Bank Tənzimlənməsi
3.1. Likvidlik Böhranından Bank Təşvişinədək
Ödəniş xidmətləri təklif etmək və kredit təmin etməklə banklar iqtisadiyyatda həlledici rol oynayırlar. Bank sektorunda baş verə bilən hər hansı defolt halının biznes və insanlar üzərində çox böyük təsirləri ola biləcəyi üçün bütün hökumətlər bankları tənzimləyirlər. Demək olar ki, bu heç də hər zaman belə olmamışdır. Əslində, 20-ci əsrədək hələ də dünyada bankların tənzimlənmədiyi yerlər mövcud olmuşdur; imkanı və həvəsi olan istənilən şəxs hər hansı kvalifikasiya, maneə və ya icazə olmadan bank açıb, onu işlədə bilirdi. Lakin, belə sərbəst bank fəaliyyəti mühiti qeyri-sabit idi – bankların müflisləşməsi adi hal almışdı, ona görə də zaman keçdikcə hökumətlər aktiv şəkildə bankları tənzimləməyə başladılar.
3.1.1 Likvidlik Böhranı və Banka Tələb axınıı
Bank borcalanların ödəyə bilməyəcəyi qədər böyük miqdarda kreditlər verdikdə bankın passivləri (depozit və borclar) bankın aktivlərini keçə və bankı ödəniş qabiliyyətsizliyinə malik olmağa təhrik edə bilər. Bu bankın (və ya şirkətin) balans hesabatı ilə əlaqəli olduğu üçün, ödəniş qabiliyyətsizliyi onun passivlərinin aktivlərini keçdiyini mənasına gəlir – o sıfır və ya mənfi səhmdar kapitalına malik olur. Bu, kreditor tələblərinin vaxtı çatdığında geri ödənilə bilməməsinə gətirib çıxarsa da bu, ödəniş qabiliyyəti olmayan bank depozitorlarının öz pullarını çıxarmalarının əvəzinin ödənilməsi üçün vəsaitlərini artıra bilməməsi demək deyil. Bununla belə, qismən ehtiyat bankçılıq sistemi banklara yalnız depozitlərinin bir hissəsini əllərində nağd şəkildə saxlamağa icazə verdiyi üçün, ödəmə qabiliyyətsizliyi məsələləri böyüdülə bilər. Banklar ciddi defolt halları ilə qarşılaşdıqları halda bu problem xüsusilə kəskinləşə bilər.
Adekvat likvidlik olmadan, ödəmə vaxtı çatdığında bankın depozitorlarının tələbini ödəmək üçün kifayət qədər nağd vəsaiti olmaya bilər. Bankın nağd vəsaitlərinin artırılması üçün satıla və ya leveric edilə bilən aktivlərə malik olsa da, bunu hər zaman vaxtı-vaxtında etmək mümkün olmaya bilər. Ödənişlərin vaxtı çatdıqda ödəniş edə bilməməyə qeyri-likvidlik deyilir və bu da likvidlik böhranına yol açır. Likvidlik böhranı isə öz növbəsində, aşağıdakı nümunədə təsvir edildiyi kimi, banka tələb axınıına səbəb ola bilər.
MİSAL
Alfa Bankın artmaqda olan borcalanları öz kreditlərini ümumiyyətlə və ya müəyyən müddət ərzində ödəyə bilmir. Bu isə bankın likvidlik vəziyyətinə ciddi xələl gətirir. Alfa Bank depozitorlarına və istiqraz sahiblərinə ödənişlər edə bilmək üçün öz ehtiyatlarından istifadə etməyə başlayır. Çünki, onun kreditorlardan aldığı vəsaitlər onun yeni kreditlər və depozitlərin götürülməsi üçün tələb edilən miqdarı ödəməsinə çatmır. Alfa Bank anladı ki, onun ehtiyatları kreditorlarının faizlərinin vaxtı çatdığında ödənilməsi üçün kifayət etmir. Bundan əlavə, Alfa Bank müəyyənləşdirdi ki, onun ehtiyacı olduğu zaman vaxtaşırı müraciət etdiyi kredit bazarlarında da vəsait yoxdur. Bankın ödənişlərini etmək və borc ala bilməsi üçün vəsaitin mövcud olmaması səbəbindən bank likvidlik böhranına düşür. Nəticədə isə bankın depozitor və kreditorları vaxtı çatdığında öz vəsaitlərini ala bilməmək riski ilə qarşı-qarşıya qalır.
Alfa Bankın öz depozitorlarına ödəniş edə bilmək üçün vəsaitlərini artırmaq məqsədilə yeganə seçimi öz aktivlərini – kreditlərini və istiqrazlarını – digər banklara satmaqdır. Bununla belə, bu cür satışlar kreditlərin qeydə alındığı dəyərlərdən daha aşağı olacaqdır. Kreditlərin belə itki ilə digər banklara satılması bankın pisləşməkdə olan maliyyə vəziyyətini daha da kəskin edəcək – likvidlik vəziyyətini daha da zəiflədəcəkdir (Bölmə 2.3-ə baxın) – və yəqin ki, balans hesabatının ödəmə qabiliyyətsizliyi artacaqdır. Bu isə Alfa Bankı “ümidsiz” vəziyyətə salır. Çünki, əgər bankın vəziyyəti haqqında bu informasiya ictimaiyyətə yayılarsa bu, problemlərin üzərinə bankın sabitliyi kimi problemi də əlavə edəcək ki, bu da potensial olaraq daha çox depozitorların bankdan öz vəsaitlərini götürmək səylərini artıracaqdır. Əsas problemin real olub-olmamasından asılı olmayaraq, bankdan pulların götürülməsilə bağlı gözlənilməyən və əlavə tələblər Alfa Banka digər institut və investorlardan təcili vəsait cəlb etmək üçün axtarışlar zamanı öz müştərilərinə bir az səbirli davranmaları üçün xahiş etməkdən başqa seçim imkanı verməyəckdir. Alternativ olaraq, bank öz biznesini tərəfdaşının biznesi ilə birləşdirməyi düşünə bilər. Təəssüf ki, bütün bu alternativlərin hamısı üçün zaman tələb olunur ki, bu da Alfa Bank üçün ziddiyyətlik təşkil edir.
Əgər hər hansı həll yolu tapılmırsa və bank öz əməliyyatlarına davam etmək üçün kifayət qədər vəsait əldə edə bilmirsə bank potensial olaraq depozitorlarının orada olan vəsaitlərini məhv etməklə iflasa uğraya bilər. Belə bir iflasın digər banklara, kreditin mövcudluğuna, digər bizneslərə və iqtisadiyyata geniş təsir edə bilər.
Bir bankda olan likvidlik böhranı kiçik, çox vaxt yerli iqtisadi zəifləməyə səbəb ola bilər. Bankın depozitorlarının öz vəsaitlərini götürmələri üçün bankda kifayət qədər vəsaitin olmaması və ya bankın bu vəsaiti əldə edə bilməməsi qorxusu banka tələb axını riskini artırır. Bir bankda olan depozitorların əksəriyyəti öz vəsaitlərini eyni vaxtda geri tələb etdikdə banka tələb axını baş verir. Banklardan bütün depozitlərini nağd formada saxlamaları tələb edilmədiyi üçün – onlar depozitlərinin əhəmiyyətli bir hissəsini kredit şəklində verirlər – banka tələb axınıı likvidlik böhranına yol aça bilir. Depozitlərin geri götürülməsi ilə bağlı artan tələbat adətən banka tələb axınıının faktlara və ya şayiələrə əsaslanmasından asılı olmayaraq özü-özünə vüsət alır.
Ödəmə qabiliyyətliliyi və ya likvidlik böhranı bir bankla məhdudlaşdığı zaman bu böhran adətən sistemsiz böhran kimi nəzərdən keçirilir. Sistemsiz böhranda bir bankın unikal şəraiti böhranı sürətləndirir, şərait və mühit digər banklara tətbiq edilmir və bank böhranının geniş təsiriə malik olacağı gözlənilmir. Böhrandan yaranan məsələlər adətən yalnız o bankın müştəriləri və ya yerli iqtisadiyyatla məhdudlaşır.
MİSAL
1984-cü ilin mayında ABŞ-da Kontinental İllinois Milli Bankı depozitləri ilə bağlı tələb axınıına məruz qalmış və bu da öz növbəsində o dövrdə ABŞ tarixində ən böyük bank üçün bu çətinlikdən xilas olmağa şərait yaratmışdır. Tələb axınıı bankın kredit riskləri, xüsusilə də 1983-cü ildə iflasa uğramış Penn Square Bankdan olması fərz edilən kreditlər, səbəbindən iflasa uğrayacağı barədə şayiələrlə başlamışdır. Kontinentalda olan qeyri-işlək kreditlərin miqdarı 1984-cü ilin aprelinədək 3,3 milyard ABŞ dollarını keçmişdi.
Kontinental İllinois əsasən qısamüddətli maliyyələşmədən asılı olduğu üçün xüsusilə zəif idi. Qısamüddətli maliyyələşmə həm bazardakı faiz dərəcələrinə, həm də investorların bankın maliyyə təhlükəsizliyi ilə bağlı hisslərinə qarşı çox həssasdır. Bu, sürüşkən maliyyə mənbəyidir. Bankın bu qısamüddətli kreditləri qaytara biləcəyindən əmin olduqları müddət ərzində investorlar Kontinental İllinoisə kredit vermək istəyirdilər. Bank investorların ödəniş bitdikdən sonra öz qısamüddətli kreditlərini yeniləmək istəmədiklərini və məlumatlarla əlaqədar olaraq digər ölkələrdən olan depozitorlar da öz depozitlərini Kontinentaldan başqa tərəfə istiqamətləndirməsini aşkar etdi. Kontinentalın digər 16 bank ilə konsorsium yaratmaqla xilas planı hazırlamaq üçün etdiyi cəhdlər də boşa çıxdıqdan sonra, onun yerli depozitorları da öz vəsaitlərini geri götürməyə başladılar.
Kontinental İllinois-in maliyyələşmə əsasının qlobal təbiəti və bankın həcmi (o dövrdə ABŞ-ın 7-ci böyük bankı idi) ABŞ tənzimləyicilərinin tələb axınıını dayandırmaq və onun digər ABŞ banklarına yayılmasının qarşısını almaq üçün addım atmağa məcbur etdi. Bu xilasın dəyəri: ABŞ tənzimləmə agentlikləri banklar konsorsiumu ilə birlikdə Kontinental İllinois borclarını öhdəliklər və risklərlə birlikdə 3,5 milyard ABŞ dolları fərz edirdilər. Kontinental İllinois halında, tənzimləyicilər sistemsiz böhranın digər banklara yayılaraq sistemli böhrana çevrilməsinin qarşısını almaq üçün fəaliyyət göstərdilər.
3.1.2 Bank Təşvişi
Hətta bir bankda olan likvidlik problemi ilə bağlı məlumat tez bir zamanda yayıla və digər banklarda olan depozitorların öz vəsaitlərini geri götürməsinə səbəb ola bilər. Ona görə də bir bankda olan problem bir çox banka yayıla bilər. Əgər bu hal yoxlanılmazsa, bu proses böyüyərək, depozitorların müxtəlif banklardan eyni vaxtda öz vəsaitlərini geri götürmək niyyəti ilə bank təşvişinə çevrilə bilər.
Belə növ hadisələr bütün bank sistemini risk altına qoya bilər. Beləliklə də, banklarda baş verən bir neçə və ya üst-üstə düşən tələb axınıları və ya bank təşvişləri sistemli riskin bir nümunəsidir. Sistemli risk bütün bank sistemi və ya maliyyə bazarının iflası riskidir. Sistemli böhranın çox geniş çeşidli təsirləri ola bilər. Kəskin bank təşvişi və onu müşayiət edən qeyri-sabitliyin regional maliyyə sistemi üzərindəki təsirləri sərhədlərdən kənara çıxaraq digər ölkələrin də bank sistemlərinə əks təsir göstərə bilməsi halı mümkündür.
Həmçinin, qlobal olaraq fəal bankın iflası və ya aktivlərin qiymətlərindəki (evlərin qiymətləri kimi) material azalmalarının mənfi təsirləri və ya bir ölkədə olan bank təşvişi digər ölkələrə də yayıla bilən şok hallar yarada bilər. Hətta, böhran haqqında eşidən zaman da digər ölkələrdə olan depozitorların öz depozitləri ilə əlaqədar həyəcan keçirmələri ilə bağlı halın mövcud olması da mümkündür. Bu halın ötürülməsi və ya ölkələr (və ya hətta bazarlar) arasında olan əlavə təsir yoluxma üçün bir nümunədir. Yoluxma və ya bank təşvişinin olub-olmamasından asılı olmayaraq, fövqəladə maliyyə hadisələri və ya iqtisadi gərginlik bank sistemi üçün “sistemli riski” artırır. Sistemli risklər əhəmiyyətli dərəcədə mənfi təsirləri bir çox sənayelərə və ölkələrə ötürülə bilər və bank işçiləri, müştərilər, səhmdarlar və sonda iqtisadiyyat üzərində geniş mənfi nəticələrə malik ola bilər. Kiçik və inkişaf etməkdə olan ölkələr üçün xarici depozitorlar çox vaxt həlledici kapital mənbəyidir və onların vəsaitlərini geri götürmələri – yoluxmaya cavab və ya yoluxma məlumatları kimi – iqtisadiyyat üzərində dağıdıcı təsirə malik ola bilər.
MİSAL
Potensial bank təşvişinə aparan banka tələb axınıının ən yeni nümunəsi İslandiya bank sisteminin çökməsi ola bilər. İslandiyanın üç əsas bankı – Kaupthing, Glitnir və Landsbanki – 2001-ci ildə ölkənin maliyyə sektorunun zəif tənzimlənməsinin ardından aqressiv şəkildə inkişaf etməyə başladı. İslandiya 320,000 əhalisi olan kiçik və coğrafi cəhətdən təcrid olunmuş ölkə olduğu üçün belə aqressiv inkişaf istəyi daxili bazar ilə dəstəklənməyə bilər. Nəticə etibarilə bu banklar bütün Avropada filial şəbəkəsi yaratmaq üçün tələsirdi. Banklar İslandiyadan kənarda əməliyyatlar həyata keçirdikcə, onlar depozitlərdən deyil, banklararası bazarlar və ya kreditlərdən əhəmiyyətli dərəcədə asılı olmağa başladı. 2008-ci il iyulun sonuna olan qiymətləndirmələrdən məlum oldu ki, bu üç bankın xarici borcu 42 milyard Avrodan artıqdır ki, bu da İslandiyanın 8.5 milyard Avro miqdarında ÜDM-indən əhəmiyyətli dərəcədə yüksəkdir.
2008-ci ilin sentyabr ayının əvvəllərində ABŞ investisiya bankı olan Lehman Brothers`in iflasından sonra banklar arasında qısamüddətli kredit bazarı dondu. Maliyyələşdirmə bazarlarında olan bu dəyişiklik İslandiya banklarının geniş yayılmış beynəlxalq bank şəbəkələrini adekvat şəkildə maliyyələşdirmək üçün lazımi vəsaiti təmin etmə qabiliyyətlərinə əks təsir etdi. İslandiya bankları depozitlərə və daimi maliyyələşdirmə mənbələrinə çıxışları olmadığı üçün ciddi likvidlik və maliyyələşmə problemləri ilə qarşılaşırdılar.
Daha sonra 2008-ci ilin 29 sentyabrında İslandiya rəsmiləri üç böyük bankın ən kiçiyi olan Glitnirin hissələrlə milliləşdiriləcəyini elan etdilər. Glitnir 750 milyon ABŞ dolları (600 milyon Avro) dəyərində qısamüddətli borcu qaytarmalı idi ki, onun bunu etmək üçün nə kifayət qədər vəsaiti nə də ki, bu vəsaiti əldə etmək imkanı var idi.
Glitnir`in hissələrlə milliləşdirilməsi ilə bağlı qərarı həm Kaupthing, həm də Landsbankiyə təsir etdi. Həm İslandiyada, həm də İslandiya banklarının olduğu digər ölkələrdə olan əsəbi depozitorlar banklardan öz vəsaitlərini geri götürməyə başladılar. Medianın təsiri isə xüsusilə mənfi oldu. Bəzi İslandiya banklarının öz filialları vasitəsilə Britaniya Krallığında da nümayəndəlikləri ilə təmsil olunurdu. İslandiya banklarının borclarının İslandiyanın ÜDM-sindən çox olması faktı xüsusilə potensial xilas xərcləri fonunda geniş şəkildə vurğulanırdı. Bunun ardınca bankın problemləri ilə bağlı söz-söhbət yayıldıqca İslandiya iqtisadiyyatı silkələnməyə başladı, onu valyutasının dəyəri düşdü və faiz dərəcələri yüksəldi. Bunun isə İslandiya banklarının xaricdə fəaliyyət göstərən bütün şöbələri üzərində dalğalanma effekti oldu. Onların hamısı əhəmiyyətli və qeyri-adi şəkildə depozitlərin geri götürülməsi ilə qarşılaşdılar. Belə bir qorxu yaranmağa başladı ki, Lehman Brothers`in iflasından belə qısa müddət sonra İslandiya banklarının iflası qlobal maliyyə böhranına yol aça bilər. Bundan əlavə İslandiya banklarının hökumət tərəfindən potensial xilasının həcmi ilə bağlı dövlətin özünün belə iflasa uğraya biləcəyi barədə məlumatlar gəzirdi.
Oktyabrın 7-də depozitorlarının qorunması məqsədilə Landsbanki milliləşdirildi. Eyni gündə Landsbanki tərəfindən Birləşmiş Krallıq və Niderlandda işlədilən onlayn bank olan Icesave depozitlərin geri götürülməsini dayandırdı. Oktyabrın 9-da, Birləşmiş Krallıq və digər Avropa bank tənzimləyiciləri tərəfindən bəzi İslandiya banklarının yerli filiallarının bağlanmasından bir gün sonra, İslandiya hökuməti İslandiyanın əsas banklarını bağlamağa və milliləşdirməyə başladı. İslandiya bankları bağlandıqdan sonra öz fəaliyyətlərini dövlət mülkiyyəti altında davam etdirməyə başladılar. Xilas xərcləri əsaslı oldu – yalnız yeni milliləşdirilmiş bankların səhmləri təxminən İslandiya ÜDM-sinin 30 faizinə bərabər idi. İslandiya hökuməti digər dövlətlərdən fövqəladə maliyyələşdirmə axtarır və əldə edirdilər. Beynəlxalq Valyuta Fondu, Avropa İttifaqı, Skandinaviya ölkələri və digər yerlərdən olan yardım paketi təxminən 9 milyard Avro olaraq qiymətləndirilir.
Burada biz bank riskləri və tənzimləmələr üçün əsas və aparıcı hesab olunan dörd anlayışı təqdim edirik. Bir bank üzrə banka tələb axınıı sistemsiz riskdir. Əgər fərdi tələb axınıının qarşısı alınmazsa və düzgün idarə edilməzsə onun təsirləri sistemli və ya digər banklar arasında da təşvişə səbəb ola bilər. Bank təşvişləri, İslandiya nümunəsindən də göründüyü kimi, yoluxmaya şərait yarada bilər. Bu anlayışlar arasındakı əlaqələr aşağıda Şəkil 3.1-də göstərilib.
Şəkil 3.1. Banka tələb axını və sistemsiz riskdən bank təşvişi və sistemli risk vasitəsilə yoluxmaya
Termin
|
Tərif
|
Riskin növü
|
Tərif
|
Banka tələb axınıı
|
Bir bankda olan depozitorların əksəriyyəti təcili və eyni zamanda depozitlərinin geri götürülməsini tələb edir
|
Sistemsiz risk
|
Yalnız bir banka təsir edən risk (yerli təsir)
|
Bank təşvişi
|
Digər banklara yayılan və tələb axınıına səbəb olan tələb axınıı
|
Sistemli risk
|
Bütün bank sistemi və ya maliyyə bazarının çökməsi riski
|
Yoluxma
|
Digər regionlar, ölkələr və ya bazarlar üzərində geniş əlavə təsirləri olan şoklar
|
|
3.2 BANK TƏNZİMLƏNMƏSİNİN ƏSASLARI
Banka tələb axınıının qarşısının alınması menecment, səhmdarlar, müştərilər və işçilər də daxil olmaqla yalnız bankın maraqlı tərəfləri üçün deyil, həm də iqtisadiyyatın idarə edilməsində məsul hesab olunan bank tənzimləyiciləri, müvafiq agentlik və qurumlar üçün də əsas məsələdir. Səmərəli bank tənzimlənməsi sistemsiz riskləri həll etmək və fərdi bankların prudensial normalara uyğun fəaliyyət göstərmələrini və iflas etməmələrini təmin etməklə sistemli riski azaldır. Tənzimləmənin məqsədi fərdi banklar üzrə banka tələb axınıının baş verməsi imkanının azaldılması və sistemi əhatə edən bank təşvişlərinin, yoluxma və iqtisadi böhranların aradan qaldırılması üçün fərdi bankların adekvat nəzarətinin birləşdirilməsidir.
3.2.1. Tənzimləyici Məqsədlər
Bank iflaslarının dağıdıcı iqtisadi təsirlərinin qarşısını almaq və yaxşı fəaliyyət göstərən maliyyə bazarları, bank fəaliyyəti və maliyyə tənzimləyicilərində sabit bank sektorunun fəaliyyətini təmin etmək üçün aktiv şəkildə aşağıdakı məsələlərin yerinə yetirilməsi məqsədi daşıyır:
-
Bankların prudensial normalara uyğun fəaliyyət göstərmələrinin təmin edilməsi. Tənzimləyicilər banklarda ciddi əməliyyat standartlarına əməl etmək və riskli kreditlərin qarşısını almaq üçün stimul verən qaydalar müəyyənləşdirir. Tənzimləyicilər isə bank üzrə kapital tələbini müəyyənləşdirir. Bu tələblər bankın fəaliyyətlərinə məxsus olan riskləri nəzərə alır.
-
Sistemli risklərin azaldılması. Tənzimləyicilər və bank nəzarətçiləri yoxlamalar, təftişlər və auditlər vasitəsilə fərdi qaydada bankları monitorinq edirlər. Bu yoxlamalarda, bank nəzarətçiləri banka tələb axınıının mümkünlüyünü artıra bilən risklərin sistemsiz mənbələrinin müəyyənləşdirilməsinə əsaslanırlar. Adətən aşağı səhmdar və məcmu kapital səviyyələrinə, riskli kreditlərə, daxili idarəetmə problemlərinə, zəif gəlirə və məhdud maliyyələşmə mənbələrinə malik banklar əlavə tənzimləyici monitorinqlərə məruz qalır.
-
Sistemi əhatə edən dəstək mexanizmlərinin həyata keçirilməsi. Bu mexanizmlər hər depozitorun əmanətini (depozit sığortası üzrə təfərrüatlı müzakirə üçün Bölmə 3.4-ə baxın) sığorta edən depozit sığortası təklif etməklə mümkün banka tələb axınılarının təsirini azaldır. Digər yanaşmalara bank sistemində müxtəlif likvidliyə dəstək sistemlərinə çıxış və ehtiyat tələbləri daxildir. Nəticə etibarilə, ölkənin mərkəzi bankı və ya monetar qurumu “son instansiya kreditoru” kimi çıxış edərək; zərif, lakin, həyati qabiliyyətli banklara müvəqqəti olaraq fövqəladə likvidlik dəstəyi təklif edə bilər (son instansiya kreditoru üzrə təfərrüatlı müzakirə üçün Bölmə 3.2.3-ə baxın).
3.2.2 Tənzimləyici Proses
Bank tənzimlənməsi kompleks proses olub, adətən lisenziyalaşdırma və nəzarətdən ibarətdir. Birinci komponent olan lisenziyalaşdırma yeni bank yaratmaq istəyənlər üçün müvafiq tələbləri müəyyənləşdirir. İkinci komponent olan nəzarət bankların monitorinqini və onların qaydalara uyğunluğunu təmin edir.
-
Lisenziyalaşdırma
Lisenziyalaşdırma lisenziya sahiblərinə bank fəaliyyəti ilə məşğul olmaq üçün icazə verir. Lisenziyalaşdırma prosesi bankın yerləşdiyi və fəaliyyət göstərdiyi ölkənin və/və ya dövlətin tənzimləyici mühitinə müvafiq olur. Lisenziyalaşdırmaya qurumun niyyəti və bank əməliyyatları, maliyyə dayanıqlılığı və idarəçilik bacarıqlarını nizamlayacaq tənzimləyici qaydalara uyğun fəaliyyət qabiliyyətinin qiymətləndirilməsi daxildir. Bu proses bahalı və yorucu olub, məqsədli olmamasına baxmayaraq, lisenziya almaq və bank fəaliyyəti ilə məşğul olmaq üçün tələb olunan uzunmüddətli töhfəni verməyəcək qurumları aradan qaldırmağa meyllidir. Tənzimləyicilərin yeni yaradılan bank sahibləri və menecerlərinin bütün tələbləri yerinə yetirməsindən kifayətləndiyi zaman onlar fəaliyyət göstərmək üçün banka lisenziya verəcəklər.
-
Tənzimləyici nəzarət
Tənzimləmənin ikinci hissəsi lisenziya verilməsi prosesinin uzanması olub, bankların fəaliyyətinə dövlət tənzimləyiciləri tərəfindən nəzarət edilməsini ehtiva edir. Tənzimləyici nəzarət banklarının lisenziya aldıqları zaman əməl etməli olduqları tənzimləyici qaydalara uyğun fəaliyyətini və müvafiq əməliyyatları həyata keçirməsini təmin edir. Nəzarət həmçinin tənzimləyici standartlardan yayınmaları həll etməyə cəhd edir və monitorinq aparır.
Tənzimləyici nəzarət institutun növündən asılı olaraq fərqlənir və o, tənzimləyici qurumların səlahiyyətləri daxilindədir. Bank nəzarətçiləri riskli bankları daha ciddi nəzarətdə saxlayır. Bəzi tənzimləmə qurumları və ya tənzimləyici nəzarətçilər tənzimlənən bankların sənədlərinin, əməliyyatlarının və proseslərinin fiziki təftişini tələb etdikləri halda, digər tənzimləyicilər sadəcə olaraq banklar tərəfindən təqdim edilən hesabatları qiymətləndirməklə kifayətlənirlər. Tənzimləyici tələblərlə uyğunluq əksər hallarda banklar üçün resurs istehlak edən və bahalı olsa da, sadəcə olaraq bu işi görməyin dəyəridir.
Bank tənzimləyiciləri və nəzarətçilərinə dair nümunələrə ABŞ-dakı Federal Ehtiyatlar Sistemi; Birləşmiş Krallıqda Maliyyə Xidmətləri Qurumu; Rusiya Federasiyasında Federal Maliyyə Bazarları Xidməti; Almaniyada BaFin və ya Maliyyə xidmətləri üzrə Federal Qurum və digər ölkələrdə müvafiq qurumlar daxildir.
3.2.3 Sabitləşmə: Son İnstansiya Kreditoru
Bu gün münasib olan likvidlik və ödəmə qabiliyyəti 19-cu əsrdə bank sisteminin sənayeləşmiş ölkələrdə formalaşdığı zamandakı kimidir. Böhranlar geniş yayılmış bank təşvişlərinə keçid və tənzimləyicilərin “son instansiya kreditoru” kimi rol oynamasının müəyyənləşməsindən əvvəl ilk tənzimləyicilər ödəmə qabiliyyəti böhranlarının həllini fərdi banklarda axtarırdılar. Mərkəzi Bank, son vəsait kreditoru kimi, ödəmə qabiliyyətsizliyi və ya likvidlik problemi yaşayan banklara fövqəladə hallarda vəsait təmin etməklə maliyyə sisteminin sabitliyinin qorunmasına yardım edir.
MİSAL
2008-ci ilin oktyabrında İslandiya bankları iflasa uğrayan zaman onların Avropanın Birləşmiş Krallıq, Niderland, Lüksemburq, İsveçrədə və Skandinaviya ölkələrində geniş filial şəbəkəsi mövcud idi. İslandiyanın üç böyük bankının iflasa uğraması da onların Avropa filiallarına ciddi şəkildə təsir etdi. Məsələn, ən böyük İslandiya bankı olan Kaupthing, İsveçdə Kaupthing Bank Sverige AB adı ilə əməliyyatlar həyata keçirirdi. İslandiya səlahiyyətlilərinin Kaupthing`i bağlamasından bir gün əvvəl İsveç Mərkəzi Bankı – sonuncu instansiya kreditoru kimi – Kaupthing-in İsveç şöbəsində fövqəladə maliyyələşmənin vaxtını uzatdı. İsveç səlahiyyətli qurumlarına görə Kaupthing-in İsveç şöbəsi hələ də ödəmə qabiliyyətli idi və 520 milyon Avro dəyərindəki maliyyələşmə sadəcə olaraq bankın lazımi formada bağlanmasına şərait yaratmaq üçün idi.
Hökumətlər maliyyə sisteminin səmərəliliyini və davamlılığını təmin etməyə ümid edirlər. Maliyyə sabitliyi maliyyə institutları və bazarlarının likvidliyini təmin etmək üçün əmanətləri toplaya biləcəkləri səviyyədir. Bölmə 3.1.2-də İslandiya banklarının böhranına dair nümunədə İslandiya hökumətinin (2008-ci ilin sentyabrında Glitnirin milliləşdirilməsi vasitəsilə kapital dəstəyinin təmin edilməsi) tədbirləri həm İslandiya, həm də İslandiya banklarının fəaliyyət göstərdiyi ölkələrdə maliyyə sabitliyinin saxlanılması məqsədi daşıyırdı. Bu dəstək əsaslı olmaqla, İslandiya banklarının aktivlərinin həcmi ilə İslandiya iqtisadiyyatı arasında olan uyğunsuzluqla məhdudlaşdırılmışdı. Əvvəlki misalda göstərildiyi kimi İslandiya banklarının xilası nəticə etibarilə müxtəlif ölkələrdən olan tənzimləyicilərin əlaqələndirilmiş tədbirlərindən asılı idi.
Monetar sabitlik pulun dəyərinin saxlanıldığı (yəni, aşağı və sabit inflyasiya) həddir. Mərkəzi Bankların oynadığı bir çox rollardan biri də inflyasiyanı adətən “qəbul edilən” illik 2-3 faiz həddə qədər azaltmaqla qiymətlərin sabitliyini təmin etməkdir. Mərkəzi Banklar buna faiz dərəcələri müəyyən etmək və iqtisadiyyatda olan pul və kreditin miqdarına nəzarət etməklə nail ola bilir. Mərkəzi Bankların monetar sabitliyə hansı mexanizmlər vasitəsilə nail olmalarına dair müzakirələr isə bu materialın mövzusu deyil. Monetar sabitlik maliyyə sabitliyi ilə qarışdırılmamalıdır; onların çox vaxt birlikdə mövcud olmalarına baxmayaraq, onların “yol yoldaşı” olmasına ehtiyac yoxdur. Məsələn, ölkədə olan çox yüksək inflyasiya – monetar qeyri-sabitliyin göstəricisi – ölkənin maliyyə sisteminin dağıdılmasına meyl edir. 2007-ci ildən başlayaraq (və 2009-cu ildə də davam edən), inkişaf etmiş ölkələr qısamüddətli, lakin çox əhəmiyyətli maliyyə qeyri-sabitliyinə səbəb olan maliyyə böhranından əziyyət çəkməyən maliyyə qeyri-sabitliyinə baxmayaraq, bu ölkələrdə monetar sabitlik – sabit inflyasiya səviyyəsi – saxlanılmış və onlardan bəzilərində isə inflyasiya səviyyəsi faktiki olaraq aşağı düşmüşdür (“deflyasiya”).
Dostları ilə paylaş: |