Kəskin şüa xəstəliyini sxematik olaraq, kliniki gedişatına görə 4 dövrə bölmək olar.
Birinci dövr, ya da başlanğıc dövr – xəstənin şikayəti, ağızın selikli qişasında quruluq,
dilin üzərində yanğı hissiyatının olmasıdır. Bəzən dad hissiyatının itməsi xəstəni
narahat edir. Yüksək dozalarda şüalanma nəticəsində, bütün yuxarıda dediyimiz
simptomlarçox güclü və qabarıq olur. Şüalanmanın əlamətləri 2 saatdan sonra təzahür
edir. Selikli qişada al qırmızı rəngdə, nöqtəli qansızmalar əmələ gəlir, xəstə əzgin,
halsız olur.
İkinci – gizli dövr adlanır. 4-6 saatdan bir neçə sutkaya qədər davam edir. Bu dövrdə
subyektib və obyektiv əlamətlər o qədər bilinmir. Patogenez baxımından əslində
doğrulmayan yaxşılıq hiss olunur. Bu da depolardan qanın (qaraciyərdən, dalaqdan,
sümük iliyindən) periferik qan dövranına keçməsi ilə izah olunur. Bu dövr bir saatdan
2-3 həftəyə qədər davam edir. Üçüncü dövr – xəstəliyin ən qızğın və zəngin kliniki
əlamətlərinin olması ilə xarakterizə olunur. Bütün əlamətlər təzədən üzə çıxır və çox
qabarıq formada təzahür edir. Bu dövrdə müxtəlif intensivli ağrılar baş verir. Birinci
növbədə diş ətinin selikli qişası, ödemli yumşaq, tez zədələnən və kövrək olur. Daima
qansızmaların və qanaxmaların nəticəsində diş ətinin rəngi tündləşir. Dil ödemli olur,
yan səthlərində dişlərin izi görünür, üzəri boz qəhvəyi ərplə örtülür və çatlar əmələ
gəlir. Ağız suyunun ifrazı azalır. Ağızın bütün selikli qişası ağ rəngli seliklə örtülür. Bir
neçə gündən sonra selikli qişanın üzərində nekrotik proseslər inkişaf edir. Birinci
növbədə epitel nekrozlaşır, ona görə selikli qişanın üzərində yastıq şəklində ağ ləkələr
təzahür edir. Sonra həmin yastıcıq ləkələr qopur və yerində xoralı sahələr yaranır.
Xoraların kənarı hüdudsuz olur və dibi boz ərplə örtülür. Çox vaxt xoralar dərinləşir,
alveol
sümüyündə proses davam edir, sağalmağa meyillilik müşahidə olunmur.
Xoralar əsasən selikli qişanın qıcıqlanan nahiyələrində (dişlərin iti kənarları, asılmış
plombların kənarları, süni qapaqlar) əmələ gəlir. Bu dövrdə orqanizmdə ümumi
dəyişikliklər təzahür edir. Xəstə anemiyadan əziyyət çəkir. Qanda yüksək leykopeniya-
lekyositlərin 1000 b mm çox olmur. Eritrositlərin sayı azalır, hemoqlobin aşağı düşür,
EÇS yüksəlir (30-40 dəq).
Üçüncü dövrdə bir neçə həftədən – bir neçə aya qədər davam edir.
Dostları ilə paylaş: