabərliyi və qadın problemləri şöbəsi cari fəaliyyəti də həyata keçirir, şikayətçilərin müraciətlərinə baxır, Azərbaycanın görkəmli qadınlarının doğum və anım günlərini qeyd edir.

Ümumiyyətlə Azərbaycanın dövlət büdcəsində təsnifatların qarışıqlığı və müxtəlif hüquqi qüvvəyə malik sənədlər arasındakı uyğunsuzluqlar ümumi qiymətləndirməni çətinləşdirir. Belə ki, Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı təsdiqlənən (6 oktyabr 2004-cü il) büdcə gəlirlərinin və xərclərinin funksional, iqtisadi və inzibati vahid büdcə təsnifatı ilə hər ilin büdcə qanununda yer alan təsnifat arasında bəzi uyğunsuzluqlar var. Məsələn, vahid təsnifatda rast gəlinən “analıq müavinətləri” ifadəsinə qanunda yer verilməyib.



Dövlət büdcəsindən son 5 il üçün ayrılan birbaşa və dolayı sosial yönümlü xərclərin dinamikasını təhlil etmək də bu məqamda faydalı olardı: (NBG materiallarından).

Təhsil xərcləri. Təhsil xərclərinin artım sürəti məcmu büdcə xərclərinin artım tempindən xeyli geri qalıb. Belə ki, 2003-2007-ci illərdə büdcənin məxaric hissəsi 5 dəfə genişləndiyi halda təhsil xərcləri təxminən 3 dəfə artıb. Məhz bunun nəticəsidir ki, ötən 5 il ərzində təhsil xərclərinin məcmu büdcə xərclərində xüsusi çəkisi 18,9 faizdən 12 faizə enib.
Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin