Wiley finance



Yüklə 2 Mb.
səhifə26/32
tarix17.08.2018
ölçüsü2 Mb.
#71584
növüXülasə
1   ...   22   23   24   25   26   27   28   29   ...   32



      1. Üstün Ölçə Yanaşması

Üstün Ölçmə Yanaşması (AMA) əməliyyat riski kapitalını hesablamaq üçün ən mürəkkəb yanaşmadır və banka imkan verir ki, özünün əməliyyat risk kapital tələblərini hesablamaq üçün daxildə yaradılmış modellərdən istifadə etsin. AMA-nın istifadəsi ciddi tənzimləmə tələbləri və sərt bank nəzarəti ilə tənzimlənir. Bazel Komitəsi AMA çərçivəsində istifadə etmək üçün banklara heç bir xüsusi model tövsiyə etməmişdir və öz daxili əməliyyat riskinin ölçülməsi sistemlərini işləyib hazırlamağı bankın öhdəsinə buraxmışdır.

Bankın AMA-sının işlənib hazırlanmasında bank özünün zərər tarixçəsi daxil olmaqla, özünün risk təcrübələrindən nəticə çıxara bilər. Bank bu məlumatı digər təşkilatların toplanmış zərər tarixçələri ilə tamamlaya bilər. Bundan əlavə, bank özünün biznes və daxili nəzarət mühitini hazırlaya, modelləşdirə və ölçə bilər. Aydındır ki, əməliyyat riskini modelləşdirmək və ölçmək üçün metodlar və infrastrukturun işlənib hazırlanması əhəmiyyətlidir və bahalıdır. Faydaları ikiqatdır. Birincisi, Bazel Komitəsi güman edir ki, (və doğruluğuna mütəmadi olaraq nəzarət edir ki,) bankın AMA-sı bankın əməliyyat riskinin daha dəqiq qiymətləndirməsini verir, beləliklə banklara imkan verir ki, Əsas göstərici və Standart yanaşmalarda istifadə edilən həddindən artıq mühafizəkar ölçülərdən uzaqlaşsınlar. İkincisi, banklar AMA-dan istifadə edərək əməliyyat riskinin qiymətləndirilməsi və ölçülməsində baş verməli olan özlərinin biznes təcrübələrinin diqqətli şəkildə nəzərə alınmasından faydalanırlar.


      1. Müxtəlif Yanaşmaların Tətbiqi Meyarları

Banklar bu iki daha mürəkkəb yanaşmalardan istifadə etmək məqsədilə “etibarlılıq” testindən keçməlidirlər. Düzgünlük bankın tənzimləmə nəzarətçisi tərəfindən müəyyən olunur, hansı ki, bankın hesabladığı əməliyyat riski kapital tələblərini eyni yanaşmadan istifadə etməklə bənzər banklar tərəfindən hesablanmış tələblərlə müqayisə edir. Bu müqayisə bank nəzarətçisinə bankın nəticələrinin düzgün qeyd olunub olunmadığı və onunla eyni olan digər banklara nisbətən “etibarlı” olub olmadığı barədə məlumatlı bir qərar vermək imkanı verir. Əgər nəticələr etibarlı deyilsə, nəzarətçi göstəriş verə bilər ki, bank özünün əməliyyat riski ölçüsünü hesablamaq üçün daha sadə bir metodologiyadan istifadə edə bilər.

Əsas göstərici yanaşması ən sadə yanaşma olaraq qəbul üçün heç bir meyar müəyyən etmir. Banklar Standart və ya Üstün Ölçmə yanaşmalarından istifadə etmək üçün müəyyən şərtlərə uyğun olmalıdırlar:


  • Standart Yanaşma

Standart Yanaşmadan istifadə etmək üçün bankın onu dəstəkləmək üçün xüsusi əməliyyat riski funksiyası və sistemləri mövcud olmalıdır. Beynəlxalq səviyyədə fəaliyyət göstərən bankların eyni zamanda daxili əməliyyat risk məlumatını toplamaq, saxlamaq, qorumaq və hesabat vermək üçün sistemləri və prosedurları olmalıdır. Bir beynəlxalq bankın əməliyyat riskinin idarə olunması funksiyasının dəqiq vəzifə xətləri olmalıdır və bank şirkət boyu əməliyyat riskinin idarə olunmasını təkmilləşdirmək üçün stimullar verməlidir. Praktiki bir məsələ kimi, bankın nəzarətçiləri tənzimləmə məqsədləri üçün Standart yanaşmadan istifadə edilməsinə icazə verməzdən əvvəl sınaq və monitorinq müddətinin olması üçün təkid edə bilərlər.


  • Üstün Ölçmə Yanaşması

AMAdan istifadə edən banklar ciddi keyfiyyət və kəmiyyət meyarlarına tabe tutulurlar. Bank beynəlxalq banklar barədə Standart Yanaşma meyarlarını yerinə yetirməlidirlər və xarici əməliyyat riski məlumatı ilə özünün daxili proseslərini artırmalıdırlar. O həmçinin, xüsusi və müvafiq əməliyyat riski bazası işləyib hazırlamalı və düzgün şəkildə həyata keçirməlidir. Bank həmçinin özünün əməliyyat riski nəzarətinə əsas biznes xətləri, nəzarət sahələri, audit sahələri və bankın İdarə heyəti və yüksək rəhbərliyini aktiv şəkildə cəlb etməlidir.


    • Keyfiyyət meyarları

Bank əməliyyat riskinin ölçülməsi, idarə olunması və monitorinqi strukturunun müstəqilliyi və tərtibatına istiqamətlənmiş olanlar daxil olmaqla, minimum keyfiyyət standartları qrupuna sadiq qalmalıdır.

    • Kəmiyyət meyarları

Bank Sazişində Daxili modelin tələb olunan standartlara cavab verməsini təmin etmək üçün bankın onun yanaşmasının potensial olaraq ciddi zərər hallarını əhatə etdiyini və bank əməliyyat riski modelinin işlənib hazırlanması və müstəqil modelin təsdiqlənməsi üçün ciddi prosedurları saxladığını göstərməli olduğunu bildirir.
Son olaraq, öz tənzimləmə nəzarətçisi tərəfindən müəyyən olunduğu kimi, Üstün ölçmə yanaşmasından istifadə etmək istəyən bir bank məcburi nəzarətin monitorinqi müddətindən keçməlidir.

Bank Əsas göstərici yanaşmasına başlamağa məcbur deyil. Əgər bank Bazel II və onun tənzimləyicilərində göstərilmiş meyarlara cavab verirsə, o Standart yanaşma və ya Üstün ölçmə yanaşmasından hər hansı birini həyata keçirə bilər. Bank həmçinin daha üstün bir metodologiyadan daha az mürəkkəb olanına keçə bilər. Amma, belə bir hərəkət bankın tənzimləyici nəzarətçisinin icazəsini tələb edir. Əgər bankın tənzimləyicisi bankın üstün yanaşma hesablamaları ilə qane deyilsə və ya əgər bank bunun nəticəsində müəyyən tənzimləmə və/və ya Bazel tələblərinə cavab vermirsə, tənzimləyici bankdan daha sadə bir yanaşmaya qayıtmağı tələb edə bilər.

Bazel II Sazişi həmçinin banka əməliyyat riski kapitalını hesablamaq üçün yanaşmaların birləşməsində istifadə etməyə icazə verir. Misal üçün, əgər bank əvvəlcədən müəyyən olunmuş meyarlara cavab verirsə, onun nəzarətçisi ona əməliyyatlarının müəyyən hissələri üçün Əsas göstərici yanaşması və ya Standart yanaşmadan və digərləri üçün Üstün ölçmə yanaşmasından istifadə etməyə icazə verə bilər.


      1. Bazel II və Əməliyyat Risklərinin İdarə Olunması

Qeyd olunduğu kimi, Bazel II, ilk dəfə olaraq, bankların öz əməliyyat riskinə qarşı tənzimləmə kapitalına sahib olmalarını tələb edir. Burada həmçinin bankın kapitalının təqribən 12%-ini bu risk növlərinə qarşı saxlanması tələb olunur. Bazel Komitəsi bankı əməliyyat riski kapitalını hərtərəfli şəkildə müəyyən etmək üçün həm kəmiyyət, həm də keyfiyyət yanaşması qəbul etmişdir. Bu tələblərdə göstərilir ki, banklar özlərinin əməliyyat risklərini başa düşməli, əməliyyat riski zərər məlumatlarını toplaya bilməli və əməliyyat risklərinin idarə olunması, monitorinqi və zəiflədilməsinə yönələn funksiyaları yaratmalıdırlar. Banklar, tənzimləyicilər və nəzarətçilər başa düşürlər ki, əməliyyat riskinin təhlili, əməliyyat riski halının ölçülməsi və idarə olunması və risk kapitalı hesablamaları ilə əlaqəli olan proseslər dinamikdir və bir dəfə baş verən və ya hər il təkrarlanan hallar deyil.




FƏSİL 8

Bazel II üzrə Məcmu Kapital və Nəzarət
Bazel II Sazişinin məqsədi kapital adekvatlığı üçün üç-prinsipli bazanı müəyyən etməklə beynəlxalq bankçılıq sahəsində sabitliyi qorumaqdır. 1-ci prinsip bankın kredit, bazar və əməliyyat riskini ölçmək üzrə yanaşmaları ümumi təsvir edir və ölçülmüş risklərin əsasında minimum kapital tələblərini təyin edir. 2-ci prinsip bankın idarə olunmasına nəzarət etmək və risklərin idarə olunmasında ən yaxşı təcrübələri təkmilləşdirmək üçün nəzarət yoxlamasından necə istifadə etməyi təsvir edir. 3-cü prinsipin məqsədi bazar iştirakçılarına bankın kapital quruluşu və adekvatlığını asanlıqla qiymətləndirə bilmələrinə imkan verən məlumatların açıqlanması tələblərini müəyyən etməklə bazar intizamından istifadə etməkdir. Məcmu kapitalın tapşırıqlarından başqa, bankın rəhbərliyinin təşkilatının uzun-müddətli rifahını təmin etmək məsuliyyəti vardır. İqtisadi kapital bir bankın uzun-müddətli olaraq mövcud ola bilməsi məqsədilə böyük, amma az ehtimallı zərərlərə tab gətirmək üçün qorumalı olduğu kapital səviyyəsidir.
Fəslin İcmalı


  • 8.1 Bankın Məcmu Kapitalı

  • 8.2 Bazel II Minimum Kapital Tələbi

  • 8.3 Prinsip 2 – Nəzarət Yoxlaması

  • 8.4 Prinsip 3 – Bazar İntizamı

  • 8.5 Məcmu Kapitalın Fövqündə

  • 8.6 Banklar, Bank Riskləri və Tənzimləmə


Əsas Məqamlar


  • Bazel II Sazişi bankın ümumi kapitalının necə qurulmalı olması üzrə ümumi bazanı təmin edir, uyğun kapitalın “dərəcələrini” müəyyən edir və müxtəlif dərəcələrin arasındakı münasibətlər üzrə xüsusi qaydaları təmin edir.

  • Bazel II-yə əsasən, tənzimləmə məqsədləri üçün uyğun kapital riski ölçülmüş aktivlərin dəyərinin 8%-dən çox olmalıdır və ya ona bərabər olmalıdır.

  • Prinsip 2, nəzarət yoxlaması, minimum kapital tələblərinə əməl olunmasını təmin edir və bankları risklərin idarə olunması üzrə ən yaxşı üsullardan istifadə etməyə və riskləri 1-ci Prinsipin əhatə etdiyindən daha çox həll etməyə həvəsləndirir.

  • Prinsip 3 bankın kapital strukturu, qarşılaşdığı risklər və kapital adekvatlığı ilə əlaqədar şəffaflığı təmin etmək üçün məlumatın açıqlanması tələblərini müəyyən edir.

  • İqtisadi kapital bankın uzun müddət mövcud olması məqsədilə böyük, amma az ehtimallı zərərlərə tab gətirmək üçün qorumalı olduğu kapital səviyyəsini müəyyən edir.

  • Banklar iqtisadi kapital modellərindən kapitalın səviyyəsi və quruluşunu qərarlaşdırmaq üçün istifadə edirlər. Yaxşı tərtib olunmuş bir iqtisadi kapital modelinin işlənib hazırlanması və həyata keçirilməsi banka öz risklərini daha effektiv şəkildə müəyyən etməyə, başa düşməyə, zəiflətməyə və idarə etməyə kömək edə bilər və bu da sonda bankın daha effektli və sabit olmasına gətirib çıxarır.




Əsas Terminlər

  • Bazel II minimum kapital tələbi

  • Etibar dərəcəsi

  • Açıqlama

  • İqtisadi kapital

  • Gözlənilən zərərlər

  • Məcmu kapital




  • Kapitalın riskə uyğunlaşdırılmış gəlirliliyi (RAROC)

  • Nəzarət yoxlaması

  • 1-ci dərəcəli kapital

  • 2-ci dərəcəli kapital

  • 3-cü dərəcəli kapital

  • Gözlənilməz zərərlər


Bazel II üzrə Məcmu Kapital və Nəzarət
8.1 BANKIN MƏCMU KAPİTALI
Bazel II Sazişi fəal beynəlxalq banklar üçün davamlı kapital adekvatlığı tələblərini əldə etmək üçün üç-prinsipli çərçivəni təyin edir.


  • Prinsip 1 - Minimum Kapital Tələbləri

  • Prinsip 2 - Nəzarət Yoxlaması Prosesi

  • Prinsip 3 - Bazar İntizamı

1-ci Prinsipin məqsədi bankın kredit, bazar və əməliyyat risklərinin bir funksiyası kimi kapital tələblərini müəyyən etməkdir. 1-ci Prinsipin böyük hissəsi bankın kredit, bazar və əməliyyat riskini ölçməyə yol verilə bilən yanaşmaları izah etməyə istiqamətlənir. Əvvəlki üç fəsildə müzakirə olunduğu kimi, Bazel II hər risk növü üzrə bankların riskliliklərini hesablamaq üzrə sadədən daha mürəkkəbə doğru bir sıra yanaşmaları müəyyən edir, Şəkil 8.1-də göstərildiyi kimi.





Şəkil 8.1 Bazel II əsasən kapitalın hesablanması metodları





Kredit Riski

Bazar Riski

Əməliyyat Riski

Yanaşmalar (ən az mürəkkəbdən ən çox mürəkkəbə doğru sıralanmışdır)

  • Standart Yanaşma

  • İlkin Daxili Reytinqə əsaslanan (IRB) Yanaşma

  • Üstün IRB Yanaşması

  • Standart Yanaşma

  • Daxili Modellər Yanaşması

  • Əsas Göstərici Yanaşması

  • Standart Yanaşma

  • Üstün Ölçmə Yanaşması

Nəticə

Kredit risklə ölçülən aktivlərin dəyəri

Bazar riski kapital qiyməti

Əməliyyat riski kapital qiyməti

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin