Şəkil 14.2. İşçi sönmənin ölçülməsi zamanı alınan güclərin müqayisəsi: a)P1 b) P2
Belə ki, şəkil 14.2 a – da U1 = E / 2 olduğu üçün aiş gərginliklərin nisbəti şəklində aşağıdakı kimi ifadə olunur.
aiş = ln │E/2U2│+ 1/2ln│Z2/ Z1│ Np
aiş = 20 lg│E/2U2│+ 10lg│ Z2/ Z1│dB ( 14.10 )
Burada E – generatorun elektrik hərəkət qüvvəsi, U1 – generatorun çıxışına qoşulmuş razılaşdırılmış yükdə alınan gərginlik, U2 – dördqütblünün çıxışına qoşulmuş Z2 yükündə alınan gərginlik, Z1 – generatorun daxili müqavimətidir.
Ölçmə başlanğıc gücü P, tezliyi f , elektrik hərəkət qüvvəsi E və daxili müqaviməti Z1 məlum parametrlərə malik generatorla aparıldığı üçün buna məlum generator üsulu deyilir. Ölçmə aparmaq üçün şəkil 14.3 – də göstərilən sxemdən istifadə olunur:
Dostları ilə paylaş: |