Vii fəSİl mikroiQTİsadiyyat və onun təŞKİLİ formalari. Fİrma (MÜƏSSİSƏ), İstehsal xərcləRİ VƏ MƏNFƏƏT


Ev təsərrüfatı – mikroiqtisadi təsərrüfat vahidi kimi



Yüklə 126,39 Kb.
səhifə3/15
tarix25.11.2023
ölçüsü126,39 Kb.
#134355
1   2   3   4   5   6   7   8   9   ...   15
İqtisadiyyat 7 fesil (seh 108-133)

7.2. Ev təsərrüfatı – mikroiqtisadi təsərrüfat vahidi kimi


Ev təsərrüfatı – birgə yaşayan və ümumi büdcəyə malik olan bir və ya bir neçə fərd tərəfindən birgə fəaliyyət göstərən təsərrüfat subyektidir. Ev təsərrüfatı həm na­tu­ral, həm də əmtəə xarakteri daşıya bilər. İqtisadi nəzəriyyədə “ev təsərrüfatı” termini ümumi büd­c­ə və ya­şayış yeri ilə birləşən, iqtisadiyyatı resurslarla təmin edən və bu­nun müqabilində al­dığı pula tələbatlarını ödəmək üçün əmtəə və xidmətlər əldə edən bir və ya bir neçə şəxs­dən ibarət təsərrüfat vahidi kimi qəbul olunur. Nəzəri olaraq ev tə­sər­rü­fatının üzvləri ailə təşkil edə bilər, qohumluq münasibətlərində ola bilər və ya heç bir qohumluq əlaqəsinə malik olmaya bilərlər. Lakin əksər hallarda ev təsərrüfatı ailə üzv­lərindən ibarət olur və ona görə də “ailə” anlayışı ilə kəsişir. Ailə təsərrüfatı ilk növ­bə­də onun mövcud­luğunun maddi əsasını təşkil edir və ailə üzvlərinin fərdi və kol­lek­tiv tələbatlarını ödəmək üçün lazım olan nemətlərin təkrar istehsalını həyata keçirir. Qeyd edək ki, ev təsərrüfatlarına kollektiv təsərrü­fatlar da (dini icmalar, qocalar ev­lərində yaşayanlar, uzunmüddətli cəzaçəkmə müəssisələrində olanlar və s.) aid edilir.
“Ev təsərrüfatı” ifadəsi həm sosial-de­moq­ra­fik kontekstdə universal statistik vahid kimi, həm də xüsusi təsərrüfat tipini ifadə et­mək üçün istifadə olunur. Mikroiqtisadiyyatın əsas komponentlə­rindən biri olan ev təsərrüfatı Milli He­sab­lar Sistemi çərçivəsində institusional vahid kimi qəbul olunur. Bu zaman ev tə­sər­rü­fatı – özlərinin maliyyə və digər resurslarına sərən­cam­ver­mə üzrə qərar­ların qə­bu­lun­da müstəqilliyə malik olan və iqtisadi fəaliyyət gös­tə­rən ayrı-ayrı fərdlər və ya qruplardır.
Ev təsərrüfatının xarakterik cəhətlərindən biri qeyri-formal məşğulluq və əmək münasibətləri ilə bağlıdır. Bu təsərrüfatlarda həm də qeyri-formal mübadilə mövcuddur (qohumlar, qonşular, dostlar arasında) ki, bu da dövlətin və ya firmanın sosial dəstə­yindən köklü surətdə fərqlənir.
Ev təsərrüfatlarının təsnifatı müxtəlif meyarlar baxımından həyata keçirilir.
Ərazi – regional mənsubiyyətinə görə şəhər və ya kənd yerlə­rində, regionlarda ev təsərrüfatlarını göstərmək olar.
Demoqrafik prinsipə görə ev təsərrüfatları ailənin tərkibinə uyğun fərqləndirilir.

Yüklə 126,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin