X azərbaycan dili bsq -2



Yüklə 14,9 Kb.
tarix27.02.2020
ölçüsü14,9 Kb.
#102193



Böyük summativ qiymətləndirmə 2

II yarımil
Fənn-Azərbaycan dili
Şagirdin adı, soyadı _____________________________Tarix___________________Sinif_10___

1.Nümunədə ədəbi dilin hansı norması pozulmuşdur?



Dəniz sevinirdi gəlişimizə

Dalğalar dikəlib bizə baxırdı .

A) fonetik B) leksik və qrammatik C) qrammatik D) leksik və fonetik E) fonetik və qrammatik


2.Publisistik üslub haqqında hansı fikir yalnışdır?

A) Bu üslubda bədiilik də özünü göstərə bilir B) Şifahi və yazılı formaları olur

C) Lüğət tərkibinin əsası ümumişlək sözlərdən ibarət olur.

D) Yalnız mətbuatda funksionllaşır.

E) Publisistik üslubda gedən proseslər ümumxalq dilinə də təsir edə bilir.
3.Baş üzvlərin hər ikisi II növ təyini söz birləşməsi ilə ifadə olunan cümləni göstərin.

A) Nigarın anası fizika müəllimidir. B) Ata qayğısna hər kəsin ehtiyacı var.

C) Şirvan torpağı şairlər yurdudur D) Dədə Qorqud oğuz elini ağsaqqalı idi.

E) Saib Təbrizi Füzulini davamçısıdır.


4.Veilənlər içərisində hansı üsluba aid xüsusiyyət yoxdur?

1. Olduqca müxtəlif mövqe və maraqları əks etdirir

2.Dialoji nitq bu üslubun canıdır.

3.Terminolji funksiyasına görə seçilir.

4. Müəyyən tarixi təkamül prosesində standartlaşmış formalardan kənara çıxmır.

A) elmi B) publisistik C) məişət D) bədii E) rəsmi –işgüzar


5.Nümunədə obrazlılıq göstəricisinin tam sırasını göstərin.

Neçə yazdır düşmür yolum

Yəqin,dağlar küsüb məndən

A) fonetik B) fonetik,leksik C) fonetik,qrammatik D) leksik ,qrammatik

E) fonetik,leksik,qrammatik
6. Biri işgüzar sənədlərə aid deyil:

A) əmr B) tərcümeyi-hal C) protokol D) elan E) arayış


7.Məişət üslubu üçün səciyyəvi deyil:

A) dialoji nitq şəklində olur B) nitqin sərbəstliyi və təbiiliyi C) əsasən,şifahi şəkildə mövcudluğu

D) mürəkkəb cümlələrdən istifadə E) intonasiya jest və mimikadan istifadə
8. Dövlət bayrağımızın üstündəki göy,qırmızı,yaşıl zolaqlar hansı yazı növünə aiddir?

A) piktoqrafik B) fonoqrafik C) ideoqrafik D) sillabik E) əşyəvi


9. Orfoqrafik normaya uyğun olmayan sözü göstərin.

A) əhəmiyyət B) istiqlaliyyət C) üslubiyyat D) nəqliyyat E) tövsiyyə
10.Cümlələrin birində xəbərə müxtəlif sintaktik əlaqələrlə bağlanan iki zərflik vardır.

A) Gənc müğənnini səhnəyə dəvət etdilər. B) Bayarağı yuxarıya qaldırdılar.

C) O,sözünü həmişə doğru söyləyir D) Havaların yaxın zamanda isinəcəyi gözlənilir.

E) Belə hadisələr kənddə tez-tez baş verir.


11.Cümlədə hansı durğu işarələri buraxılmışdır?

O axşam düşən kimi buraya Kürün sahilinə gələrdi.

A) qoşa nöqtə,vergül,tire B) vergül,iki tire C) iki tire D) iki vegül,tire

E) qoşa nöqtə,vergül, tire
12.Verilmiş cümlədə cümlə üzvlərinin işlənmə ardıcıllığını müəyyən edin.

Çayın kənarında yerləşən kəndimizə baxa-baxa mən keçmiş günləri xatırladım.

1. Mübtəda 2. Xəbər 3.Təyin 4. Tamamlıq 5.Zərflik


13.Hansı xüsusiyyət rəsmi üslub üçün səciyyəvi deyil.

A) qədim leksika B) yığcamlıq C) təkmənalılıq D) standart forma E) obrazlılıq


14.Üslub nədir ?

A) fikrin ifadəsi üçün bilavasitə tələb olunan dil vasitəsinin seçilməsi

B) dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarının öyrənilməsi

C) dilin ifadə imkanlarının genişliyi

D) nitq prosesində dilin fonetik,leksik,qrammatik qayda-qanunlarının gözlənilməsi

E) dil vasitələrindən məqsədəuyğun istifadə üsulu


15.Daha çox elmi üsluba aid cəhətlər:

A) dəqiqlik,konkretlik,məntiqlilik,ardıcıllıq B) məcazlardan geniş istifadə

C) obrazlılıq,emosianallıq D) ümumxalq dilinə əasalanmaq

E) bədii təfəkkürün ifadəsi olmaq



Düz________ Səhv_________ Qiymət_________ Müəllim
Yüklə 14,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin