XәTLӘRİN ÖLÇÜLMӘSİ Ümumi məlumat



Yüklə 165,47 Kb.
səhifə4/7
tarix01.01.2022
ölçüsü165,47 Kb.
#107081
1   2   3   4   5   6   7
Sərbəst iş tətniqi geodeziya

Xətti miqyas. Artıq һssablama aparmadan әmәli olaraq pərgar vasitәsa ilә istәnilәn uzunluğu bilavasitә xәtti miqyasdan götürmәk olar.

Xәtti miqyasın nöqsan cәһәti ondan ibarәtdir ki, bəzən onun üzәrindә ölçülmüş xәtti dәqiq götürmәk mümkün olmur. Onluq һissәsini daһa dәqiq götürmәk üçün eninə miqyas-dan geniş istifadә edilir.





Eninә miqyas xәtti miqyasın dәqiq vә mürәkkәb şәklidir. Eninә miqyasdan istifadә etmәk üçün әlimizdә pərgar olmalıdır. Eninә miqyas vasitәsi ilә metrin kiçik hissәlәrini, yәni dmsm qiymәtlәrini tәyin etmәk olar.

2 sm uzunluğunda olan miqyasın əsası (AB xәtti) on bәrabәr һissәyә bölünür. AD vә BC perpepdikulyar xәtlәri üzәrindә on bәrabәr һissә götürülür. Alınan nöqtəlәri paralel xәtlәrlә birlәşdirib, AD xәttini on bərabər һissәyә böldükdәp sonra, AB xәtti üzәrindә olan birinci bölgü CD xәttindəki ikinci bölgü ilә birlәşib, maili xətt əməlә gәtirir. Beləliklə, ikinci bölkü üçüncü bölkü ilə, üçüncü bölkü dördüncü ilә vә i. a. ABCD xәtlәri üzәrindә transversal adlanan maili xәtlәr çәkilir. Belә mürәkkәb һәndәsi quruluşdan istifadә edәrәk, miqyasın әsasında olan bir bölkünün kiçik qiymәtini gözәyarı deyil; dәqiq surәtdә tәyin edә bilәrik.

Eninә miqyasın bölgülәri arasındakı münasibәti vә onun әn kiçik qiymətini tәyin etmәk üçün AabAcd oxşar üçbucaqlarını götürәk.

Eninә miqyasın dәqiqliyi. Tәcrübә göstәrir ki, bir-birinә 0,1mm-dәn yaxın olan iki nöqtәni normal gözlә bir-birindәn ayırmaq mümkün olmur. Demәli, әn kiçik bölgüsü 0,1 mm-dәn daһa kiçik olan eninә miqyas qurmaq mümkün deyildir.

Odur ki, planın miqyasında yer üzәrindә 0,1 mm vә ya 0,01 sm qiymətinə müvafiq olan üfqi mәsafәyә miqyasın dәqiqliyi deyilir.

Müxtəlif miqyaslar üçün miqyasın dәqiqliyini sm һesabı ilə belə ifadə etmәk olar:

mt = ± 0,01·M sm. (4)

Burada M ədədi miqyasın mәxrәcidir. (4) düsturuna әsasәn 1:500 miqyasın dәqiqliyi 5 sm, 1:1000 -10 sm vә s. olacaqdır.

Miqyasın əsasında kiçik bölgü transversal xәtlә 10 bәrabər hissəyə bölündüyü üçün, verilәn miqyasda transversal bölgünün birinci qiyməti 200 sm : 10 = 20 sm olacaqdır. Buna görə görə 60 sm götürmək üçün transversalda һәrәsi 20 sm olan üç bölgü yuxarı qalxmaq lazımdır. Nәticәdә pәrgarın ucları 42,60 sm uzunluğu verəcəkdir.

Misal 2. 1:5000 miqyasında uzunluğu 165,28 m olan bir xətti kağız üzərinə keçirməli. Burada 1 sm-50 m-ә, miqyasın əsasındakı bir kiçik bölgü 10m-ə, transversal xәttin bir bölgüsü isə 1m-ə bərabər olacaqdır.

Miqyasın dəqiqliyi 0,5 m olduğundan 0,28 m qiymәtini miqyas xətkeşi üzrə götürmәk olmaz.

Odur ki, verilən 165,28 m məsafənin qrafiki dәqiqliyinә uyğun 165,0 m götürmәk kifayәtdir.

Ölçmə əməliyyatını asanlaşdırmaq məqsədi ilə miqyası qrafiki formada ifadə edirlər; xətti α eninə miqyas şəklində. Xətti miqyası qırmaq üçün xətt parçasının sol uc nöqtəindən başlayaraq bərabər aralıqda parçalara ayrılır. Adətən bu parçaların uzunluğu 2 sm olur. Soldan I miqyas əsası yenidən 10 bərabər hissəyə bölünür (2 min) xətti miqyasın bölgüləri xəritə miqyasına uyğun qiymətləndirilir. Başqa sözlə desək xətti miqyas, eləcə də eninə miqyas, konkret xəritə miqyası üçün qurulur.

Daha doğrusu qrafikin zahiri görünüşü eyni olsa da, bölgülərin qiymətləndirilməsi miqyasla əlaqəlidir. Miqyas əsasının II bölgüsünün o, sonrakılar isə miqrasiya uyğun qiymətlər yazılır. Xətti miqyasın köməyilə xəritə əsasının 1/10-i dəqiqliyində hesabatlar götürmək mümkündür. Bu məqsədlə uzunluğu təyin ediləcək parçası ölçü pərgarına götürülür. Sonra pərgarın açılışını dəyişmədən xətti miqyas üzərinə elə qoyurlar ki, pərgarın sol qolu 10-luq bölgülər şəbəkəsinə yerləşsin.

Xətti miqyasda hesabatlar götürərkən nəticə tam 1/10 miqyas əsası qədər yuvarlaqlaşdırılır. Aydındır ki, bu zaman müəyyən qiymətə malik xəta baş verir. Eninə miqyasdan istifadə zamanı ölçmələrin dəqiqliyi 0,01 a dəqiqliyində həyata keçirilir. Bu məqsədlə xətti miqyas üzərində xüsusi 1/100 bölgülər şəbəkəsi qurulur. Başqa sözlə, desək eninə miqyas I 200 0 200 400 600 A ΔS S0 tam a=2 sm B mərhələdə xətti miqdar kimi qurulur. Sonra miqyas əsası bölgülərində 4–6sm uzunluğunda ⊥ -lar qaldırılır. I α sonuncu ⊥ ümumi halda n Sayda bərabər hissələrə ayrılır. Daha sonra eyni adlı ⊥ bölgüləri miqyas əsasına ⊥ xəttlərlə birləşdirilir. Eyni zamanda soldan I miqyas əsası həm yuxarı horizontda, həm də 0 - ıncı horizontda, m sayda bərabər hissəyə bölünür α yuxarıdakı əsasın 1 nömrəsi, bölgüsü aşağıdakı 0 bölgüsü ilə birləşdirilir. Yuxarının 2 bölgüsü aralarının 1 bölgüsü ilə və s. birləşdirilir. Bununla eninə miqyas qurulmuş olur


Yüklə 165,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin