Şüa xəstəliyi. Şüa enerjisinin insana təsiri nəticəsində bütün orqanizmdə eyni
zamanda ağız boşluğunda müxtəlif dəyişikliklər əmələ gəlir. Həkim stomatoloqun şüa
əstəliyinin əsas kliniki təzahürlərini yaxşı bilməsi, diaqnozun düzgün qoyulmasına
kömək edir. Bu da, öz növbəsində, vaxtında müalicə və profilaktik tədbirlər
aparılmasına və ağır fəsadların qarşısının alınmasına imkan yaradır. Şüa xəstəliyi bütün
orqanizmə, yaxud onun ayrı-ayrı nahiyələrinə: başa, döş qəfəsinə, qarın boşluğu və
çanaq üzvlərinə ionlaşmış radiasiyanın təsiri nəticəsində inkişaf edir. Şüa zədələnməsi
hər hansı bir ionlaşdırıcı şüalanmanın növü ola bilər. Rentgen şüsı, qamma-şüa,
neytron axını və s. bu xəstəliyin nəticəsi trofikanın, qanyaranmanın pozulması,
mərkəzi sinir sisteminin zədələnməsi, ürək –damar sisteminin, mədə-bağırsaq
traktının, bir sıra orqanların və sistemlərin pozulması ilə xarakterizə olunur. Şüalanmış
toxumalarda damarların divarlarının morfoloji strukturu dəyişir, birləşdirici
toxumaların baryer funksiyası azalır və regenerasiya qabiliyyəti çətinləşir.