Birjadan kənar bazarın fiziki məkanı olmur. Birjadan kənar bazarda maliyyə alətlərinin alışı və satışı sövdələşmənin iki tərəfi arasında birbaşa olaraq telefon və ya kompüter şəbəkələri vasitəsilə baş verir, hər bir tərəf sövdələşmənin digər tərəfini birbaşa olaraq qiymətləndirir və kredit ödəmə qabiliyyəti riskini götürür. Ən vacibi, xarici valyuta, törəmə alətləri, istiqraz və əmtəə ticarəti və bəzi səhm ticarəti fəaliyyətləri birjadan kənar bazarlarda həyata keçirilir. Bazarda alətləri istəklərə uyğunlaşdırmaq və sövdələşmənin iki tərəfinin ehtiyaclarına və arzularına mümkün qədər yaxınlaşdırmaq üzrə ümumi tələb və/ya arzu olduğuna görə, Birjadan kənar bazarı birja bazarı ilə müqayisədə böyükdür.
Birjadan kənar bazarda girovdan istifadə tənzimlənmir və ya standartdır, birja-ticarət bazarlarında olduğu kimi. Birjadan kənar sövdələşmənin tərəfləri bir birindən girov tələb etdikdə, onlar fəaliyyətin razılaşdırılmış şəkildə baş verməsini təmin etmək üçün qəbul etmək istədikləri xüsusi növ girovun ölçüsünü və keyfiyyətini müəyyən etmək üçün danışıqlar aparırlar. Bəzi məhdud hallarda, standart birjadan kənar sövdələşmələri əsasən sövdələşməyə zamin durmaq üçün hesablaşmalar palatasından istifadə etmək üçün birja bazarına keçirlər. Bu sövdələşmələrin birjaya qarşı tərəfin zaminliyini təmin etmək məqsədilə keçmələri sürətlə artır və bu bazar iştirakçılarının mərkəzi hesablaşmalar palataları tərəfindən təklif olunan mühafizənin birjadan kənar sövdələşmələrinə aid edilməsinə marağını əks etdirir.
Şəkil 6.10 Birjadan kənar və birja bazarlarının ümumi müqayisəsidir.
Şəkil 6.10 Birjadan kənar və birja bazarları arasında ümumi müqayisə
|
|
Birjadan kənar bazar
|
Birja bazarı
|
Müqavilə şərtləri
|
Ayrı-ayrı razılaşdırılır
|
Standart
|
Ticarətin həcmi
|
Sövdələşmənin tərəfləri razılaşdırırlar
|
Birja tərəfindən müəyyən olunur, məhsuldan və standart xüsusiyyətlərdən asılıdır; məhsuldan nə qədər tələb olunmasından asılı olaraq çoxsaylı müqavilələr almalı ola bilər
|
Qiymət
|
Tərəflər danışıqlar vasitəsilə müəyyən edirlər
|
Ümumiyyətlə bazar iştirakçılarının alıb satdıqları dəyəri əks etdirir və qiymət məlumatı verən xidmətlər tərəfindən yayılır
|
Hüquqi tələblər
|
Tərəflər arasında ayrıca razılaşdırılır və sənədləşdirilir, amma “əsas razılıqlar” forması adətən müqaviləni uyğunlaşdırmaq üçün istifadə olunan əlavələrlə ümumi tələbləri müəyyən edirlər
|
Tərəflər birjanın qaydalarına əməl etməyə razılaşırlar, hansı ki hüquqi şəkildə məcburidir
|
Şəffaflıq
|
Olsa da çox az şəffaflıq
|
Çox şəffaf
|
Qarşı tərəf riski
|
Hər bir tərəf qarşı tərəf riskini müəyyən edir və sövdələşmələrini həmin qarşı tərəf üzrə öz risk iştahasına görə məhdudlaşdırır
|
Birjaların hesablaşmalar palataları sövdələşməyə zamin dururlar, bu qarşı tərəf riskini nəzərə almaq ehtiyacını ləğv edir; bununla belə, birjaların hesablaşmalar palatasının girov sistemi və riskinin rahatlığını təmin etmək üçün birjanın zaminlik sisteminə baxmaq lazımdır
|
Girov
|
Fərdi şəkildə razılaşdırılır və girovu tələb edən tərəf özü saxlayır
|
Broker öz müştərisindən girov tələb edir, hansı ki, birjanın marja tələblərinə əsasən hesablanır, baxmayaraq ki, broker müştəridən birjanın tələb etdiyindən daha çox tələb edə bilər. Broker həmin birjada bütün müştəri mövqelərini əhatə etmək üçün marjanı birjaya ötürür. Brokerin marja tələbi birbaşa olaraq birjanın marja tələbinə bağlıdır.
|
Birjadan kənar bazarlarının ölçüsü birja bazarlarının ölçüsündən əsaslı şəkildə daha böyükdür. Beynəlxalq Hesablamalar Bankının məlumatına əsasən, 2007-ci ilin aprelində xarici valyuta bazarlarında yerində, forvard və svop sövdələşmələri daxil olmaqla günlük Birjadan kənar dövriyyə ortalama olaraq 3.2 trilyon ABŞ dolları olmuşdur (illik 800 trilyon ABŞ dolları) və müxtəlif birjadan kənar faiz dərəcəsi törəmə alətlərinin gündəlik dövriyyəsi ortalama olaraq 1.7 trilyon ABŞ dolları olmuşdur (illik 425 trilyon avro).
6.4 BAZAR RİSKİNİN ÖLÇÜLMƏSİ VƏ İDARƏ OLUNMASI
Dörd ümumi bazar riski kateqoriyası vardır: xarici valyuta, faiz dərəcəsi, kapital və əmtəə riski. Bazar riski ümumi və ya xüsusi ola bilər. Ümumi bazar riski bazarda onun iştirakçılarına geniş şəkildə təsir edir mənfi dəyişikliyə deyilir. Xüsusi risk yalnız bir şirkətə təsir edən şəraitlərdəki dəyişikliyə deyilir.
-
Bazar Riskinin Növləri
Bazar riskinin dörd müxtəlif növünü daha yaxşı başa düşmək məqsədilə bu bölmədə hər bir risk növü ayrılıqda təsvir edilir.
-
Xarici valyuta riski xarici valyuta məzənnələrindəki arzuolunmaz dəyişikliyə görə potensial zərərə deyilir və mövqeləri bankın hesabat valyutasından fərqli olan bir valyuta ilə dəyərləndirilmiş bütün valyuta məzənnəsi ilə əlaqəli məhsullara aiddir.
MİSAL
1998-ci ilin avqustunda xəbər verilmişdi ki, Telekommunikasiya İndoneziya xarici valyuta məzənnələrindəki hərəkətlərin nəticəsində 101 milyon ABŞ dolları zərər görmüşdür. Bu zərərin səbəbi 306 milyon ABŞ dolları, 11 milyard JYP və 130 milyon FRF miqdarında kreditin alınması olmuşdur ki, onların da hamısı İndoneziyanın yerli valyutası olan İDR-a çevrilmişdi. İndoneziya hökuməti IDR-i ABŞ dolları, Yaponiya yeni və Fransa frankı daxil olmaqla əsas valyutalara nisbətən dəyərdən saldı. Bu devalvasiya o demək idi ki, bank JYP, FRF və ABŞ dolları ilə aldığı kreditləri geri ödəmək üçün daha çox IDR ödəməlidir.
2. Faiz dərəcəsi riski faiz dərəcələrindəki mənfi dəyişikliklər səbəbindən potensial itkidir. (Yuxarıda müzakirə olunduğu kimi, əgər faiz dərəcələri azalsa, istiqrazın dəyəri artacaq və faiz dərəcələri artarsa azalacaqdır.) Qeyd etmək lazımdır ki, əgər borcalanın krediti ödəmə qabiliyyəti dəyişərsə və ya risksiz faiz dərəcəsi dəyişərsə, sabit gəlir alətlərinin dəyəri dəyişəcəkdir. Borcalanın krediti ödəmə qabiliyyətindəki potensial dəyişiklik kreditlər əlaqəli olan kredit riskidir. Faiz dərəcəsinə potensial dəyişiklik kreditlər əlaqəli olan bazar riskidir.
MİSAL
90-cı illərin əvvəllərində ABŞ-ın Kaliforniya ştatının Orange County bölgəsinin xəzinədarı Orange Country-nin məktəbləri, şəhərləri və bölgənin özünə məxsus olan 7.5 milyard ABŞ dolları miqdarında portfelin idarə olunmasına görə cavabdehlik daşıyırdı. Xəzinədarın investisiya strategiyası faiz dərəcələrinin aşağı düşməsinə və ya aşağı səviyyədə qalmasına ümid edirdi. Bu yanaşma faiz dərəcələri 1994-cü ildə yüksələnə qədər yaxşı işlədi. Faiz dərəcələrindəki artımlar bölgənin istiqraz investisiyalarının dəyərini o qədər aşağı saldı ki, 1994-cü ilin dekabrında Orange Country-nın rəhbərliyi elan etdi ki, onun investisiya vəsaiti 1.6 milyard ABŞ dolları zərər görmüşdür. Bunun nəticəsində, bölgə müflis olduğunu elan etdi. Bu bazarlar üçün hərəkətləndirici bir xəbər idi, çünki bu xəbər ABŞ-da bir yerli hökumət orqanı tərəfindən qeyd olunan ən böyük zərər idi.
3. Kapital riski səhmlərin qiymətində mənfi dəyişikliyə görə potensial zərərdir və öz dəyərləndirmələrinin bir hissəsi kimi səhm qiymətlərindən istifadə edən bütün alətlərə aiddir, misal üçün, fyuçers müqavilələri kimi törəmə məhsullar.
MİSAL
Enron, ABŞ-da bir şirkət, 2001-ci ilin sonlarında üstü açılan tayı-bərabəri olmayan bir mühasibatlıq qalmaqalından sonra müflislik üçün müraciət etdi. Bir neçə il ərzində Enron ABŞ-da və xaricdə çox müxtəlif enerji ilə əlaqəli holdinqlər və bizneslər toplamışdır və enerji biznesində dominant bir iştirakçı halına gəlmişdi. Bu genişlənmə illəri ərzində şirkət öz səhmdarlarına Enronun artımının sağlam olduğu və rəhbərliyin müvəffəqiyyətli şəkildə maliyyə cəhətdən sabit, güclü və çox gəlirli bir şirkət yaratması barədə maliyyə məlumatı vermişdir. Amma əslində şirkətin mürəkkəb, çox çaşdırıcı və aldadıcı mühasibatlıq sövdələşmələrindən istifadə edərək şirkətin həqiqi maliyyə vəziyyətini effektli şəkildə gizlədirdi: onun əsaslı və sürətlə böyüyən zərərlərini və əhəmiyyətli ölçüdə olan öhdəliklərini. Aldadıcı mühasibatlıq təcrübələrinə çox mürəkkəb və qeyri-şəffaf hüquqi sövdələşmələr daxil idi, hansı ki, Enronun zərərlərini Enronla əlaqəli olan və Enron tərəfindən nəzarət olunan şirkətlərə ötürürdü. Amma Enronun mühasibatlıq sövdələşmələrinin quruluşu səbəbindən, onların şirkətin maliyyə vəziyyətinə ümumi təsiri şəffaf deyildi. Enron bu məlumatı açıqlamağa məcbur deyildi. Bundan əlavə, Enronla əlaqəli olan şirkətlər açıq şəkildə alınıb satılmadığı üçün, onların həqiqi maliyyə vəziyyəti ictimaiyyətə açıqlanmırdı. Yalnız Enronun yüksək rəhbər vəzifəli şəxsləri aldadıcı mühasibatlıq təcrübələrinin səviyyəsindən xəbərdar idilər.
Enronun yüksək rəhbərliyində yalnız çox az sayda fərdin sistematik aldadıcı mühasibatlıq təcrübələrindən xəbərdar olduğu üçün, maliyyə bazarları Enronu çox uğurlu bir şirkət kimi tanıyırdılar. Onun səhmi yaxşı və təhlükəsiz investisiya hesab olunur və zamanla əhəmiyyətli dərəcədə bahalaşırdı. 2000-ci ilin avqust ayında Enronun səhmləri 90 ABŞ dolları səviyyəsində alınıb satılırdı. Tədricən, növbəti 14 ay ərzində, bu şirkətin səhmlərinin qiyməti maliyyə bazarlarındakı mühüm zəifləmə səbəbindən, aşağı düşməyə başladı.
Şirkətin rəhbərliyi açıq şəkildə Enrona investisiyaya həvəsləndirmələrinə baxmayaraq, Enronun səhmləri ucuzlaşdıqca çaşdırıcı mühasibatlıq hesabatları ilə birbaşa əlaqəli olan və ya onların ciddiliyini başa düşə bilən bir çox müdirlər öz səhmlərini aqressiv şəkildə satmağa başladılar. 2001-ci ilin avqustunda səhmlərin qiyməti təqribən 40 ABŞ dollarına düşdü. Həmin dövrdə, daha əvvəl açıqlanmamış informasiya bazara girməyə başladı və bu da göstərirdi ki, şirkətin mühasibatlıq məlumatı və mühasibatlıq təcrübələri sistematik şəkildə aldadıcı və çaşdırıcı olmuşdur. Enronun həqiqi maliyyə vəziyyəti ortaya çıxanda səhmlərin qiymətləri 40 ABŞ dollarından bir neçə qəpiyə düşdü və 2001-ci ilin dekabrında Enron müflisləşmə elan etməyə məcbur oldu.
-
Əmtəə riski əmtəənin qiymətlərindəki mənfi dəyişikliyə görə potensial zərərdir. Bu bütün əmtəə mövqelərinə və fyuçers müqavilələri kimi hər hansı törəmə əmtəə mövqelərinə aiddir.
MİSAL
2008-ci ilin iyul və oktyabr ayları arasında xam neftin qiyməti əhəmiyyətli dərəcədə düşdü. 2008-ci ilin iyul ayı ərzində bir barel xam neftin qiyməti təxminən 135-140 ABŞ dolları idi. Bu qiymətlər bu zamana qədər olan ən yüksək neft qiymətləri idi və bir çoxları düşünürdü ki, neft qiymətləri 2008-ci il ərzində qalxmağa davam edəcək və ilin sonuna qədər hər barel üçün 160 ABŞ dolları və ya daha çox ola bilər.
Yüksək neft qiymətləri biznesi xam neftin qiymətinə həssas olan şirkətlər üçün təhlükədir. İlin sonunda xam neft üçün ödəməyi planlaşdırdıqları qiyməti azaltmaq üçün bir çox enerjiyə-həssas şirkətlər bu cür müqavilələr bağlamışdırlar ki, onlar 2008-ci ilin oktyabr ayında çatdırılacaq xam nefti 2008-ci ilin iyul ayında mövcud olan qiymətlə və ya hər barel üçün 140 ABŞ dolları ilə aldılar. Misal üçün, əgər şirkət 2008-ci ilin iyun ayında 2008-ci ilin oktyabrında çatdırılacaq 1000 barel xam neft almışdısa, o təxminən 140000 ABŞ dolları ödəmişdi. Amma bu əsaslı və misilsiz qiymət bahalaşması gözlənilmədən dayandı və 2008-ci ilin dekabrına qədər xam neftin qiyməti hər barel üçün 50 ABŞ dollarından aşağı düşdü. Neftin qiymətinin eyni qalacağı və ya artacağını düşünərək bu müqavilələri bağlamış şirkətlər hər bareli üçün 50 ABŞ dolları dəyərində olan nefti almağa başladılar, amma onlar bu neft üçün 140 ABŞ dolları ödəyirdilər. 90000 ABŞ dolları məbləğindəki bu zərər bütövlükdə əmtəə riskinə görədir - əmtəə qiymətlərindəki arzuolunmaz dəyişiklik.
Bu şirkətlərin zərəri qiymətləri 50 ABŞ dolları olanda 140 ABŞ Dolları qiymətinə xam neft satmaq üçün müqavilələri olan bu xam neftin satıcıları üçün təmiz gəlir idi.
-
Riskli Məbləğ
Öz portfellərindəki bazar riskini ölçmək üçün banklar adətən riskli məbləğ (VaR) adlanan anlayışdan istifadə edirlər. VaR “Növbəti gün (və ya həftə, ay, il) nə qədər uduza bilərik?” salına yaxşı cavab verir. Rəsmi olaraq, VaR müəyyən zaman müddətində (misal üçün, 1 gün) spesifik etibar səviyyəsində (misal üçün, 95%) proqnozlaşdırılan zərər kimi tərif olunur. Qeyd etmək lazımdır ki, VaR ən pis zərəri vermir, amma 95% və ya daha yüksək etibar səviyyəsindən istifadə edir. 99% etibar səviyyəsi ilə, misal üçün, VaR zərər səviyyəsini elə təxmin edir ki, vaxtın 99%-də faktiki zərər səviyyəsi həmin saydan az olacaq.
MİSAL
GammaBankın risklərin idarə olunması komandası bazar riski üçün 1 gün, 99% VaR-ın 3 milyon avro olduğunu hesablayır. Bu o deməkdir ki, 1% şans var ki, bazarlar ona qarşı çevrilə bilər və o, 3,000,000 avrodan çox zərər verə bilər. Bu həmçinin o deməkdir ki, 99% şans var ki, növbəti gün zərərlər 3,000,000 avrodan az olacaq. VaR cəhətdən, onun (1-gün, 99% etibar səviyyəsi) VaR-ı 3,000,000 avrodur.
VaR-ın hesablanmasına cari mövqelərin yaxından yoxlanması növbəti zaman müddəti ərzində portfelin görə biləcəyi mümkün qazanc dəyərlərinin bölüşdürülməsi daxildir (adətən bazar riski üçün bir gün). Şəkil 6.11-dəki diaqram bir portfel üçün qazancın bölüşdürülməsinin nümunəsini göstərir və aşağıdakı kimi yozula bilər. Horizontal X-oxu mümkün qazancları və zərərləri təmsil edir. Zərərlər sıfırdan soldakı nöqtələrdir və mənfəət sağdakı nöqtələrdir. Əyrinin altındakı sahənin cəmi bir olmalıdır. Hər hansı müəyyən qazanc və ya zərərdə, əyrinin yüksəkliyi həmin qazancın və ya zərərin olma ehtimalını göstərir.
GammaBank üçün yuxarıda göstərilmiş şəkil onun VaR-nın qrafik təsvirini göstərir. 95% etibar səviyyəsi işarələnmiş xətt – 2 milyon ABŞ dolları səviyyəsindədir. Əyrinin altında xətdən soldakı kölgəli sahə 5%-dir və zərərlərin 2 milyon ABŞ dollarında çox ola biləcəyi ehtimalının 5% olduğunu göstərir. Ona görə də, 1-günlük 95% VaR 2 milyon ABŞ dollarıdır. Sola getdikcə, 3 milyon ABŞ dollarında, 99% etibar səviyyəsi ilə işarələnmiş xətt var. Əyrinin altında həmin xəttən soldakı sahə əyrinin altındakı bütün sahənin 1%-ni təşkil edir və o deməkdir ki, 1% ehtimal var ki, zərərlər 3 milyon ABŞ dollarından çox ola bilər və 1 gün VaR 99% etibar səviyyəsi ilə 3 milyon ABŞ dollarıdır.
VaR-ın hesablanmasında işin əksəriyyəti qazancın bölüşdürülməsinin hesablanmasıdır və yanaşmalara ümumi ehtimal bölüşdürmələrinin istifadəsi – misal üçün, Normal bölünmə, eyni zamanda zəng əyrisi kimi də tanınır və Şəkil 6.13-də göstərilənlər mümkün qazancları və zərərləri həvəsləndirmək üçün daxildir. Digər yanaşmalar da mümkün qazancları və zərərləri hesablayır və qazancları və zərərləri proqnozlaşdırmaq üçün təsadüfi potensial nəticələrin geniş-miqyaslı simulyasiyası və tarixi qazanc məlumatından istifadəni əhatə edir. VaR sistemini həyata keçirərkən, risk idarə ediciləri müxtəlif güclü və zəif cəhətlərdən, nisbi dəqiqlik və hesablama işlərindən, müxtəlif yanaşmalardan xəbərdar olmalıdırlar.
Cari portfel üçün təxmini qazancın bölüşdürülməsi bildiyi üçün – aktivin gətirə biləcəyi dəyərlər – VaR dəyəri X zərər səviyyəsi ilə elə üst-üstə düşür ki, zərərlərin X-dən az olması ehtimalı həmin etibar səviyyəsinə bərabər olur. Şəkil 6.13-də üfüqi oxda ən sağdakı zolaq 95% VaR uyğun gəlir.
VaR bankın portfelinin cari bazar riski profilinin yığcam mənzərəsini verməyə çalışan çox ümumi bir anlayışdır. VaR risklərin idarə olunmasında geniş tətbiq olunur, bazar, kredit və əməliyyat riski daxil olmaqla.
Bir konsepsiya kimi VaR-ın müəyyən çatışmazlıqları var ki, onları qeyd vurğulamaq vacibdir.
-
VaR təxmin səhvi ilə ölçülür. Yəni, təxmini qazancın bölüşdürülməsi kəmiyyət modelindən əldə olunur, hansı ki, adətən sadələşdirici gümanlar edir və ona görə də, mümkün nəticələrin dəqiq bildirişi deyil.
-
VaR artıq olan zərərin ciddiliyi barədə heç bir məlumat vermir. Yəni, əgər zərərin miqdarı VaR dəyərindən artıq olarsa, VaR zərərin nə qədər çox ola biləcəyi barədə heç bir məlumat vermir. Riski idarə edənlər adətən mümkün zərərlərin miqyasını və gözlənilən çatışmazlıq kimi alternativ risk ölçülərini daha yaxşı başa düşmək üçün bir sıra etibar səviyyələrini nəzərə alırlar.
-
Ən vacibi, VaR ən pis haldakı zərəri təsvir etmir, müəyyən etibar səviyyəsi üçün ən pis halı təsvir edir. Bu məqam vurğulanmalı və yadda saxlanmalıdır.
-
Stress Sınağının Keçirilməsi və Ssenari Təhlili
99% VaR ölçüsü bütün mümkün nəticələrin geniş miqyasını əhatə edə bilməsinə baxmayaraq, riski idarə edənlər xüsusilə nəticələrin yerdə qalan 1%-nə xüsusi diqqət yetirməlidirlər, çünki bu hadisələr bank üçün ciddi maliyyə problemləri yarada bilərlər. Stress sınağının keçirilməsi və ssenari təhlili fövqəladə hallarda portfelin necə fəaliyyət göstərəcəyini başa düşmək istəyən hər bir risklərin idarə olunması sistemi üçün əhəmiyyətli alətlərdir. Modelləşdirməyə arxalanıldığı üçün, risk ölçüləri yaxından yoxlanmalıdır və fövqəladə hallara qarşı sınanmalıdır.
Stress sınağının keçirilməsi faiz dərəcələrində və ya kapital indekslərində sürətli dəyişikliklər kimi müəyyən dəyər dəyişiklikləri üzrə vəziyyətləri nəzərə alır. Ssenari təhlili ya fərz olunan, ya da tarixi olmaqla dünyanın sərt vəziyyətlərində portfelin fəaliyyətini qiymətləndirir.
Misal üçün, riskləri idarə edənlərin səhm portfeli üçün nəzərə ala biləcəkləri ssenarilər 1987-ci ildə ABŞ-ın səhm bazarındakı qəzanı və ya 1997-ci il Asiyadakı maliyyə böhranını modelləşdirmək və ya istifadə etmək ola bilər. Digər ssenarilər təbii fəlakətlər, müharibələr, siyasi vəziyyətlərdəki dəyişikliklər – bazar qiymətlərinə dramatik təsir edə biləcək demək olar ki, hər şey ola bilər.
Stress sınaqları risklərin idarə olunmasının vacib bir hissəsidir və bir çox dəstəkləyici fəaliyyətləri əhatə edir, misal üçün, hər bir stress sınağının əsasında dayanan gümanların məntiqli olmasını təmin etmək kimi. Stress sınağının keçirilməsinin əhəmiyyəti illər ərzində daha da artmışdır və indi bankın risklərin idarə olunması tədbirlərinin əsas bir hissəsidir.
-
Bazar Riski Barədə Məlumatlandırma
Kommunikasiya effektli risklərin idarə olunmasının vacib bir hissəsidir və risklər ölçüldükdən sonra risk hesabatları ticarətçilər, risk idarə ediciləri, yüksək rəhbərlik və İdarə heyətinin üzvləri ilə bölünülməlidir. Risk hesabatının tərkibi adətən biznes sahəsinə və istifadəçilərin təcrübəsinə görə fərqlənir, amma əksər hesabatlara bankın sahib olduğu ticarət və balans hesabatı mövqeləri, mövqenin səbəbi, harada saxlanması, onun ödəniş tarixi, cari mənfəət/zərər statusu, mövqenin dəyişkənliyi və bir çox digər amillər daxildir. Risk hesabatları həmçinin adətən cari risk rəqəmlərini verirlər və bura bir neçə etibar səviyyələri üzrə riskli məbləğ (VaR) dəyərləri, stress sınağının nəticələri və sektor, coğrafiya və digər faktorlar üzrə riskin təhlili daxildir. Risk hesabatları həmçinin istifadəçilərə portfelin cari risk səviyyəsini tez bir şəkildə qiymətləndirməyə və risklərin azaldılması tələb oluna biləcək yerlərdə həddindən artıq riskə məruz qalmanın mümkün sahələrini müəyyən etməyə imkan verməlidir.
Risk hesabatlarının tezliyi məlumatın istifadəçisinə görə dəyişə bilər. Misal üçün, bazar riski məlumatının ən çox tələbkar istifadəçiləri bankın alqı-satqı işçiləridir, hansı ki, düzgün fəaliyyət göstərmək məqsədilə real zaman risk hesabatlarına ehtiyac duyacaqlar.
-
Hecinq
Banklar və fərdlər risklərini azaltmaq və ya aradan qaldırmaq üçün hecinq edirlər. Bank bir maliyyə alətində hal-hazırda sahib olduğu bir mövqeni hecinq etdikdə, bu mövqe hecinq olunan mövqedə dəyər dəyişikliklərini izləyən və ya əks etdirən maliyyə alətdindəki bərabər və qarşı əvəzləyici mövqe ilə mümkün qədər yaxından uyğunlaşdırılır. Adətən hecinqə əsas aktivin dəyər dəyişikliyini mümkün qədər daha çox əks etdirən bir törəmə alətindəki mövqe deməkdir.
Hecinq spekulyasiyanın əksidir. Spekulyativ bir ticarətdə, bank gələcək müsbət bir qazanc gözlənişi ilə hesablanmış riskə məruz qalmağı seçir. Hecinq olan ticarətdə isə, bank gələcək mümkün qazanclarının bəzilərini və ya hamısını qurban verməklə məruz qaldığı riskin bəzilərini məhdudlaşdırmağı daha üstün tutur.
Hecinq mürəkkəb səslənməsinə baxmayaraq, əslində belə deyil. Gündəlik həyatımızda hamımız hecinq edirik. Avtomobil sığortası almaq kimi sadə bir hərəkət qəzanın təsirinə qarşı hecinqdir. Sığorta şirkətinə ödənişimizin müqabilində o bizi sığorta ilə təmin edir. Sığorta şirkəti vəd verir ki, bizim düşdüyümüz qəza ilə əlaqədar xərcləri ödəyəcək. Sığorta bizim məruz qaldığımız risklərin təsirlərini sadəcə olaraq azaltmağa nail olur. Yadda saxlamaq vacibdir ki, risklər yenə də mövcuddur; sığorta hadisənin baş verməsi ehtimalını azaltmır, amma belə bir hadisə baş verdikdə maliyyə kompensasiyası təklif edir.
Eyni şəkildə, uzun bir səyahətə çıxmazdan əvvəl hava şəraitinin yoxlanması pis hava şəraitinə qarşı hecinqdir. Biz hava şəraitinə nəzarət edə bilmərik, amma biz faktiki olaraq yola nə götürəcəyimizi və səyahətə nə vaxt başlayacağımızı havaya görə uyğunlaşdıra bilərik. Davranışımızı uyğunlaşdırmaqla biz pis hava şəraitinin təsiri – arzuolunmaz nəticəyə qarşı hecinq edirik.
Maliyyə risklərinin hecinq edilməsi avtomobil sığortasının alınması və ya hava durumu ilə tanış olmağa oxşayır. Arzuolunan təsirlər eynidir – arzuolunmaz nəticənin təsirini azaltmaq. Amma maliyyə hecinqlərinin yaradılma yolları əhəmiyyətli şəkildə daha mürəkkəbdir. Aşağıdakı kapital nümunəsi maliyyə mənasında hecinqin təmiz təsviridir. Ora bizim hecinq etmək istədiyimiz risk – səhm və ya kapital – və riskimizi hecinq etmək üçün istifadə etdiyimiz “sığorta” daxildir. Maliyyə hecinqləri üçün, sığorta çox zaman törəmə aləti deməkdir. Opsion törəmə alətidir. Maliyyə riskini hecinq etmək üçün törəmə alətlərindən istifadə etməyimizin səbəbi odur ki, onlar öz dəyərini başqa bir, adətən bizim hecinq etdiyimiz aktivdən və ya bizim hecinq etdiyimiz aktivlə eyni xüsusiyyətlərə malik olan bir aktivdən alır.
Misal üçün, əgər bir investor bir şirkətdə səhmlərə malikdirsə, opsion həmin aktivin dəyərini təkrarlayacaq. Əgər aktivin dəyəri artırsa, opsionunun dəyəri də dəyişir; bu dəyişikliyin istiqaməti opsionun növündən asılıdır. Aktivin dəyəri artdıqca, alıcı opsionunun dəyəri artır (bax Bölüm 6.2.6) və satıcı opsionunun dəyəri azalır (bax Bölüm 6.2.6). Əksinə, aktivin dəyəri azaldıqca, alıcı opsionunun dəyəri azalır və satıcı opsionunun dəyəri artır.
Xülasəsi:
-
Uzun kapital mövqeyində, arzuolunmaz nəticə odur ki, kapitalın dəyəri azalır; hecinq üçün satıcı opsionu alınmalıdır (satıcı opsionunda uzun mövqe), çünki satıcı opsionun dəyəri səhmin dəyəri azaldıqca artır.
-
Qısa kapital mövqeyində, arzuolunmaz nəticə odur ki, kapitalın dəyəri artır; hecinq üçün alıcı opsionu alınmalıdır (alıcı opsionunda uzun mövqe), çünki alıcı opsionunun dəyəri səhmin dəyəri artdıqca artır.
Kapital misalı daha mürəkkəb vəziyyətlərə aid edilə bilər, amma prinsiplər olduğu kimi qalır. Bu yanaşma həmçinin faiz dərəcəsi riskinə aid edilə bilər – faiz dərəcəsi dəyişikliklərinin banka mənfi təsir etməsi riski. Əksər hallarda, bu o deməkdir ki, borcalmanın xərci - əmanətlər – bankın öz kreditlərindən qazandığı gəlirdən artıqdır. Bu arzuolunmaz bir nəticədir və banklar bu riski azaltmaq üçün törəmə alətlərdən istifadə edirlər.
Dostları ilə paylaş: |