Lisenziyalaşdırma (Licensing) Lisenziyalaşdırma lisenziya sahiblərinə bank fəaliyyəti göstərmə hüququ verir və lisenziyalaşdırma prosesi qurumun bankın əməliyyatlarını, maliyyə gücünü və idarəetmə fəaliyyətlərinə rəhbərlik edəcək tənzimləyici təlimatları müşahidə etmə niyyəti və bacarığını qiymətləndirməsini özündə cəmləyir.
Kredit xətti (Line of credit) Kredit xətti qısamüddətli yumşaq şərtli kredit müqaviləsidir.
Likvidlik (Liquidity) Likvidlik bazar (əməliyyat) və ya maliyyələşmə (ödəniş) likvidliyinə istinad edir.
Likvidlik böhranı (Liquidity crisis) Likvidlik böhranı bankın ödənişləri vaxtında həyata keçirə, tələb olunan vəsaitlərin təhlükəsizliyini təmin edə və ya bazarda alqı-satqı həyata keçirə bilmədiyi vəziyyətdir.
Likvidlik riski (Liquidity risk) Likvidlik riski bazar (əməliyyat) likvidlik riski və maliyyələşmə (ödəniş) likvidlik riski ola bilər.
Kredit müqaviləsi (Loan agreement) Kredit müqaviləsi bank və borcalan arasındakı hüquqi razılaşmadır və ona əsas məbləğ, bəyan olunan faiz dərəcəsi və onun hesablanması, ödəniş və ya geri ödənişlərin qrafiki, girovdan istifadə, müqavilə və s. kimi öhdəlik və anlayışların təsviri daxildir.
Kredit zərərlərinin əvəzinin ödənilməsi üzrə ehtiyat (Loan loss reserve) Kredit zərərlərinin əvəzinin ödənilməsi üzrə ehtiyat gözlənilən kredit zərərlərini öz öhdəsinə götürməsi üçün kreditin kənara qoyulan hissəsidir.
“Kredit-dəyər” nisbəti (Loan-to-value, LTV, ratio) “Kredit-dəyər” nisbəti kreditin krediti dəstəkləyən girova olan nisbətidir.
Uzun mövqe (Loan position) Qısa mövqenin əksi olan uzun mövqe aktivin sahibkarlıq mövqeyini əks edir; aktivin dəyəri artdıqdan dəyərdəki mövqe də artır və aktivin dəyəri azaldıqda dəyərdəki mövqe də azalır.
Uzunmüddətli kreditləşmə (Long-term lending) Uzunmüddətli kreditləşmənin müddəti 15 ildən artıqdır və əsas kapital layihələrini və ya xərclərini maliyyələşdirir.
Zərər verən defolt (Loss given default (LGD)) Defolt vəziyyəti halında borcverənin üzləşdiyi zərər olan zərər verən defolt bərpa dərəcəsi funksiyası və defolta məruz qalma halıdır.
Aşağı Tezlikdə Yüksək Təsir halları (Low Frequency High Impact, LFHI events) Aşağı Tezlikdə Yüksək Təsir halları tez-tez baş verməsə də, hər bir hal bankın fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edir.
Marja (Margin) Marja (tələbi) investorların brokerlərinə təqdim etməli olduqları, brokerlərin hesablaşmaları palatası vasitəsilə yerləşdirmə öhdəliyi daşıdığı və brokerlərin birjada ticarəti ilə məşğul olduqları müxtəlif növ alətlər, alətin riski və ümumi ticarət həcmi daxil olmaqla müxtəlif mülahizələr tərəfindən müəyyən olunan məbləğdir.
Bazar üçün müəyyən olunan (Marked-to-market) Bazar üçün müəyyən olunan (mühasibatlıq) aktivin bazardan əldə oluna bilən dəyəri əks etdirən dəyərini təyin edir.
Bazar likvidliyi riski (Market liquidity risk) Bazar likvidliyi riski aktivlərin əhəmiyyətsiz qiymət endirimi ilə ticarəti qabiliyyətinə istinad edir.
Bazar və ya ticarət likvidliyi (Market or trade liquidity) Bazar və ya ticarət likvidliyi riski aktivlərin əhəmiyyətsiz qiymət endirimi ilə mövqedə qalmaq və mövqedən çıxmaqla ticarəti qabiliyyətinə istinad edir.
Bazar riski (Market risk) Bazar riski bazar qiymətlərindəki hərəkətliliklə bağlı meydana gələn balans və balansdan kənar hesabatdakı mövqelərdəki zərər riski olaraq müəyyən edilir və Bazel II Sazişinə əsasən ticarət kitabında faiz dərəcəsi ilə bağlı alətlərə və səhmdar kapitala aid riskləri və bank üzrə xarici valyuta və əmtəə risklərini əhatə edir.
Bazar riski ilə bağlı düzəliş (Market risk amendment) 1996-cı ildə qəbul olunan bazar riski ilə bağlı düzəliş banklardan onun xarici valyuta, sabit gəlir, səhmdar kapital, əmtəə və törəmələr kimi bazarda ticarəti həyata keçirilən müxtəlif maliyyə aktivləri üzrə mövqelərinə qarşı tənzimləyici minimal kapitalı dəstəkləməyi tələb edir. Hazırda düzəlişin əhəmiyyətli hissələrini özündə birləşdirən Bazel II Sazişi daha üstün qüvvəyə malikdir.
Bazar riski kapitalı (Market risk capital) Bazar riski kapitalı mümkün bazar zərərlərinə qarşı təyin olunan kapitaldır.
Ödəniş müddəti (Maturity) Ödəniş müddəti kredit, istiqraz və ya digər borcun tam ödənilməsinə qədər olan zaman müddətidir.
Ortamüddətli kreditləşmə (Medium-term lending) Ortamüddətli kreditləşmənin müddəti üç və ya beş ildən artıq olmur və avadanlıq, ləvazimat və ya xidmətlər, yaxud dövri ehtiyaclar üzrə davam etməkdə olan investisiyaları maliyyələşdirir.
Monetar sabitlik (Monetary stability) Monetar sabitlik pulun dəyərinin saxlanma müddətini əks etdirir və qiymət sabitliyinin sinonimi olaraq aşağı və sabit inflyasiyanı nəzərdə tutur.
Pul (Money) Pul mübadilə və qanuni ödəniş vasitəsi, ticarətin təməli olaraq xidmət edir və hesab vahidi və pul saxlancı olaraq çıxış edir.
Pul multiplikatoru (Money multiplier) Tərs tələbin əksi olaraq pul multiplikatoru bankda saxlanılan hər bir pul vahidi üzrə qoyulan əlavə pulun məbləğini göstərir.
İpoteka (Mortgage) İpoteka girov olaraq qoyulan daşınmaz əmlakın alınmasını maliyyələşdirir.
Xalis gəlir (Net income) Xalis gəlir ümumi gəlir və xərclər arasındakı fərqdir.
Xalis faiz gəliri (Net interest income) Xalis faiz gəliri bankın kredit və digər maliyyə aktivlərindən əldə etdiyi faiz gəliri ilə depozitor və digər borcverənlərə ödədiyi faiz xərc arasındakı fərqdir.
Qeyri-investisiya dərəcəsi kredit reytinqi (Non-investment grade credit rating) Qeyri-investisiya dərəcəsi kredit reytinqi aşağı kredit reytinqidir və defoltun yüksək ehtimalını özündə əks edir.
Qeyri-işlək kredit (Non-performing loan) Qeyri-işlək kredit borcalanın krediti ödəyə bilmədiyi və ya gec ödədiyi kreditdir.
Sistemsiz risk (Non-systemic risk) Sistemsiz risk məhdud sayda qurumları (ümumiyyətlə bir şirkət) əhatə edən və digərlərinə təsir etmyən riskdir.
Balansdan kənar hesabat üzrə fəaliyyət (Off-balance sheet activity) Balansdan kənar hesabat üzrə fəaliyyətlər balans hesabatında qeyd olunmur və aktivi, borcu, törəmələr və ya kredit müqavilələrini və bankı riskə məruz qoya bilən digər halları özündə cəmləyir.
Əməliyyat zərəri halı (Operation loss event) Əməliyyat zərəri halı əməliyyat uğursuzluğunun nəticəsində meydana gələn zərərdir.
Əməliyyat riski (Operational risk) Əməliyyat riski qeyri-adekvat və ya uğursuz daxili proses, insan və sistemlər və ya xarici hadisələr səbəbindən yarana bilən zərərin riskidir.
Əməliyyat riski kapitalı (Operation risk capital) Əməliyyat riski kapitalı mümkün əməliyyat zərərlərinə qarşı təyin olunan kapitaldır.
Opsion (Option) Opsion onun alıcısına müəyyən hüquqlar verir; əsas iki opsion növü alıcı və satıcı opsionlarıdır.
Qiymətli kağızların birjadan kənar bazarı (Over-the-counter (OTC) market) Qiymətli kağızların birjadan kənar bazarı standart və qeyri-standart qiymətli kağızların və digər maliyyə alətlərinin alqı-satqısının həyata keçirildiyi mərkəzləşdirilmiş qeyri-fiziki bazardır.
Nizamnamə kapitalı (Paid-in capital) Nizamnamə kapitalı (səhmdar kapital) sahibkarın korporasiyaya qoymuş olduğu kapitaldır.
Müddəti keçmiş kredit (Past due loan) Müddəti keçmiş kredit borcalanın banka bir sıra ödənişləri həyata keçirməməsi və ya bankda borcalanın krediti geri ödəyə bilməyəcəyi haqqında dəqiq təsəvvürün olması səbəbindən əsas kredit məbləğinin və onun faizinin ödənişinin şübhə altında olma vəziyyətidir.
Ödəniş sistemi (Payment system) Ödəniş sistemi təyin olunan prosedur və protokollardan istifadə etməklə maliyyə institutları arasında maliyyə və digər əməliyyatların həyata keçirildiyi və ya maliyyə vəsaitlərinin köçürüldüyü infrastrukturdur.
İnsan riski (People risk) İnsan riski məlumatların qeyri-dəqiq saxlanması, informasiyadan sui-istifadə və ya fırıldaqçılıq kimi beynəlxalq və ya yerli işçi fəaliyyətləri səbəbindən yaranan potensial zərərlə bağlıdır.
İşlək kredit (Performing loan) İşlək kredit borcalanın ödənişi razılaşdırılmış qaydada həyata keçirməkdə olduğu kreditdir.
Daimi maliyyələşmə (Permanent financing) Daimi maliyyələşmə fabrik, ləvazimat və avadanlıq kimi uzunmüddətli sabit aktivlərin alınması, inkişaf etdirilməsi və işlədilməsi məqsədilə səhmdar kapital və ya uzunmüddətli borc vasitəsilə kapitalla təmin edir.
Bazel II Sazişinin 1, 2 və 3-cü Prinsipləri (Pillars 1, 2 and 3 of the Basel II Accord) Bazel II Sazişi üç prinsipdən ibarətdir: Prinsip 1 bankın qarşılaşdığı üç əsas risk (kredit riski, əməliyyat riski və bazar riski) üzrə minimal kapital tələblərinə yönəlir; Prinsip 2 kapital adekvatlığı üzrə nəzarət yoxlanışı və proseslərinə yönəlir; Prinsip 3 bazar intizamı və şəffaflığına yönəlir.
Portfel (Portfolio) Portfel müəssisə və ya fərdi şəxsin sahib olduğu səhm, istiqraz və nağd ekvivalenti kimi investisiyalar yığımıdır.
Portfelin idarə olunması (Portfolio management) Portfelin idarə olunması portfelin tərkib və strukturunun müəyyənləşdirilməsi, fəaliyyətin monitorinqi, dəyişikliklərin edilməsi və əldə olunacaq və veriləcək aktivlərlə bağlı qərarların verilməsini özündə cəmləyir.
Praym kreditləşmə dərəcəsi (Prime lending rate) Praym krediləşmə dərəcəsi bankların ümumiyyətlə ən yaxşı müştəriləri üçün təklif etdikləri dərəcədir.
Əsas məbləğ (Principle) Əsas məbləğ kredit olaraq borcalınan məbləğdir və faiz və digər xərclər bura daxil deyil.
Özəl təklif (Private offering) Özəl təklif yeni qiymətli kağızların dövlət deyil, müəyyən meyarlara cavab verən seçilmiş fərdlər qrupuna satılması kapitalı artırır.
Defolt ehtimal (Probability of default (PD) Defolt ehtimalı borcalanın uğursuzluğa məruz qalma ehtimalıdır.
Layihənin maliyyələşməsi (Project finance) Layihənin maliyyələşməsi layihə aktivlərinin kredit girovu olaraq qoyulduğu genişmiqyaslı sənaye və ya infrastruktur layihələrinin tamamlanması üçün maliyyə vəsaiti ilə təmin edir və layihənin sona çatması halında əldə olunan gəlirin və ya nağd pul axınının kredit borcunu ödəməsi gözlənilir.
Kredit zərərlərinin örtülməsi üçün təminat (Provision for loan loss) Kredit zərərlərinin örtülməsi üçün təminat gözlənilən kredit zərərlərini öz üzərinə götürməsi üçün kənara qoyulan vəsaitləri əks edən mənfəət-zərər hesabatında qeyd olunan dəyərdir.
Dövlət borcalanı (Public borrower) Dövlət borcalanı alt-qurumları daxil olmaqla müstəqil ölkə, əyalət və ya yerli hökumətdir.
Yeni səhmlər üzrə emissiyaların açılması (Public offering) Yeni səhmlər üzrə emissiyaların açılması yeni qiymətli kağızların dövlətə satılması vasitəsilə kapitalı artırır.
Satıcı opsionu (Put option) Satıcı opsionu sahibinə müəyyən aktivləri müəyyən qiymətə gələcək tarixdə satma hüququ (öhdəlik deyil) verir.
Bərpa dərəcəsi (Recovery rate (PR)) Bərpa dərəcəsi uğursuzluğa məruz qalınmış öhdəliyin bərpa oluna bilən bir hissəsidir.
Məcmu kapital tələbi (Regulatory capital requirement) Məcmu kapital tələbi bankın üzərinə götürdüyü müxtəlif – bazar, kredit və əməliyyat - risklərinə qarşı özünü qoruması məqsədilə saxlamalı olduğu minimal kapitalı müəyyən edir.
Təkrar alqı sazişi və ya repo (Repurchase agreement or repo) Təkrar alqı sazişi, “repo” iki tərəf arasındakı müqavilədir ki, burada tərəflərdən biri digərinə qiymətli kağızı gələcəkdə fərqli qiymətə geri alması şərti ilə müəyyən qiymətə satır; onlar bankın qısamüddətli likvidliyinə cavab verilməsi üçün dəstəklənməsi məqsədilə mərkəzi banklar tərəfindən geniş şəkildə istifadə olunur.
Reputasiya və ya başlıq riski (Reputation or headline risk) Reputasiya və ya başlıq riski bankın ictimai nüfuzunun azalması nəticəsində meydana gələn potensial zərərdir.
Ehtiyat tələbi (Reserve requirement) Qismən ehtiyat bank sistemində ehtiyat tələbi bankın tənzimləyici tələblərə cavab vermək üçün ehtiyatda saxlamalı olduğu vəsaitin bir hissəsidir və bu ilkin depozitin yarada biləcəyi mümkün pulu məhdudlaşdırır.
Reteyl bank (Retail bank) Reteyl banklar əsasən fərdlərə və ya istehlakçılara və kiçik və orta müəssisələrə (KOM) xidmət göstərir.
Fərdi borcalan (Retail borrower) Fərdi borcalan evlərin, avtomobillərin və digər mal və xidmətlərin alınması üçün pul borc alan fərddir (“istehlakçı”).
Retained earnings (Bölünməmiş gəlir) Korporativ gəlirin sahiblərinə divident formasında geri qayıtmayan hissəsidir.
Risk iştahası (Risk appetite) Risk iştahası mənfəət potensialı qarşılığında investorun məruz qalmağa razı olduğu risk dərəcəsidir.
Risklərin idarə olunması (Risk management) Risklərin idarə olunması baş verən qeyri-müəyyən hadisələrin mümkün təsirini azaltmaq üçün monitorinq, ölçmə və idarəetmənin strukturlaşmış yanaşmasıdır.
Kapitalın riskə uyğunlaşdırılmış gəlirliliyi (Risk-adjusted return on capital (RAROC)) Risk əsaslı gəlirlilik ölçüsü olan kapitalın riskə uyğunlaşdırılmış gəlirliliyi fəaliyyətin və ya biznes qurumunun riskə uyğunlaşdırılmış maliyyə fəaliyyətini hesablayır.
Risklə ölçülən aktivlər (Risk-weigted assets) Risklə ölçülən aktivlər bank tənzimləyiciləri və nəzarətçiləri tərəfindən müəyyən olunan tələblərə uyğun olaraq kredit riskləri üçün ölçülən müvafiq risk-ölçülü və balansdan kənar hesabat bəndləri tərəfindən çoxaldılan müxtəlif maliyyə aktivlərinin cəmini bərabərləşdirir.
Əmanət hesabları (Savings accounts) Əmanət hesabları depozitorun müəyyən zaman müddəti ərzindəki pul çıxarmalarının sayını məhdudlaşdırır.
Əmanətlər və kreditlər (Savings and loans (S&L)) Əmanət və kreditlər və ya əmanət müəssisələri əsasən yaşayış tikintisi, avtomobil və digər pərakəndə və ya istehlakçı alışlarının maliyyələşdirilməsi üçün fərdlərə kredit təklif edir.
Ssenarinin təhlili (Scenario analysis) Ssenarinin təhlili və ya “olarsa nə olar” təhlili bir sıra mümkün vəziyyətləri nəzərə almaqla və hər bir vəziyyətin mümkün nəticəsini təhlil etməklə müxtəlif ssenarilərin potensial nəticələrini qiymətləndirir.
Mövsümi maliyyələşmə (Seasonal financing) Mövsümi maliyyələşmə inventar və ya kənd təsərrüfatı maliyyələşməsindəki mövsümi artımlar kimi müvəqqəti və proqnozlaşdırıla bilən qısamüddətli tələbi maliyyələşdirir.
Sekyuritizasiya (Securitization) Sekyuritizasiya müvafiq qeyri-likvid nağd pul axını istehsal edən aktivlərin (ipoteka, kredit kartları və kreditlər) portfelə axdığı və bu aktivlərin portfeldə alışının portfel tərəfindən yaradılan nağd pul axınlarını sonradan bölüşdürən investorlar üçün buraxılan qiymətli kağızlar tərəfindən maliyyələşdiyi prosesdir.
Sekyuritizasiya edən aktivlər (Securitizing assets) Sekyuritizasiya müvafiq qeyri-likvid nağd pul axını istehsal edən aktivlərin (ipoteka, kredit kartları və kreditlər) portfelə axdığı və portfelin daha sonra qiymətli kağıza çevrildiyi prosesdir; nəticədə fərdi aktivlərin kredit riski sekyuritizasiya olunan məhsulu alan investorlara ötürülür.
Qiymətli kağız (Security) (Maliyyə) qiymətli kağızı tənzimləyici səlahiyyətli orqan tərəfindən qeydiyyata alınması tələb olunan dəyişdirilməsi mümkün olan maliyyə alətidir.
Əsas borc (Senior debt) Əsas borc yerinə yetirilməməsi baxımından subordinasiyalı borclara nisbətən prioritetə malikdir.
Hesablaşma riski (Settlement risk) Hesablaşma və ya Herstatt riski qarşı tərəfin razılaşmaya uyğun olaraq yerinə yetirə bilmədiyi riskdir və eyni əməliyyat üzrə qarşı tərəfin təqdim etməsindən sonra qiymətli kağızı və ya onun dəyərini təqdim etmir.
Səhmdar (Shareholder) Səhmdar (maraqlı tərəf və ya səhm sahibi) korporasiyanın sahiblərindən biri olmaqla Direktorlar Şurasını seçmək hüququna malikdir, korporativ məsələlərlə bağlı qərar qəbul edə bilər və divident sahibi ola bilər.
Səhmdar kapital (Shareholder’s equity) Aktiv və passivlər arasında fərqdən ibarət olan səhmdar kapital səhmdarın şirkətdəki investisiyasıdır ki, bu da səhmdarın şirkətə qoyduğu investisiya və əldə etdiyi gəlirin məbləğinə bərabərdir.
Qısa mövqe (Short position) Uzun mövqenin əksi olan qısa mövqe borcalınan aktivin satılması, opsionun yazılması və ya fyuçers mövqeyinin satılmasını ifadə edir; aktivin dəyəri artdıqdan dəyərdəki mövqe azalır və aktivin dəyəri azaldıqda dəyərdəki mövqe artır.
Qısamüddətli kreditləşmə (Short-term lending) Qısamüddətli kreditləşmənin müddəti bir ildən azdır və müvəqqəti tələbləri və ya müvəqqəti ehtiyacları maliyyələşdirir.
Borcun ödənilməsi fondu üzrə amortizasiya (Sinking-fund amortization) Borcun ödənilməsi fondu üzrə amortizasiya əsas borcun ödənişinin sabit olduğu, lakin ödənilməyən qalığın azalması səbəbindən faiz ödənişlərinin dəyişdiyi kredit ödənişləri üzrə kredit və faiz məbləğlərini ödəyir.
Kiçik və orta müəssisə (KOM) (Small and medium enterprise (SME)) Adətən kiçik və orta müəssisə partnyorluq, mülkiyyət, sahibkarlıq və ya satış, aktiv və üzvlərinin kəmiyyətinin müəyyən həddən aşağı olduğu digər kiçik biznes və korporasiya növüdür.
Ödəmə qabiliyyətliliyi (Solvency) Ödəmə qabiliyyətliliyi aktivlərin passivlərdən çox olması halında baş verir və borc və digər passivlərin vaxtında ödənilməsi imkanını izah edir.
Suveren borcalan (Sovereign borrower) Suveren borcalan müstəqil ştat və ya ölkənin iri kapital və yollar, dəmir yolu kimi infrastruktur investisiyalarının və ya dövlət xərclərinin maliyyələşdirilməsi məqsədilə istiqraz buraxan və ya borc verən hökumətidir.
Spesifik, qeyri-sistematik, unikal risk (Specific, non-systematic, unique risk) Spesifik, qeyri-sistematik, unikal risk xüsusi qiymətli kağız və ya onu buraxanla bağlı amillər səbəbindən bir individual qiymətli kağızın və ya maliyyə aktivinin qiymətindəki əks hərəkətlə bağlı riskdir.
Spekulyasiya (Speculation) Spekulyasiya qiymətlərin qeyri-sabitliyinin mənfəət gətirəcəyini proqnozlaşdıraraq maliyyə aktivləri, əmtəələr, xarici valyuta və ya törəmə alətlərin alışı (uzun mövqe), saxlanması və qısa satışını (qısa müddət) özündə cəmləyir; sığortalanmayan mövqe və ya aktivin mənfəətin əldə olunması məqsədilə adi alışı və ya satışı.
Əlavə təsir (Spillover effect) Əlavə təsir narahatlığın yayılmasıdır.
Maraqlı tərəf (Stakeholder) Maraqlı tərəf biznes, müəssisə və ya təşkilatın gələcəyində maraqlı olan şəxsdir və adətən bunlar fərdi müştərilər, borcalanlar, depozitorlar, investorlar, işçilər, səhmdarlar, tənzimləyicilər və ictimaiyyət olur.
Standart yanaşma (Standardized approach) Bankın kreditini və bazar riski kapitalını hesablamaq üçün standart yanaşma bu risklərə qarşı Bazel II Sazişində qeyd olunan ən sadə yanaşmadır. Əməliyyat riski üçün bu ara dərəcəli yanaşmadır.
Strateji risk (Strategic risk) Strateji risk zəif biznes qərarları və ya düzgün olmayan icrası səbəbindən yaranan potensial zərərdir.
Stress sınağının keçirilməsi (Stress testing) Strateji sınağın keçirilməsi spesifik olan fundamental, maddi və əks dəyişikliklərin potensial nəticələrinin qiymətləndirilməsidir.
Nəzarət yoxlanışı (Supervisory review) Nəzarət yoxlanışı bankın sahib olduğu risklər və kapitalla əlaqəli bankın kapital adekvatlığının qiymətləndiriməsində milli bankın tənzimləyici və ya nəzarətçi orqanlarının istifadə etdikləri prosesdir.
Svop (Swap) Törəmə alət olan svop hər iki tərəfə gələcək nağd vəsait axınlarının mübadiləsini həyata keçirmək imkanı verəcəkdir.
Sistematik risk (Systematic risk) Sistematik risk bank və ya maliyyə sistemində bütün sistemi əhatə edən korlanmanın meydana gəlməsi riskidir.
Sistemlər üzrə risk (Systems risk) Sistemlər üzrə risk sistemin müvəffəqiyyətsizliyi, təhlükəsizlik problemi və ya məlumat sızması kimi təhlükələrin səbəb olduğu dağılma, zədələnmə və ya itkiyə məlumat texnologiyasının müvəffəqiyyətsiz qorunması nəticəsində yaranan zərərdir.
Müvəqqəti maliyyələşmə (Temporary financing) Müvəqqəti maliyyələşmə kapitalı qısa və ya ortamüddətli borc vasitəsilə təmin edir; bura mövsümi və dövri kreditlər daxildir.
1-ci dərəcəli kapitalı (Tier 1 capital) Bazel Sazişində 1-ci dərəcəli kapital bankın əsas kapitalıdır və səhmdar kapitala və gizli olmayan ehtiyatların müəyyən növlərinə, eləcə də xüsusi borc/səhmdar kapital hibrid qiymətli kağızlarına istinad edir.
2-ci dərəcəli kapitalı (Tier 2 capital) Bazel Sazişində 2-ci dərəcəli kapital bankın əlavə kapitalıdır və gizli və müəyyən gizli olmayan ehtiyatlara, ümumi ehtiyatlara, ümumi kredit zərəri ehtiyatlarına, hibrid kapital alətlərinə və subordinasiyalı borclara istinad edir.
3-cü dərəcəli kapitalı (Tier 3 capital) Bazel Sazişində 3-ci dərəcəli kapital əlavə kapitalın xüsusi növüdür və yalnız bazar riski üçün tənzimləyici minimal kapital tələblərinə qismən cavab verə bilən qısamüddətli borcun müəyyən növünə istinad edir.
Yuxarıdan aşağı təhlil prinsipi (Top-down approach) Yuxarıdan aşağı təhlil prinsipi ilkin olaraq bankın riskə ümumi məruz qalma vəziyyətinin icmalı ilə təmin edir və daha sonra isə əvvəlcə biznes xətti, ardınca biznes bölməsi səviyyəsində olmaqla müəyyən oluna bilən riskləri təhlil edir; təhlil biznes xətti və biznes bölməsi səviyyəsinə yönəldikcə artan təfsilatlı formada həyata keçirilir.
Debitor borcları (Trade receivables) Debitor borcları şirkətin ödənişlərin həyata keçirilməsi qarşılığında məhsul və ya xidmətlərindən alması məqsədilə müştərisinə kredit verdiyi kredit satışları nəticəsində baş verir.
Birja alqı-satqısı (Trading) Birja alqı-satqısı treyderlər arasındakı mübadilədir.
Ticarət kitabı (Trading book) Bankın ticarət kitabı bankın həmin kitabdakı digər mövqelərə investisiya qoyması, onlarla ticarət aparması və ya sığortalaması məqsədilə saxladığı maliyyə aktivləri, alətləri və əmtəələrində müxtəlif mövqelərin portfelidir.
Cari hesablar (Transaction accounts) Cari hesablar debitorun çek, debit kartı və ya oxşar ödəniş alətlərindən istifadə etməklə depozitini istədiyi vaxt çıxara biləcəyi hesablardır.
Yumşaq şərtli kredit müqaviləsi (Uncommitted facility) Yumşaq şərtli kredit müqaviləsi sərbəst şəkildə müəyyən olunan tələb və müddəalara malik kreditdir və lakin burada borcverən anlamalıdır ki, məbləğ borcalanın tələbi ilə əldə oluna bilməlidir.
Kreditləşdirmə (Underwriting) Kreditləşdirmə borcalan tərəfindən təmin olunan və ya hər hansı bir mənbədən əldə olunan maliyyə və digər məlumatları təhlil etməklə borcalanın kredit, borc və ya istiqraz almasının mümkünlüyünü qiymətləndirir.
Gözlənilməyən zərər (Unexpected loss) Gözlənilməyən zərər gözlənilən zərərin həddini keçməsi halında zərəri izah edir və müəyyən etibarlılıq səviyyəsini ifadə edir.
Universal bank (Universal bank) Universal banklar özlərinin özək bank xidmətlərinə xüsusilə sığorta olmaqla bir çox digər maliyyə xidmətləri əlavə edir.
Riskli məbləğ (Value-at-risk (VaR)) Riskli məbləğ müəyyən olunan etibarlılıq səviyyəsini keçən potensial zərəri statistik təhlildən istifadə edərək riski hesablayır.
Ümumi xidmət bankı (Wholesale bank) İnvestisiya və ticarət bankı olan ümumi xidmət bankı bank fəaliyyəti və məsləhət xidmətinin göstərilməsi ilə məşğul olur və iri bizneslərin ehtiyaclarına xas olan korporasiyalara xidmət göstərir.
Vaxtı keçmiş kredit (Written down loan) Vaxtı keçmiş kredit ödəniş vaxtının keçdiyi və bankın borcalana verdiyi kreditin tam geri ödənilməyəcəyindən əmin olduğu kreditdir.
Mənfəət əyrisi (Yield curve) Mənfəət əyrisi istiqraz mənfəətliliyi ilə onların ödəniş müddəti arasındakı əlaqəni göstərir.
A
Aktivlə Təmin Olunan Qiymətli Kağız (ABS)
Aktivlərin konvertasiyası altında olan kredit (Asset conversion loans)
Aktiv və Passivlərin İdarə Olunması (Asset and liability management)