Ümumi xəstəliklər leykoplakiyanın inkişafına şərait yaradır. Ən əsas yerli səbəblərdən
–siqaretin çəkilməsidir. Digər yerli qıcıqlandırıcılardan leykoplakiyanın əmələ
gəlməsində isti və istiotlu qidanın, spirtli içkilərin qəbulunu, xroniki travmanı,
halvanoz və meteoroloji faktorları (soyuq, külək, günəş şüalarını) göstərmək olar.
Leykoplakiyanın yaranmasına professional amillər də təsir göstərir: müxtəlif kimyəvi
laklar, fenol, formaldehid, benzin, benzol və s.
Siqaretin çəkilməsi ilə bərabər professional zərərlərin olması xəstəlik üçün çox
təhlükəlidir.
A.L.Maşkileyson (1970) leykoplakiyanı 4 formaya ayırır:
1. siqaret çəkənlərin leykoplakiyası, yaxud –Tappeyner leykoplakiyası; 2. Yastı
leykoplakiya; 3. Verrukoz leykoplakiya; 4. Eroziv-xoralı leykoplakiya.
Leykoplakiyanın kliniki xüsusiyyəti patoloji prosesin lokalaziyası ilə təyin olunur. Aşağı
dodağın qırmızı haşiyəsinin ətrafı. Dəri istisna olmaqla, yanağın selikli qişası, yuxarı və
aşağı diş qövsünün təmas xətti, əksər halda ağız boşluğunun ön nahiyəsi zədələnir.
Leykoplakiyanın sadə formasında yanağın epiteli bulanıq boz rəngdə. Üçbucaq şəkilli
və bucağı molyar dişlər istiqamətinə yönəlir.
Siqaret çəkənlərin Tappeyner leykoplakiyasında sərt damaqda, dilin üzərində selikli
qişanın buynuzlaşması görünür. Bu şəxslər siqaretdən imtina edərsə, çox tez bir
müddətdə proses dayanır və sağalma baş verir.
Yastı leykoplakiya tez-tez rast gəlinən formalardan biridir. Xəstələrdə heç bir subyektiv
hissiyatlar olmur. Bəzi hallarda cüzi yanğı hissi və selikli qişada dartılma hissi yaranır.
Əsas morfoloji element- ləkədir, onun hüdudları dəqiq təyin olunur. Üzərində ağ-boz
rəngində örtük əmələ gəlir, alətlə qaşıyanda qopmur. Belə ləkələr əsasən metal,
plastik plomblar və metallik protezlərin yanında təzahür edir. Yastı leykoplakiya uzun
müddət davam edir (bir neçə ildən on ilə qədər və daha çox). Bu forma bəzi hallarda
xərçəngə travnsformasiya edə bilər.
Verrukoz leykoplakiya yastı formadan əmələ gəlir. Bu formaya keçmə, yerli
qıcıqlandırıcı amillərin təsiri ilə uzun müddət davam edərsə, təzahür edir.
Kliniki ağ yastıcıqlar sıx konsistensiyalı, selikli qişanın üzərindən qabarmış olur. Bu
yastıcıqların üzəri kələ-kötür, kobud və qırışlı görünür. Xəstələr danışıq zamanı, qida
qəbulunda və çeynəmədə narahatlıq hissi keçirir. Bəzən ABSQ-da yanğı, gərilmə və
quruluq hissi də yaranır. Verrukoz forma əksər hallarda dilin üzərində lokallaşır.
Ziyilli forma yastı formadan sonra inkişaf edir və bədxassəli şişlərə çevrilə bilər. Bu
formanın əksər rast gəlinən yeri yanaqların selikli qişası, ağızın bucaqları, dişlərin bir-
biri ilə təmas xəttidir.
Hiperkeratozun və leykoplakiya ocaqlarının sərtliyi, maliqnizasiya prosesinin başlanğıc
kliniki simptomları kimi dəyərləndirilir.
Eroziv-xoralı forma, sadə və verrukoz leykoplakiyanın fəsadıdır.
Leykoplakiya nahiyələrinin fonunda çoxsaylı, ya da tək eroziyalar, çatlar əmələ gəlir.
Həmin nahiyələrdə iltihabi reaksiya görünür. Eroziyaların əsasının sərtlənməsi,
məməciklərin çoxalması və qanaması-maliqnizasiyanın bir əlamətidir.
Dostları ilə paylaş: