Wiley finance


Kredit Reytinqi Agentlikləri



Yüklə 2 Mb.
səhifə13/32
tarix17.08.2018
ölçüsü2 Mb.
#71584
növüXülasə
1   ...   9   10   11   12   13   14   15   16   ...   32

4.2.2 Kredit Reytinqi Agentlikləri
Borcverən olmayan kredit reytinqi agentliklərinin icra etdikləri yeganə vəzifə borcverənlərə bənzərdir: onlar müxtəlif borcalanların kredit qabiliyyətliliyini qiymətləndirirlər. Kredit reytinqi agentlikləri ilə borcverən arasındakı fərq kredit reytinqi agentliklərinin pul borc verməməsidir.

Kredit reytinqi agentlikləri borcverən kredit qabiliyyətliliyini və ictimai ticarət üzrə borcu qiymətləndirir və borcalanlar və onların borc alətləri üçün kredit reytinqlərini müəyyən edir. Reytinqlər geniş risk amillərinə əsaslanaraq borcverənlərin ümumi kredit qabiliyyətliliyinin müstəqil qiymətləndirilməsi məqsədilə nəzərdə tutulmuşdur. Fərdi borc alətlərinin reytinqləri müvafiq alətlə əlaqədar risk amilləri ilə kredit qabiliyyətliliyini əhatə edir.

Reytinqlər ən yüksək kredit reytinqindən – AAA və ya Aaa kreditin ödənilməsi üzrə yüksək qabiliyyətliliyini göstərir ən aşağı reytinqə - C və ya D borcun defolta yaxın olduğunu və ya artıq defolt vəziyyətində olduğunu göstərir. İnvestisiya dərəcəsi reytinqləri AAA/Aaa-dan BBB/Baa-ya, qeyri-investisiya dərəcələri BB/Ba-dan C/D-yə qədər uzanır. Cədvəl 5.11 müxtəlif reytinqlərin təfsilatlı təsvirini əhatə edir.

AAA, BB və ya C kimi tək hərfli reytinqlər borcalanla bağlı kəmiyyət, keyfiyyət və hüquqi məlumatlar daxil olmaqla maddi informasiyanın distillə olunmasını əks etdirir və reytinq prosesinin nəticələrini ictimaiyyətə çatdırır. Kredit reytinqi agentliklərinin keçirdikləri kredit təhlili Bölmə 5.2-də təsvir olunan kredit təhlili proseslərinə oxşardır; Kredit reytinqi agentlikləri borcalanın fəaliyyət sektoru, inkişaf, risk, təhlükə və zəiflik üzrə perspektivlər daxil olmaqla, borcalanın fundamental və həyati əhəmiyyətli xüsusiyyətlərini yoxlayır. Borcalanlar üçün xüsusi narahatlıq doğuran səbəb subsidiyaların azalması kimi dövlət qurumları tərəfindən bizneslə bağlı həyata keçirilən gözlənilməz və arzuolunmaz fəaliyyət tədbirlərin – fəaliyyət və inkişaf qrantları, maliyyələşmə yardımı, verginin tutulması və kredit yardımının - mənfi təsirinə məruz qalma potensialıdır.

ABŞ-da Milli Səviyyədə Qəbul Olunan Statistik Reytinq Təşkilatı (NRSRO) adı ilə bilinən bir sıra kredit reytinqi təşkilatları tənzimlənməkdədir. Kredit reytinq agentlikləri ABŞ-ın Qiymətli Kağızlar və Birja Əməliyyatları üzrə Komissiyası tənzimləyici tələblərə cavab verir və maliyyə institutlarının müxtəlif tənzimləyici məqsədlərlə istifadə etdikləri kredit reytinqlərini təqdim edir. Şəkil 4.2-də 2008-ci ilin dekabr ayına olan NRSRO-lar göstərilir. Qiymətli Kağızlar və Birja Əməliyyatları üzrə Komissiya NRSRO-ların tənzimləyici qurumu olaraq fəaliyyət göstərir. Maliyyə bazarlarına giriş imkanı əldə edə bilmək üçün borcalanlar əsas beynəlxalq NRSRO-lardan (Standard &Poor’s Moody’s, Fitch, DBRS) birindən və ya regional NRSRO-dan reytinq almağa çalışır. NRSRO-ların əksəriyyəti reytinq verdikləri borcalanlardan haqq alır. Bu “emitent-ödənişi” modeli olaraq tanınır. Egan-Jones “investor-ödənişi” üzrə investorların təqdim etdiyi reytinqlərə görə haqq alan NRSRO-ya bir nümunədir. Hər iki model 2007-ci ildə başlayan kredit böhranı ilə bağlı fəaliyyətlər səbəbindən müşahidə altındadır.


Şəkil 4.2 Hazırda fəaliyyət göstərməkdə olan NRSRO-lar (2008-ci ilin dekabr ayına)
- A.M. Best Company - Dominion Bond Rating Service, Ltd

- Egan-Jones Ratings Company - Fitch Ratings

- Japan Credit Rating Agency, Ltd - LACE Financial

- Moody’s Investor Service - R&I, Inc.

- Realpoint LLC - Standard & Poor’s

Reytinq agentlikləri müxtəlif borcalan növləri üçün müxtəlif meyarları qiymətləndirir. Məsələn, suveren borcalanların reytinqinin müəyyən olunması halında (Bölmə 4.3.3), reytinq agentlikləri ölkənin borcunu geri ödəmə qabiliyyəti və istəyini təhlil edir və ölkənin iqtisadi və fiskal gücü və siyasi və sosial sistemin sabitliyi və həyatiliyi üzrə əlaqəli və əsaslı informasiyanı nəzərdən keçirir. Bu yanaşma kredit reytinqi agentliyinin geri ödənişinin meydana gələn bazar iqtisadiyyatında təmin olunan mal və xidmətlərin istehsalından yaranan gəlirindən asılı olduğu borc alan şirkətinin təhlil etməsi halında fərqlənəcəkdir.


MİSAL

__________________________________________________________________


2007-ci ildə başlayan qlobal maliyyə böhranı dövründə bir çox kredit reytinq agentlikləri reytinqi müəyyən etdikləri maliyyə məhsullarının mənfi yönümlü dəyişikliklərini yetərincə tez hiss eləmədiklərinə görə tənqid olunmuşdur. Kredit reytinqi agentlikləri qərarlılıq baxımından əhəmiyyətli boşluqlar buraxmaqda və ya kompleks maliyyə məhsulları ilə bağlı reytinqlərində maraqların münaqişəsinin müşahidə olunmasında günahlandırılmışdır. Əsas tənqid hədəfinin kredit reytinqi agentliklərinin olmasının səbəbi yüksək kompleksi maliyyə məhsullarının müəyyən hissələri AAA reytinqi aldıqları halda, əslində böhranın yaxın iştirakçıları olması və fəaliyyətlərinin zəifləmə və ya tənəzzül etməsidir.
Son illərdə kredit reytinqi agentlikləri aşağı reytinqli firmalar (borcları üzrə defolt vəziyyətinə düşmə ehtimallarının yüksək olduğu firmalar) tərəfindən buraxılan fərdi alətlərə “bərpa reytinqləri” təyin etməyə başlamışlar. Bu kredit reytinqi agentlikləri tərəfindən bərpa riskinin dəyərini müəyyənləşdirmək cəhdidir, defolt halında borcverənin aşağı reytinqli şirkətlərə verdiyi dəyər daha da aşağı düşə bilər. Bu yanaşma defolt riskini bərpa riskindən səmərəli şəkildə ayırır.
4.3 BORCALANLAR
Reteyl və ümumi xidmət bankları ölçü və maliyyələşmə ehtiyacları daxil olmaqla müxtəlif amillərə əsaslanmaqla müxtəlif növ borcalanlar arasında fərqlənir. Reteyl baxımından, fərdi müştərilərlə kiçik biznes müştəriləri arasında geniş bir fərq qoyulmuşdur. Ümumi xidmət baxımından isə fərqlənmə daha kompleks formadadır.
4.3.1 Reteyl Borcalanlar
Reteyl borcalanlara ev, maşın və digər malların alınması üçün pul borcalan istehlakçılar (fərdlər) daxildir (bir çox digər ölkələrdə istehlakçılar təhsil və bənzər xərclərin maliyyələşdirilməsi üçün də borc alırlar). Ümumiyyətlə yüksək gəlirli, az borcu olan və güclü kredit ödənişi tarixinə malik istehlakçılar daha az riskli borcalanlar hesab olunsalar da, borcalanın reytinqi yekun olaraq müxtəlif meyarlardan asılıdır.

Hazırkı bank mühitində reteyl bankçılıq əmtəə yönümlü biznesə çevrilmişdir. Hal-hazırda əksər banklar reteyl borcalanları standart meyarlara əsaslanan müvafiq homogen risk qruplarına bölürlər. Bu proses banklara standart borcalan xüsusiyyətlərinə əsaslanmaqla ödəniş və defolt xüsusiyyətlərini təhlil etmə imkanı verir. Bu prosesin aspektlərindən biri kreditlərin və borcalanların ümumi xüsusiyyətlərinin qruplaşdırılmasına və təhlil olunmasına imkan verən kredit balının müəyyənləşdirilməsi prosesidir. Qruplar üzrə balın təyin olunması kreditlərin və borcalanların portfelin zərər ehtimalının daha dəqiq qiymətləndirilməsi üçün müxtəlif mərhələlər üzrə müəyyən olunması və təhlil olunmasına imkan verir. Standartlaşdırma və kredit balının təyin olunması müvafiq kiçik kreditlərin daha mənfəətli edilməsi vasitəsilə qiymətləndirmə prosesinin daha ucuz başa gəlməsinə imkan verir. Burada həmçinin borc alətlərinin verilə bildiyi kredit portfellərinin əlaqələndirilməsi və ya qruplaşdırılması kimi şərh olunan sadələşdirilmiş sekyuritizasiya da mövcuddur. Sekyuritizasiya Bölmə 5.3.2-də daha ətraflı əhatə olunur.


4.3.2 Korporativ Borcalanlar
Korporativ borcalanlara kiçik yerli şirkətlərdən iri qlobal konqlomeratlara qədər olan şirkətlər daxildir (aşağı bax). Hər birinin fərqli maliyyələşmə ehtiyacları var və hər biri avtonom əsasda təhlil olunmalıdır. Kapitala çıxış imkanının (ictimai bazarlar, banklar, özəl maliyyələr) asanlığından asılı olaraq, şirkətlər inkişafı maliyyələşdirmək üçün kapital borc ala və ya gəlir əldə edə bilər. Borc alarkən şirkətlər öz öhdəliklərini inkişafdan əldə olunan nağd pulla ödəyirlər. Sabit gəliri, aşağı dərəcəli borcu və güclü idarəetməsi olan şirkətlər daha az riskli hesab olunur və borcalmalar zamanı onları daha sərfəli müqavilə şərtləri təklif olunur. Korporativ borcalanlar bir çox hallarda həcm və qlobal əhatə dairəsi baxımından fərqləndirilirlər. Əsas fərqlər Şəkil 4.3-də göstərilib.

  • Yerli şirkətlərÜmumi olaraq bu şirkətlər kiçik və orta müəssisələr (KOM-lar) adlanır. Adətən KOM-lar partnyorluqlar, özəl müəssisələr, sahibkarlıq, ailə biznesi və digər kiçik bizneslər olur. Ümumiyyətlə KOM-lar özəl və sıx əlaqəli birbaşa hüquqi struktura malik olur. İllik satışlar 1 milyon ABŞ dolları, 750,000 avro və ya 500,000 Britaniya funtundan aşağı olsa da, biznesin həcmi müəssisə və tənzimləyici fəaliyyət çərçivələrindən asılı olaraq dəyişir.12

  • Regional şirkətlər – Regional şirkətlər ümumiyyətlə iri KOM-lar olan və 1-100 milyon dollar (750,000-75 milyon avro, 500,000-50 milyon funt) arasında satışa malik şəbəkə dükanları, yanacaq doldurma məntəqələrini və restoranları özündə cəmləyən kommersiya biznesləridir. Bunlardan bəziləri Bazel II Sazişi üzrə tərif olunan KOM-lara uyğundur. Daha sonra onlar bir və ya daha artıq yerli bazara çıxış imkanı tapır və ya region üzrə genişlənirlər. Bu biznes müəssisələrinin hüquqi və mülkiyyət strukturu çox sahibkarlılıq, bir neçə törəmə şirkətin olması və fərqli hüquqi yurisdiksiyalarda yerləşmə baxımından daha mürəkkəb ola bilər.

  • Beynəlxalq şirkətlər – Beynəlxalq şirkətlər ölkə hüdudlarından kənarda fəaliyyət göstərsələr də, adətən öz fəaliyyətlərini dünyanın fərqli regionları (Qərbi Avropa, ABŞ və Kanada və s.) üzrə məhdudlaşdırırlar. Onlar birjalarda ictimai alqı-satqı ilə məşğul olan şirkətlər və ya müxtəlif ölkələrdə fəaliyyət göstərən özəl biznes müəssisələri ola bilər. Beynəlxalq şirkətlər genişhəcmli illik satış dövriyyəsinə (adətən milyardlarla hesablanan) və öz fəaliyyətlərinin və inkişaflarının maliyyələşdirilməsi üçün müntəzəm olaraq banklardan borc götürmə ehtiyacına malik ola bilər.

  • Universal şirkətlər – Bu şirkətlər adətən bütün dünyaya yayılmış qlobal konqlomeratlar olur. Onlar öz bizneslərini beynəlxalq biznes təsirləri və təzyiqlərindən asılı olaraq həyata keçirirlər. Onların əksəriyyəti birjanın alqı-satqı əməliyyatlarında iştirak edir. Bu şirkətlərə misal olaraq Siemens, Mitsubishi Heavy Industries, Lafarge, BP, Royal Dutch/Shell və General Electric şirkətlərini göstərmək olar. Bunların hamısı banklar tərəfindən institusional borcalanlar olaraq qiymətləndirilir və maliyyə ehtiyacları üçün özünəməxsus diqqət tələb edir. İnvestisiya fondları, beynəlxalq banklar və qlobal sığorta şirkətləri də universal şirkətlər və institusional borcalanlar hesab olunurlar.


Şəkil 4.3 Borcalan növləri arasındakı fərqlərin icmalı


Borcalan

Kapital ehtiyacları

Sahibkarlıq strukturu

Fəaliyyətlər

Maliyyə qabiliyyəti

Yerli şirkətlər

Kiçik ehtiyaclar və sadə kredit məhsulları.

Sadə sahibkarlıq strukturu (özəl müəssisələr, partnyorluqlar və ya sıx əlaqəli, ailə biznesi).

Bir yerdə 50-dən az işçisi olan məhdud əməliyyatlar.

Məhduddur. Maliyyə məsləhəti üzrə bir banka və maliyyə problemlərinin həllinə əsaslanır.

Regional şirkətlər

Daha sadə kredit məhsulları birləşməsinin cavab verdiyi əsaslı ehtiyaclar.

Çoxsaylı sahiblərə malik olan müxtəlif partnyorlar və ya korporasiyalar. Bir neçə filiallara malik ola bilər. Məhdud və ya regional miqyasda ictimai alqı-satqının keçirilməsi mümkündür.

Fəaliyyətlər beynəlxalq əməliyyatların iştirak mümkünlüyü daxil olmaqla, bir və ya bir neçə yerdə sıx əlaqəli bizneslərə yönəlib. Bir neçə yüz nəfərlik işçi heyətinə malikdir.

Müəyyən maliyyə təcrübəsi və anlayışı. Ehtiyaclarını daha səmərəli ödəyəcək kredit birləşmələrini və digər maliyyə məhsullarının qiymətləndirmə bacarığı. Adətən çoxsaylı bank əlaqələrinə malik olur.

Beynəlxalq şirkətlər

Sadə və daha mürəkkəb kredit məhsullarını tələb edən iri, fərqli və mürəkkəb ehtiyaclar.

Çoxlu sayda sahibi (səhmdarları) olmaqla ictimai alqı-satqı ilə məşğul olur. Dünya üzrə bir neçə filialı fəaliyyət göstərir.

Dünya üzrə çoxsaylı biznes fəaliyyətlərinə yönəlib. Bir neçə min nəfərlik işçi heyətinə malikdir.

Yüksək dərəcədə bacarıqlı. Şirkət üçün optimal maliyyələşmə alternativlərinin tapılması yönündə fəaliyyət göstərən işçi heyəti çalışır. Bir aparıcı bank olmaqla çoxsaylı bank əlaqələrinə malikdir.

Universal şirkətlər

Sadə və daha mürəkkəb kredit məhsullarını, eləcə də digər novator məhsullarını tələb edən iri, fərqli və mürəkkəb ehtiyaclar.

Çoxlu sayda sahibi (səhmdarları) olmaqla bir sıra birjalarda ictimai alqı-satqı ilə məşğul olur. Dünya üzrə bir çox sayda filialı fəaliyyət göstərir.

Dünya üzrə əvəzsiz olması mümkün çoxsaylı biznes fəaliyyətlərinə yönəlib. Bir neçə on min nəfərlik işçi heyəti var.

Həddindən çox bacarıqlı. Dünyanın fərqli yerlərində şirkət üçün optimal maliyyələşmənin tapılması yönündə fəaliyyət göstərən işçi heyəti çalışır. Dünyanın bir sıra ölkələrində biznesin maliyyələşməsi dəstəkləyən çoxsaylı bank əlaqələri olur.



4.3.3 Suveren Borcalanlar
Suveren borcalanlar daha qlobal banklardan götürülən istiqrazlar və ya birbaşa borcalmalar vasitəsilə kapitalı artıran hökumətlərdir. Artırılan məbləğdən adətən iri kapital investisiyaları (daha yaxşı yollar, dəmir yolları) və ya dövlət xərclərinin maliyyələşməsi üçün istifadə olunur. Adətən hökumət kreditlərin ödənilməsi üçün vergi gəlirlərindən istifadə edir.

Ümumiyyətlə kredit reytinqi agentlikləri suveren borcalanları digər debitorlar kimi nəzərdən keçirir. Qeyd olunmalıdır ki, heç də bütün ölkələr kredit reytinqi agentlikləri tərəfindən qiymətləndirmə tələb etmir və bu səbəbdən kredit reytinqi agentlikləri suveren və özəl borcalanları onların müraciətini gözləmədən qiymətləndirə bilər. suveren borcalanların kredit yoxlanışına onların daxili, eləcə də qlobal iqtisadiyyat, siyasi, faiz dərəcəsi və əmtəə dəyişiklikləri üzrə fəaliyyət qabiliyyəti daxildir. Reytinqin təyin olunması üçün müraciət edən suveren borcalanların əksəriyyəti reytinq agentliyi tərəfindən qiymətləndirilməzdən əvvəl özləri üçün investisiya dərəcəsi hesablayırlar (Bölmə 4.2.2-yə bax).

Təəssüf ki, illər boyunca kredit reytinqinin verilməsindən sonra suveren borcalanların borcla bağlı defoltları hallarına rast gəlmək mümkün olmuşdur. Şəkil 4.4-də bəzi hazırkı suveren borcalanların defolt hallarının vaxt qrafiki əks olunub.
Şəkil 4.4 Suveren borcalanların defolt hallarının vaxt qrafiki, 1999-2006
Rusiya - 17/8/1998

Rusiya* - 17/8/1998

Rusiya** - 27/1/1999

Pakistan - 29/1/1999

İndoneziya, birinci defolt - 29/3/1999

Dominikan Respublikası* - 9/4/1999

İndoneziya, ikinci defolt - 17/4/2000

Argentina - 6/11/2001

Argentina* - 6/11/2001

İndoneziya, üçüncü defolt - 23/4/2002

Paraqvay - 13/2/2003

Uruqvay - 16/5/2003

Qrenada - 30/12/2004

Venesuela - 18/1/2005

Dominikan Respublikası - 1/2/2005

Beliz - 7/12/2006


* yerli valyutada suveren borcalanların defoltunu göstərir

** seçilən defoltu göstərir
Mənbə: Suveren Borcalanları Defoltu və Reytinqin Ötürülməsi üzrə Məlumatlar: 2006-cı il yenilənmələri, S&P 2007 və özünün araşdırmalar
Korporasiyalar kimi suveren borcalanların da borclarının kredit qabiliyyətliliklərinin dərəcələrinin artması, eləcə də azalması mümkündür. Suveren borcalanların təmsil etdikləri kredit riski təhlili xüsusi qeyd olunsa da, korporasiyalar üçün istifadə olunandan fərqli meyarlara əsaslanır. Bundan əlavə, birgə borcalanların kredit qabiliyyətliliyinin nəzərdən keçirilməsi zamanı suveren borcalanlar hər zaman təhlil olunmalıdır. Adətən suveren borcalanın kredit reytinqi həmin ölkədəki firmalar üçün kredit reytinqlərinin dolayı tavanı olacaqdır.
4.3.4 Dövlət Borcalanları
Dövlət borcalanları əsəsən dövlət, əyalət və yerli hökumətlər (bələdiyyələr) və onların alt-qurumlarıdır (su və kanalizasiya komissiyaları, hava limanı orqanları, dövlət xəstəxanaları və məktəb əraziləri). Bu səviyyədə toplanan məbləğlər ümumi olaraq investisiyalar (küçələr, su təchizatı) və ya ümumi xərclərin maliyyələşməsi məqsədilə istifadə olunur. Bir çox yerli hökumətlər öz ərazilərindən vergi toplamaqla nağd pul əldə etmə imkanına malik olduqlarından, dövlət borcları müvafiq olaraq aşağı riskli hesab olunur. Buna baxmayaraq, güclü yerli hökumətlərin kreditlərinin ödənişi üzrə defolta məruz qalmaları müşahidə edilmişdir. Avropa İnvestisiya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı, Afrika İnkişaf Bankı, Amerikadaxili İnkişaf Bankı və İslam İnkişaf Bankı kimi beynəlxalq institutlar dövlət borcalanları olaraq təsnifləşdirilir.

4.4 KREDİT MƏHSULLARININ XÜSUSİYYƏTLƏRİ
Geniş müxtəlifliyə malik kredit növləri mövcuddur. Bunların hamısı müxtəlif borcalanların özünəməxsus vəziyyətlərinin xüsusi biznes ehtiyaclarının ödənilməsi məqsədilə hazırlanıb. Bu bölmə kreditləşmə xidmətlərini və onların fərqlərini təsvir edir. Borcalan üçün hansı növ kreditləşmənin münasib olduğunu anlamaq üçün borcverənlər borcalanların maliyyə vəziyyətinin təfsilatını, xüsusilə onların yerli, regional və ya beynəlxalq bazarlarda mövcud və gözlənilən şəraitlə əlaqəliliyini anlamalıdırlar. Fəsil 5 korporativ kredit təhlili üzrə əlavə təfsilatlı məlumatlar təqdim edir.
Aşağıdakılar daxil olmaqla, kredit məhsullarının bir neçə cür qruplaşdırma yolu var:

  • Ödəniş müddəti

  • Şərt spesifikasiyası

  • Məqsəd

  • Borcun ödəniş mənbəyi

  • Girov tələbləri

  • Müqavilə tələbləri

  • Borcun ödəniş xüsusiyyətləri

Hərtərəfli olmaqla, bu siyahı kreditləşmə prosesinin mürəkkəbliyini və bir çox kreditlərin özünəməxsusluğunu başa düşməyə kömək edir. Biz bu xüsusiyyətlərin hər birini aşağıdakı təfərrüatlarla açıqlayırıq.



4.4.1 Ödəniş müddəti
Kredit ehtiyacları fərqli zaman müddətlərində həmin ehtiyacları ödəmək üçün ümumi olaraq ödəniş müddəti tərəfindən təsnifləşdirilən kreditlərlə yanaşı sıralanır. Sadə formada desək, ödəniş müddəti kreditin son ödəniş müddəti və ya digər maliyyə alətlərinin ödəniş tarixidir. Məsələn, birillik ödəniş müddətinə malik kredit bir il ərzində tam ödənilməlidir.

Biznes, tənzimlənmə və mühasibat məqsədləri ilə banklar ümumi olaraq kreditləşmə üzrə ödəniş müddətlərini üç kateqoriyaya bölür: qısamüddətli, ortamüddətli və uzunmüddətli. Fərqli ödəniş müddətinin dərəcələri və kateqoriyaları Şəkil 4.5-də təsvir olunur. Cədvəldə qeyd olunduğu kimi xüsusi ödəniş müddətinin kateqoriyası üzrə kreditlər oxşar istifadəlilik və xüsusiyyətlərə malik olmağa meyllidirlər. Məsələn, ortamüddətli kreditləşmə ümumiyyətlə nağd pul axını təminatlı və ya xüsusiyyət təminatlı olur. Nağd pul axını təminatlı kreditləşmədə müddət ərzində şirkət tərəfindən əldə olunan nağd pulun keyfiyyət və münasibliyi əhəmiyyətlidir. Aktiv təminatlı kreditləşmə debitor borcları, inventar və ya müəyyən mülkiyyət kimi korporativ aktivlər və ya ləvazimatlar tərəfindən təmin olunur (Bölmə 4.5.2-ə bax).

Son onilliklərdə banklar və onların borcalanları arasında uzunmüddətli strateji bank əlaqələrinin yaradılmasına meyllilik artmaqdadır. Banklar borcalanın kredit ehtiyaclarını (daha əvvəl qısamüddətli borcalmalarla yerinə yetirilən ehtiyaclar) ödəmək üçün tədricən daha çox uzunmüddətli kreditləşmə təklif etməklə bu əlaqələri dəstəkləyir. Müxtəlif növ xidmətlərə malik olma bankın korporativ münasibətlərinin möhkəmləndirilməsinə, müştərilərin uzunmüddətli qalmasına və digər banklarla rəqabət apara bilməsinə yardım edir. Bu həm də o deməkdir ki, borcalanın kredit vəziyyətinin pisləşməsinə baxmayaraq, bank daha əvvəl üzərinə götürdüyü kreditləşmə öhdəliklərini yerinə yetirməlidir. Bu səbəbdən, münasib kredit təhlili kreditin razılaşmasının horizontunu (ödəniş müddətini) nəzərə almalıdır.

Üç ödəniş müddəti kateqoriyası arasında fərqləndirmə üzrə biznes motivasiyasının məqsədi banka kreditləri rəqabətli ödəniş müddəti üzrə qruplaşdırmağa imkan verir. Qruplaşdırma banklara eyni ödəniş müddəti kateqoriyası daxilindəki kreditləri oxşar formada idarə etməyə imkan verir. Banklar öz öhdəliklərinin (depozitlər və digər borcalmalar) ödəniş müddətinə uyğun olması üçün aktivlərində (portfellərindəki kreditlər və qiymətli kağızlar) ödəniş müddəti kateqoriyalarının tarazlığına çalışır. Bu prosesin bir hissəsi aktiv və öhdəliklərin idarə olunması funksiyası çərçivəsində bankın xəzinə departamenti çərçivəsində idarə olunur. Mühasibatlıq perspektivindən baxdıqda ödəniş müddəti kateqoriyası banka müxtəlif kreditləri qısamüddətli və ya uzunmüddətli olmaqla qruplaşdırmağa imkan verir; banklar qısa və uzunmüddətli kreditlər üçün fərqli mühasibatlıq tədbirlərindən istifadə edir. Mühasibatlıq məqsədilə orta ödəniş müddətli kreditlərin əksəriyyətinə uzunmüddətli kreditlərə olduğu kimi yanaşılır. Tənzimləyici perspektivdən baxdıqda görünür ki, kreditlərin qruplaşdırılması tənzimləyici narahatlıqları əks edir və nəzarətçilərə bank aktivlərinin ödəniş müddətinin öhdəliklərinin ödəniş müddətinə uyğunluğunu daha yaxından qiymətləndirməyə imkan verir.


Şəkil 4.5 Qısamüddətli, ortamüddətli və uzunmüddətli kreditləşmə


Kateqoriya

Qısamüddətli kreditləşmə

Ortamüddətli kreditləşmə

Uzunmüddətli kreditləşmə

Ödəniş müddəti qrupu

12 aydan az

1-5 il

5 ildən artıq

İstifadəsi

Müvəqqəti və ya mövsümi maliyyələşmə ehtiyacları

Ümumiyyətlə qısamüddətli layihələrin avadanlıq və ləvazimatları və ya xidmətləri üzrə investisiyaların maliyyələşməsi üçün istifadə olunsa da, əsas kapital xərcləri üçün istifadə olunmur. Bu növ investisiyaların qısa müddət ərzində nağd pul yaratmaması səbəbindən, bu cür maliyyələşmə dövri ehtiyacları ödəyə bilər.

Şirkətin uzunmüddətli ehtiyaclarını maliyyə ilə təmin edir. Bu kredit növü iri kapital intensivliyinə malik layihələrin qurulmasını və ya əsas kapital xərclərini maliyyələşdirir. Yeni ləvazimat, məhsul və ya fəaliyyət tərəfindən yaranan nağd pul kredit ödənişinin əsas mənbəyidir.

Misal

Oyuncaq istehsalçısı xam mallar aldığından və ilin sonuna olan bayram mövsümü üçün inventarı hazırladığından, yazın əvvəlinə borcalma ehtiyacının artacağını proqnozlaşdırır. Borc olaraq götürülən pul malların satılmasından əldə olunan nağd pulla ödənilir.

Oyuncaq istehsalçısı istehsal prosesi üçün avadanlıq və ləvazimat almalıdır. Bu aktivlərin müddətinin 3-4 il olması və hazır mallara töhfə verməsi gözlənir. Bu aktivlərin alınması istehsal potensialını artırsa da, avadanlığın maliyyələşdirilməsi növbəti 4 il müddətinə aktiv və ya nağd pul təminatlı müvafiq maliyyələşməni tələb edir.

Oyuncaq biznesi inkişaf etdikcə şirkət dünyanın fərqli yerində istehsal fabriki qurmaq qərarına gəlir. Yeni fabrikin qurulması və yeni avadanlıqların alınması üçün yüksək məbləğdə pul tələb olunur və banklar bu xərclərin maliyyələşməsi üçün adətən genişlənmə nəticəsində əldə olunan və ya yeni avadanlıqla bağlı yaranan gəlirlər vasitəsilə ödəniləcək uzun müddətli maliyyələşmə təklif edirlər.

Ödəniş müddətləri korporasiyaların bizneslərini maliyyələşdirmək üçün seçdikləri metoda da uyğun gəlir və ümumilikdə qısamüddətli borc (bir ildən az müddətə ödəniləcək), ortamüddətli borc (beş ildən daha az müddətə ödəniləcək) və uzunmüddətli borcun (beş ildən çox müddətə ödəniləcək) birləşməsini özündə cəmləyir.




Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin