Wiley finance


İqtisadi Kapitalın Hesablanması



Yüklə 2 Mb.
səhifə29/32
tarix17.08.2018
ölçüsü2 Mb.
#71584
növüXülasə
1   ...   24   25   26   27   28   29   30   31   32

İqtisadi Kapitalın Hesablanması

Banklar bütöv bank üçün tələb olunan iqtisadi kapitalı hesablaya bilərlər və ya onlar bu kapitalı kredit itkiləri və ya ticarət itkiləri kimi müxtəlif risklər və ya itki növləri üzrə ayrıca olaraq hesablaya bilərlər. Aşağıdakı AlphaBank misalında biz kredit zərərləri üzrə iqtisadi kapitalı hesablayırıq. Bu proses Şəkil 8.3-də qrafik olaraq göstərilir




Şəkil 8.3 İqtisadi kapital diaqramı

Zərər dərəcsi



Ehtimal sıxlığı


İlk addım müəyyən zaman müddəti üzrə kredit zərərlərinin ehtimal paylanmasını hesablamaqdır. Biz ümumi yanaşmaya əməl edirik və bir illik vaxt çərçivəsi nəzərdə tuturuq. Şəkil 8.3-də üfüqi ox potensial zərərləri göstərir (müsbət rəqəmlər kimi göstərilir). Şaquli ox ehtimalı təmsil edir. Çəkilmiş xətt zərərlərin ehtimal sıxlığı funksiyasıdır. Əyrinin altındakı sahə hər bir zərərin ümumi ehtimalına bərabərdir və əyridəki hər bir nöqtə həmin zərərlərin növbəti ildə baş verməsinin nisbi ehtimalını təmin edir. Qeyd etmək lazımdır ki, bu əyri kredit zərərlərini təmsil edir və minimum mümkün zərər sıfıra bərabərdir və bu da onu göstərir ki, bu müddət ərzində heç bir kredit ödənilməmiş qalmamışdır. Göstərilən kreditin paylanması səciyyəvidir, bu mənada ki, nisbətən aşağı zərərlərin yüksək ehtimalı və yüksək zərərlərin aşağı ehtimalı vardır.

Şəkil 8.3-də, gözlənilən zərər kimi etiketlənmiş nöqtəli xətt növbəti il ərzində ortalama zərəri təmsil edir. Bu məbləğ əvvəlcədən proqnozlaşdırıldığından bankın bunu özünün qiymət hesablamalarına daxil edəcəyi, onu öz kreditlərinin qiymətini müəyyən etmək üçün istifadə edəcəyi və ona qarşı hər hansı bir kapitalın saxlanmayacağı gözlənilir.

İqtisadi kapitalın müəyyən olunmasında vacib növbəti addım gözlənilməz zərərlərin hesablanmasıdır və bu faktiki zərərlərin gözlənilməz zərər səviyyəsindən aşağı və ya bərabər olması dərəcəsi olan etibar intervalının seçilməsini tələb edir. İqtisadi kapitalın müəyyən olunması məqsədilə, bu səviyyə çox yüksək təyin olunur: 99.97% səciyyəvi səviyyə olardı. Şəkil 8.3-də “gözlənilməz zərər” adlanan nöqtəli xətt zərər səviyyəsini təmsil edir, belə ki, 99.97% ehtimal var ki, zərərlər həmin məbləğdən az və ya ona bərabər olacaqdır. İqtisadi kapital gözlənilməz zərərlər və gözlənilən zərərlər arasındakı fərqdir; yəni, iqtisadi kapital məhsulun qiymətinə daxil edilmiş zərərlərin miqdarından sonrakı zərərləri əhatə etmək üçün kapital ehtiyacının miqdarıdır. 1-ci Fəsildə müzakirə olunduğu kimi, bank nə qədər çox kapital saxlasa, bir o qədər az gəlir əldə edəcək, çünki həmin kapital başqa yerdə qazanc əldə etmək üçün istifadə oluna bilmir. Ona görə də, bankın rəhbərliyi risk və gəlir arasında özünün rahat olduğu səviyyəni ödəmək üçün etibar səviyyəsini təyin edə bilər.


MİSAL

AlphaBank Charlie Customer-ə bir illik 10,000 ABŞ dolları məbləğində kredit verir. Fərz edin ki, verilmiş məlumata əsasən, AlphaBank müəyyən edir ki, 2% ehtimal var ki, Cənab Customer bu krediti geri ödəməyəcək və banka heç bir pul qaytarılmayacaqdır. Cari bir illik Xəzinədarlıq istiqrazı 4%-dir, hansı ki risksiz hesab olunur. Bank Cənab Customerə olan kreditin faiz dərəcəsini elə təyin edir ki, ona kredit vermək üçün götürdüyü riski təmin etsin.

İlin sonunda iki mümkün ssenari var:


Ssenario

Banka geri ödənən məbləğ

Ehtimal

Ödənilməmə

0 ABŞ dolları

2%

Ödəniş

10,000 ABŞ dolları * (1+r)

98%

Əgər bank risksiz dərəcə və bu kreditə görə dərəcənin alınması arasında neytraldırsa, o kreditə görə faiz dərəcəsini onun ödənilməmə riskinə görə kompensasiya ala biləcəyi formada təyin oluna bilər. Faiz dərəcəsini bankın ödənilməmə riskinə görə kompensasiya olunması üçün təyin etmək məqsədilə, kreditin gözlənilən mükafatı bir illik Xəzinədarlıq istiqrazına eyni məbləğdə pulun investisiya qoyulmasından gözlənilən mükafata bərabər olmalıdır.


Bir illik Xəzinədarlıq istiqrazı üçün, mükafat birbaşadır – o investisiya qoyulan məbləğlə Xəzinədarlıq istiqrazının faiz dərəcəsinin hasilinə bərabərdir.
Bir illik Xəzinədarlıq-istiqrazının mükafatı = 10,000 USD * (1.04)

= 10,400
Kredit üçün, mükafatın iki tərkib hissəsi var – müflisləşmə baş verməzsə olan mükafat (investisiya qoyulan məbləğ vurulsun kreditin faiz dərəcəsi) və müflisləşmə baş versə olan mükafat (hansı ki, heç bir qayıtma olmasa 0 dollardır).


Kreditin mükafatı = 10,000 USD * (1+r) * 0.98 + 0 USD * 0.02

= 9800 USD * (1+r)


Beləliklə, gözlənilən mükafatların bərabər olması üçün, bank kreditə faiz dərəcəsi təyin edə bilər.
10,400 USD = 9800 USD * (1+r)

r = 6.12%


Beləliklə, 200 ABŞ dollarının “gözlənilən” zərəri bankın həmin kreditə təyin etdiyi qiymətdə əks olunur.
İndi fərz edin ki, bank eyni 10,000 ABŞ dolları krediti (bir illik, 4% faiz dərəcəsi, 2% qayıtmama şərti ilə müflisləşmə ehtimalı) 99 başqa müştəriyə verir: A2, A3, A4 ..... A100. Sadəlik üçün, fərz edin ki, bir müştərinin krediti ödəməməsi heç bir digər müştərinin pulu ödəməməsinə heç bir təsir etmir. Zərərin bölüşdürülməsini almaq üçün, biz mümkün kreditin ödənilməməsi saylarının hər bir ssenarisinə baxa bilərik və Şəkil 8.4-də göründüyü kimi zərər və ehtimalı hesablaya bilərik.


Şəkil 8.4 Kreditin ödənilməmələri və ehtimallar


Ödənilməmələrin sayı, n

N kreditin ödənilməməsi ehtimalı

N və ya daha az kreditin ödənilməməsi ehtimalı

N və ya daha çox kreditin ödənilməməsi ehtimalı

0

13.26%

13.26%

86.74%

1

27.07%

40.33%

59.67%

2

27.34%

67.67%

32.33%

3

18.23%

85.90%

14.10%

4

9.02%

94.92%

5.08%

5

3.53%

98.45%

1.55%

6

1.14%

99.59%

0.41%

7

0.31%

99.91%

0.09%

8

0.07%

99.98%

0.02%

Faiz dərəcəsini 6.12% təyin etməklə, bank gözlənilən zərərləri hər bir kreditə daxil etmişdir. 100 müstəqil kreditlə, kredit portfelinin gözlənilən zərəri 20,000 ABŞ dollarıdır, çünki hər bir kreditin gözlənilən zərəri 200 ABŞ dollarıdır və 100 kredit vardır. Bununla belə, Şəkil 8.4-də göstərildiyi kimi, ikidən artıq ödənilməmənin olmasına 32.33% ehtimal var. 99.97% etibar səviyyəsi üçün, bizim ən kiçik n sayına ehtiyacımız var, belə ki n və ya daha az zərərlərin ehtimalı 99.97%-dən artıqdır. Şəkil 8.4-də göstərildiyi kimi, kapital səviyyəsinin həmin zamanın 99.97% zərər səviyyəsindən artıq olduğunu təmin etmək üçün kapital səviyyəsi səkkiz ödənilməmənin zərərini və ya 80,000 ABŞ dollarını əhatə etməlidir. Beləliklə, kredit portfelinin gözlənilməz zərəri 80.000 ABŞ dollarıdır və iqtisadi kapital 60.000 ABŞ dollarıdır bu da 20,000 ABŞ dolları gözlənilən zərər və 80,000 ABŞ dolları gözlənilməz zərər arasındakı fərqdir.

Gözlənilməz, amma məntiqi ehtimal olunan (10,000-də 3) zərərə tab gətirmək üçün tələb olunan kapitalın səviyyəsi 60,000 ABŞ dollarıdır. Bu kredit zərərləri üçün tələb olunan iqtisadi kapitaldır. Hər bir risk üzrə iqtisadi kapitalın səviyyəsini əldə etmək üçün digər risklər, misal üçün bazar və əməliyyat riskləri üçün bənzər hesablamalar aparılmalıdır. Mümkün müxtəlifləşdirmənin faydalarını rədd edərək, bu iqtisadi kapital səviyyələrinin cəmi bankın tələb etdiyi iqtisadi kapitalın miqdarıdır. Alternativ olaraq, əgər bank bütöv bank üzrə iqtisadi kapitalı bir addımda hesablayırsa, o riskin müxtəlif ölçülərini birləşdirir. Misal üçün:


  • Alqı-satqı zərərləri hər gün minlərlə sövdələşmə ilə gündəlik olaraq ölçülür.

  • Kredit zərərləri adətən illik olaraq ölçülür, çünki kredit zərərlərinə gətirib çıxara bilən sövdələşmələr daha az-az baş verir.

  • Əməliyyat zərərləri də adətən illik olaraq ölçülür. Əməliyyat risk modelləri əməliyyat riskləri üzrə məlumat tələb edir ki, bunun bir çox hallarda sayılması çətin olur və kifayət qədər müvafiq əməliyyat riski məlumatının toplanması müəyyən çətinlik törədir.

Aydındır ki, 4-7-ci Fəsillərdə müzakirə olunmuş minimum məcmu kapitalın və iqtisadi kapitalın hesablanması və onların hər ikisinin qarşılaşdıqları eyni praktiki çətinliklər arasında oxşarlıqlar vardır. Zərərlərin paylanmasını yaratmaq üçün məlumatı toplamaq çətindir. Məcmu kapitaldan fərqli olaraq, iqtisadi kapital modelləri daxildə işlənib hazırlanmış modellər ola bilər ki, bu da hər bir bankın spesifik xüsusiyyətlərini əhatə etməyə çalışır və müxtəlifləşmə, likvidlik riski, faiz dərəcəsi riski və reputasiya riski kimi xüsusiyyətlərin təsirlərini əhatə etmək barədə daha sərbəst ola bilər. Bundan əlavə, iqtisadi kapital daha çox bankın uzun-müddətli sağ qalması barədə narahat olduğu üçün, səciyyəvi vaxt çərçivəsi bir ildir. Qeyd etmək lazımdır ki, vaxt çərçivəsi zərərlərin hesablandığı vaxt müddətini müəyyən edir, amma bankın iqtisadi və ya məcmu kapitalı hansı tezliklə hesablaması mənasına gəlmir. Yəni, özünün iqtisadi kapitalını hesablamaq üçün, bank növbəti il ərzində hər gün özünün potensial zərərlərini hesablaya bilər. Son olaraq, qeyd etmək lazımdır ki, iqtisadi kapital daxili bank ölçüsüdür (nəzarət orqanların buna baxmasına və bankın yanaşmasını qiymətləndirməsinə, iqtisadi kapitalın tələb olunan məcmu kapitalla eyni olmamasına baxmayaraq).

Banklar iqtisadi kapital modellərindən kapitalın səviyyəsi və strukturu barədə qərar vermək üçün istifadə edirlər. Yaxşı tərtib olunmuş iqtisadi kapital modelinin işlənib hazırlanması və həyata keçirilməsi banka öz risklərini daha effektli şəkildə müəyyən etməyə, başa düşməyə, azaltmağa və idarə etməyə kömək edə bilər və bu da sonda daha effektli bir banka gətirib çıxara bilər.



      1. Riskə Uyğunlaşdırılmış Fəaliyyət Ölçüləri

Bankın idarə etmə alət kimi iqtisadi kapitalın rəsmi şəkildə işlənib hazırlanmasından sonra, banklar iqtisadi kapitalı həmçinin kapitalın ayrılmasını dəstəkləmək və biznes xətləri üzrə davamlı olaraq mənfəətliliyini qiymətləndirmək üçün istifadə etmişlər. Kapitalın riskə uyğunlaşdırılmış gəlirliliyi (RAROC) Bankers Trust tərəfindən 1970-ci illərin sonlarında çox müxtəlif risk profilləri olan fəaliyyətlərin mənfəətliliyini qiymətləndirmək üçün bir vasitə kimi işlənib hazırlanmışdır. Rəsmi olaraq, RAROC aşağıdakı kimi müəyyən olunur:


RAROC = Mənfəət – (İqtisadi Kapital) * r

İqtisadi Kapital


burada “r” risksiz faiz dərəcəsidir. Banklar RAROC-dan yeni bir tədbiri başlatmazdan əvvəl aşılması gözlənilən hədlərin müəyyən olunmasının bir vasitəsi kimi və müxtəlif biznes vahidləri və ya tədbirlərinin fəaliyyətinin qiymətləndirilməsi vasitəsi kimi istifadə edə bilərlər.
MİSAL

Fərz edin ki, iki biznes vahid (A və B) hər biri ötən il ərzində 5 milyon ABŞ dolları mənfəət əldə edirlər. Bununla belə, fərz edin ki, A biznesi çox daha riskli bir biznesdir. Xüsusilə də, A biznesi üçün gözlənilən zərər 4 milyon ABŞ dollarıdır və gözlənilməz zərər 99.5% ehtimal səviyyəsində 13 milyon ABŞ dollarıdır. B biznesi üçün, gözlənilən zərər 5 milyon ABŞ dollarıdır və gözlənilməz zərər 99.5% ehtimal səviyyəsində 8 milyon ABŞ dollarıdır. Fərz edin ki, risksiz faiz dərəcəsi 5%-dir. O zaman, aşağıda Şəkil 8.5-də göstərildiyi kimi, RAROC B biznesinin riskə uyğunlaşdırılmış əsasda A biznesinə nisbətən daha yüksək gəlir əldə etdiyini göstərir.


Şəkil 8.5 Gözlənilən Zərər, İqtisadi Kapital və RAROC





Gözlənilən Zərər

Gözlənilməz Zərər

İqtisadi kapital

Mənfəət

RAROC

A biznesi

4.00

12.00

19.00

5.00

21.32%

B biznesi

5.00

8.00

13.00

5.00

33.46%


    1. BANKLAR, BANK RİSKLƏRİ VƏ TƏNZİMLƏMƏLƏR

Bu kitab oxucuları banklara, bank risklərinə və bankın tənzimlənməsi ilə tanışlıqla təmin edir. Risklərin idarə olunması çox mürəkkəb, amma həddindən artıq vacib və aktual bir mövzudur. Banklar və onların nəzarətçiləri xüsusilə 2007 və 2008-ci illərin qlobal maliyyə böhranının təsirləri səbəbiindən başa düşürlər ki, risklərin idarə olunması üzrə yaxşı təcrübələr müasir dövrün qlobal və yüksək dərəcədə bir-biri ilə əlaqəli bank sisteminin təhlükəsizliyi və sağlamlığı üçün vacibdir. Risklərin idarə olunması beynəlxalq bankçılıq qaydaları üçün baza kimi xidmət edir – Bazel Sazişləri bank biznesində olan riskləri azaltmaq üçün standartları təyin edir.

Fəsil 1 banklar və onların biznesləri haqqında məlumat verdi. Banklar özlərinin üç əsas bankçılıq funksiyaları ilə iqtisadiyyat çox vacib rol oynayırlar - əmanətlərin yığılması, ödənişlərin təşkili və kreditlərin verilməsi - və banklar onların hər biri ilə əlaqədar olan riskləri idarə etməlidirlər. Fəsil 1 müxtəlif növ bankları və bankların qarşılaşdıqları müxtəlif riskləri (məsələn, kreit, bazar və əməliyyat riskləri) təsvir etdi.

Fəsil 2 bankların idarə olunmasını izah etdi və korporativ idarəetmə, maliyyə hesabatları, aktivlərin və passivlərin idarə olunması və kredit zərərlərinə istiqamətləndi. Korporativ idarəetmə bankların maraqlı tərəflərinin çox zaman ziddiyyətli maraqlarını idarə etmək üçün əməliyyat təlimatları müəyyən edir. Maliyyə hesabatları bankın fəaliyyəti üzrə hərtərəfli mənzərəni təmin edir və bankın aktivləri və passivləri və biznes sövdələşmələrinin nəticələrinin mühasibatlığını əhatə edir. Banklar öz aktivlərini və passivlərini idarə edərək riskləri azaldırlar və səhmdarların gəlirlərini maksimuma qaldırırlar. Kredit zərərləri riskini azaltmaq üçün (ödənilməmə, kredit riski) banklar özlərinin maliyyə hesabatlarında ehtiyatları yaradırlar.

Fəsil 3 bankların tənzimlənməsindən danışdı. Tənzimləmə bankları daha prudensial fəaliyyət göstərməyə həvəsləndirir və beləliklə bir bankın uğursuzluğunun silsilə uğursuzluqlara səbəb olması riskini azaldır. Tənzimləməyə bu sahədəki sabitliyi təmin etmək üçün sistem üzrə dəstək mexanizmləri daxildir. Tənzimləmə alətlərinə lisenziyalaşdırma və nəzarət daxildir. Nəzarət likvidlik riskini tapmaq, bankın vəsaitlərinin bitməsini qarşısını almaq üçün addımlar atmaq, yoluxmanın qarşısını almaq və təlaşı dayandırmaq üçün bankın əməliyyatlarına və tədbirlərinə nəzarəti əhatə edir. Bazel I və II Sazişləri elə beynəlxalq tənzimləmə protokolları riskin minimum məcmu kapital standartı ilə əlaqəli olduğunu və onunla minimuma endirilə bildiyini qəbul edən beynəlxalq tənzimləmə protokollarını müəyyən edir. Maliyyə sisteminin sabitliyini dəstəkləməkdə getdikcə vacib bir alət olan əmanət sığortası əmanətlərə təminat verir.

Fəsil 4 kredit riski barədə məlumat verdi. Bu fəsil kredit riski, kredit məhsulları və müəyyən pərakəndə satış və kommersiya kredit məhsullarının xüsusiyyətlərini müəyyən edir və izah edir. Banklar pərakəndə satış və kommersiya borcalanlarını ayırırlar və hər bir borcalanın özünəməxsus maliyyə ehtiyaclarını ödəmək üçün məhsulları ödəniş müddəti, geri ödəniş metodu, kreditin istifadəsi, girov növləri və ya məhdudiyyətlər üzrə uyğunlaşdırırlar.

Fəsil 5 kredit riskini, kredit prosesinin mərhələlərini, bankların kredit riskini necə qəbul etdiklərini və kredit riskini ölçmək və idarə etmək üçün Bazel II Sazişlərinin təlimatlarını araşdırdı. Bazel II Sazişi bankın öz kredit portfelinə qarşı sahib olduğu kapitalı ölçmək üçün üç əsas yanaşmanı təmin edir: Standart, Təməl Daxili Reytinə Əsaslanan və Üstün Daxili Reytinqə Əsaslanan Yanaşmalar.

Fəsil 6 bazar riskini izah etdi. Maliyyə vəsaitlərinin alqı-satqısı bankları bazar riski ilə üz-üzə qoyur. Ümumi bazar riski o zaman baş verir ki, bütün maliyyə alətləri bazardakı hərəkətdən təsirlənirlər. Spesifik risk fərdi bir maliyyə alətinin bazarın hərəkət etdiyindən çox və ya az hərəkət etməsi riskidir. Bu riski ölçmək üçün riskli məbləğ metodologiyasından istifadə olunur. Bu yanaşma spesifik etibar intervalında müəyyən zaman müddətindən potensial zərərləri hesablayır. Bazel II Sazişi bazar riskini ölçülməsi üçün iki alternativ prosesi təqdim edir: Standart Yanaşma və Daxili Modellər Yanaşması.

Fəsil 7 əməliyyat risklərini müzakirə edirdi. Əməliyyat riskləri bütün bank sövdələşmələrində və fəaliyyətində mövcuddur. Əməliyyat riskini başa düşməmək risklərin tanınmaması və fəlakətli zərərlərə səbəb olması ehtimalını artırır. Bazel II beş əməliyyat risk halını müəyyən edir: daxili proses riski, insan riski, hüquqi risk, xarici risk və sistem riski. Bunların hamısı çox zaman qarşılıqlı əlaqəlidir. Bu Saziş əməliyyat riski hallarını tezlik və təsirə görə xarakterizə edir. Banklar yüksək-tezlik/aşağı-təsir və aşağı-tezlik/yüksək-təsir risklərinə istiqamətlənirlər. Bazel II Sazişi əməliyyat riski kapitalını hesablamaq üçün üç yanaşmanı göstərir: Əsas Göstərici, Standart və Üstün Ölçmə.

Fəsil 8 Bazel II Sazişinin üç prinsipindən danışdı. 1-ci Prinsip bankın kredit, bazar və əməliyyat riskini ölçməyə yanaşmaları göstərir və ölçülmüş risklərin əsasında minimum kapital tələblərini müəyyən edir. 2-ci Prinsip nəzarət yoxlamasının bankların idarə olunmasına necə nəzarət etdiyini təsvir edir və risklərin idarə olunması sahəsində ən yaxşı təcrübələri həvəsləndirir. 3-ci Prinsip bazar intizamını və bankın kapital strukturunun açıqlanması və bazar iştirakçılarına adekvatlığı tələbini izah edir. İqtisadi kapital bankların böyük, amma ehtimal olunmayan zərərlərə tab gətirmək üçün qorumalı olduqları kapital səviyyəsidir. Bazel II Sazişi bankın ümumi kapitalını strukturlaşdırmaq üçün bazanı təqdim edir, uyğun kapitalın “dərəcələrini” təyin edir və dərəcələr arasındakı münasibətlər haqqında qaydaları müəyyən edir. Banklar kapitalın səviyyəsini və strukturunu müəyyən etmək üçün iqtisadi kapital modellərindən istifadə edirlər. Yaxşı tərtib olunmuş iqtisadi kapital modelləri banklara daha effektli fəaliyyət göstərmək üçün riskləri müəyyən etmək, başa düşmək, azaltmaq və idarə etməyə kömək edirlər.



Ü
LÜĞƏT
stün Ölçmə Yanaşması
(Advanced Measurement Approach) Üstün Ölçmə Yanaşması fəaliyyət riski kapitalını hesablama məqsədli müasir yanaşmadır və bankların əməliyyat riski kapitalı tələblərini hesablayarkən daxili istifadə məqsədilə yaradılmış modellərdən istifadə etmələrinə imkan yaradır.
Aktiv və Passivlərin İdarə Edilməsi (Asset and Liability Management (ALM)) Bankın aktiv və passivlərin idarə edilməsi funksiyası ödəniş müddəti, likvidlik, faiz dərəcəsi və s. məsələlərlə bağlı aktiv və passivlər arasındakı uyğunsuzluqlar səbəbindən yaranan riskləri idarə edir və bankın mühasibat kitabındakı faiz dərəcəsi riski və likvidlik riskinin həllinə yönəlir.
Aktivlə Təmin Olunan Qiymətli Kağız (Asset Backed Security (ABS)) İpoteka kreditləri və ya nağd pul axını yaratmaqla qiymətli kağıza çevrilə bilən digər aktiv növləri tərəfindən təmin olunan Aktivlə təmin olunan qiymətli kağız təməl fondda aktivlər tərəfindən yaradılan nağd pul axınına əsaslanan ödənişləri qəbul edən investorlara satılır.
Aktivlə təmin olunan kredit (Asset based loan) Aktivlə təmin olunan kredit borcalanın kredit təminatı olaraq krediti örtməsi üçün xüsusi aktiv və ya inventar, avadanlıq, yaxud ləvazimat kimi aktiv birləşmələrini girov qoymasına imkan yaradır.
Aktivlərin konvertasiyası altında olan kredit (Asset conversion loan) Aktivlərin konvertasiyası altında olan kredit (özünü likvidləşdirən kredit) kreditin nağd pula çevrilməsi üçün istifadə olunan aktivin konvertasiyası nəticəsində geri ödənilən kredit.
Aktivlərin çevrilməsi (Asset transformation) Aktivlərin dəyişdirilməsi kiçik denominasiyalı, dərhal əldə oluna bilən və riskdən azad bank depozitlərinin müəyyən olunan qrafik üzrə geri ödənilən kreditlərə çevrilməsi (yeni riskli iri denominasiyalı aktivlər) yolu ilə müxtəlif xarakterli passivlərdən (depozitlər) yeni aktivlərin (kreditlər) yaradılması prosesi.
Aktivlər (Assets) Aktivlərə müxtəlif kredit, investisiya və bankın sahib olduğu müxtəlif növ dəyərli əmlakı aiddir.
Balans hesabatı (Balance sheet) Balans hesabatı bankın müəyyən zaman nöqtəsində sahib olduğu aktiv, passiv və səhmdar kapitalı göstərir.
Şişirdilmiş ödənişlər (Balloon payments) Şişirdilmiş ödənişi kreditin sona çatması zamanı əsas və müəyyən hallarda bütün toplanan faizlərin geri ödənilməsini özündə cəmləyən iri ödənişdir.
Bank (Bank) Bank depozit qəbul edir, kredit verir, ödənişləri həyata keçirir, bank lisenziyasına sahib olur və bank tənzimləyicisi tərəfindən tənzimləyici nəzarətə məruz qalır.
Beynəlxalq Hesablaşmalar Bankı (Bank for International Settlements) 1930-cu ildə İsveçrənin Bazel şəhərində təsis olunan Beynəlxalq Hesablaşmalar Bankı (BHB) mərkəzi bankların beynəlxalq səviyyədə əməkdaşlığı üçün əsas mərkəzdir.
Bank təşvişi (Bank panic) Bank təşvişi bir çox müxtəlif banklardakı çox sayda depozitorların eyni vaxtda öz depozitlərini geri istəmələri halında baş verir.
Banka tələb axını (Bank run) Banka tələb axını bir bankdakı çox sayda depozitorların eyni vaxtda öz depozitlərini geri istəmələri halında baş verir.
Mühasibat kitabı (Banking book) Bankın mühasibat kitabı bankın tam geri ödənilməsinə qədər özündə saxlamağı nəzərdə tutduğu kreditlər başda olmaqla aktivlərinin portfelidir; bankın zəmanət verdiyi kreditlərə istinad edir.
Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin