Şəkil 14.6. Xüsusi sönmənin ölçülmə sxemi
Belə ki, rabitə xəttinə simmetrik dördqütblü kimi baxmaq və Zxüs1 = Zxüs2 = Zxüs götürmək olar . Bu zaman (14.19) və (14.20) düsturlarındakı loqarifmik toplanan sıfra bərabər olacaqdır. Sxemdə hər iki stansiyada yüksək omlu səviyyə göstəriciləri ( SG1 və SG2 ) vasitəsilə p1 səviyyəsinin qiymətinə girişdə, p2 səviyyəsinin qiymətinə isə çıxışda nəzarət olunur. Bu zaman axüs = p1 – p2 olacaqdır.
Dövrələr arası keçid sönməsinin ölçülməsi
Rabitə sistemlərində ölçmələr zamanı təkcə ötürülən siqnalların gücünün dəyişməsinə deyil, eyni zamanda maneələrin gücünə də nəzarət olunur. Dövrələr arasında qarşılıqlı əlaqə zamanı meydana çıxan keçid maneə cərəyanı, təsir edən və təsirə uğrayan dövrələr arasında keçid sönməsi ilə xarakterizə olunur. Əgər dövrələr hər iki tərəfdən razılaşdırılaraq yüklənərsə, təsir edən dövrənin girişindəki siqnalın P1 gücü və təsirə uğrayan dövrənin girişindəki keçid cərəyanının P2 gücü arasındakı münasibət 10 lg P1 / P2 kimi göstərilir. Bu kəmiyyət xəttin əvvəlində
( verici hissədə ) keçid sönməsi adlanır. Analoji olaraq xəttin sonunda keçid sönməsini də təyin etmək mümkündür. P1 və P2 kəmiyyətləri xəttin sonunda ( qəbuledici hissədə ) müvafiq olaraq təsir edən və təsirə uğrayan dövrənin giriş siqnalının güclərinin qiymətidir. Keçid sönməsinin qiyməti böyük olduqda maneə keçid cərəyanının qiyməti bir o qədər kiçik olacaqdır. Keçid sönməsinin ölçülmə sxemləri şəkil 14.7 – də göstərilmişdir:
Dostları ilə paylaş: |