Həmd37 aləmlərin Rəbbi Allaha məxsusdur. Peyğəmbərlərin sonuncusu, elçilərin başçısı, imamımız Muhəmmədə, onun ailəsinə, bütün səhabələrinə və Qiyamət gününə qədər yaxşı işlərdə onlara tabe olanlara salavat və salam olsun.
Tərifəlayiq və Uca Allahın yoluna dəvət edən insanın öyrənməsi münasib olan ən mühüm mövzulardan biri də müsəlmanların indiki və gələcək vəziyyətləri üçün əhəmiyyətli olan məsələlərin öyrənilməsidir. Xüsusilə də ixtilafların, münaqişələrin və “Haqq mənimlədir” deyənlərin çoxaldığı bu əsrdə bugünkü mühazirənin mövzusu çox əhəmiyyətlidir.
Təkfir məsələsində zəlalətə düşən və ya təkfir etməklə məşhurlaşan firqənin xəvariclər olduğunu çox insan bilir. Bəzi insanlar Peyğəmbərin hədisdə qeyd etdiyi xəvariclərin yalnız o zaman Əli ibn Əbu Talibə qarşı üsyan edən və onun ağır döyüşlərdən sonra məğlub etdiyi xəvariclər olduğunu zənn edir və bundan sonra xəvariclərin tükəndiklərini düşünürlər.
Bununla belə bir az keçmədi ki, xəvariclərin prinsiplərinə o qədər də sadiq qalmayan və bir növ onlara oxşayan bir firqə meydana çıxdı. Inşallah Uca Allahın izni ilə açıqlamaq istədiyimiz də budur.
Dostları ilə paylaş: |