Wiley finance



Yüklə 2 Mb.
səhifə14/32
tarix17.08.2018
ölçüsü2 Mb.
#71584
növüXülasə
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

MİSAL

_____________________________________________________________________________

Bazel II Sazişinin üçüncü prinsipi bankın ictimaiyyətə, maliyyə bazarlarına və tənzimləyicilərə etməli olduqları açıqlamaları səlahiyyətləndirir. Açıqlamalar bazarın və potensial borcalanların bankın ümumi risk mövqeyi ilə bağlı dəqiq və məlumatlandırıcı təsvirlə təmin olunması məqsədilə tərtib olunmuşdur. Şəffaflığın pərdə arxasındakı əsas niyyəti borcalanların əməliyyatları dəqiq hesablamaları və qarşı tərəflə münasib davranışla bağlı onlara lazım olacaq məlumatlarla təmin olunmasıdır. İctimaiyyətə və tənzimləyicilərə verilən açıqlamalar ümumidir və bank haqqında təfsilatlı məlumatları özündə cəmləyir. Səciyyəvi olaraq bank üç aylıq, bir ilədək, üç ilədək, beş ilədək, 15 ilədək və s. bu kimi ödəniş müddəti kateqoriyaları çərçivəsindəki kreditlərin dəyərini açıqlayır. Bu geniş açıqlama borcalan tərəflərə və tənzimləyicilərə bankın faiz dərəcəsi dəyişikliklərinə həssaslığı və bu faiz dərəcəsi dəyişiklikləri bankın mühasibat kitabının təsirini daha səmərəli qiymətləndirməyə imkan verir (Bölmə 2.2.1)

4.4.2 Şərtin Xüsusiyyətləri
Müasir Bank müqavilələri sərt və ya yumşaq şərtli olaraq təsnifləşir.


  • Sərt şərtli kredit müqavilələri rəsmi kredit müqavilələri üçün adətən bir illik və ya daha uzun müddətə xarakterizə olunur. Sərt şərtli kredit müqavilələri bank üçün özünün vəsait dəyərindən daha çox qazandırır və komisyon haqqı, öhdəlik haqqı və borcalan tərəfindən tam məbləğin istifadə olunub-olunmamasından asılı olmayaraq bank tərəfindən ayrılan kredit məbləği üzrə haqqı özündə cəmləyir. Kreditin borcalan tərəfindən götürülməyən hissəsi istifadə olunmayan öhdəlik adlanır. Komisyon haqqı bank tərəfindən borcalanın istədiyi vaxt krediti götürə bilməsi üçün proqramın tələb olunan bütün aspektlərini yerinə yetirməsi üçün hesablanan haqdır. Öhdəlik haqqı borcverənin kredit xəttini açıq saxlamaq və şübhəli kreditin xüsusi vaxtda istifadə olunmaması halında belə, kreditin gələcək tarixdə mümkünlüyünün zəmanət verilməsi qarşılığında borcalandan istədiyi haqdır.

  • Yumşaq şərtli kredit müqavilələri daha az rəsmi razılaşmalar olsa da, bir çox halda vəsaitin tələb olunan vaxt, lakin borcverən tərəfindən baxıldıqdan sonra veriləcəyini bildirən kredit məktubunu özündə cəmləyir və kreditin məbləği və ya müddəti kimi xüsusi müqavilə şərtlərinin olmadığı ümumi kreditləşmə şərtləri ilə təmin edir. Bu kredit müqaviləsinin istifadə olunma zamanından asılı olaraq, fərqli müqavilə şərti ola bilər. Yumşaq şərtli kredit müqavilələrinin xüsusiyyətləri baxımından qısamüddətli olurlar (adətən “tələb olunduqda” və ya “overdraft” prinsipi ilə). Yumşaq şərtli kredit müqavilələri sərt şərtli kredit müqavilələrinə nisbətən daha ucuz olur və bankın baza dərəcəsindən yuxarı marja ilə hesablanır. Həmçinin yumşaq şərtli kredit müqaviləsində aparılan yeniliklər üçün tələb olunan tənzimləmə xərcinin də hesablanması mümkündür.

Şəkil 4.6 bank standart kredit müqavilələri arasındakı fərqləri təsvir edir. Bank aksepti yumşaq şərtli kredit müqaviləsi nümunəsidir. Bank aksepti keçmiş tarixli çekə bənzərdir, fərq ondan ibarətdir ki, bank çeki “qəbul etdiyi” halda, vəsaitləri müddətləri üzrə çatdırmaq öhdəliyi götürür.



Kredit xətti qısamüddətli sərt şərtli kredit müqaviləsi hesab olunur. Kredit xətti ilə borcalan məbləğin tələb olunan müddətə qədər hesabdan çıxarılacağını əvvəlcədən təsdiqləyir. Borcalan akkreditiv müddətində məbləğin tamamını və ya bir hissəsini, sona çatdığı vaxt isə bütün məbləği ödəyir və hesablanan hər hansı faizi ödəyir. Borcalan kredit xəttindən istifadə edə və ya etməyə bilər, hər bir halda xəttin açılmasına görə bu məbləğ borcverən tərəfindən hesablanacaqdır.

Kredit xətti və bank akeptinin hər ikisi üç və ya altı aylıq vaxt horizontu ilə xarakterizə olunan qısamüddətli maliyyələşmə metodudur.




Şəkil 4.6 Sərt və yumşaq şərtli kredit müqavilələri

Yumşaq şərtli kredit müqaviləsi Sərt şərtli kredit müqaviləsi
- Daha az rəsmi razılaşma - Rəsmi müqavilə

- Borcverənin sərəncamındadır - Borcalan tələb etdikdə kredit uzadılmalıdır

- Ümumiyyətlə qısamüddətlidir - Ümumiyyətlə bir illik və ya daha uzun olur

- Adətən “tələb olunduqda” prinsipi ilə - Kredit gələcəkdə mümkün olması üçün

- Sərt şərtli kreditdən ucuz olur borcalandan haqq alınır

- Misal, kredit xətti - Misal, ipoteka krediti

Banklar həmçinin kompensasiya qalıqları yolu ilə də gəlir əldə edə bilər. Banklar sərt və yumşaq şərtli kredit müqavilələrini uzatdıqda borcalandan kreditləşdirən bankda kredit öhdəliyi müddəti üçün müəyyən məbləğ qoyuluşu etmələri tələb oluna bilər. Bu vəsaitlər kompensasiya qalıqları adlanır. Burada görülən iş bankı digər məqsədlər üçün istifadə olunacaq vəsaitlə təmin etməklə ona borcalan tərəfindən təmin olunan xidmət haqqı dəyərlərinin nəzərdə tutulanının keçməsi halında həmin vəsaitlərdən gəlir əldə etmə imkanı verməkdir. Borcalan həmçinin bank xidməti üzrə haqqın ödənilməsi vasitəsilə kompensasiya qalığı üçün kredit ala bilər.


Kompensasiya qalıqları bir neçə funksiyanı həyata keçirir:

  • Onlar borcalanın defoltu halında girov funksiyasını daşıyır.

  • Onlar bankın faiz xərclərini azaldır. Depozit üzrə faiz dərəcəsinin hətta sıfır faiz olacaq qədər aşağı olması səbəbindən, bu banklara onları aşağı qiymətli depozit yolu ilə ucuz maliyyələşmə ilə təmin etməklə əlavə depozitlərin çox aşağı qiymətə səmərəli təmin etməyə imkan yaradır. Aşağı qiymətə borcalma və yüksək qiymətə borcvermə bankın potensial gəlirlərini artırır.

  • Kompensasiya qalıqları həmçinin borcalanın banka ödədiyi faizi dolayı yolla artırır və nəticədə kreditin uzadılması üçün faiz dərəcəsinin hesablanması səbəbindən eyni xüsusiyyətli haqqın borcalandan tutulması olaraq nəzərdə tutulur.


MİSAL

__________________________________________________________________

Gamma Bank Growth Corporation-a beş illik 1 milyon dollarlıq kredit verir. Kreditin faiz dərəcəsi 10%-dir: birinci il bank 100,000 dollar həcmində faiz gəliri əldə edəcəkdir. Bununla belə, bank Growth Corporation-dan borc olaraq aldığı vəsaitin 5 faizini bankdakı 0 faiz gəlir verən depozit hesabında yerləşdirməsini tələb edir. Beləliklə də, bank əslində Growth Corporation-a 950,000 dollar kredit verir və 10.53%-lik effektiv faiz dərəcəsi olaraq hesablanacaq 100,000 dollar qəbul edir. Bu misalı davam etdirərək Growth Corporation-a kredit müqaviləsinin başlanması üçün əlavə haqq hesablandığını qeyd etmək lazımdır. Bu halda Gamma Bank Growth Corporation-a kredit vermiş və ona kredit üzrə 10% faiz hesablamış, 10.53% əldə etmiş və başlanğıc haqqını hesablamışdır. Bundan əlavə, bank 50,000 dolları əlavə gəlir məqsədilə depozit hesabına ötürə bilər.

4.4.3 Kreditin Məqsədi
Kredit prosedurlarının istifadəsi geniş şəkildə fərqlənə bilər və borcverənin kredit qərarına təsir edə bilər. İnventarın maliyyələşdirilməsi, istehsal prosesində istifadə olunan ləvazimatın alınması və ya işçi kapitalı ehtiyacının bir sıra digər növlərinin həll olunması məqsədilə istifadə olunan kredit biznesinin normal axarının sürətləndirilməsi və ya qəbul olunan strateji imkanın istifadəsi olaraq nəzərdən keçirilə bilər. Hazırda bu əməliyyatlarda kiçik kredit keyfiyyətinin geriləməsi müşahidə olunur. Bununla belə, kreditlərdən səhmin geri alınması, kredit hesabına nəzarət paketinin alınmasının maliyyələşdirilməsi, dividentin ödənilməsi və ya digər səhmdar yönümlü digər fəaliyyətlərin maliyyələşdirilməsi məqsədilə istifadə oluna bilər. Bu kreditlər kreditorların hesabına səhmdara mənfəət vermə yönümlü olduğundan daha riskli hesab olunurlar.


4.4.4 Borcun Ödəniş Mənbəyi
Müxtəlif növ kreditlərin fərqləndirilməsinin digər bir yolu ilə borcalanın kredit borcunu ödəyəcəyi vəsaiti əldə etmə mənbəyinin nəzərə alınmasıdır.

Həmçinin özünü likvidləşdirən kreditlər olaraq da tanınan aktivlərin konvertasiyası altında olan kredit, kreditin nağd vəsaitə çevrilməsini təmin edən aktivlərin konvertasiyası vasitəsilə ödənilən kreditlərdir. Bu növ kreditlər üçün istifadə olunan aktivlər inventar və ya davam edən iş (qismən tamamlanmış iş(lər)) üçün nəzərdə tutulur. Aktivlərin konvertasiyası altında olan kredit kredit şərtləri üzrə daha sonra satılacaq aktivə və ya kredit borcunun ödənilməsi üçün istifadə olunan nağd pula malik qısamüddətli və ya müvəqqəti maliyyələşmə olaraq qəbul olunur. Qeyd etmək lazımdır ki, girov olaraq istifadə olunan aktivin, kreditin ödənilməsi üçün satılması ilə aktivin sadəcə olaraq girov kimi istifadəsi arasındakı fərq baxımından bu kreditlər aktivlə təmin olunan kreditlərdən fərqlənir. Kənd təsərrüfatı üzrə kreditlər də (Bölmə 4.5.1-ə bax) aktivlərin konvertasiyası altında olan kreditdir.


MİSAL

__________________________________________________________________

Daha əvvəlki misaldakı kiçik çimərlik geyimi istehsalçısı yeni istehsal fabriki qurmaq qərarına gəlir. Fabrikin maliyyələşdirilməsi üçün o, Gamma Bankdan mülkiyyət qarşılığında (girov) borc götürür. İstehsalda istifadə olunan avadanlıq və digər ləvazimatların alınması üçün o bunları girov olaraq qoyur.
Nağd pul axını təminatlı kreditin olması halında bank şirkətin əməliyyatlarından əldə olunan nağd pul vasitəsilə borcun ödənilməsini təmin edir. Aktivlə təmin olunan kreditin olması halında, müəyyən aktivlərin və ya aktivlərin birləşməsinin girov olaraq qoyulması (girov üçün aşağıdakı bölməyə baxın) və krediti kompensasiya edəcək təminat olaraq təqdim olunmasından sonra bank krediti uzadacaqdır.
MİSAL

__________________________________________________________________

Daha əvvəlki misaldakı kiçik çimərlik geyimi istehsalçısı yeni istehsal fabriki qurmaq qərarına gəlir. Fabrikin maliyyələşdirilməsi üçün o, Gamma Bankdan istifadə olunacaq avadanlıq, eləcə də mülkiyyətin özünün qarşılığında (girov) borc götürür.

4.4.5 Girov tələbləri
Borcalan tərəfindən kreditə zəmanət olaraq təqdim olunan aktivlər girov (təminat) adlanır. Girov bank tərəfindən öz kapitalının qorunması üçün istifadə olunur və borcalanın kredit ödəyə bilməməsi halında sığorta rolunu oynayır. Defoltun baş verməsi halında bank kreditin əsas məbləği, yığılan faizləri, haqlar və xərclərinin hamısının və ya bir qisminin qarşılığında girovu götürə bilər. Beləliklə də girov bankın kreditləşmə siyasətində əsas rol oynayır – borcalanın defolta məruz qalması halında bankın üzləşə biləcəyi potensial zərəri azaldır. Girov bir neçə formada ola bilər. Likvid olması səbəbindən, nağd pul girovun ən açıq və təhlükəsiz formasıdır. Mülkiyyət ən çox rast gəlinən girov forması olsa da, onun dəyərinin bazardakı vəziyyətdən asılı olaraq dəyişməsi və borcalanın ona çıxış imkanının olmama ehtimalının mövcudluğu səbəbindən, əvvəlcədən proqnozlaşdırıla bilən girov növü deyil. İpoteka kreditləşməsində kreditə girov olaraq daşınmaz əmlakdan istifadə olunur (Bölmə 4.5.8).
MİSAL

__________________________________________________________________

Gamma Bank müştəriyə ev ala bilməsi üçün kredit verir və müştəri həmin evin girov olaraq qoyulmasına razılıq verir. Müştərinin kredit ödənişlərini qrafik üzrə ödəməməsi halında, bank evi öz adına keçirməsi üçün hüquqi prosedurlara başlayacaqdır. Evi öz adına keçirməyə müvəffəq olan bank daha sonra onu sataraq vəsaitdən kreditin ödənilməsi üçün istifadə edəcəkdir. Burada ev ipoteka kreditinin girovu olaraq çıxış edir.
Borcalan kreditin məbləğini ödəyə bilməməsi səbəbindən evin açarlarını bank versə də, borcun ödənilməsi üçün hüquqi öhdəlik daşımağa davam etməsi mümkündür. Bank girovu sata bilsə də, kredit müqaviləsi və ya prosesi tənzimləyən qanunla müəyyən olunan qaydalara görə bankın bərpa edə bilmədiyi məbləğə görə borcalan ödəniş öhdəliyi daşımağa davam edə bilər.

Bank perspektivindən baxdıqda, girov borcalanın defolta məruz qalma effektini azaltmalıdır (və ya zəiflətməli). Tarixi təcrübəyə istinad etdikdə girovun məbləğinin kreditin məbləğindən çox olması arzuolunandır. Bununla belə, son illərdə, xüsusilə 2006-cı ildən başlayan və dünya üzrə bankların maddi zərərə məruz qaldığı qlobal kredit böhranı bu mülahizənin səhv olduğunu göstərdi. Evin dəyəri kreditin məbləğindən yüksək olduqda borcalanın əmlakından və müqavilə üzrə ödənişlərini həyata keçirmə öhdəliyindən imtina edərək mülkiyyətindən əl çəkmək istəməsi ehtimalı azdır. Rasional olaraq düşündükdə, dəyəri kreditin məbləğindən daha yüksək olan evdən imtina edilməsi məntiqsizdir. Lakin evin dəyəri kreditin məbləğindən daha aşağı olarsa, borcalan evdən imtina edəcəyi halda borclarının hamısının və ya bir qisminin bağlanacağını nəzərə alaraq, həmin evdən imtina edərək açarlarını borcverənə təhvil vermə yolunu seçə bilər. Bunun baş verməsinin qarşısının alınması məqsədilə borcverənlər borcalanın girovunun satılaraq ödəyə bilməyəcəkləri kredit borcunun qalan hissəsini ödəmə öhdəliyini daşıyacaqları ilə bağlı şərti müqaviləyə əlavə edirlər. Borcverənin müflisliyini elan etməsi halında bu tələbin yerinə yetirilməyə məcbur edilməsi çətinləşir və bu halda müflislik haqqında müvafiq qanun nəzərə alınmalıdır.


MİSAL

__________________________________________________________________

Daha əvvəlki ipoteka misalına əlavə olaraq, Gamma Bank 300,000 dollar dəyəri olan evin alınması üçün müştəriyə 250,000 dollar kredit verir. Bu “kredit-dəyər” nisbətinin 85% (250,000 dollar/300,000 dollar) göstərir. Ümumiyyətlə “kredit-dəyər” nisbəti defoltun mümkünlüyünün bir göstəricisidir: “kredit-dəyər” nisbəti yüksək olduqda mümkün defolt riski də yüksək olur (müştərinin ödənişdən imtina etməsi halında itirəcəyi az olur). Bu misalda, müştərinin ödənişdən, ipoteka kreditinin ödənişindən imtina etməsi halında, borcverən dəyəri kreditin məbləğindən daha yüksək olan əmlakın sahibi olacaqdır. Borcverən evin açarlarını geri verə bilər, lakin bu müəyyən yurisdiksiya üzrə onu borcunu ödəmə öhdəliyindən azad etməyə bilər. Borcalan kreditin evin satılması ilə bərpa oluna bilmədiyi hissəsinə, evin borcalandan alınması və satılması zamanı bankın məruz qaldığı xərclərinə görə ödəniş öhdəliyi daşıya bilər (ABŞ-da evin bank tərəfindən geri alınması prosesi “foreclosure” adlanır). Əmlakın dəyərinin kreditin məbləğindən aşağı olması halında belə, ondan imtina etmə borcalan üçün itki ola bilər.
Bank həmçinin girovun dəyərindəki mümkün dəyişiklikləri də nəzərə almalı və defoltun baş verməsi halında girovun dəyərinin mümkün qədər yüksək qalacağından əmin olmalıdır.

MİSAL

__________________________________________________________________

Əvvəlki ipoteka krediti misalının davamı olaraq ilkin olaraq “kredit-dəyər” nisbəti 85% olmuşdur. Əmlakın dəyərinin azalması səbəbindən, onun dəyəri 225,000 dollara düşdü. Borcalanda 250,000 dollar kredit vəsaiti qalmaqdadır və “kredit-dəyər” nisbəti artaraq 111% oldu ki, bu da defolt riskinin artdığını göstərir. 250,000 dollar kreditə 225,000 dollar dəyərində girovla təminat verilmiş oldu. Hazırda borcalanın 250,000 dollarlıq kreditdən imtina etmə ehtimalı daha çoxdur. Borcalanın krediti ödəməməyə qərar verməsi halında, hətta əmlakın dəyəri kreditin məbləğindən daha az olarsa belə, bank əmlakı öz əlinə keçirərək onun hüququ sahibi olacaqdır. Bu halda, bank əmlakını sataraq onun satış qiyməti ilə borcalanın borclu olduğu kreditin məbləği arasındakı fərqin ödənilməsi yollarını axtaracaqdır. Borcalan bankın əmlakını sataraq bərpa edə bilmədiyi məbləğin ödənilməsi öhdəliyini daşımağa davam edə bilər. Hətta borcalanın əmlakdan imtina etməsi və əmlakın satılmasından sonra belə borcalanın öhdəliyinin uzanması borcalan və borcverən arasında imzalanmış müqavilədən asılıdır və müvafiq qanun, qayda və kommersiya konvensiyalarını əks etdirir.
“Kredit-dəyər” nisbəti kreditləşmə və kredit riskinin idarə olunması üçün çox vacib göstəricidir. Tarixi təcrübəyə istinad etdikdə görünür ki, “kredit-dəyər” nisbətinin 75-80% faizi keçməsi halında, bank çox nadir hallarda kreditdən imtina edərək girovun götürülməsini seçir. Buna müstəsna hal isə əhəmiyyətli girov dəstəyi və ya borcalanın borcverənə məhdud risk – üstün maliyyə gücü, ümumilikdə vəsait və kapitallara çıxış imkanı ilə əlaqədar - təqdim etməsidir. Dövlət istiqrazları (məsələn, ABŞ Xəzinədarlığı və buna bənzər) və ya bank depozitləri kimi yüksək keyfiyyətli girovların qoyulması adətən yüksək “kredit-dəyər” nisbəti kreditlərinin verilməsini mümkün edir.

Yaşayış və kommersiya məqsədli daşınmaz əmlak kreditləşməsində “kredit-dəyər” nisbəti mühüm meyar rolunda çıxış edir (Bölmə 4.5.6 və 4.5.8-ə bax). Bankın və daşınmaz əmlak borcverənlərinin uzunmüddətli tarixə malik “kredit-dəyər” nisbətinə əsaslanan kreditləşmə qaydaları mövcuddur. Son dövrlərədək bu qaydalar çox nadir hallarda kreditləşmənin qızıl standartı olan “kredit-dəyər” nisbətinin 80%-dən yuxarı kreditləşməyə icazə vermişdir.

Son illərdə maliyyə innovasiyaları ev almaq imkanı olmayan fərdlərə yardım məqsədilə tərtib olunan ipoteka məhsullarının yaranmasına səbəb olmuşdur. Məhsullardan biri “kredit-dəyər” nisbətinin 100%, bəzi hallarda isə 125%-ə çatdığı ipoteka kreditləridir. Borcalan 300,000 dollara ev ala və 360,000 ipoteka krediti götürə bilər (“kredit-dəyər” nisbəti 120%). Bu da ona vəsaitdən (60,000 dollar) dağınıq vəziyyətdə olan evin təzələnməsi və hamam, yataq otağı, döşəmə, hovuz daxil olmaqla, həyətyanı ərazinin təmiri üçün istifadə etməyə imkan verir. Borcverənlər borcalanlara bu cür yüksək riskli ipoteka kreditlərinin verilməsində istəklidirlər, çünki bu, fərdlərin başqa cür ala bilməyəcəkləri evləri almalarına imkan verir. Bu yanaşmada evlərin qiymətlərinin heç vaxt enməyəcəyi və “kredit-dəyər” nisbətinin kreditə təminat verəcəyi proqnozlaşdırılır.

Təmir və təkmilləşmələr üçün nəzərdə tutulan əlavə vəsaitlərin evlərin dəyərinin artıracağını planlaşdırır və bir çox halda banklar ev sahibinin təkmilləşmə işlərinin görülməsi üçün “şirin kapital” (“sweat equity”) adlanan şəxsi əməyinə istinad edir. Borcverənlər “şirin kapital”ın bu cür kreditlərin yüksək riskliliyini azaltmaqla, çox yüksək “kredit-dəyər” nisbətini daha məqbul səviyyəyə (90-100%) salacağına ümid edir. Bundan əlavə, borcverənlər evlərinə “şirin kapital” investisiyası qoyan ev sahiblərinin kreditləri ilə bağlı defolt halına düşmə ehtimalının çox aşağı olduğunu düşünürlər.

ABŞ-da və bir sıra digər ölkələrdə daşınmaz əmlak qiymətlərinin yüksək olduğu və bir çoxlarının bazardan uzaqlaşdırıldığı ərazilərdə bu məhsullar çox məşhurdur. Evlərin dəyərinin artırılması məqsədilə ev sahiblərinin əksəriyyətinin əlavə vəsaitdən istifadə etmələri səbəbindən, bu məhsullar çox uğurlu olmuşdur. Vəsaitlərini istehlak mallarına (yeni maşın, həddindən çox sərfiyyat və s.) istifadə edən və təmir etməyən ev sahiblərinin olduğunu qeyd etməyə ehtiyac yoxdur. Daha aqressiv borcverənlər daşınmaz əmlakın dəyərini ümumi qiymətinin artmasını nəzərə alaraq ev sahibinin evə investisiya qoyduğuna görə deyil, “kredit-dəyər” nisbətinin azalacağını proqnozlaşdırdığına görə borcalanı bu kreditlə təmin edir. Daşınmaz əmlak qiymətlərinin qiymətin yüksək olduğu yerlərdə artması səbəbindən, bir çox potensial borcalanlar – və borcverənlər – daşınmaz əmlak qiymətinin artdığı müddətdə reallaşması planlaşdırılan qiymət artımı əsasında nağd məsələlərin pula çevrilməsini daha sərfəli olduğunu düşünürlər. Vəsaitlərini istehlak mallarına (yeni maşın, həddindən çox sərfiyyat və s.) istifadə edən və təmir etməyən ev sahiblərinin olduğunu qeyd etməyə ehtiyac yoxdur.

Borcverənlər daha irəli gedərək bu kreditləri daha əvvəlki defoltları və ya girovunun əlindən alınması ilə üzləşməsi, yaxud qeyri-adekvat maliyyə gücü ilə bağlı olaraq “substandart” adlanaraq yüksək riskə malik potensial borcalanlara təqdim edirlər. Bu cür yüksək riskli hissə ilə əməkdaşlıq yüksək “kredit-dəyər” nisbətinə malik ipotekaların arzuolunmaz riskini daha da yüksəltdi. Hazırda borcverənlər mülkiyyət üzrə proqnozlaşdırılan qiymət artımına qarşı kreditləşdirməklə kifayətlənmir, həmçinin yüksək riskli borcalanın əlavə riskini öz üzərinə götürməsinə hazır olduğunu bildirir.

2006-cı ildə daşınmaz əmlak qiyməti azalmağa başladıqda, gələcək qiymət artımını proqnozlaşdıraraq evin alınması üçün yüksək “kredit-dəyər” nisbətinə malik evlərdən istifadə edən borcalanlar evlərin qiymətinin düşdüyünü müşahidə etmişlər ki, bu da “kredit-dəyər” nisbətinin təhlükəli səviyyəyə çatmasına səbəb olmuşdur. İpoteka krediti borclarını ödəmək üçün öz evlərini satmağa məcbur qalan alıcılar isə öz əmlaklarını sürətlə pisləşən ev bazarında əsas alış qiyməti üstəgəl təmir qiymətinin cəmi olan investisiya qiymətindən daha yüksək qiymətə sata bilmirdilər. Bir çox hallarda evlər yüksək endirimli qiymətə satılmalı olurdu. Borcverənlər əsəbi olur və yüksək riskli kreditləri məhdudlaşdıra bilmirlər. Bu halda onlar müqavilə və hüquq əsasında ev sahibindən “kredit-dəyər” nisbətini azaltmasını tələb edirlər. Bir çox ev sahibləri – xüsusilə potensial defolt riskinin yüksək olduqları - borcverənin “kredit-dəyər” nisbətinin daha münasib səviyyəyə gətirilməsi ilə bağlı istəklərinə müsbət cavab verə bilmirlər. Maliyyə potensialının və ödəniş qabiliyyətinin azalması səbəbindən, ev kreditlərinin ödənişi ilə bağlı defolt vəziyyətinə düşən borcalanların sayı artmaqdadır və bir sıra yerlərdə evin bazar qiyməti kreditin ödənilməmiş hissəsinin 50%-i olması mümkündür – “kredit-dəyər” nisbəti 200%-ə bərabərdir.
4.4.6 Müqavilə Tələbləri
Müqavilə şərtləri birtərəfli öhdəlik və öhdəliyi götürən tərəfindən öhdəliyinin yerinə yetirilməsi vədidir. Maliyyə bazarında müqavilə şərtlərinin əsas məqsədi borcalanın maliyyə və ya biznes vəziyyətinin pisləşməsi ilə nəticələnə biləcək hadisə və/və ya proseslərin qarşısının alınmasına çalışmaqdır.
MİSAL

__________________________________________________________________

Gamma Bank borcalandan – tikinti şirkəti - ərazidə 10-dan artıq ev tikməməsini tələb edir. Bankın bu cür şərt qoymasının səbəbi borcalanın öz potensialından daha ağır yükün altına girərək borcu ödəmə imkanına sahib olmamasından narahat olmasıdır.


MÜFLİSLİK ÜZRƏ QEYD
Daha əvvəlki misallarda qeyd olunduğu kimi, borcalanın krediti ödəməkdən imtina etməsi və borcverənin əmlakın/girov sahibi olması mümkündür. Bir çox ölkələrdə hüquqi sistem çərçivəsində borcverənin kredit üzrə girovun götürülməsi və onun sahibi olması üçün əməl etməli olduğu müflislik prosesi var. Müflislik proseduru borcverəndən girovun hüquqi sahibi olması üçün əməl etməli olduğu müəyyən hüquqi qaydalar və prosedurları tələb edən hüquqi prosesdir. Məsələn, kredit ödənişinin yerinə yetirilməmə səbəbi borcverənin müflislik prosesinə başlamasına imkan vermir. Bir çox kredit müqavilələrində borcverəndən borcalana “defolt”la bağlı bildiriş təqdim etməsi və ona defolt vəziyyətini aradan qaldırması üçün müəyyən vaxt verməsi tələb olunur. Yalnız bu və digər prosedurlara əməl olunduqdan sonra borcverənin məhkəməyə müraciət edərək girov üzərində sahibkarlıq hüququnu istəməsinə icazə verilir.

Müflislik iki kateqoriyaya bölünür: biznes və istehlak. Bunların hər biri üzrə qayda və proseslər fərqli olur. ABŞ-da biznes müflisliyinə müxtəlif formatlarda rast gəlmək mümkündür. Korporativ müflisliyin iki əsas növü var:



  1. Fəsil 11 müflisliyi məhkəmənin təlimatı ilə firmaya borcunu ödəyə bilməmə vəziyyətini qəbul etməyə imkan verir. Məqsəd şirkətə məhkəmə tərəfindən təsdiqlənən borcun ödənmə planı üzrə biznesdə qalma imkanının verilməsidir.

  2. Fəsil 7 müflisliyi firmanın biznesdə qalma qabiliyyətinin olmaması və məhkəmənin təlimatının aktivlərini likvidləşdirməsi və fəaliyyətini dayandırması halında baş verir.

İstehlak müflisliyi biznes müflisliyindən əsaslı şəkildə fərqlənir. Bir çox hüquq sistemlərində məhkəmələr müflislik prosesinin baş verməsi halında, istehlakçıları mümkün qədər çox qorumağa çalışaraq onların borclarının ləğv olunmasına və ya ümumi borc qalığının müəyyən hissəsinin azaldılmasına imkan verən inkişaf planını hazırlamağa səy göstərirlər. Bu, məhkəmənin şirkətin debitorlarının qorunması məqsədilə çalışdığı bir çox kommersiya müflisliyi prosedurlarından fərqlənir.

Biznes və ya istehlak müflisliyindən hər hansı birində müflisliyə məruz qalan tərəfin üzləşəcəyi nəticələr ümumiyyətlə ağır olur. Fəsil 11 biznes müflisliyi adətən bunlarla məşğul olacaq borcalanların həvəssiz olacağı mənasını verir. Şirkət Fəsil 11-növlü müflisliyə məruz qaldıqda, fəaliyyətinə və daha möhkəm bizneslə mövcudluğuna davam edir. Müflislikdən sonra bir çox biznes müəssisələrin gələcək üçün hər hansı növ kredit əldə etmə imkanı azalır və hətta tapacağı halda belə, təklif olunan kredit üçün yüksək faiz dərəcəsi təklif olunur. Müflisliyi elan olunan istehlakçının yaxın gələcəkdə kredit tapması demək olar ki, mümkün deyil və borcverən tərəfindən kredit ayrılması üçün illərlə gözləməli və müflisliklə kredit müraciəti arasındakı dövr ərzində yüksək ödəniş qeydlərini nümayiş etməlidir.

Dünyanın digər hissələrində biznes üzrə müflislik prosesi daha çox Fəsil 7 prosedurlarına uyğun gəlir. Müflislik vəziyyətində olan şirkət kreditorun mənfəətinə məhkəmənin adından himayədar tərəfindən idarə olunur. Himayədar onun bütün aktivlərini satmaqla və fəaliyyətləri kreditorlar arasında bölüşdürməklə şirkətin bütün öhdəliklərini ödəməyə çalışır. Prioritetlik sırasında öndə gələn kreditorlar ödənişi daha əvvəl alırlar. Bu kreditorlara maaş və əmək haqlarını almayan işçilər, vergi və haqqın verilməli olduğu hökumət və şirkətin aktivlərində təminat faizi – girovu – olan daxildir. Ümumiyyətlə, kreditorun prioritetliyinin yüksək olması və daha yaxşı girovu olması onun ödəniş alma ehtimalını daha yüksək edir.


Müqavilə şərtləri nəzarət mexanizmləridir və borcalanın biznesini idarəetmə qabiliyyətini məhdudlaşdırır və ya təsir edir. Məsələn, kreditin təsdiqlənmə şərti olaraq borcverən borcalanın kreditin veriləcəyi xüsusi layihəyə nəzarət edəcək bacarıqlara malik fərdlərdən ibarət komitənin qurulmasına razılıq verməsini tələb edə bilər.

Həmçinin müqavilə şərtlərinə səhmdarlara divident ödənişləri üzrə yuxarı hədlərin və ya sahibkarlar və idarəetmə kompensasiyaları üzrə məhdudiyyətlər kimi əlavə xüsusiyyətləri özündə cəmləyir. Müqavilə şərtləri digər korporativ fəaliyyətləri məhdudlaşdıra, şirkətin müəyyən aktivləri yerləşdirməsinin qarşısını ala və ya şirkətdən xüsusi aktivləri almasını tələb edə bilər.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin