Wiley finance


BANK RİSKLƏRİ ÜZRƏ BEYNƏLXALQ TƏNZİMLƏNMƏ



Yüklə 2 Mb.
səhifə11/32
tarix17.08.2018
ölçüsü2 Mb.
#71584
növüXülasə
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

3.3 BANK RİSKLƏRİ ÜZRƏ BEYNƏLXALQ TƏNZİMLƏNMƏ

Uzun müddət bank tənzimləməsi milli xarakterə malik idi: ona görə də dövlətlər və onların tənzimləmə qurumları ölkələrinin ehtiyaclarına uyğun qaydalar və bank nəzarəti üzrə rəhbərliklər hazırlayırdılar. Tənzimləyici qaydalar ölkələrə görə əhəmiyyətli dərəcədə fərqlənirdi. 1988-ci ildə Bazel I Sazişi hazırlanana qədər beynəlxalq bank tənzimlənməsi formalaşmamışdı. Həm Bazel I, həm də Bazel II Sazişləri beynəlxalq bankların əməliyyatları və risklərin idarə edilməsi üçün tənzimləyici qaydaların xüsusiyyətlərini müəyyən edir.


3.3.1 Beynəlxalq Hesablaşmalar Bankı
1930-cu ildə İsveçrənin Bazel şəhərində əsası qoyulan Beynəlxalq Hesablaşmalar Bankı (BHB) dünyanın əsas beynəlxalq mərkəzi bank əməkdaşlığı mərkəzidir. BHB aşağıdakı formada fəaliyyət göstərir:

  • Beynəlxalq maliyyə ictimaiyyəti çərçivəsində mərkəzi banklar arasında siyasət təhlili və müzakirələri təşviq edən forum;

  • İqtisadi və monetar tədqiqatlar mərkəzi;

  • Maliyyə əməliyyatlarında mərkəzi banklar üçün əsas tərəfdaş;

  • Beynəlxalq maliyyə əməliyyatları ilə əlaqədar agent və ya qəyyum4

İkinci Dünya müharibəsindən sonra BHB ilk olaraq beynəlxalq mübadilə məzənnəsi sistemini tətbiq etmək və qorumaq, daha sonra isə onu idarə etməklə banklar arasında əməkdaşlığa əsaslanmışdır. Mərkəzi Bank ictimaiyyəti üçün BHB həmişə “ənənəvi” bankçılıq funksiyaları, həmçinin qəyyumluq və agentlik funksiyalarını icra etmişdir. BHB həmçinin ehtiyac olduğu zaman beynəlxalq valyuta sistemini dəstəkləmək üçün fövqəladə maliyyələşməni təmin və ya təşkil etmişdir.


Bankçılıq Əsas Diqqət Mərkəzində

Hestatt Bankın (almanca Bankhaus Herstatt) iflası və onun beynəlxalq maliyyə bazarları – xüsusilə də xarici valyuta bazarı – üzərində təsirləri dünyada olan beynəlxalq banklar arasındakı qarşılıqlı asılılığı gündəmə gətirdi. Herstatt Bankı Qərbi Almaniyanın xarici valyuta bazarında aktiv fəaliyyət göstərən orta ölçülü bank idi. Uzun müddət xarici valyuta bazarı nisbətən kiçik və sabit bazar olsa da, o, 1973-cü ildən sonra kəskin şəkildə dəyişdi.

Herstatt Bankı 1974-cü ildə Alman nəzarətçiləri tərəfindən lisenziya alındıqdan sonra iflasa uğradı. Təəssüf ki, nəzarətçilər Almaniyada bankı bağlamaq üçün günün sona çatmasını gözləmədən nahar vaxtı onun icrasına başladılar. Onların zamanlamasının beynəlxalq əks-sədası oldu. Herstatt əsasən Alman markası ilə valyuta alıb-satmaqla xarici valyuta ticarəti ilə məşğul idi. Herstattın tərəfdaşları onun məşğul olduğu xarici valyuta əməliyyatları üçün adəti üzrə banka səhər yerli vaxtla Nyu Yorkdan altı saat əvvəl ödənişlərini etmişdilər. Tənzimləyicilər Almaniyada nahar və ya günorta vaxtı bankı bağladığı zaman, Nyu York bankları hələ açılmamışdı. Səhər vaxtı Frankfurtda Herstatt banka ödəniş etmiş tərəfdaşları günorta özlərinin Nyu York hesablarına müvafiq valyuta vəsaitlərini qəbul edəcəklərini gözləyirdi. Herstatt Bankı Frankfurt vaxtı ilə nahar zamanı bağlandı və Herstattın ABŞ-dakı Bankı onun bağlanmasından xəbərdar olan kimi ana bankının adından olan bütün dollar ödənişlərini dayandırdı. Gün ərzində Nyu York bazarları açıldığı zaman isə Herstattın müştəriləri özlərinin mübadilə edilmiş vəsaitlərini əldə edə bilmirdilər. Bunun ardınca baş verən zəncirvari reaksiya qlobal ödənişlər və hesablaşmalar sisteminə kəskin təsir etdi. Herstatt bağlandıqdan sonra üç gün ərzində banklar arasında ödəniş və hesablaşmalar məqsədilə göndərilən vəsaitlərin ümumi məbləği təxminən 60 faiz azaldı. O vaxtdan etibarən hesablaşmalar riski tədricən “Herstatt riski” adlandırılmağa başladı.

Herstatt Bankın iflasının ardından BHB-yə üzv ölkələrin mərkəzi bank sədrləri tədricən “Bazel Komitəsi” kimi adlandırılan Bank Nəzarəti üzrə Bazel Komitəsini yaratdı. Komitənin məqsədi beynəlxalq bankların fəaliyyətlərinin tənzimlənməsində əməkdaşlığın təşviq edilməsi idi. Qeyd edildiyi kimi Herstatt Bankın iflası beynəlxalq ödənişlər edən, xüsusilə də xarici valyuta əməliyyatları ilə məşğul olan banklar üçün ciddi problemlər yaratmışdı. Belə bir hadisənin yenidən baş verməsi riskinin azaldılması məqsədilə beynəlxalq bank fəaliyyətinə nəzarətin təkmilləşdirilməsi üçün Bazel Komitəsi yaradıldı.

BHB Bazeldə Bazel Komitəsinin Katibliyini avadanlıq və ofislə təmin edir. Katibliyin əməkdaşları üzv müəssisələrdən olan az sayda təcrübəli bank nəzarətçilərindən ibarətdir. Katiblik komitə və onun alt komitələri üçün inzibati yardım təmin edir və bütün ölkələrdə olan nəzarət qurumlarına rəhbərlik etməyə (yol göstərməyə) hazırdır.
3.3.2 Bazel Komitəsi
Bazel Komitəsi onun üzv ölkələri arasında bank fəaliyyətinə nəzarət ilə əlaqəli məsələlərlə bağlı tənzimləyici əməkdaşlıq üçün bir forumdur5. Mərkəzi Bankların və bank nəzarətçilərinin nümayəndələri komitə üzvləridir. Bu qlobal nəzarət qurumu deyildir: komitə tərəfindən hazırlanan hesabat və tövsiyələrin hüquqi qüvvəsi yoxdur. Əvəzində isə komitə Bazel Sazişləri kimi geniş bank fəaliyyətinə nəzarət standartlarını formalaşdırır, banklar və tənzimləyicilər üçün rəhbərliklər hazırlayır və ən yaxşı təcrübə ilə bağlı tövsiyələr verir.

Bu komitə beynəlxalq aktiv banklar üçün tənzimləmə və nəzarət anlayışları üzrə ümumi bank fəaliyyətinin yaradılmasını təşviq edir. O, üzv ölkələrin nəzarət anlayışlarını mikro səviyyədə idarəetməyə cəhd etmədən tənzimləyici prinsiplərə rəhbərlik etməyi təlqin etmə yollarını axtarır. Komitənin işinin ümumi məqsədi iki əsas prinsipə əməl etməklə beynəlxalq nəzarətin əhatəsində olan boşluqları aradan qaldırmaqdır:



  • Hər bir beynəlxalq banka nəzarət olunmalıdır;

  • Nəzarət uyğunluğu təmin edə biləcək qədər əsaslı olmalıdır.

Buna nail olmaq məqsədilə komitə 1975-ci ildən başlayaraq beynəlxalq banklar üçün bank nəzarətinin keyfiyyətini və tənzimləməni anlamanın təkmilləşdirilməsi üzrə bir sıra müfəssəl sənədlər hazırlamışdır. Son zamanlar o Avropa İttifaqında (Aİ) daxili qanunvericiliyin və ya bank nəzarətinin mənbəyi kimi çıxış edir. Aİ-də, əksər hissəsi dəyişməz qalmaqla, daxili bank fəaliyyəti və maliyyə xidmətlərinə nəzarət üzrə qanunvericiliyin əsası kimi Bazel II Sazişi qəbul edilmişdir. Bu isə Grup 106 (G-10) və Aİ ölkələrindən7 kənar bir çox ölkələrin özlərinin uyğun bank qanunvericiliyində, daxili və beynəlxalq banklar üçün nəzərdə tutulan qaydalarında Bazel II-ni qəbul etmələrinə və nəzərə almalarına şərait yaratdı.

Bazel Komitəsi iki saziş və bir düzəliş hazırlamışdır. Bu sazişlərin zaman şkalası Şəkil 3.2-də göstərilmişdir. Bu sənədlər birbaşa olaraq beynəlxalq aktiv bankların risklərini balanslaşdırmaq üçün tələb olunan kapitalın tənzimlənməsi üçün müvafiqdir. Sazişlər bir-biri ilə çox yaxın əlaqəlidir və bank fəaliyyəti və maliyyə üzrə aktual inkişafı əks etdirir. Komitə həmçinin məsləhət fəaliyyətlərini də həyata keçirir.




Ş
Bazel I Sazişi

Kredit riski

Paketi

Bazar riskinə Düzəliş
əkil 3.2
BHB – bank fəaliyyəti riski və tənzimlənməsi


Bazel II Sazişi

Bazar, Kredit və Əməliyyat riski Paketi



1988

1996

2004






      1. Bazel I Sazişi

Bazel Komitəsi beynəlxalq bank sisteminin şoklara davamlılıq qabiliyyətinin gücləndirilməsi ehtiyacını qəbul etmişdir. Komitə həmçinin milli kapital tələblərini standartlaşdırmaqla özünün rəqabət sahəsini müəyyən səviyyəyə gətirdi. Aşağı kapital tələbləri və ya yüksək leveric o demək idi ki, bank kreditlərini maliyyələşdirmək üçün daha çox borcdan istifadə edə bilər. Bu isə özlüyündə vəsait xərclərini azaldaraq, mənfəətliliyi artırır. Eyni vaxtda, Yaponiyada olan beynəlxalq banklardan, digər ölkələrdə yerləşən banklara nisbətən daha az kapital saxlamaları tələb edilirdi – və ya daha çox levericlə fəaliyyət göstərmələrinə icazə verilirdi – ki, bu da onların rəqabət qabiliyyətini daha da artırırdı. 1987-ci ilin dekabrında komitə kapitalın ölçülməsi üçün təklif edilən sistemi dəstəkləyən məsləhət xarakterli çalışma nəşr etdirdi. Sənədə Bazel I Sazişi kimi istinad edilməyə başlandı. 1988-ci ilin iyulunda bu sənəd G-10 ölkələri, İspaniya və Lüksemburqun mərkəzi bank sədrləri tərəfindən təsdiq edilərək, onun banklar üçün dərc edilməsinə icazə verildi.

Saziş banklara bütün aktivlər üzrə risk səviyyələrini daha yaxşı qiymətləndirməyə yardım etmək üçün sistem təqdim etdi. Sistem hər bir aktiv qrupu üzrə qəbul edilən nisbi kredit riskinə əsaslanan risk çəkilərini yaratdı. İdeya fərqli növ bankların və onların malik olduqları fərqli növ aktivlərin müqayisəsinə imkan verən riskin müəyyənləşdirilməsi sisteminin yaradılması idi. Risk amillərinin xüsusi çəkisinin olduğu balans hesabatı hazırlamaq üçün hər alət-kredit və borc qəbul edilən risk dərəcəsindən asılı olaraq dörd geniş kateqoriyada qruplaşdırılır. Şəkil 3.3 risk çəkilərini göstərir.


Şəkil 3.3 Müxtəlif kreditlər üzrə risk çəkiləri

Kateqoriya Nümunələr Risk çəkiləri

1 Nağd pul, İƏİT ölkələrində8 hökumətin kreditləri 0 %

2 İƏİT ölkələrində bank kreditləri 20 %

3 Yaşayış evləri üzrə ipoteka kreditləri 50 %

4 Korporativ kreditlər, istehlakçı kreditləri 100 %


Praktikada banklar fərqli xüsusiyyətlərə malik çoxlu fərqli aktivlərə sahib olurlar və istifadə edilən həqiqi çəkilər Sazişin prinsiplərinə və bank nəzarətçisinin fərqləndirməsinə görə dəyişə bilər. Bu sistem banklara bütün aktivlərini nəzərə almağa, onların hər birini kateqoriyalar üzrə ayırmağa və hər bir aktivin mütləq dəyərinin onun risk çəkisi ilə hasili vasitəsilə onların ümumi risklə ölçülmüş aktivlərini (RÖA) hesablamağa icazə verir. Risklə ölçülmüş aktivlərə bankın balans hesabatında öz əksini tapan kreditləri və qiymətli kağızları və həmçinin bankın balans hesabatında göstərilməyən bəzi ianələr daxildir. Məsələn, balansdan kənar hesabata maliyyə törəmələri, ehtiyat akkreditivi və razılıq zamanı bankı maliyyə riskinə sürükləyə bilən digər şərti öhdəliklər daxildir.

Bundan əlavə, Saziş adətən “qəbul edilən kapital” adlandırılan, bank kapitalının strukturu üçün çərçivə yaratdı. Bazel Komitəsi səhmdar kapitalını bank üçün qəbul edilən kapitalın üstünlük verilən elementi kimi nəzərdə tutur. Bununla belə, məcmu kapital məqsədləri üçün, əksər banklar kapitalı iki dərəcədə saxlaya bilərlər:


  • I dərəcəli, əsas kapital, əsasən bankın səhmləridir.

  • II dərəcəli, əlavə kapital, əsasən ehtiyatları və təminatları, həmçinin hibrid kapital alətləri və subordinasiya edilmiş borcları özündə ehtiva edir.

II dərəcəli kapital məcmu kapitalın 50 % -dən artıq olmamaqla məhdudlaşdırılıb.

Son olaraq, Saziş risklə ölçülmüş aktivlərin məcmu kapitala nisbəti kimi 8 %-lik minumum kapital tələbi müəyyənləşdirmişdir. Risklə ölçülmüş aktivlərin (RÖA) məcmu kapitala nisbəti kapital nisbəti və ya kapital standartı adlanır. I dərəcəli kapital adətən bankın səhmləridir; I və II dərəcəli kapitallar, bəzi düzəlişlərlə, adətən məcmu kapitala bərabər olurlar. 8 % olan minimum kapital standartı 1993-cü ilin sonunadək tətbiq edilməli idi. İnstitutun kapital nisbəti minimum kapital standartına bərabər və ya ondan artıq olduqda Kapital adekvatlığına nail olunur. Sazişin kapital üçün ümumi çərçivəsi virtual olaraq proqressiv şəkildə beynəlxalq aktiv bankları olan bütün ölkələrdə istifadə edilməyə başladı.


MİSAL

Təsəvvür edin ki, Beta Bank hazırda aşağıdakı aktivlərə malikdir:



  1. Birləşmiş Krallıq hökumətinə 1,000 milyon avro kredit (İƏİT)

  2. Almaniyada beynəlxalq banka 300 milyon avro kredit (İƏİT)

  3. 700 milyon avro ipoteka portfeli

  4. 800 milyon avro korporativ portfel krediti

Aşağıdakı Şəkil 3.4 Beta Bank üçün risklə ölçülmüş aktivlərin hesablanmasını göstərir.
Şəkil 3.4 Beta Bank üçün risklə ölçülmüş aktivlərin hesablanması

Təsviri Həcmi Risk çəkisi Risklə ölçülmüş aktiv

(mln avro) (mln avro)

Britaniya hökumətində kredit 1,000 0 % 0

Almaniyada beynəlxalq bankında kredit 300 20 % 60

İpotekalar 700 50 % 350

Korporativ kreditlər 800 100 % 800

Cəmi RÖA 1,210 avro

Ona görə də Beta Bankın fəaliyyət göstərdiyi ölkədə Sazişin 8 % minimum kapital tələbindən istifadə edildiyini fərz etsək, Beta Bank üçün tələb edilən minimum kapital 96.8 (= 1,210 avro*8%) milyon avro təşkil edəcək. Onun üçün də Bazel I kapital tələbinə cavab vermək üçün Beta Bankın I və II dərəcəli kapitalında ən azı 96.8 milyon avro vəsaiti olmalıdır. Tənzimləmə tələblərinə cavab vermək üçün I dərəcəli kapitalın miqdarı isə ən azı 48.4 milyon avro olmalıdır.

Bazel I Sazişi bankın səhm kapitalı ilə bankın üzərinə götürdüyü riskləri əlaqələndirmə yolunda edilən ilk beynəlxalq tənzimləyici cəhd olmuşdur. İllər boyu həm tənzimləyicilər, həm də iqtisadçılar müəyyən etmişdirlər ki, prudensial formada fəaliyyət göstərən banklar yüksək kapital nisbətləri ilə xarakterizə olunur, üzərilərinə az risk götürür və itkilərə az məruz qalır. Bankın nə qədər çox səhmdar kapitalı olarsa bankın potensial itkiləri absorbsiya etməsi üçün o qədər böyük ehtiyat yastığı olar (bankın səhmdar kapitalının rolu ilə bağlı Bölmə 2.2-yə baxın).
3.3.4 Bazar Riski ilə bağlı Düzəliş
Orijinal Saziş təqdim edildikdən sonra bankçılıq kəskin şəkildə dəyişdi. Əsasən banklara fəaliyyətləri zamanı daha çox öz müqəddəratlarını həll etməyə icazə verən digər tənzimləyici dəyişikliklərə (qeyri-tənzimləmə) görə, banklar maliyyə xidmətlərinin geniş əsaslı təminatçılarına çevrildi. Ticarət fəaliyyətləri banklarda daha əhəmiyyətli rol oynamağa başladığı üçün, 1996-cı ildə Bazel Komitəsi formal olaraq “Bazar risklərini ümumiləşdirmək (birləşdirmək) üçün Kapital Sazişinə düzəliş” adlandırılan Bazar Riskinə Düzəlişi nəşr etdi. Düzəliş, bankın mövqeyinin maliyyə aktivlərinin – xarici valyuta, borc qiymətli kağızları, səhm kapitalı, əmtəələr və törəmələr, ticarəti olan bazarlar üzərində təsirlərə əsaslanmışdır.

İstiqrazlar, səhmlər, xarici valyuta və əmtəələrlə ticarət mövqelərindən yaranan risklər kredit risklərinin hesablanmasından ayrılmış və yeni - bazar riski kateqoriyasına daxil edilmişdir. Düzəliş, bank nəzarəti təsdiqi subyekti olan bazar risklərini ölçmək üçün banklara öz sistemlərindən istifadəyə etməyə icazə verirdi. Riski bağlamaq üçün tələb edilən kapital biraz da onların modellərinin bankın bazar riskini necə səmərəli ölçməsinə əsaslanırdı. Xüsusilə, düzəliş banklara bazar riski kapital tələblərini ölçmək üçün riskli məbləğ (VaR) modellərindən istifadə etməyə icazə verir. O zaman VaR riskin ölçülməsi üçün yeni metodologiya idi; o vaxtdan təkmilləşərək maliyyə riskinin idarəedilməsinin əsasına çevrildi. Fəsil 6-da VaR metodologiyası daha ətraflı tədqiq edilib.

Nəticə etibarilə Bazar Riskinə düzəliş Bazel II Sazişinə daxil edilmişdir. Bu haqda daha təfərrüatlı məlumat Fəsil 6-da əks olunub.
3.3.5 Bazel I Sazişi üzrə Bank Kapitalı Tələblərinin Zəif Cəhətləri
1988-ci il Sazişinin zaman keçdikcə təkmilləşməsi gözlənilirdi. 1991-ci ildə Sazişə ümumi kredit zərərlərinin əvəzinn ödənilməsi üçün ehtiyatda daxil olan ümidsiz borclara qarşı ümumi şərtlərin daha aydın tərifini təmin etmək üçün düzəliş edildi. 1991-ci ildən ümumi kredit zərərlərinin əvəzinin ödənilməsi üzrə ehtiyatlar kapital adekvatlığının hesablanması məqsədi üçün kapital kimi daxil edildi.

Bununla belə, Sazişin tətbiqi və istifadəsi inkişaf etdiyinə görə, kompleks bankların fəaliyyətlərinə tətbiq etmək üçün Bazel I-in çox sadə olması müəyyən oldu. Məsələn, Bazel I-ə görə çox yaxşı kredit mövqeyi olan şirkətlərə kredit verən banklarla zəif kredit mövqeyinə malik şirkətlərə kredit verən bankların saxlamalı olduqları məcmu kapitalın məbləği eyni olmalı idi. Lakin banklar zəif kredit mövqeyinə malik şirkətlərə verdikləri kreditləri daha yüksək faizlə verə bilərdilər. Ona görə də Bazel I Sazişi - istəmədən – bankları aşağı reytinqli şirkətlərə kredit verməyə təşviq edirdi. Bu kredit reytinqləri geniş çeşiddə borcalanların kredit qabiliyyətliliyini müntəzəm olaraq qiymətləndirən kredit-reytinqi agentlikləri tərəfindən təmin edilirdi (Bölmə 4.4.2 kredit reytinqi agentliklərini daha ətraflı tədqiq edir). AAA reytinqi kimi yüksək reytinq CCC reytinqindən daha aşağı defolt riskini göstərir. AAA reytinqli borcalanlar CCC reytinqli borcalanlardan daha aşağı faiz dərəcəsi təklif etsələr də, bu struktur bankları yaxşı kredit reytinqi olan şirkətlərə kredit verməklə bağlı az stimullaşdırırdı (Şəkil 5.11 bəzi kredit reytinqləri və onların interpretasiyasından bəhs edir). Sazişin məqsədinin beynəlxalq aktiv bankların ümumi riskinin azaldılması olmasına baxmayaraq, bu stimullar əslində bankları daha riskli kreditlər verməyə sövq edirdi.

Bazel I ilə bağlı digər məsələ ondan ibarət idi ki, o, kredit riskinin azaldılması texnikasının mənfəətinə əhəmiyyət vermirdi. Kredit riskinin azaldılması texnikası təminat və kredit zəmanətlərindən istifadə etmək vasitəsilə banklara kreditlərlə bağlı kredit riskinin azaldılmasına yardım edir. Baxmayaraq ki, onun niyyəti heç də bu deyildi; Saziş bankları kredit riskinin azaldılması texnikasından istifadə etmək üçün stimullarla təmin etmirdi. Sazişə uyğun olaraq, banklar bu texnikalardan istifadə edə bilərdilər lakin, heç bir kapital yardımı almayacaqdılar.
MİSAL

Gamma Bank Bear Inc tərəfindən edilən 100,000,000 avro dəyərindəki kredit müraciətini dəyərləndirir. Bear Inc çətin dövrlərini yaşamaqdadır və kredit reytinqi CCC-yə bərabərdir. Şirkətin kredit üçün təminat kimi istifadə edə biləcəyi 125,000,000 avro dəyərində inkişaf etməmiş – digər sözlə sərbəst - ərazisi mövcuddur. Təminatın dəyəri (Təminatla bağlı əlavə məlumatlar üçün Bölmə 4.4.5-ə baxın) kreditin dəyərindən artıq olduğu üçün Gamma Bank əmindir ki, əgər Bear İnc kredit ödəyə bilməzsə ərazisini satıb ödəyəcəkdir. Burada təminat olduğu və təminatın dəyərinin kreditin dəyərindən çox olduğu üçün bu kredit təhlükəsizdir. Amma, təminat olmadığı təqdirdə, Gamma Bank 8 %-li tənzimləyici minimum kapitalla 100 % risk çəkisinə aid olacaq.


Saziş həmçinin kredit riskinin azaldılması üçün diversifikasiyanın mənfəətini tanımır; eyni regionda eyni növ müştəriyə kredit verən bank dünyanın eyni və ya müxtəlif regionlarında fərqli müştərilərə kredit verən bankdan daha böyük kredit riski ilə qarşılaşır.

Bazel I Sazişinin istənməyən nəticələrinin və çatışmazlıqlarının aradan qaldırılması məqsədilə komitə Bazel II Sazişini yerinə yetirməyə başladı.



3.3.6 Bazel II Sazişi
Komitə 1999-cu ildə 1988-ci il Sazişini dəyişdirmək üçün yeni kapital çərçivəsi üçün təklif irəli sürdü. Yeni Saziş kapital tələblərini bankların məruz qaldığı faktiki risklərlə daha yaxından əlaqələndirməyi təklif edirdi. O, həmçinin bankların minimum kapital tələblərini hesablayarkən nəzərə aldıqları riskləri genişləndirməyi hədəflədi. Yeni Saziş bankların əməliyyat və bizneslərində onların fərqlənən kompleksliklərini ahəngə uyğunlaşdıra biləcək yanaşmalar təklif edirdi. Ən vacibi isə banklar üçün bank sistemində olan sistemsiz riskləri azalda bilən mükəmməl daxili risk idarəetmə sistemi yaratmaq üçün stimullarla təmin etmək istəyirdi. Tənzimləyici perspektivdən baxdıqda yeni Saziş bank nəzarətçilərini fərdi bankların zəifləmələrini düzəltmək üçün daha güclü qüvvə ilə təmin edəcəkdi.
2004-cü ildə, uzun məsləhətləşmələrdən sonra, yeni kapital çərçivəsi olan Bazel II təqdim edildi. Bu, Şəkil 3.5-də göründüyü kimi üç prinsipdən ibarətdir:

  • Prinsip 1 – 1988-ci il Sazişində müəyyənləşdirilmiş standartlaşdırılmış qaydaların təkmilləşdirilməsi üçün hazırlanmış edilmiş minimum kapital tələbini müəyyənləşdirir. Bu minimum məcmu kapital tələbləri bankın qarşılaşdığı üç əsas riski əks etdirməlidir: kredit riski, bazar riski və əməliyyat riski. Bazel II-də olan yanaşma Bazel I-də olan bəzi kobudluqları və ya təzadları aradan qaldırır. Prinsip 1-ə uyğun olaraq, banklar özlərinin minimum məcmu kapital tələblərini hesablamaq üçün fərqlənən kompleksliklərin fərqli alternativləri arasından seçim edə bilər. Bazel II həmçinin məcmu kapitalı əməliyyat riski ilə əlaqələndirməni təmsil edən ilk cəhddir.

  • Prinsip 2 – Prudensial nəzarət prosesini yaratmaqla Prinsip 2-ni gücləndirir və tamamlayır. O, Prinsip 1-də olan bütün riskləri və bəzi digər məsələləri əhatə edir:

  • Bank tərəfindən iqtisadi kapitalın – Prinsip 1-də olan risklərin qarşılanması üçün çətin zamanlarda şirkətin yaşaması üçün tələb olunan məbləğ – məbləğinin hesablanması; iqtisadi kapitaldan geniş şəkildə Fəsil 8-də bəhs olunmuşdur.

  • Bank daxilində idarə heyəti və yüksək rəhbərlik tərəfindən daxili nəzarət və təftişin təmin edilməsi məqsədilə idarəçilik strukturunun yaradılması

  • Bank nəzarətçisi tərəfindən bankın özünün risk profili səviyyəsinin və bu səviyyəni müəyyənləşdirmək üçün istifadə etdiyi proseslərin qiymətləndirilməsi.

  • Prinsip 3 – sağlam bank fəaliyyəti təcrübəsinin təşviqi və məlumatın açıqlanmasının gücləndirilməsi üçün dayaq kimi bazar intizamından səmərəli istifadənin xüsusiyyətlərinin müəyyənləşdirilməsi. Bazar intizamı bankın maliyyə vəziyyətinin depozitorlara və digər maraqlı tərəflərə ictimai şəkildə açıqlanaraq onların bankın vəziyyətini qiymətləndirməsinə icazə verməkdən ibarətdir. Bu bankın və onun fəaliyyətinin şəffaflığı ilə əlaqədardır. Məlumatın açıqlanması və ya şəffaflıq, bank və ya şirkətin öz aktivləri, passivləri və/və ya daxili işləri ilə bağlı sirlərini açması dərəcəsidir. Məlumatın açıqlanması bazarı – digər bankları, depozitorları və borcalanları – bankın ümumi risk mövqeyinin mənzərəsi ilə daha yaxından tanış edir və bankın tərəfdaşlarına müvafiq qiymətləndirmə və ticarət işləri aparmaq imkanı verir.



Şəkil 3.5 Bazel II Sazişinin üç Prinsipi


Bazel II Sazişi




Prinsip 1

Bazar, kredit və əməliyyat riskləri üçün minimum kapital




Prinsip 2

Risk kapitalı üçün nəzarət təftişi




Prinsip 3

Bazar intizamı





Hər üç prinsip qlobal maliyyə sisteminin davamlılığının və təhlükəsizliyinin gücləndirilməsi üçün dizayn edilən yanaşma olub, bir-birini gücləndirmək niyyəti daşıyır. Kompleks tənzimləmə çərçivəsinin iki yüksək hədəfi var:



  • Məcmu kapital tələblərinin mövcud riskləri əks etdirməsini necə təkmilləşdirmək

  • Baş verən maliyyə innovasiyasının təsirlərini həll etmək.


3.3.7 Bazel II-nin Qəbul Olunması
Ölkə Bazel Sazişlərinin özünün bank fəaliyyəti üzrə nəzarət və tənzimləmə çərçivəsinə daxil edərkən o bunu özünün qanun və qaydalarına uyğunlaşdırmaq yolu ilə etməlidir. Əksər G-10 ölkələri Sazişini onun tələblərini bəzi düzəlişlər vasitəsilə özlərinin müvafiq milli qanun və/və ya qaydalarına daxil etməklə qəbul ediblər. Yeni Sazişin yaradılmasında Bazel Komitəsi Avropa İttifaqı ilə çox yaxından əməkdaşlıq edib. Nəticədə, Bazel II Kapital Sazişi Aİ tənzimləyici çərçivəsi üçün əsas halına gəldi və Aİ-nin Kapital Tələbləri Direktivi (KTD) və digər direktivləri vasitəsilə Aİ ölkələrində tətbiq edilməyə başladı. Avropa İttifaqı KTD-ni Aİ üzrə qanunvericilik prosesi vasitəsilə qəbul etmişdir. Bütün 25 ölkədə Bazel II-nin tətbiq edilməsi, interpretasiyası və dəqiq həyata keçirilməsini təmin etmək məqsədilə yeni təşkilat – Avropa Bank Nəzarətçiləri Komitəsi (ABNK), yaradıldı.

Maliyyə Sabitliyi İnstitutundan (MSİ) bildirilmişdir ki, Afrika, Asiya, Karib hövzəsi, Latın Amerikası, Orta Asiya və Avrasiyada (Aİ ölkələri xaric) olan əksər ölkələr Bazel II-nin bəzi hissələrini tətbiq etməyi planlaşdırırlar. Əlbəttə ki, bu Sazişləri tətbiq edərkən fərqli ölkələrdə fərqli yanaşmalar olacaqdır. Ölkədə Bazel II Sazişinin tətbiq edilməsi ilə qərarı aşağıdakılar da daxil olmaqla bəzi amilləri motivasiya edir:



  • Risk əsaslı kapitaldan istifadə edən banklar tərəfindən xoş qarşılanan nisbi uğur,

  • Dünyada olan bir çox bank nəzarətçilərinin risk əsaslı tənzimləməyə yönəlmə istəkləri,

  • Bank sistemlərinin nüfuzunun gücləndirilməsi üçün əksər ölkələrin istəyi.

Fərqli ölkələr fərqli bank sektoru strukturuna və onların biznes fəaliyyətlərini idarə edən xüsusi qayda-qanunlara malikdirlər. Bazel II Sazişi təklifləri həyata keçirərkən qəbul edilməsi planlaşdırılan ölkələrdə olan milli bank tənzimləyiciləri və nəzarətçilərinə bəzi Bazel təriflərini, yanaşmalarını və hədləri xüsusiləşdirməyə icazə verməklə ölkələrə xas fərqləri diqqətə almış olur. Ölkənin qərarından asılı olan qaydaların həyata keçirilməsi daxili bazar praktikası və təcrübəsinə və Bazel II Sazişinin hədəfləri və prinsiplərinə əsaslanacaq.
Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin