Və vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat


Ölçmə texnikası bir elm sahəsidir



Yüklə 1,11 Mb.
səhifə2/99
tarix01.01.2022
ölçüsü1,11 Mb.
#105591
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   99
Ölçmə texnikası bir elm sahəsidir

Ölçmə texnikası öz təhlil metodlarına və anlayışlar siste­minə malik olan elm və texnika sahəsidir. Ölçmə texnikası istehsal proseslərinin və tədqiqat obyektlərinin vəziyyət və xassələrini xarakterizə edən kəmiyyətlər haqqında informasiyanın əldə edilməsi üçün metod və vasitələri öyrənir. Eramızdan bir neçə min il əvvəl əmtəə mübadiləsinin inkişafı ölçmələrə və tərəzilərin yaranmasına gətirib çıxarmışdı. Ölçmə texnikası torpaq sahələrinin bölüşdürülməsi, vaxt ölçmələri, astronomik müşahidələr, gəmilərin hərəkəti, inşaat işlərində ölçülərin gözlənilməsi və digər sahələrdə tətbiq edilirdi. Antik dövrdə elmi-tədqiqat prosesində işıq şüalarının sınma bucaqları, Yer meridianının qövsü kimi dəqiq ölçmələr aparılmışdır.

Təxminən XV əsrədək ölçmə texnikası riyaziyyatın tərkibində olmuşdur. Həndəsə ( Yerin ölçülməsi ), triqono­metriya ( üçbucaqların ölçülməsi ), üçölçülü fəza kimi anlayışlar bunu sübut edir. XVI - XVIII əsrlərdə saat təkmilləşdi, mikroskop, barometr, termometr ixtira edildi. Astronomik ölçmələrin dəqiq­ləşməsi İ.Keplerin planetlərin elliptik orbitlər üzrə hərəkətini kəşf etməyə imkan verdi. Ölçmə cihazlarının və müvafiq nəzəriyyələrin yaradıl­masında Q.Qaliley, İ.Nyuton, G.V.Rixman kimi alimlərin xidmətləri qeyd olunmalıdır. XIX əsrdə ölçmə texnikasının və metrologiyanın nəzəri əsasları yaradıldı. K.Qauss və V.Veberin əsərlərinin ölçmə texnikası üçün çox böyük əhəmiyyəti olmuşdur. XIX əsrdən XX əsrə keçid dövründə sənayesi inkişaf etmiş ölkələrdə metroloji müəssisələr təşkil olundu. XX əsrin başlanğıcı ölçmə texnikasının inkişafı üçün yeni mərhələ oldu. Elektrik vasitələri və daha sonra elektron vasitələr bütün sahələrdə müxtəlif kəmiyyətlərin ölçülməsi üçün tətbiq olunmağa başladı. Radioölçmələr, spektrometriya kimi sahələr yarandı. II dünya müharibəsindən sonra ölçmə texnikası kibernetikanın bir sahəsi kimi formalaşaraq ölçmə, informasiyanın əldə edilməsi və çevrilməsi ilə məşğul olurdu. Müasir vasitələrlə ölçmə prosesi ölçülən kəmiyyətin insan və maşın tərəfindən konkret istifadəsi üçün məqsədəuyğun formaya çevrilmə­sindən ibarətdir. Ölçmə texnikasının sonrakı inkişafı göstərdi ki, ölçmə nəticəsinin elektrik kəmiyyətləri ilə ifadəsi daha əlverişlidir. Müasir ölçmə texnikası cihazların tətbiq sahələrinə və ölçülən kəmiyyətlərin tipinə müvafiq olaraq aşağıdakı istiqamətlərə ayrılır : xətti və bucaq ölçmələri, optik, akustik, fiziki - kimyəvi ölçmələr və istilik fizikası ölçmələri, radioölç­mələr, tezlik və vaxt ölçmələri, şüalanma ölçmələri və s.

Elm və texnikanın inkişafı həmişə ölçmələr sahəsində tərəqqi ilə sıx əlaqədə olmuşdur. Fizika, mexanika və digər elm sahələrində məhz ölçmələr sayəsində təbiət qanunları obyektiv öyrənildiyi üçün dəqiq elmlər inkişaf etdi. Ölçmələr təbiət hadisələrinin və qanunlarının dərk etmə üsulu və vasitəsidir. Təbiət və texniki elmlər sahəsində ixtiralar çoxsaylı ölçmələr hesabına baş verir. Elektrik ölçmələri haqqında ilkin təsəvvürlər elektrik enerjisinin istehsalı, ötürülməsi və istifadəsi zamanı onun parametr­lərinin ölçülmə üsulları kimi təsəvvür olunur və qəbul edilirdi. Sonralar texnoloji proseslərin idarə olunması zamanı məlumatların ölçmələr vasitəsilə alınmasından istifadə edilməyə başlandı. Hal-hazırda elektrik ölçmə üsulları praktiki olaraq istənilən fiziki kəmiyyətlərin və proseslərin öyrənilməsi zamanı tətbiq olunur.

Dünyada ilk elektrik ölçmə cihazı 1745 - ci ildə rus alimi G.Rixman tərəfindən yaradılmışdır. Elektrik gücünü göstərən bu cihaz – elektrometr atmosferdəki elektrik hadisələrini öyrənmək üçün potensiallar fərqini ölçən cihaz olmuşdur. Elektrik ölçmə texnikasının inkişafında rus alimləri A.Q.Stoletov, B.S.Yakobi, D.İ.Mendeleyev və başqalarının mühüm rolu olmuşdur.

Ölçmə vasitələrinə təlabat artdığından ümumi cihazqa­yırma ilə yanaşı aviasiya, analitik, geofiziki, tibbi, kosmik və s. cihazqayırma sahələri də yaranır. Çıxış siqnallarının daşıdığı ölçülən informasiyanın formasından asılı olaraq analoq və rəqəmli ölçmə vasitələri mövcuddur. Ölçmə texnikası tədricən infor­ma­siya – ölçmə texnikasına çevrilir. İnfor­masiya - ölçmə texnikası elm və texnikanın müxtəlif sahələrində forma­laşmış ölçmə texnikası sahələ­rini ölçmə nəzəriyyəsi vasitəsilə ümumiləşdirərək özündə birləşdirir. Ölçmə texnikasının hesablama texnikası, rabitə texnikası, avtomatika texnikası ilə əlaqəsi güclənir. Ölçmə texnikasının inkişafı cihazların keyfiy­yə­tinin və etibarlı­ğının yüksəldilməsi, işləmə sürətinin artırıl­ması, ölçülərin kiçildilməsi, ölçmə cihazlarının tətbiq sahələ­rinin genişlən­dirilməsi, analoq cihazlarının rəqəm ölçmə siste­mi­nə keçirilməsi istiqamətində dəqiq müəyyənləşdirilmişdir.

Elektrik ölçmə texnikasının sonrakı inkişafı ölçmə metod­larının mikroelektronika, avtomatika, hesablama texnikası sahə­sin­dəki uğurlu tətbiqi sayəsində ölçmə texnikası nəzəriyyəsinin inkişafı ilə əlaqədar olmuşdur. Rəqəm ölçmə cihazlarının işlənib hazırlanması və istehsalı ölçmə texnikası sahəsində yeni bir addım olmuşdur.Yüksək dəqiqlik, cəld işləmə, maneəyə qarşı davamlılıq və həssaslıq, az güc tələb etmə, hesablamanın asan olması və bir çox başqa göstəriciləri ilə rəqəm ölçmə cihazları ölçmə texnikası sahəsində liderliyi ələ almışdır.


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin