Wiley finance



Yüklə 2 Mb.
səhifə23/32
tarix17.08.2018
ölçüsü2 Mb.
#71584
növüXülasə
1   ...   19   20   21   22   23   24   25   26   ...   32

MİSAL

GammaBank hər səhmə görə 30 avro və ya 60,000 avro qiymətinə Acme İnc. şirkətinin 2000 səhmini almışdır. Bank bu kapital riskini hecinq etmək istəyir və satıcı opsionu alır (bax Bölüm 6.2.6). Acme İnc.-in opsionunun müddəti üç aydır və 30 avro satış qiymətinin 3.50 avro premiumu var. 7000 avroya 2000 satıcı opsionu almaqla (üç aylıq müddət və 30 avro satış qiyməti ilə), bir fərd növbəti üç ay üçün bu mövqe üzrə kapital riskini hecinq etmişdir.

Bu daha aydın şəkildə görmək üçün, üç aydan sonra Acme Inc.-in mümkün qiymətlərini Şəkil 6.12-də nəzərə alın.
Şəkil 6.12 Mövqelərin dəyəri


3 Ayda Acme İnc.-in dəyəri (Pacme)

Son tarixdə Satıcı Opsionun Dəyəri

Birləşmiş Mövqelərdə dəyər (səhmlər + satıcı opsiyonlar)

< 30 avro

30 avro – (Pacme)

2000 * (30 avro-(Pacme)+(Pacme)) = 60000 avro

≥ 30 avro

0 avro

2000 * (0 avro + (Pacme)) = 2000 avro * (Pacme)

Əgər Acme İnc.-in qiyməti üç ayda 30 avrodan böyük və ya bərabərdirsə, satıcı opsionları qiymətsiz olacaq – bank səhmləri 30 avroya satmaq istəməz, çünki cari qiyməti ondan böyükdür. Amma, səhmlər 2000*Pacme avro olacaq, hansı ki, GammaBankın ödədiyi 60000 avrodan böyükdür və ya bərabərdir. Əgər Acme Inc.-in qiyməti üç ayda 30 avrodan az olarsa, bank satıcı opsionundan istifadə edəcək və 2000 o səhmi satıcı opsionun satıcısına hər bir 30 avrodan 60,000 avroya satacaq. Bu dəyişikliklərin mövqenin dəyərindəki təsiri Şəkil 6.13-də təsvir olunur.


Şəkil 6.13 Acme səhmində və satıcı opsionunda mükafat mövqeyi
50000
30000
10000
0 _____________________________________________________

10 15 20 25 30 35 40 45 50


-10000
-30000
-50000
Satıcı opsionlarını satın almaqla, GammaBank qarşı tərəfin məhv olmayacağı və bankı qarşı tərəfin defoltuna məruz qoymayacağını fərz etməklə, bu kapital mövqeyindən itki ehtimalını aradan qaldırmışdır. Bu kapital mövqeyinin dəyəri, kapital qiymətinin nə qədər aşağı düşməsinə baxmayaraq, satıcı opsionunda uzun mövqenin dəyərindəki artımdan opsionlara ödənmiş premium qədər əvəzlənəcəkdir. Qeyd etmək lazımdır ki, bu sığorta üçün bank 7000 avro premium ödəmişdir, bu riski hecinq etməyin qiyməti. Bu xərc dəyişmir və risk altında deyil (arta bilməz) və GammaBank tərəfindən götürülmüşdür və ona qaytarılmayacaq. Bu hecinq etməyin cibdən kənar xərcidir.

Eyni şəkildə, banklar faiz dərəcəsi riski, əmtəə riski və xarici valyuta riskini hecinq etmək üçün törəmə məhsullardan istifadə edə bilər. Faiz dərəcəsi riskini azaldan törəmə məhsulların nümunəsi forvard müqavilələridir.

Törəmə alətləri bank sahəsində geniş istifadə olunur və banka gələcəkdə başlayan müəyyən bir müddət üzrə sabit dərəcəli vəsaiti borc vermək/borc götürmək imkan verir, beləliklə, dəyişən faiz dərəcələrinin faiz dərəcəsi marjasına etdikləri təsiri azaldır. Bölüm 6.2.6-da təsvir olunan svop kimi törəmə alətləri borcalanlara ödədikləri kreditlərin faiz dərəcələrini dəyişdirməyə kömək edir.
MİSAL

Bank başqa bir bankdan borc vəsait almalı olanda, onun narahatlığı odur ki, faiz dərəcələri artacaq və bu borcalmanı daha da bahalaşdıracaq. Əksinə, bank başqa bir banka borc pul verməli olanda, narahatlıq odur ki, dərəcələr azalır və bu borcverməni daha az mənfəətli edir. Bu halların hər ikisində, dəyişən faiz dərəcələri arzuolunmaz nəticəyə səbəb olur. Hecinq vasitəsilə, hər bir tərəfindən qazana biləcəyi faiz dərəcəsi əvvəlcədən müəyyən olunur və beləliklə, dəyişən faiz dərəcələrinin təsirləri bank tərəfindən onun qazancına hesablana bilər.

Forvardların iştirak etdiyi bir sövdələşmədə heç bir əsas məbləğin mübadiləsi yoxdur. Forvard müqaviləsinin ödəniş tarixi çatanda, müqavilənin dərəcəsi və istinad dərəcəsi arasındakı fərqə görə nağd pul ödənişi edilir, adətən LIBOR.

MİSAL

Bir illik LIBOR 3% olan fevralın 1-də A Bankı Bank D ilə forvard müqaviləsi bağlayır ki, Aprelin 31-də illik 3% faiz dərəcəsi ilə bir illik 1 milyon ABŞ dolları borc verəcək. Fevralın 1-də heç bir pul mübadiləsi baş vermir. Aprelin 31-də mübadilə olunan pulun məbləği həmin günün faiz dərəcəsindən asılıdır.



  • Əgər bir illik LIBOR dərəcələri aprelin 31-də 2.5%-dirsə, A Bankı mənfəət əldə etmiş olur, çünki D Bankı illik 3% ilə 1 milyon ABŞ dolları kredit götürməyə məcburdur. A Bankının bu sövdələşmədən mənfəəti belə olacaq: (3%-2.5%) * 1000000 ABŞ dolları və ya 5000 ABŞ dolları.

  • Əgər bir illik LIBOR dərəcələri aprelin 31-də 4% olarsa, o zaman A Bankı bu pulu 3% ilə borc verəcək. Bu o deməkdir ki, A Bankı (4%-3%) * 1000000 ABŞ dolları və ya 10000 ABŞ dolları uduzacaq. D Bankı kreditə görə 4% ödəmək yerinə 3% ödəməklə öz kredit xərclərini azaldır.

Qazanclar və zərərlər bir-birini sıfıra endirir. Birinci nümunədə, A Bankı 5000 ABŞ dolları qazandı; bu qazanc D Bankının itkisinə bərabərdir. İkinci nümunədə, D Bankı 10000 ABŞ dolları qazanır; A Bankının zərəri də eynidir. Bu forvard müqaviləsi və digər maliyyə törəmə alətlərinin istifadəsinin nəticəsidir: iki bank arasında risklərin ötürülməsi. Yuxarıdakı sövdələşmənin məqsədi riskləri azaltmaq və ya bölüşdürməkdir. Müəyyən risklərin götürülməsinin əvəzində, əlaqədar şirkətlər öz mənfəətlərində azalmanı qəbul etməyə hazırdırlar.

Arzuolunmaz nəticələrin təsirinin azaldılması risklərin azaldılması ilə eynidir. Bu hecinqin əsas məqsədidir.



    1. Bazar Riskinin Tənzimlənməsi – 1996-cı il tarixli Bazar Riski Düzəlişi

İlkin Bazel I Sazişi yalnız kredit riskini nəzərə alırdı. 1996-cı ildə, maliyyə icması ilə məsləhətləşmələrdən sonra, Bazel Komitəsi Bazar Riskinə Düzəlişi qəbul etmişdir, hansı ki, 1997-ci ilin sonunda həyata keçirilmişdir. Bazel II Sazişinin bazar riski haqqında qaydaları 1996-cı il Bazar Riski Düzəlişindən əsasən dəyişilməmişdir. Bu düzəlişin məqsədi qiymət hərəkətlərinin mənfi təsirlərini tarazlamaq üçün kapital “yastığı” yaratmaq olmuşdur. Bankın ticarət fəaliyyəti əsas diqqət mövzusu olmuşdur. Bankın mühasibat kitabı öz müştəriləri üçün alqı-satqını asanlaşdırmaq, spekulyativ mövqelərdən mənfəət əldə etmək və ya müxtəlif risk növlərinə qarşı hecinq etmək üçün bankın sahib olduğu maliyyə alətləri portfelinə müraciət edir. Bazar Riski Düzəlişi aşağıdakılar üçün bazar riski üzrə kapital tələbini yaratmışdır:



  • Mühasibatlıq kitabında faiz dərəcəsi ilə əlaqəli alətlər və kapitallar

  • Bank üzrə xarici valyuta və əmtəə mövqeləri

Bazar Riski Düzəlişi bazar riski kapital tələblərinin hesablanmasında istifadə etmək üçün banklara iki metod tətbiq etmişdir: Standart Yanaşma və Daxili Model Yanaşması.




  • Standart Yanaşma standart kredit riski yanaşmasına oxşayır və alətə xas risk ölçülərindən təşkil olunur. Bu ölçülər bankın bazar riskinə məruz qalmış bütün mülkiyyətinə tətbiq olunur. Bankın ümumi bazar riski məcmu kapitalı kapitalların, əmtəələri və valyutaların risk kateqoriyaları üzrə onun risk kapitalı tələbinin cəmidir.

Bu yanaşma riskin təsadüfi təsnifatından istifadə edir; 8% lik kapital xərci onların faktiki riski və dəyişkənliyindən asılı olmayaraq kapitallara, valyutalara və əmtəələrə bərabər şəkildə tətbiq olunur. Risk xərcləri riskin müxtəlif mənbələri üzrə sistematik şəkildə toplandığı üçün, bu yanaşma bankın bütün portfelinə baxmaqla və ya bankın öz portfelini nə dərəcədə yaxşı müxtəlifləşdirməsinə baxmaqla risklərin hər hansı əvəzlənməsini nəzərə almır. Bu yanaşma adətən daha yüksək məcmu kapital tələbinə və ya daha az “riskə-əsaslanan” kapital tələbinə gətirib çıxarır.

  • Daxili Model Yanaşması bankın öz daxili risklərin idarə olunması modellərinə arxalanır və Standart Yanaşmadan keyfiyyətcə üstündür. Bu yanaşma məcmu kapital tələbini bankın VaR hesablamalarının əsasında müəyyən edir. Bank faiz dərəcəsi və valyuta məzənnələri, əmtəə, kapital və opsion qiymətlərinədək mənfi dəyişikliklər üzrə 10-günlük, 99% VaR-nı hesablayır. VaR bankın mövqelərinin portfelinə əsaslandığı üçün, o alətlər və bazarlar üzrə həm qarşılıqlı əlaqə, həm də portfel təsirlərini və bazarların və mükafatların risk müxtəlifliyini nəzərə alır. Beləliklə, öz tənzimləmə kapital tələblərini müəyyən etmək üçün bu yanaşmadan istifadə edən banklar adətən Standart Yanaşmadan istifadə edənlərə nisbətən daha aşağı tənzimləmə minimum kapitalına sahib olurlar.

  • Daxili model yanaşmasından istifadə edərkən, bankların daxili risklərin idarə olunması modelləri müəyyən tənzimləyici tələbləri ödəməlidir. Bu qaydalar həmçinin bankları bankın bazar riskləri üzrə onların daxili hesablamalarının dəqiqliyini təkmilləşdirmək üçün həvəsləndirmələrlə təmin etməlidirlər.


Fəsil 7



LÜĞƏT


Əməliyyat Riski
Əməliyyat riskləri faktiki olaraq bütün bank sövdələşmələrində və tədbirlərində olur və bank nəzarətçiləri, tənzimləyiciləri və bankın rəhbərliyinin ümumi başlıca problemidir. Əməliyyat riskinin başa düşülməməsi risklərin tanınmayacağı və nəzarət edilməyəcəyi, bank üçün potensial olaraq dağıdıcı zərərlərlə nəticələnəcəyi ehtimalını artırır.
Fəslin İcmalı


  • 7.1 Əməliyyat Riski nədir?

  • 7.2 Əməliyyat Riski Halları

  • 7.3 Əməliyyat Zərəri Halları

  • 7.4 Əməliyyat Risklərinin İdarə Olunması

  • 7.5 Bazel II və Əməliyyat Riski


Əsas Məqamlar


  • Əməliyyat riskləri biznesə xasdır və qeyri-dəqiq və ya uğursuz daxili proseslər, sistemlər, insan səhvi və ya xarici hadisələrin zərərlərini əks etdirir.

  • Bazel II Sazişi beş müxtəlif əməliyyat riskini müəyyən edir: daxili proses riski, insan riski, hüquqi risk, xarici risk və sistem riski. Bu risklər qarşılıqlı əlaqəlidir.

  • Əməliyyat risk halları onların tezliyi və bankın əməliyyatlarına təsiri ilə xarakterizə olunurlar. Banklar özlərinin əməliyyat riski idarəetmələrini yüksək-tezlikdə/aşağı təsirli risklər və aşağı-tezlikli/böyük-təsirli risklərinə istiqamətləndirirlər.

  • Əməliyyat riski halları haqqında məlumat toplayan əməliyyat riski siyahısı ya yuxarıdan aşağı, ya da aşağıdan-yuxarı təhlil prinsipi ola bilər.

  • Bazel II Sazişi əməliyyat riski kapitalının hesablanmasına üç müxtəlif yanaşmanı təmin edir: Əsas Göstərici Yanaşması, Standart Yanaşma və Üstün Ölçmə Yanaşması.


Əsas Terminlər


  • Üstün Ölçmə Yanaşması

  • Əsas Göstərici Yanaşması

  • Aşağıdan yuxarı təhlil prinsipi

  • Biznes riski

  • Xarici risk

  • Yüksək Tezlikdə Aşağı Təsir, YTAT halları

  • Daxili proses riski

  • Hüquqi risk

  • Aşağı Tezlikdə Yüksək Təsir, ATYT halları






  • Əməliyyat zərəri halları

  • Əməliyyat riski

  • Əməliyyat riski kapitalı

  • İnsan riski

  • Reputasiya və ya başlıq riski

  • Standart yanaşma

  • Strateji risk

  • Sistemlər üzrə risk

  • Yuxarıdan aşağı təhlil prinsipi


Əməliyyat Riski

7.1 ƏMƏLİYYAT RİSKİ NƏDİR?

Əməliyyat riski həm bankın daxili proseslərindəki problemlər, həm də bankın əməliyyatlarına təsir edən xarici hallarla əlaqədardır. Son illərdə banklar fırıldaqçılıq və oğurluq kimi özlərinin əməliyyat risklərini kredit və bazar risklərini idarə etdikləri eyni rəsmi şəkildə həll etməyə başlamışlar.



Əməliyyat riski qeyri-dəqiq və ya uğursuz daxili proseslər və ya sistemlər, insan səhvi və ya xarici hadisələrin səbəb olduğu potensial zərərdir. Bazel II Sazişindən olan bu tərifə hüquqi risk daxildir, amma strateji və reputasiya riski daxil deyildir.

Ötən 20 il ərzində bankçılıqda həm biznes perspektivləri, həm də mənfəətliliyə ciddi şəkildə təsir etmiş əməliyyat riski hallarının sayında artım olmuşdur. Bir çox hallar Barings Bankın dağılması və bir zamanlar yüksək nüfuza malik olan ABŞ-ın qiymətli kağızlar şirkəti olan Kidder Peabody-nin mənfi bank kimi banklar öz kapitallarından çox daha artıq fəlakətli zərərlərə səbəb olacaq qədər kəskin olmuşdur. Aşağıdakılar Barings Bank-da əməliyyat riski halının təsviridir ki, bu da bankın kapitalını silmiş və sonda onun iflası ilə nəticələnmişdir.



MİSAL

1995-ci ildə mərkəzi Londonda yerləşən Baring Brothers and Co. Ltd. (Barings) özünün daxili nəzarət prosesləri və prosedurlarının uğursuzluğundan sonra 827 Britaniya funtu məbləğində zərər verməklə fəaliyyətini dayandırmışdır. Şirkətin həm Sinqapur Fyuçers Birjası, həm də Osaka Qiymətli Kağızlar Birjasında ticarətlə məşğul olan ticarətçilərdən biri ticarət və mühasibatlıq qeydlərini təhrif etməklə iki ildən artıq müddət üçün özünün getdikcə artan ticarət tədbirlərindən olan zərərləri gizlədə bilmişdi. Bu ticarətçi Yaponiyanın birja bazarında artım olacağını proqnozlaşdırmış və Yaponiyanın səhm indeks fyuçerslərində əhəmiyyətli mövqe əldə etmişdi. 1995-ci ilin yanvarında Yaponiyanın Kobe şəhərində dağıdıcı zəlzələ baş verdikdə, Yaponiyanın səhm bazarı kəskin şəkildə zəifləmişdir. Bu ticarət mövqelərində əsaslı itkilərə səbəb olmuşdur.

İlkin qiymətləndirmələr bunu “sərt ticarətçi” hadisəsi hesab edirdilər. Bununla belə, sonrakı təhlil ortaya çıxarmışdır ki, daha yaxşı daxili nəzarətlər zərəri minimuma endirmiş və ya qarşısını almış hesab oluna bilərdi. Ticarətçinin yalnız özünün ticarət fəaliyyətini təsdiqləmək deyil, həmçinin etdiyi həmin ticarətin əməliyyat cəhətlərini idarə etmək hüququ var idi. Bankın ali rəhbərliyi onun ticarətini dəstəkləyən ticarətçi və əməliyyat fəaliyyəti arasında vəzifələrin ayrılmasını təmin edə bilməmişdir. Bu əsaslı çatışmazlıq 827 milyon funtun bankın əlində olan ticarət kapitalından iki dəfə çox itkisi ilə nəticələnmişdir. Barings həmin zərəri əhatə edə bilməmişdir. 1995-ci ilin martına qədər Barings özünün bütün öhdəlikləri daxil olmaqla Hollandiyanın İnternationale Nederlanden Group (ING) tərəfindən nominal 1 funta satın alınmışdır.

Əməliyyat riski halları yalnız banklar deyil, hər hansı biznes növünün idarə edilməsinə xasdır. Banklar tam olaraq əməliyyat riski hallarının baş verməsini gözləyirlər və bankın əməliyyatları nə qədər daha çox mürəkkəb olarsa, bankın mənfəətliliyinə təsir edə bilən əhəmiyyətli əməliyyat riski hallarının olması ehtimalı da çox olar. Banklar çox zaman öz maliyyə planlarında əməliyyat zərərlərini nəzərə alırlar.




    1. ƏMƏLİYYAT RİSKİ HALLARI

Bazel II Sazişi əməliyyat riski hallarının beş geniş kateqoriyasını nəzərdə tutur:



  • Daxili proses riski

  • İnsan riski

  • Sistem riski

  • Xarici risk

  • Hüquqi risk

Bu əməliyyat riski halları qarşılıqlı əlaqəlidir. Aşağıdakı 7.1 Şəklində müxtəlif əməliyyat riski halları üzrə misallar verilir.


Şəkil 7.1 Əməliyyat riski halları


Əməliyyat riski kateqoriyası

Misal

Xarici risk

  • Bankların nəzarətindən kənarda olan mənfi təsirli hadisələr, misal üçün terror hücumları və ya təbii fəlakətlər

Daxili proses riski

  • Bank prosesləri və prosedurlarının uğursuzluğu

  • Qeyri-dəqiq nəzarət mühiti

Hüquqi risk

  • Hüquqi hərəkətin qeyri-müəyyənliyi

  • Qanun və qaydaların müvafiqliyinin qeyri-müəyyənliyi

İnsan riski

  • İşçilərin səhvləri

  • Fırıldaqçılıq

Sistem riski

  • Kompüter, texnologiya və sistemlərin uğursuzluğu

  • Davamlılığın planlaşdırılması

Əlavə əməliyyat risklərinə biznes riski, strateji risk və reputasiya və ya başlıq riski daxildir.




  • Biznes riski bankın rəqabətli mövqeyində zəifləmə səbəbindən yaranan potensial zərərdir.

  • Strateji risk zəif biznes qərarları və ya biznes qərarlarının səhv icrası səbəbindən yaranan potensial zərərdir.

  • Reputasiya və ya başlıq riski ictimai rəydə bankın mövqeyindəki zəifləmə səbəbindən yaranan potensial zərərdir.



      1. Daxili Proses Riski


Daxili proses riski bankın prosesləri və ya prosedurlarının uğursuzluğu ilə əlaqəli olan riskdir. Bankın gündəlik əməliyyatlarının həyata keçirilməsində işçilər biznesi müəyyən olunmuş prosedurlar və siyasətlərə uyğun olaraq həyata keçirəcəklər. Korporativ siyasətlər və prosedurlara müştərilərin müvafiq xidmət aldıqlarını və bankın onun fəaliyyətini tənzimləyən qanunlar və qaydalar çərçivəsində fəaliyyət göstərdiyini təmin etmək üçün tələb olunan yoxlama və nəzarət daxildir. Daxili proses riskinin nümunələrinə bunlar daxildir:

  • Nəzarətin olmaması – bank və müştərilərin hesablarının içində və arasında qeyd olunan sövdələşmələri audit edə bilməmək.

  • Marketinq səhvləri – bank ifadə edir ki, xidmətə xüsusi cəhət daxildir – reallıqda faktiki olaraq təklif olunmayan hesabın müddəti üzrə pulsuz çekləri təmin edən cari çek hesabı.

  • Çirkli pulların yuyulması – pulun haradan gəldiyini, kimin pulu olduğunu və/ya pulun hara getdiyini gizlətmək üçün sövdələşmə və ya sövdələşmələrlə məşğul olmaq.

  • Sənədləşmə və ya hesab çıxarma – bankın tənzimləyiciləri tərəfindən tələb olunan hesabatlar dəqiq və ya düzgün deyillər; hesabın açılması sənədləri səhvdir və ya kafi deyil.

  • Sövdələşmə səhvi – kassir əmanətə əlavə bir sıfır artırır, 300 Britaniya funtu yerinə 3000 funt edir.

  • Daxili fırıldaqçılıq – müştərilər, sifarişçilər və ya bankın özünün xərcinə işçini və ya bankı zənginləşdirmək üçün işçi tərəfindən düşünülmüş davranış.

Səhvlər çox zaman proses zəruri olmadan çətinləşdirilən, bərbad olunmuş və ya asanlıqla alt-üst edilmiş olduqda baş verir, səmərəsiz biznes təcrübəsinin bütün nişanları. Əməliyyat riskinin idarə edilməsini təkmilləşdirmək üçün bankın daxili proseslərinin nəzərdən keçirilməsi və təkmilləşdirilməsi çox zaman bankın əməliyyat səmərəliliyini və ümumi mənfəətliliyini gücləndirir. Eyni şəkildə, prosesləri tez-tez yoxlamaq və prosedurları təhlil etmək daxili proses riskini azalda bilər.


MİSAL

2001-ci il noyabrın sonunda İsveçrə bankı olan UBS Varburg işçilərindən birinin səhvi ucbatından öz ticarət kitabında təxminən 50 milyon ABŞ dolları itirmişdi. Yaponiyanın Tokyo şəhərində UBS Varburgun ticarətçisi səhvən hər biri 610000 Yapon yeninə 16 səhm əvəzində, Dentsunun 610000 səhmini hər birini 16 yenə satmışdı. Bu sifariş kompüterləşdirilmiş ticarət sistemində şübhə doğursa da, əməliyyat uğursuzluğu bu ticarətin səhvən yeri dəyişmiş məbləğ və qiymətlə həyata keçməsinə imkan vermişdi. Kompüter bildiriş sistemi adekvat nəzarəti təqdim etmək üçün proqramlaşdırılmamışdı.





      1. İnsan Riski

İşçilərin səhvi və ya dələduzluğu ilə əlaqəli olan insan riski əməliyyat riskinin ümumi mənbəyidir. İnsan riski bankın hər bir hissəsində baş verə bilər, hətta bankın risklərin idarəedilməsi funksiyasında baş verə bilər. İnsan riski daha çox aşağıdakılara görə baş verir:



  • İşçi qüvvəsinin yüksək axıcılığı – işçilərin tez-tez dəyişməsi o deməkdir ki, yeni insanların tələb olunan tarixçəsi, təcrübəsi və ya təlimi yoxdur; prosesləri tam olaraq başa düşməyə bilər; və tez-tez səhv buraxmağa daha çox meyllidir.

  • Zəif idarəetmə təcrübələri – aydın olmayan nəzarət strukturu, burada işçilər bir sıra ayrı risk funksiyalarına fərqi risk hadisələri çatdırırlar və hər bir ayrı risk funksiyası ziddiyyətli təcrübələr, prosedurlar və siyasətləri izləyir.

  • İşçilərin pis təlimatlandırılması – yeni işçilərin təlimi zamanı səhvlərin olması ehtimal olunur, xüsusilə təlimçilər özləri nisbətən yeni işə qəbul olunanlar olduqda.

  • Əsas işçilərə həddindən artıq arxalanma – həddindən çox işləmiş işçilərin əldən düşməsinə təkan verir.


MİSAL

Mal ticarətçisi “1000 paxla” almaq sifarişi almışdır və bu Çikaqonun Ticarət Şurasında (CBOT) birjanın iştirakçıları tərəfindən istifadə olunan ixtisaslaşmış əmtəə fyuçers ticarət dilində “200 paxla fyuçers müqaviləsi” deməyin qeyri-rəsmi yoludur. CBOT-da alınıb satılan hər bir paxla fyuçers müqaviləsi 5000 buşel paxlanın çatdırılması üçündür və bu CBOT-da alınıb satılan əksər kənd təsərrüfatı əmtəəsi fyuçersi üçün ümumi bir müqavilə ölçüsüdür (1 buşel paxla təxminən 27 kq-a bərabərdir).

Bu ticarətçi kənd təsərrüfatı mallarının ticarəti üzrə düzgün şəkildə təlimatlandırılmamışdı və bilmirdi ki, “5 paxla” üçün sifariş birja iştirakçılarının istifadə etdiyi dildə 5000 buşel üçün paxla fyuçers müqaviləsi deməkdir. O səhvən – sifariş aldığı – 200 paxla fyuçers müqaviləsini satın almaq üçün sifarişi deyil, əvəzində tələb olunandan beş dəfə daha çox müqavilə, 1000 paxla fyuçers müqaviləsi almağı ötürmüşdü.

Br sıra daxili nəzarət sistemləri ticarətin ticarətçinin nəzarətçilərinin icazəsini tələb etdiyini bildirsə də, bu nəzarətlər ticarətin qarşısını almamışdı. Ticarəti öz nəzarətçilərindən bu ticarət üçün təsdiqləmə istədikdə, onlar bu sifariş barədə sorğu sual etmişdilər. Bununla belə, ticarətçi mövcud nəzarət sistemlərinə diqqət verməmişdi, qismən ona görə ki, bu ticarətçinin nəzarətçiləri çox müxtəlif digər nəzarət və inzibati tapşırıqlarla məşğul idilər və bu məsələyə diqqət ayırmaq üçün vaxtları yox idi.

Bu səhv ticarətin icrasının qarşısını ala biləcək mühafizə tədbirləri uğursuz olmuşdu. Sonda ticarətçi ehtiyac olandan əsaslı şəkildə daha böyük olan paxla fyuçers müqavilə mövqeyini yaratmışdı. CBOT-da 1000 paxla fyuçers müqaviləsinin alınıb satılması o qədər qeyri-adi və əhəmiyyətli bir ticarət idi ki, bu sifariş icra olunan zaman, bu müqavilələrin qiyməti əhəmiyyətli şəkildə artdı. Daxili nəzarət sistemləri nəhayət ki, ticarətçi tərəfindən buraxılmış bu səhvi tapdıqda və mövqenin əksəriyyətini ləğv etmək qərarı qəbul olunduqda, satılmalı olan 800 paxla fyuçers müqaviləsi ticarətçi onlara ödədiyi qiymətdən əsaslı şəkildə ucuz qiymətə satılmışdı və bu ticarətçinin işlədiyi şirkət üçün böyük bir itkiyə səbəb olmuşdu.



      1. Sistemlər üzrə Risk

Sistem riski kompüter texnologiyası və kompüter sistemlərinin istifadəsi ilə əlaqəlidir. Bütün banklar özlərinin gündəlik fəaliyyətlərini dəstəkləmək üçün kompüterlərə çox arxalanırlar. Faktiki olaraq, banklar bu gün kompüter sistemləri olmadan fəaliyyət göstərə bilməzlər. Texnologiya ilə əlaqəli sistem riski halları aşağıdakı səbəblərə görə baş verə bilər:



  • Məlumatların zədələnməsi – emal olunduqca məlumatı dəyişdirən elektrik təkanı.

  • Qeyri dəqiq layihə nəzarəti – düzgün planlaşdıra bilməmə, hansı ki, kompüter sistemi tərəfindən hazırlanan risk hesabatının keyfiyyətinə təsir edə bilər.

  • Proqramlaşdırma səhvləri – bilməyərəkdən yanlış nəticələr yaratmaq üçün proqramlaşdırılmış kompüter modelləri.

  • Qara qutu” texnologiyasına həddindən artıq arxalanma – problemi və onun həlli olunan konseptual və ya keyfiyyət perspektivindən nəzərdən keçirmədən və sistemi düzgün şəkildə stress sınağından keçirmədən kompüter sistemlərinin daxili riyazi modellərinin düzgün olması inancı.

  • Xidmətin kəsilməsi(kəsilmələri) – elektrik avadanlığının xarab olması, hansı ki, hesabatlara çıxışın olmaması ilə nəticələnir.

  • Sistem təhlükəsizlik problemləri – kompüter virusları və kompüterə müdaxilə.

  • Sistemin uyğunluğu – yüksək həcmli hərəkəti keçirmək üçün kifayət etməyən və xarab olan və ya qeyri-dəqiq nəticələr verən sistem avadanlığı.

Nəzəri cəhətdən bankın texnologiyasının müvəffəqiyyətsizliyi fəlakətli hala, hətta bankın dağılmasına gətirib çıxara bilər. Texnologiyaya həddindən artıq arxalanma yüksək rəhbərlik üçün texnologiyanın uğursuzluğunu vacib nəzərə alınmalı bir hadisə edir – banklar texnologiyanın uğursuzluğu hadisələrinə baxmayaraq öz əməliyyatlarının davam edə bilməsi üçün çox böyük investisiya qoymuşlar. Bu proses davamlılığın planlaşdırılması və ya biznesin təzələnməsinin planlaşdırılması adlanır.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin