Test (K.VII. 3.1. QS.6.)
1. Kerosinin (ağ neftin) üzərinə su töküb qarışdırır və bir qədər gözləyirik, nə müşahidə olunur?
A) mayelər biri-birində həll olur;
B) kerosin suyun üzərində ayrıca təbəqə əmələ gətirir;
C) su kerosinin üzərində ayrıca təbəqə əmələ gətirir.
D) yeni rəngli maye əmələ gəlir;
E) heç bir dəyişiklik baş vermir.
2. Spirtin üzərinə su töküb qarışdırır və bir qədər gözləyirik, nə müşahidə olunur?
A) mayelər bir-birində tam həll olur;
B) spirt suyun üzərində ayrıca təbəqə əmələ gətirir;
C) su spirtin üzərində ayrıca təbəqə əmələ gətirir;
D) yeni rəngli maye əmələ gəlir;
E) həç bir dəyişiklik baş vermir.
3. Qarışmayan mayeləri laboratoriyada hansı qabda ayırmaq əlverişlidir?
A) büretdə; B) silindrdə;
C) stəkanda; D) yastıdıb kolbada;
E) ayrıcı qıfda.
4. Xörək duzu suda həll edilmişdir, duzu və suyu biri-birindən hansı üsulla ayırmaq olar?
A) çökdürməklə; B) kristallaşdırmaqla; C) buxarlandırmaqla;
D) distillə ilə; E) süzməklə.
5. Xörək duzu ilə təbaşir tozu qarışdırılmışdır, qarışıqdakı maddələri biri-birindən necə ayırmaq olar?
A) suda həll etmək və süzməklə;
B) suda həll edib süzmək sonra, məhluldan suyu buxarlandırmaqla;
C) maqnitlə;
D) suda həll etmək və duzu kristallaşdırmaqla;
E) suda həll edib sonra, distillə etməklə.
6. Sadə qaz alınan cihazı quraşdırmaq üçün hansı hissə artıq göstərilmişdir?
A) böyük sınaq şüşəsi və ya yumrudib kolba;
B) içərisindən borucuq keçirilmiş tıxac;
C) qazaparan boru;
D) dəmir ştativ;
E) əks soyuducu.
7. Oksigen qazının varlığını hansı təcrübə ilə yoxlayırlar?
1. yanar çöpü söndürməsi ilə;
2. közərmiş çöpü alovlandırması ilə;
3. alova tutduqda kiçik partlayış səsi verməsi ilə;
4. əhəng suyunu bulandırması ilə;
A) 1, 2 B) 3, 4 C) yalnız 2 D) yalnız 3 E) 1, 3
8. Sadə qazları (O2, H2) alarkən onların silindrə (kolbaya) toplanması üsullarını göstərin:
1. Suyu sıxışdırıb çıxarma; 2. Havanı sıxışdırıb çıxarma; 3. Spirti sıxışdırıb çıxarma;
A) 1, 2 B) 1, 3 C) 2, 3 D) 1, 2, 3 E) Yalnız 3
9. Qarışıqların ayrılması təcrübələrinə aid hesabat hazırladıqda hansı ardıcıllığa əməl olunmalıdır?
10. Sadə qazların (O2, H2) alınmasına və onların fiziki xassələrinin (Havadan ağır yaxud yüngül olması, suda həll olması, rəngi, iyi) yoxlanmasına aid təcrübələr aparıldıqda hesabat hansı ardıcıllıqda tərtib olunur:
1. Təcrübənin gedişi qısaca yazılır; 2. Reaksiya tənlikləri tərtib olunur;
3. Cihazın sxemi çəkilir; 4. Nəticə verilir; 5. Hesablama aparılır.
A) 1, 2 B) 1, 2, 3 C) 1, 2, 3, 4 D) 4, 5 E) Yalnız 5
Dostları ilə paylaş: |