Və vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat


Şəkil 14.8. Qalıq sönməsinin ölçülmə sxemi



Yüklə 1,11 Mb.
səhifə81/99
tarix01.01.2022
ölçüsü1,11 Mb.
#105591
növüMühazirə
1   ...   77   78   79   80   81   82   83   84   ...   99
Şəkil 14.8. Qalıq sönməsinin ölçülmə sxemi

Qalıq sönməsinin qiyməti kanalın səviyyə diaqramındakı qiymətlərlə müqayisə olunur. Kanalın səviyyə diaqramı səviyyənin xətt boyu dəyişdiyi qrafikə deyilir. Başqa sözlə səviyyə diaqramı kanalın əsas hissələrinin birləşmə nöqtələrində alınan səviyyələrin qrafik təsviridir. Səviyyə diaqramı gücləndirici məntəqələrin düzgün yerləşdirilməsi və rabitənin keyfiyyətinə təsir edən amilləri yoxlamaq üçün istifadə olunur.



RABİTƏ DÖVRƏLƏRİNDƏ ZƏDƏLƏNMƏLƏR

Zədələnmələrin təsnifatı

Rabitə sisteminin normal işinin pozulması xətt və stansiya avadanlıqlarında baş verən nasazlıqlar səbəbindən ola bilər. Kabel rabitə xəttlərində kabellərin örtüyünün zədələnməsi və kabellərin birləşmə yerlərinin ( muftalarının ) keyfiyyətsiz montajı nəticəsində kabel damarları nəmlənir və onların izolyasiya müqaviməti azalır. Damarların pis lehimlənməsi omik asimmetriyanın artmasına və dövrənin qırılmasına səbəb olur. Bir çox hallarda rabitə kabelləri digər yeraltı kommunikasiya sistemlərinin ( su, qaz, elektrik ) təmiri zamanı zədələnir. Sualtı kabellər gəmilərin lövbərləri tərəfindən, hava kabelləri təbii fəlakətlər ( tufan, şaxta, zəlzələ ) nəticəsində zədələnir.

Rabitə sistemlərinin xətt və stansiya avadanlıqlarında baş verən nasazlıqlar iki cür olur: zədələnmə və qəza.

Zədələnmə rabitə xəttinin parametrlərinin norma qiymətindən kənara çıxması, qəza isə rabitə xəttində trakt və kanalların ta­mamilə sıradan çıxaraq öz işini dayandırmasıdır. Rabitənin fasiləsiz işini təmin etmək məqsədilə qəza və zədələnmələri aradan qaldırmaq üçün təyin olunmuş vaxtda müəyyən ölçmələr və profilaktiki işlər aparılır. Qəza ölçmələrinə qəza baş vermiş sahənin və zədələnmənin xarakterinin təyini, zədələnmə yerinin dəqiqləşdirilməsi və rabitə dövrəsində yoxlama ölçmə­lərinin aparılması daxildir.

Bir – birindən müəyyən məsafədə yerləşən abunəçilər arasında rabitə yaradılarkən is­tismar vaxtı rabitə xətti müxtəlif maneələrə və zədələnmələrə məruz qalır. Zədələnmələr əsasən mexaniki zədələnmə və elektriki zədələnmə olmaqla iki yerə ayrılırlar.

Mexaniki zədələnmə mexaniki qüvvənin təsiri nəticəsində baş verir ( küləyin, yağışın, zəlzələnin, qazıntı işlərinin və s.). Mexaniki zədə­lənmələrə aşağıdakılar aiddir:



  • Damarla (naqillə) torpaq arasında izolyasiyanın zədələnməsi ( şəkil 15.1 a )

  • Eyni və ya müxtəlif dövrələrin damarları (naqilləri) arasında izolyasiyanın zədələnməsi ( şəkil 15.1 b )

  • Damarın (naqilin) birinin qırılması ( şəkil 15.1 c )

  • Dövrənin tam qırılması ( şəkil 15.1 ç )

  • Dövrənin qeyri – bircinsliyi ( şəkil 15.1 d )

  • Damarların ( naqillərin ) əzilməsi ( şəkil 15.1 e)

  • Kompleks zədələnmələr ( şəkil 15.1 ə və f )




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin