Birinci: İraq camaatı Osmanın bəzi qohumlarının həyatından şikayətlənərək onu şərlədilər20.
İkinci: Əli ibn Əbu Talibdən “Hökm Allaha məxsusdur, insanlara yox” sözlərini deməklə ondan buna əməl etməyi tələb etmələri. Əli Kufəyə qayıdanda sayları 6, 8 və ya 10 mindən çox olan bir qruplaşma ondan ayrılıb Hərura deyilən yerdə toplaşmışdılar.
Üçüncü: Allah təalanın qadağan etdiyi və Peyğəmbərin çəkindirdiyi exstremizmə (həddini aşmağa) qurşanmaqla böyük günah edənlərin kafir olduğunu demələri. Hətta bəziləri kiçik günah edənin kafir olduğunu da deyirdilər21.
Əli ibn Əbu Talib İbn Abbası onlarla danışıq aparmağa göndərdi. Nəticədə, onların çoxu tövbə edib onunla qayıtdılar. Deyilənə görə onların sayı 4 min idi və İbn əl-Kavva da onların arasındaydı22. Həmçinin Əli də onlarla mübahisə etmiş və onun haqlı olmasını onlar yəqin etdilər.23