Şəkil 17.1. İnformasiya ölçmə sisteminin sadələşmiş struktur sxemi
VK veriçi kompleksinin köməyi ilə ölçüləcək obyektdən gələn müxtəlif fiziki kəmiyyətlər qəbul edilir və uyğun informasiya siqnallarına çevrilir. AH analoq hissəsinin tərkibində bir sıra ölçü dövrələri, analoq yaddaş qurğusu, ölçmə kommutatorlari, siqnalı məsafəyə ötürmək üçün kanal və xüsusi qeydedici qurğu olur. RH rəqəm hissəsinin tərkibində bir sıra analoq rəqəm çeviriciləri, rəqəm yaddaş qurğuları, rəqəm hesablama qurğuları və siqnalları kommutasiya etmək üçün qurğu yerləşdirilir. İQ idarəedici qurğu bütün qurğular arasında qarşılıqlı əlaqə yaradır və ölçmənin vaxtını, tezliyini və dəqiqliyini təmin edir. Təyinatına görə informasiya ölçmə sistemləri aşağıdakı növlərə bölünür:
Ölçmə sistemləri;
Avtomatik nəzarət sistemləri;
Texniki diaqnostika sistemləri;
Təsvirləri tanıma sistemləri.
Ölçmə sistemləri birbaşa, dolayı və birgə ölçmələr aparmaq üçün tətbiq olunur. Bu sistemlər obyekt və prosesləri tədqiq etmək üçün də istifadə olunur. Avtomatik nəzarət sistemləri nəzarət obyektinin vəziyyətini müəyyənləşdirir, yəni nəzarət olunan obyektin parametrlərini təyin edir və bu parametrlərin qiymətinin normadan fərqli olması barədə məlumat verir. Texniki diaqnostika sistemləri ölçmənin nəticəsini təsvir sistemlərinə ötürür. Təsvirləri tanıma sistemləri ölçülən informasiyanı emal edir və nəticəni operatora çatdırır. Bütün bu dediklərimiz ölçmənin tez yerinə yetirilməsi və nasazlığın aradan qaldırılması üçün avtomatik yaddaş qurğularına ötürülür. Obyektin işi avtomatik idarə olunur. Bunun üçün rabitə avadanlıqlarında teleölçmə və telenəzarətdən istifadə olunur.
Teleölçmələr
Teleölçmə sistemləri informasiya işlədicisindən müəyyən məsafədə yerləşən obyektlərdən ölçmə informasiyası alınmasına və ona nəzarət olunmasına xidmət edir. Müasir magistral kabel xəttlərində xidmət olunan gücləndirici məntəqələrlə yanaşı, çoxlu sayda xidmət olunmayan gücləndirici məntəqələri də vardır ki, onlara məsafədən nəzarət telemexanika və teleölçmə qurğuları vasitəsilə həyata keçirilir. Şəkil 17.2 – də teleölçmə qurğusunun struktur sxemi göstərilmişdir:
Dostları ilə paylaş: |