Və vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat


INFORMASİYA ÖLÇMƏ SİSTEMLƏRİNİN QURULMASININ ƏSASLARI



Yüklə 1,11 Mb.
səhifə97/99
tarix01.01.2022
ölçüsü1,11 Mb.
#105591
növüMühazirə
1   ...   91   92   93   94   95   96   97   98   99
INFORMASİYA ÖLÇMƏ SİSTEMLƏRİNİN QURULMASININ ƏSASLARI

İnformasiya ölçmə sistemləri

XX əsrin 30 – cu illərində neft və energetika sənayesində ölçmə informasiyasının toplanması və müəyyən məsafəyə ötürülməsi ilə məşğul olan sistemlər yaradılmağa başlandı. Belə sistemlərin yaradılması fikri hələ XIX əsrin II yarısında mey­dana gəlmişdi. 1876 - cı ildə rus alimləri F.Vrangel və İ.Dikov çayda suyun səviyyəsini ölçən sistemi işləyib hazırlamış və burada məlumatın toplanmasında ədəd – impuls üsulundan isti­fadə etmişdilər. 1906 – cı ildə seysmik məlumatların induktiv çeviricilər vasitəsilə toplanması və ötürülməsi sistemi qurul­muşdur. 1932 – ci ildə gərginliyin və gücün ölçülməsinin fotoim­puls sistemi hazırlanmışdır. Ümumi halda belə ölçmə sistemləri nisbətən mürəkkəb informasiya çeviricilərini və qurğularını özündə birləşdirən bir sistemdir. Toplanan və ölçülən məlumatların rabitə kanalları vasitəsilə qəbulu, emalı və ötürülməsi baş verir.

Müasir dövrdə insanlarda hər gün böyük miqdarda informasiya mübadiləsinə təlabat yaranır. Bu halda çoxlu miqdarda ölçmə vasitələrindən istifadə olunması zərurəti meydana çıxır. Nəticədə informasiyanın qəbulu və analizi çətinləşir. Bu halı aradan qaldırmaq üçün rabitə texnikasında informasiya ölçmə sistemləri yaradılır. Ölçmə avtomatlaşdırılır, yəni bu əməliyyatları informasiya ölçmə sistemləri avtomatik olaraq yerinə yetirir. İnformasiya ölçmə sistemləri eyni zamanda informasiyanı emal etmək üçün istifadə olunur. İnformasiya ölçmə sistemlərinin əsas xarakteristikaları ölçülən və nəzarət olunan fiziki kəmiyyətlərin sayı, xətaların kiçik olması, sistemin cəld işləməsi və etibarlılığın yüksək olmasıdır. Həll olunan məsələlərin həcmindən asılı olaraq informasiya ölçmə sistemlərində müxtəlif növ hesablama qurğuları tətbiq olunur. Sadə informasiya ölçmə sisteminin struktur sxemi şəkil 17.1 – də göstərilmişdir:




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin