Wiley finance



Yüklə 2 Mb.
səhifə20/32
tarix17.08.2018
ölçüsü2 Mb.
#71584
növüXülasə
1   ...   16   17   18   19   20   21   22   23   ...   32

MİSAL

Andromeda Korporasiyası tərəfindən buraxılmış səhmlərin qiyməti aşağı düşdükdə, bu aşağı düşmə səbəbi Andromeda Korporasiyasına xas olan və ya bütöv bazara təsir edən bir hadisədir. Əgər səhm qiymətləri iqtisadi perspektivlərin ümumi pisləşməsi səbəbindən aşağı düşürsə, hansı səhm bazarlarında geniş çeşidli müxtəlif səhm qiymətlərinə əhəmiyyətli şəkildə mənfi təsir edir, bu aşağı düşmə səbəbi ümumi bazar riskinə aid edilir. Bununla belə, əgər səhm qiyməti Andromeda Korporasiyasının biznesindəki pisləşməyə görə düşürsə, o zaman bu aşağı düşmə yalnız bu şirkətə və onun səhmlərinə təsir edən səciyyəvi bir riskin nəticəsidir.




    1. MALİYYƏ ALƏTLƏRİNİN ƏSASLARI

Əsas maliyyə aktivləri həmçinin maliyyə məhsulları və ya maliyyə alətləri də adlanır. Banklar maliyyə alətlərindən birja ticarəti məqsədləri üçün və öz maliyyə fəaliyyətlərini hecinq etmək üçün istifadə edirlər. Bu maliyyə alətləri “Sadə” məhsullar hesab olunurlar, çünki onlar nisbətən sadədirlər və mürəkkəb xüsusiyyətlər malik deyillər.

Misal üçün, adi səhmlər və korporativ istiqrazlar hər iki sadə maliyyə alətləri hesab olunurlar.

Banklar həm sadə, həm də mürəkkəb məhsulların birjada ticarətini aparırlar və bir çox mürəkkəb məhsullar daha sadə məhsullara bölünə bilərlər. Yeni maliyyə alətləri adətən artıq mövcud olan, sadə maliyyə alətlərini mürəkkəb qiymət qoyma və hüquqi strukturlar tələb edən daha mürəkkəb strukturlarla birləşdirirlər.





      1. Valyutalar

Əksər ölkələrin (və ya ölkələr qrupunun) öz valyutası (yəni, pulu) vardır. Onlar özlərinin mərkəzi bankları və ya bənzər qurumları vasitəsilə valyutalarının təklifinə nəzarət edirlər. Misal üçün, dollar ABŞ-ın, renminbi Çinin, avro isə Avropa Monetar Birliyi və ya Avrozona ölkələrinin valyutasıdır.

Xarici valyuta əməliyyatlarında bir valyuta başqa bir valyuta ilə mübadilə olunur. Bank təşkilatları çox müxtəlif səbəblərə görə xarici valyuta ilə olan əməliyyatlar ilə məşğul olurlar. Misal üçün, onlar öz ölkələrindən kənarda əməliyyatlar həyata keçirə bilərlər və bu tələb edir ki, onların əllərində həmin ölkədə öz öhdəliklərini yerinə yetirmək üçün xarici valyuta olmalıdır.

Valyuta məzənnələri bir valyutanın başqa bir valyutaya münasibətdə nisbi dəyərini əks etdirir. Misal üçün, 1.50 BBF (Böyük Britaniya Funtu)/1 dollar (ABŞ Dolları) valyuta məzənnəsi o deməkdir ki, bir BBF almaq üçün siz 1.50 dollar ödəməlisiniz. Bu həmçinin o deməkdir ki, bir dollar almaq üçün siz 0.67 BBF (= 1.5/1.0) ödəməlisiniz.
MİSAL

Yanvarın 10-da GammaBank dollar ilə 1000000 funt satın alır – dollar satıb funt alır. Funt ilə və dollar arasındakı valyuta məzənnəsi 1.50-dir; hər bir funt üçün bank 1.50 dollar ödəməlidir. 1000000 funt almaq üçün GammaBank 1.500000 dollar satmalıdır.



Çarpaz məzənnələr vasitəsilə bir valyutanın başqa valyuta ilə müxtəlif mübadilə məzənnələrinə istinad etmək adi haldır. Şəkil 6.1 2008-ci ilin sentyabrından əsas valyuta məzənnələrini göstərir. Bu cədvəl altı əsas valyutanın digərlərinə ilə mübadilə məzənnəsini göstərir və aşağıdakı kimi izah olunur: sütundakı valyutanın hər 1 vahidi üçün, siz müvafiq sırada göstərilmiş məbləği ödəməlisiniz. Beləliklə, həmin tarixdə, 1 funtun dəyəri 1.8029 dollar, 1.8759 Kanada dolları, 1.2565 avro və s. Yuxarıda qeyd olunduğu və cədvəldən göründüyü kimi, bu o deməkdir ki, 1 dolların dəyəri 0.5546 funt (=1.0/1.8029) olmuşdur; 1 Kanada dollarının dəyəri 0.5331 funt (= 1.0/1.8759); və 1 avro-nun dəyəri 0.7959 (=1.0/1.2565) olmuşdur.



Şəkil 6.1 2008-ci ilin sentyabr ayı üçün valyuta mübadilə məzənnələri


ABŞ dolları




1.8029

0.9611

1.4349

0.0094

0.1288

Britaniya funtu

0.5546




0.5331

0.7959

0.0052

0.0714

Kanada dolları

1.0404

1.8759




1.4929

0.0098

0.134

Avro

0.6969

1.2565

0.6698




0.0066

0.0898

Yaponiya yeni

106.221

191.5101

102.0914

152.4165




13.6804

Honq Konq dolları

7.7644

13.9988

7.4626

11.1412

0.0731



Xarici valyuta çarpaz məzənnələri, 29 sentyabr, 2008



Valyuta məzənnələrinə müxtəlif faktorlar təsir edir. Əsas amillərə inflyasiya dərəcələri, siyasi dəyişikliklər və qeyri-sabitlik və valyuta rejimləri daxildir. Valyuta rejimləri ölkənin və ya onun hökumətinin öz valyutasını digər valyutalara münasibətdə hansı dərəcədə idarə etməsini müəyyən edir. Hökumətlər ya öz valyuta məzənnələrini təyin edə bilərlər və bu zaman onlar öz valyutalarının digər valyutaya və ya tipik valyutaların “səbətinə” münasibətdə nisbi dəyərini qorumağa çalışırlar, ya da öz valyuta məzənnələrini sərbəst buraxa bilərlər və bu zaman onların valyutasının nisbi dəyəri ümumi bazar qüvvələri tərəfindən müəyyən olunur.

Banklar bir-biri ilə valyuta alqı-satqısı etdikdə, onlar adətən öz hesablarını ödəmək üçün xarici valyuta almalı olan öz müştərilərinin adından broker kimi çıxış edirlər. Bir çox böyük beynəlxalq banklar da valyuta məzənnəsindəki hərəkətlərdən mənfəət əldə etmək ümidi ilə digər banklarla öz hesablarına aktiv valyuta ticarəti ilə məşğul olurlar.


      1. Sabit Gəlir Alətləri

Ən çox adı çəkilən və alınıb satılan sabit gəlir alətindən ikisi kreditlər və istiqrazlardır. Kreditlər və istiqrazlar elə hüquqi müqavilələrdir ki, onların vasitəsilə borcalan (eyni zamanda kreditin və ya istiqrazın buraxıcısı da deyilir) istiqrazda və ya kreditə göstərilən əsas məbləği investordan borc alır və əvəzində müəyyən olunmuş faiz məbləği ödəyir, adətən mütəmadi aralıqlarla. Müqavilədə göstərilən faiz dərəcəsi adətən kupon dərəcəsi və ya nominal dərəcə adlanır. Bu dərəcə sabit və ya dəyişkən ola bilər. Həm istiqrazlar, həm də kreditlər üçün, sabit və ya dəyişkən faiz dərəcələri 4.3 Bölməsində göstərilən şəkildə hərəkət edirlər.

Ödəniş müddəti çatdıqda (yəni, son tarix) borcalan əsas məbləği investora geri ödəyir. Sabit gəlir alətlərinin geri ödəniş strukturu 4.2.7 Bölməsində kreditləri üçün müzakirə olunmuş struktura oxşayır. Ödəniş müddətləri 1 gündən 40 il və ya daha uzun müddətə qədər dəyişir. Elə istiqrazlar var ki, onların ödəniş müddətləri 100 ildən uzun olur və burada əsas məbləğ heç zaman geri ödənilmir. Sadə sabit gəlir aləti üçün, borcalanın aldığı pulun məbləği istiqrazın buraxıldığı gün müəyyən olunur və eyni qalır və istiqrazın və ya kreditin mövcud olduğu müddətdə baş verə biləcək inflyasiya və ya valyuta məzənnələrindəki dəyişikliklər ona təsir etmir. Faiz dərəcələrini və bəzi hallarda, hətta əsas ödənişləri inflyasiya dərəcələrinə görə uyğunlaşdıran mürəkkəb sabit gəlir alətləri vardır.

MİSAL

Acme Inc. bir qrup investora beş illik istiqraz verir. Bu istiqrazla şirkət illik 3% sabit faiz dərəcəsi ilə 100 milyon ABŞ dolları kredit alır. Hər il şirkət özlərinin mülkiyyət maraqlarına müvafiq olaraq istiqraz almış və saxlayan həmin investorlara 3% * 100 milyon ABŞ dolları və ya 3 milyon ABŞ dolları məbləğində bir faiz ödənişi edəcək. Beş ildən sonra, şirkət sonuncu faiz ödənişini və 100 milyon məbləğindəki əsas, borc götürülmüş məbləği geri ödəyəcək. Aşağıdakı Şəkil 6.2 bu axınların istiqamətini və ölçüsünü göstərir.



Şəkil 6.2 Axınların istiqaməti və ölçüsü
100,000,000 ABŞ dolları
Acme (Emissiyaçı) ------------------------------------------------------------------İnvestor(lar)
1-ci il 2-ci il 3-cü il 4-cü il 5-ci il


USD 3,000,000 kupon İnvestor(lar)



USD 3,000,000 kupon İnvestor(lar)

USD 3,000,000 kupon İnvestor(lar)

USD 3,000,000 kupon İnvestor(lar)

USD 100,000,000 əsas İnvestor(lar)

3,000,000 kupon İnvestor(lar)
Kreditlər və istiqrazlar arasındakı bir əsas fərq odur ki, artıq bir müddətdir ki, aktiv istiqraz bazarı olmasına baxmayaraq, adətən kreditlər açıq şəkildə alınıb-satılmamışdır və adətən kredit tam olaraq geri ödənənə qədər bankın mühasibat kitabında bankın balans hesabatında saxlanılmışdır. Tarixən, banklar arzu etdikləri portfel tərkibinə nail olmaq üçün özlərinin müvafiq mühasibat kitablarını təkrar balanslaşdırmaq məqsədilə digər banklarla kreditləri məhdud bir bazarda alıb satmışlar. Amma, son illərdə, kredit bazarı böyüyərək fəal və böyük bir bazara çevrilmişdir və burada banklar kreditləri öz kitablarında saxlamaq niyyəti olmadan verdikləri kreditləri qeyri-bank investorlarına satırlar. Hərdən bir banklar kreditləri qruplar halında “balansdan kənar hesabat” alətləri və ya törəmə alət məhsulları şəklində paketləşdirə və sonra investorlara sata bilər. Bu balansdan kənar hesabat vasitələri bankların 2007-ci ildən başlayaraq qarşılaşdıqları kredit problemlərinin bir çoxu üçün bazanı təşkil etmişdir. Sekyuritizasiya adlanan bu proses Bölmə5.5-də izah olunur.

Verildikdən sonra əksər kreditlər və istiqrazların sabit müddətləri olur. Yəni, kupon dərəcəsi və ödəniş tarixi dəyişməyəcək və beləliklə kredit ödənişlərinin həcmi və vaxtı sabitdir.

Kreditlərin və istiqrazların dəyərinə əsasən amilin müəyyən etdiyi faiz dərəcəsi təsir edir:


  • Ekvivalent risksiz sabit gəlir alətinin faiz dərəcəsi

  • Borcalanın krediti ödəmə qabiliyyəti və ya ödənilməmə riski

  • Ödəniş tarixi

Faiz dərəcəsinin artması halında, kreditin dəyəri azalır, çünki sabit dərəcəli bir istiqraz üçün, gələcək ödənişlərin sabit dəyəri mövcud dəyər cəhətdən daha ucuzdur. Əgər faiz dərəcəsi azalırsa, kreditin dəyəri artır, çünki gələcək ödənişlərin sabit dəyəri mövcud dəyər cəhətdən daha böyükdür. Beləliklə, kreditlər və istiqrazlar faiz dərəcəsinə həssas olan alətlərdir və onların dəyəri faiz dərəcəsi dəyişdikcə qalxıb düşəcək. Həmçinin faiz dərəcəsi və beləliklə faiz ödənişləri faiz dərəcəsinin səviyyəsini əks etdirən indeksin göstərildiyi üzən dərəcəli istiqrazlar və kreditləri də mövcuddur. Dərəcələr artanda istiqrazlara görə faiz dərəcəsi də artır və istiqrazın dəyəri dəyişilməmiş qala bilər. İnvestorlar istiqrazı faktiki olaraq satın almazdan əvvəl investisiyanın qoyulmasını nəzərdən keçirən zaman istiqrazın xüsusiyyətlərini başa düşərkən diqqətli olmalıdırlar.


MİSAL

Faiz dərəcəsi 5% olarsa, o zaman bir ildən sonra 100 ABŞ dollarının dəyəri 100 ABŞ dolları deyil, yalnız 95.24 dollar olacaq, çünki 95.24 ABŞ dollarını 5% faiz dərəcəsi ilə investisiya qoyularsa, bu, 100 ABŞ dollarına qədər artacaqdır. Eyni şəkildə, faiz dərəcəsi 10% qalxdıqda, eyni 100 ABŞ dolları bir ildən sonra yalnız 90.91 ABŞ dolları olacaq, çünki 90.91 ABŞ dollarını 10% dərəcəsi ilə investisiya qoyularsa, 100 ABŞ dollarına qədər artacaqdır.

Təcrübədə, risksiz sabit gəlir məhsulu adətən dövlət istiqrazıdır və onun heç bir kredit və ya ödənilməmə riski olduğu hesab edilə bilər. Əgər hər hansı ödənilməmə riski varsa, faiz dərəcəsi ödənilməmə riskini əks etdirən dərəcə ilə uyğunlaşdırılmalıdır. Hal-hazırda, ABŞ Dövlət Xəzinədarlığının qiymətli kağızları ən təhlükəsiz dövlət istiqraz alətlərindən biri hesab olunur.

MİSAL

Fərz edin ki, beş illik bir dövlət istiqrazı illik 2% kupon dərəcəsi ödəyir. İnvestorların əvvəlki misalda müzakirə olunmuş beş illik korporativ istiqraz ilə əlaqədar olan ödənilməmə riskini qəbul etməyə razılaşdırmaq üçün, Acme İnc. 2%-dən çox premium verməlidir və burada premiumun həcmi şirkətin krediti ödəmə qabiliyyəti funksiyasını göstərir. İnvestorlar şirkətin müflisləşəcəyi ehtimalına nə qədər çox inansalar, onlar şirkətdən öz istiqrazlarına investisiya qoymaq üçün bir o qədər böyük premium (faiz) tələb edəcəklər.

Aşağıda Şəkil 6.3-də göstərilmiş diaqram faiz dərəcələri və istiqraz qiymətləri arasındakı münasibətin yadda saxlanılmasının çox sadə bir yoludur.
Şəkil 6.3 Faiz dərəcəsi və istiqraz qiymətləri arasındakı münasibət


Faiz dərəcəsi



İstiqraz qiyməti








İstiqraz qiyməti



Faiz dərəcəsi

Faiz dərəcəsi inflyasiya, iqtisadi aktivliyin ümumi səviyyəsi, emissiyaçının yerləşdiyi ölkənin siyasi və iqtisadi sabitliyi və ödəniş müddəti daxil olmaqla bir sıra amillərdən asılıdır. Ümumiyyətlə, kreditlərin və ya istiqrazların ödəniş müddəti nə qədər uzun olarsa, faiz dərəcəsi bir o qədər yüksək olar. Bunun izahı çox sadədir: daha uzun müddətlik kredit vermək üçün, kredit verən həmin aləti daha uzun müddət saxlamağın riski üçün daha çox kompensasiya tələb edir, çünki qeyri-müəyyənliyin səviyyəsi artır. Faiz dərəcələrini ödəniş müddəti ilə əlaqələndirmək mənfəət əyrisi yaradır və buna misal aşağıdakı Şəkil 6.4-də göstərilir.


Şəkil 6.4 Mənfəət Əyrisi


Faiz dərəcəsi %


Ödəniş müddəti illərlə


Banklar özlərinin likvidliyini idarə etmək, faiz dərəcələrindəki dəyişikliklər səbəbindən qiymətlərin qalxmasından faydalanmaq və ya özlərinin qazandıqları aktivləri idarə etmək üçün bir-biri ilə istiqrazların ticarətini həyata keçirirlər. Banklar əsəsən öz kredit portfellərini yenidən qurduqda bir-biri ilə kredit alıb-satırlar – adətən kreditlərin birjada alqı-satqısı xüsusilə konsentrasiya riski ilə əlaqədar kredit portfelinin idarə olunması ilə əlaqəlidir (bax Fəsil 5).




      1. Banklararası Kreditlər

Banklar həmçinin bir-birilərinə də kredit verirlər. Bəzi bankların ya gözlənilməz əmanət mədaxillərindən, ya da öz əmanətləri üçün müvafiq kredit və ya investisiya seçimləri tapa bilmədikləri üçün artıq əmanətləri olur. Bu banklar özlərinin artıq vəsaitlərinə verdikləri kreditləri və ya etdikləri investisiyaları maliyyələşdirmək üçün ehtiyacı olan banklara satırlar. Banklararası kreditlərin ödəniş müddətləri çox qısa olur – bir günə qədər (və ya bir gecəlik). Banklar həmçinin öz əmanətçilərinə ödəniş etmək və ya öz likvidlik tələblərini idarə etmək üçün banklararası kreditlərdən istifadə edirlər. Bir çox ölkələrdə bu bazarlar çox fəaldır. Kreditlər və istiqrazlar kimi, banklararası kreditlər faiz dərəcəsinə həssas olan alətlərdir.

Banklararası kreditlərin qiyməti çox zaman London Banlararası Təklif Olunan Məzənnə və ya LIBOR kimi indekslə müəyyən olunur. LIBOR London banklarının digər banklara pul borc verərkən tutduqları faiz dərəcələrinə əsaslanan gündəlik istinad olunan dərəcə ortalamasıdır. LIBOR çox saylı valyutalar üçün və bir gecəlikdən bir ilə qədər olan müxtəlif ödəniş müddətləri üçün göstərilir. LIBOR dərəcələri, ödəniş müddətindən asılı olmayaraq, illik əsasda verilir. LIBOR dərəcələri bankların verdikləri kreditlər daxil olmaqla, müxtəlif növ maliyyə alətlərinin qiymətlərinə təsir edə bilər.
MİSAL

Acme Inc. tərəfindən buraxılmış 10 milyon ABŞ dolları məbləğindəki dəyişkən dərəcəli istiqraz üç-aylıq LIBOR-la 250 bn (2.50%) premiumunda qiymətləndirilmişdir. Dəyişkən dərəcəli istiqrazdan tutulan faiz dərəcəsi hər rübün əvvəlində müəyyən olunur.



  • Yanvarın 1-də LIBOR 3.45%-dir; növbəti üç ay üçün bu dəyişkən dərəcəli istiqraza görə faiz dərəcəsi 3.45% = 2.50% və ya 5.95% olaraq. Acme İnc. şrkətinin növbəti 3-aylıq müddət üçün edəcəyi faiz ödənişi 1.487500 ABŞ dolları və ya 10 milyon ABŞ Dolları * 5.95%/4 olacaq, faiz dərəcələri illik əsasda göstərildiyi üçün.

  • Aprelin 1-də LIBOR 2.95%-dir. Növbəti üç ay üçün dəyişkən dərəcəli istiqrazdan tutulan faiz dərəcəsi 2.95% + 2.50% və ya 5.45% olacaq. Acme İnc. şirkətinin bu üç aylıq müddət üçün edəcəyi faiz ödənişi olacaq 1.362500 ABŞ dolları və ya 10 milyon ABŞ dolları * 5.45%/4, faiz dərəcələri illik əsasda göstərildiyi üçün.



      1. Səhmdar Kapitalı

Həmçinin səhmlər və ya paylar kimi də tanınan səhmdar kapital şirkətin sahibkarlığındakı payı əks etdirir. Şirkətin sahibləri səhmdarlardır və onlar öz səhmlərini səhmdarların seçdikləri şirkətin İdarə heyəti tərəfindən onlara təqdim olunan təkliflərin lehinə və ya əleyhimə səs verməklə şirkətin işində iştirak edirlər. Əksər hallarda, səhmdarlar şirkətin mənfəətindən divident əldə edirlər. Bununla belə, bəzi şirkətlər divident ödəmirlər. Əvəzində, onlar səhmin dəyərini artırmaq üçün yeni səhm investorları gətirmək üzrə şirkətin sürətlə böyüyən biznes imkanlarına arxalanırlar. Bu növ şirkətlərə nümunə nadir hallarda divident ödəyən texnologiya şirkətləridir.

Səhmdarlar həmçinin səhmlərin dəyərinin artmasından qazanc əldə edirlər: şirkət nə qədər çox uğurlu olsa, səhmdarın əldə etdiyi qazanc bir o qədər çox olar və şirkətin böyük və özünün divident ödənişlərini artırmaq üçün əlavə mənfəət əldə etmək imkanı bir o qədər çox olar. Səhmin qiyməti şirkətin mövcud dəyəri və onun proqnozlaşdırılan qazanclarının dəyəri barədə bazarın mənimsəmə imkanını əks etdirir. Səhmlərin qiyməti şirkət barədə yeni məlumata cavab olaraq bazarın öz dəyərləndirməsinə etdiyi düzəlişlər kimi dəyişəcək.


      1. Əmtəələr


Əmtəələr adətən satıldıqları coğrafi və ya fiziki bazardan asılı olmayaraq, eynicinsli məhsullardır. Misal üçün, qarğıdalı, lobya və buğda kimi kənd təsərrüfatı məhsulları, xam neft, təbii qaz və benzin kimi enerji məhsulları, həmçinin qızıl və gümüş kimi qiymətli metallar da əmtəə hesab olunur.

Əmtəənin qiyməti əsasən həmin əmtəənin tələb və təklifi ilə müəyyən olunur. Bir əmtəə üçün tələb və təklifə dəyişiklik dərəcəsi çox müxtəlif olur. Misal üçün, ölkənin təsərrüfatçılıq regionuna bir neçə aylıq quraqlıq qarğıdalının artımında azalmaya səbəb olur və bu uzun bir müddət bazara gələcək qarğıdalının buşel sayının azalmasına gətirib çıxarır. Qarğıdalıya olan tələbatın olduğu kimi qalması və ya artması halında, təklifin məhdudlaşmasına görə qarğıdalının qiyməti təklif və tələb tarazsızlığı aradan qalxana qədər artacaqdır. Digər tərəfdən, bir neçə günün içində qasırğa Meksika Körfəzinin ABŞ sahillərində neft istehsalını dayandıra bilər və növbəti həftə bazara daxil olan neftin barel sayının azalmasına səbəb olur. Təklif azaldığı üçün və tələbatın bu hadisələrə görə dəyişməyəcəyi gözlənildiyi üçün, neftin qiyməti tələb və təklif tarazlana qədər artacaq. Bu və digər amillər əmtəənin qiymətinin müəyyən olunmasını mürəkkəbləşdirir.


MİSAL

Saflaşdırılma vasitəsilə xam neftdən kerosin və butan kimi məhsullar əldə olunur. Bu məhsulların hər biri ayrıca bir əmtəə adlanır və onların hər birinin öz bazarı və qiyməti vardır. Qiymət fərqləri onların harada emal olunması və yekun məhsulun istifadəçiyə daşınmasının qiyməti kimi amillərlə müəyyən oluna bilər. Amma, hər bir əsasında duran bazar qiyməti hər bir məhsul üçün qlobal bazara təsir edən tələb və təklif amilləri ilə müəyyən olunur.

Banklar özlərinin brokerlik bölmələri vasitəsilə öz müştərilərinin adından və həmçinin öz hesablarına əmtəə ticarəti ilə məşğul ola bilərlər. Banklar tərəfindən əmtəənin alqı-satqısı xarici valyutanın, sabit gəlirin və səhmdar kapital olan maliyyə alətinin alqı-satqısı qədər vacib deyildir.


      1. Törəmə alətlər

Ötən 20 il ərzində törəmə alətlər maliyyə bazarlarının ayrılmaz bir hissəsi kimi ortaya çıxmışdır. Törəmə alətlər dəyəri həmçinin alına, satıla və ticarət oluna bilən əlaqədar əsas aktivlərin dəyərindəki dəyişikliklərə cavab olaraq dəyişən maliyyə alətləridir. Törəmə alət müqavilələri nümunələrinə digərləri ilə yanaşı aşağıdakılar daxildir: fyuçerslər, opsionlar və forvard müqavilələri. Valyutalar, faiz dərəcələri, səhmlər və əmtəələr üzrə törəmə alətlər mövcuddur. Törəmə alətlərin əsas növləri aşağıdakılardır:



  • Forvard əmtəə, valyuta, istiqraz və ya səhm kimi aktivlərin müəyyən olunmuş qiymətə, müəyyən olunmuş miqdarda, müəyyən olunmuş gələcək bir tarixdə çatdırılmasını təyin edən ötürülə bilməyən bir müqavilədir. Forvarda bir misal 6.4.5 Bölməsində müzakirə olunur.

  • Fyuçers müqaviləsi əmtəə, valyuta, istiqraz və ya səhm kimi aktivlərin müəyyən olunmuş qiymətə, müəyyən olunmuş miqdarda, müəyyən olunmuş gələcək bir tarixdə çatdırılmasını təyin edən standart və ötürülə bilən bir müqavilədir.


MİSAL
İyunun 1-də mərkəzi Avropada yerləşən Acme İnc. şirkəti altı ay sonra, dekabrın 1-də Yaponiyalı təchizatçıdan mal almaq üçün 150 milyon YPY ödəməli olacağını bilir. İyunun 1-də mübadilə məzənnəsi 150YPY/EURO-dur. Ödəniş müddəti təxminən dekabrın 1-də olan xarici valyuta fyuçersi də 150 YPY/EURO ətrafında alınıb satılır. 150 YPY/EURO mübadilə məzənnəsini sabitləşdirmək və həmin mallara görə 10 milyon avro ödəyəcəyini təmin etmək üçün (150 milyon YPY/150YPY/EURO = 10 milyon avro), o 150 milyon YPY-a bərabər olan fyuçers müqaviləsi alır.



  • Opsion onun alıcısına müəyyən hüquqlar verir. İki əsas opsion növü alıcı opsionu və satıcı opsionudur14:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin