Wiley finance



Yüklə 2 Mb.
səhifə25/32
tarix17.08.2018
ölçüsü2 Mb.
#71584
növüXülasə
1   ...   21   22   23   24   25   26   27   28   ...   32

Qazancların dəyişkənliyi – bankın daxilində müxtəlif əməliyyat bölmələrinin qazanclarına baxır və qazanclarda tarixi dəyişiklikləri hesablayır. Bu prinsipə əsasən qazanclardakı dəyişmələr biznes mühitindəki dəyişiklikləri yox, əməliyyat risk hallarını əks etdirir. O, əsasən tarixi məlumata arxalanır və beləliklə riskin geriyə-baxan ölçüsüdür. Qazancların dəyişkənliyinin ölçü kimi istifadə edilməsinin çatışmayan cəhəti odur ki, biznesin daxilində proseslərin təkmilləşdirilməsinə görə və ya risk hallarının daha yaxşı anlaşılmasına görə əməliyyat risklərinin idarə olunması prinsiplərindəki dəyişikliklər bu yuxarıdan aşağı təhlil prinsipində tezliklə tanınmır.




      1. Əməliyyat Riskinin Hesablanması və İdarəetmə Nümunəsi

Əməliyyat riskinin idarə olunması prosesini daha yaxşı başa düşmək üçün, aşağıdakı sadə misalı bank hesabda yerləşdirilmiş çekin proses xəritəsinin qurulmasının müəyyən olunduğunu nəzərdən keçirin. Çekin bankda yerləşdirilməsi prosesi adətən Şəkil 7.7-də göstərilən addımlardan ibarətdir.




Şəkil 7.7 Çekin bankda yerləşdirilməsi prosesi




Potensial əməliyyat risklərinin müəyyən olunmasında bank prosesin hər bir mərhələsində işçilərin vəzifələrini və özlərini göstərən mümkün əməliyyat risklərini nəzərə alır. Fərz edin ki, bu proses ərzində bank, misal üçün, müəyyən ölkələrdən müştərilərin hesablarına yatırılmış beynəlxalq çekləri təmizləməklə, baş vermiş bir sıra problemləri görür.

Beynəlxalq çek yatırmaları ilə əlaqədar problemlərin qiymətləndirilməsində bank öyrənir ki, üç ölkədən olan xərci çeklərlə əlaqədar keçən il emal etdiyi ümumi dəyəri 6 milyard avro məbləğində 50,000 sövdələşmə üçün, 950 təcrübəli problem və emal səhvləri və ya 2%, banka 100000 avro məbləğində zərər ilə nəticələnir. Bank belə nəticəyə gəlir ki, bu üç ölkə üçün beynəlxalq çekin emal edilməsi yüksək-tezlikli, aşağı təsirli hal sayılır: 950 halın hər birinin düzəldilməsi bankda işçilər və digər əlaqəli xərclər kimi 105 avroya başa gəlir. Bank indi beynəlxalq çek depozitlərindən gələcək zərərlərin həm tezliyinin, həm də ciddiliyinin bölünməsini hesablamaq üçün kifayət qədər tarixi məlumata malikdir.

Bu zərərləri zəiflətmək üçün, bank düzgün şəkildə təmizlənmələrini təmin etmək üçün bu üç ölkədən olan çeklərin xüsusi diqqət üçün işarələnməsinə səbəb olan nəzarəti həyata keçirmək qərarına gəlir.

Sonda, bank bütün çek depozitlərindən olan zərərlərin tezliyi və ciddiliyinə nəzarət edir və hesabat verir ki, menecerlər modelləri, meylləri və səhv növlərini müəyyən edə bilsinlər və beləliklə problemlərin qarşısının alınmasında və/ya halın (uğursuzluq) əsas səbəbinin müəyyən olunmasında kömək edən dəyərli məqsədi və digər analitik məlumatı təmin edir. Bank nəzarətçilərinin də özlərinin nəzarət funksiyası vasitəsilə bu hesabatlara çıxışı vardır və əgər əhəmiyyətli məsələləri üzə çıxarsalar, onları nəzərdən keçirəcəklər və bankın rəhbərliyinə tövsiyələr edirlər.



    1. BAZEL II VƏ ƏMƏLİYYAT RİSKİ

Bazel II Kapital Sazişi əməliyyat risklərinin idarə olunmasını yeni prioritet etmişdir. Bu Sazişinin 1-ci Sütununa əsasən, bankların əməliyyat riskinin kəmiyyətini müəyyən etmək, ölçmək və kredit riskləri və bazar riskləri üçün etdikləri kimi kapital ayırmalıdırlar. Bazel II əməliyyat risklərini qeyri-adekvat və ya uğursuz daxili proseslər, insan və sistem səhvləri və xarici hadisələrin nəticəsində ortaya çıxan zərər riski kimi tərif edir. Bazel II aşağıdakıları həll edən əməliyyat riski bazasını işləyib hazırlamaq və işlətmək üçün prinsipləri müəyyən edir:



  • Daxildə müvafiq risklərin idarə edilməsi mühitinin işlənib hazırlanması

  • Risklərin tanınması, qiymətləndirilməsi, monitorinqi və zəiflədilməsi/nəzarət

  • Bank nəzarətçilərinin rolu

  • Aşkar etmənin rolu

Bazel II bankların mənfi risk hadisələri ehtimalını azaltmaq üçün əməliyyat riskini idarə edəcəklərini güman edir. Əməliyyat riskinin üzgün idarə olunması bankın öz əməliyyat riski kapitalını hesablamasını birbaşa olaraq təkmilləşdirməlidir.



Əməliyyat riski kapitalı mümkün əməliyyat zərərlərinə qarşı ayrılmış kapitaldır. Bazel II-ni tərtib edərkən Bazel Komitəsi bilirdi ki, əməliyyat riski kapitalı tələbinin tətbiq edilməsi bankların sahib olmalı olduqları tənzimləmə kapitalının məbləğinə əhəmiyyətli şəkildə təsir edə bilər. Komitə həmçinin başa düşürdü ki, banklardan öz əməliyyat risklərini dəyərləndirməyi və risk kapitalını hesablamağı tələb etmək (bir çox banklar üçün ilk dəfə) ağır problemlər və xərclərə səbəb ola bilər, xüsusilə sadə risk profilləri olan daha kiçik banklar üçün. Bəzi banklar üçün əməliyyat riski kapitalının hesablanması üzrə yüksək dərəcədə mürəkkəb metodologiyaların həyata keçirilməsinin xərci çox asanlıqla əldə olunacaq faydalardan daha çox ola bilər. Beləliklə, Bazel II Komitəsi sərbəstliyə imkan verir və təklif edir ki, banklar əməliyyat riski kapitalının hesablanması üçün müxtəlif yanaşmadan birindən və ya bu üç yanaşmanın hər hansı bir birləşməsindən istifadə edə bilər. Bu yanaşmalar bunlardır:

  • Əsas göstərici yanaşması

  • Standart yanaşma

  • Üstün ölçmə yanaşması

Banklara bu üç yanaşmadan birini seçmək imkanı verməklə, Bazel II bazası bankları əməliyyat risklərinin qiymətləndirilməsi və əməliyyat riski kapitalının hesablanmasına öz yanaşmalarında daha dəqiq olmağa çağırır. Hər bir yanaşma getdikcə əvvəlkinə nisbətən həyata keçirmək üçün daha mürəkkəb və daha bahalıdır, amma hər birinin həmçinin bankın əməliyyat riski kapital tələbinə istiqamətləndiyi güman olunur. Təhlil və qiymətləndirmə nə qədər dəqiq olsa, bank bir o qədər əmin ola bilər ki, o özünün faktiki əməliyyat riski kapital ehtiyaclarını artırmır, hansı ki, onun potensial mənfəətliliyini azaldardı.




      1. Əsas Göstərici Yanaşması

Əsas Göstərici Yanaşması bank üçün risk göstəricisi kimi bankın cəmi illik ümumi gəlirini göstərir. Bu yanaşmaya əsasən, bank nə qədər çox gəlir qazansa, o bir o qədər böyükdür və onun əməliyyat riski bir o qədər böyükdür. Bankın tələb olunan əməliyyat riski kapitalı səviyyəsi ötən üç il ərzində ortalanmış bankın illik ümumi gəlirinin sabit faiz dərəcəsi kimi hesablanır. Bazel Komitəsi tərəfindən müəyyən olunan sabit faiz dərəcəsi hal-hazırda 15%-dir.

Sadəliyi nəzərə alınarsa, Əsas göstərici yanaşması təbii ki, daxili sistemlər və dəstək cəhətdən ən ucuzudur. Bununla belə, bu adətən əməliyyat riskinin böyüklüyünün ölçülməsi üçün pis bir alternativdir – bank əməliyyat risklərini əhatə etmək üçün ehtiyacı olandan daha çox kapitalı kənara qoya bilər. Əksər banklar hər biri özünəməxsus fərqli risk profili, xüsusi daxili əməliyyat riskinin monitorinqi tələbləri və qazanc potensialı olan çox müxtəlif biznes növləri ilə məşğul olurlar. Bütün biznes fəaliyyətlərinin eyni səviyyəli riski təmsil etməsi potensial olaraq təhlükəli həddindən artıq sadələşdirmə və ona görə də, Bazel Komitəsi tərəfindən müəyyən olunmuş sabit faiz dərəcəsi risk potensialını şişirtməyə cəhd edir və bu daha yüksək əməliyyat riski kapitalı tələbi ilə nəticələnir. Təcrübədə, Əsas göstərici yanaşması məhduddur, çünki o riskin düzgün göstəricisi deyil və bankın xidmətləri, siyasətləri və prosedurlarının metodiki təhlilini tələb etmir. Bununla belə, o sadədir və birbaşa xərc kimi tələbi kiçikdir.
MİSAL

AlphaBank yalnız aktivləri 200 milyon avrodan çox olan korporativ qurumlara və aktivləri 10 milyon avrodan artıq olan varlı şəxslərə kredit verir. O həmçinin öz biznesini seçilmiş sayda bu korporasiyalar və varlı müştərilərə istiqamətləndirir. BetaBank geniş, sürətlə böyüyən və əsasən pərakəndə müştəri bazasına ev ipoteka kreditləri və kapital kredit xətlərinin verilməsində ixtisaslaşır. Hər iki bankın eyni ümumi illik gəliri vardır. AlphaBankın biznesi yəqin ki, daha az əməliyyat riski təşkil edir. Bununla belə, Əsas göstərici yanaşmasında hər iki bank öz əməliyyat risk kapitalının ayrılmasını öz ümumi gəlirlərinin eyni nisbəti kimi hesablayır.




      1. Standart Yanaşma

Bankın əməliyyat riski kapital tələbini hesablamağa Standart yanaşma Əsas göstərici yanaşmasında risk həssaslığının olmaması ilə əlaqədar narahatlıqların bəzilərini həll etməyə çalışır. Standart yanaşma bankın fəaliyyətini səkkiz biznes xəttinə bölür və sonra hər birinin ortalama müsbət illik ümumi gəlirinə qarşı (üç illik) sabit faiz dərəcəsi və ya beta amili tətbiq edir. Beta amili, aşağıda Şəkil 7.8-də göründüyü kimi, biznes xəttindən asılı olaraq müxtəlif olur. Səkkiz xəttin hər biri üçün kapital tələbi hesablandıqdan sonra, bu səkkiz dəyər toplanılır və bankın əməliyyat risk kapitalı minimumunu əldə etmək üçün toplanır.



Şəkil 7.8 Standart yanaşmada əməliyyat riski kapitalını hesablamaq üçün beta amilləri


Biznes Vahidi

Sabit Faiz Dərəcəsi (Beta Amili)

Korporativ Maliyyə

18%

Ödəniş və Uzlaşma

18%

Ticarət və Satış

18%

Agentlik Xidmətləri

15%

Kommersiya Bankçılığı

15%

Aktivlərin İdarə Edilməsi

12%

Reteyl Bankçılığı

12%

Reteyl Brokerlik

12%

Standart yanaşma əməliyyat riskinin biznes vahidinə görə dəyişə biləcəyini qəbul etməklə Əsas göstərici yanaşmasını əlaqələndirir. Misal üçün, bankın ticarət və satış biznes vahidinin özünün aktivlərin idarə edilməsi biznes vahidinə nisbətən daha yüksək ümumi əməliyyat riski daşıdığı nəzərə alınır. Hesablamada istifadə olunan beta amili bankın tənzimləyicisi tərəfindən müəyyən oluna bilər və müxtəlif bank əməliyyatlarının nisbi riskliliyini əks etdirmək üçün uyğunlaşdırıla bilər.

Bankı ayrı-ayrı biznes xətlərinə bölməklə və hər birinə müxtəlif riskin hesablanması faiz dərəcəsi təyin etməklə, Standart yanaşma bankın əməliyyat risklərini onun kapital tələbinə daha yaxından əlaqələndirməyə çalışır. Bir çox banklar üçün bu daha yaxşı yanaşma ola bilməsinə baxmayaraq, Standart yanaşma məhduddur – o bankın faktiki əməliyyat riskini əhatə etmir, çünki ona risklərin təfərrüatlı qiymətləndirilməsi daxil deyil.
MİSAL

Qamma Bankı bir sıra müxtəlif biznes xətlərini işlədir və Sadə göstərici yanaşması və Standart yanaşmanın verdiyi əməliyyat riski kapital hesablamalarını qiymətləndirməkdədir. Son üç il üzrə müxtəlif biznes xətləri üçün müvafiq illik ümumi gəlir aşağıdakı Şəkil 7.9-da əks olunur.



Bu iki yanaşma iki müxtəlif minimum kapital hesablamaları təklif edirlər; Standart yanaşmadan istifadə etməklə, əməliyyat riski kapitalı hesablanması 0.90 milyon CHF daha azdır (CHF 20.25 milyon – CHF 19.35 milyon = CHF 0.90 milyon).

Şəkil 7.8 Qamma Bankı üçün Əsas Göstərici Yanaşması və Standart Yanaşmaya görə Risk Kapitalı Dəyərinin Müqayisəsi


İllik ümumi gəlir, CHF milyonla

Əsas Göstərici Yanaşması

Standart Yanaşma




2006

2007

2008

Ortalama

Beta amili

Əməliyyat risk kapitalı

Beta amili

Əməliyyat risk kapitalı

Korporativ Maliyyə

20

30

25

25







18%

18%* 25=4.5

Reteyl Bankçılıq

35

55

30

40







12%

12%*40=4.8

Kommersiya Bankçılıq

55

60

20

45







15%

15%*45=6.75

Agentlik Xidmətləri

15

10

5

10







15%

15%*10=1.5

Reteyl Brokerlik

10

25

10

15







12%

12%*15=1.8

CƏMİ

135

180

90

135

15%

20.25

19.35

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin