Ekvivalent generator üsulunda generatorun tələb olunan Z1 müqaviməti istənilən mənbədə süni şəkildə, yəni mənbənin çıxışına ZM = Z1 xarakteristik müqavimətinə malik olan sönmə mağazası qoşmaqla və 20 dB və daha yüksək sönmə yaratmaqla əldə edilir. Bu vaxt sönmənin qiymətinin yüksək olması ilə SM – nin giriş müqavimətini xarakteristik müqavimətinə bərabər hesab etmək olar.
Şəkil 14.4 . Z üsulu ilə işçi sönmənin ölçülmə sxemi
Ekvivalent generatorun Z üsulu ilə alınma qaydası geniş yayılmışdır. Z üsulu ilə işçi sönmənin ölçülmə sxemi əsasən traktın ayrı – ayrı elementlərinin ölçülməsində istifadə olunur. Şəkil 14.4 – də göstərilən sxemə əsasən açarın aşağı vəziyyətində yüksək omlu göstərici qurğu SM – nın razılaşdırılmış yüklənmiş çıxışında U1 gərginliyini ( p1 səviyyəsini ) qeyd edir. Açarın yuxarı vəziyyətində U2 gərginliyinə dördqütblünün verilmiş Z2 işçi yükündə nəzarət edilir. am = 0 olduqda U1 = E / 2 və ( 14.13 )
Ölçmə müqayisə üsulu ilə aparıldıqda SM – nın sönməsini tənzimləməklə U1 = U2 ( p1 = p2 ) əldə edilir və (14.14)
Ümumi halda
aiş = p1 – p2 + am + 10 lg Z2 / Z1 ( 14.15)
İşçi güclənmə əks işarə ilə götürülmüş işçi sönməsinə bərabərdir. Şəkil 14.3 – dəki sxemdə dördqütblünün yerinə gücləndirici qoşduqda şəkil 14.5 – də göstərilən sxem alınar. Sxemə əsasən
Siş = p2 – p1 + am – 10 lg Z2 / Z1 ( 14.16 )
am kəmiyyəti generatorun çıxışındakı gərginliyə görə elə seçilməlidir ki, gücləndiricinin girişindəki səviyyə onun amplitud xarakteristikasının düzxəttli hissəsində olsun. P2 = P1 mümkünlüyü nəzərə alındıqda,
Siş = am – 10 lg Z2 / Z1 ( 14.17 ) olacaqdır.
Dostları ilə paylaş: |