Fənnə giriş və Sosial Qrup Təhsilinin prinsipləri
Xarici dil
Elm
Sağlamlıq və həyat haqqında elm
Xüsusi təhsil
Tək fənnin tədrisi
Bir neçə fənnin tədrisi
Dini təhsil
Milli azlıqların təhsili
Elm və sənət məclisi
Elm və Sənət Məclisi – Xəzər Universitetində alim və ziyalıların elm, mədəniyyət və incəsənətin mühüm məsələləri haqqında mütəmadi olaraq keçirilən konfrans və ya seminarlar, onların müzakirə olunduğu məclis. Elm və Sənət Məclisi 2006-cı ildə Professor Hamlet İsaxanlı tərəfindən təsis edilmişdir. Bu məclis son illərdə Azərbaycanda elm və sənət adamlarının, ziyalıların məmnuniyyətlə gəldikləri bir yerdir. Adətən ayda bir və ya iki dəfə keçirilən "Elm və Sənət Məclisi"nin materialları nəfis şəkildə çap olunur.
Elm və Sənət Məclisinin ilk toplantısı 2006-cı il oktyabrın 10-da keçirilib. İndiyə qədər Azərbaycandan olan tanınmış alimlərlə yanaşı, dünyanın bir sıra ölkələrindən, o cümlədən, ABŞ, Türkiyə, İngiltərə, Şotlandiya, İtaliya, Rusiya, Misir, Hollandiya, İran, Gürcüstan və s. ölkələrdən dəvət olunmuş, öz sahələrində böyük söz və nüfuz sahibi olan alimlər Elm və Sənət Məclisində müxtəlif mövzularda maraqlı mühazirələr oxumuşlar. Hazırda məclisin materiallarından ibarət 2 toplu kitab şəklində çap olunmuş, digəriləri çapolunma ərəfəsindədir.
Məclislər
Elm və Sənət Məclisində edilmiş məruzələrdən seçmələr:
Fəlsəfə və poeziya. Məruzəçilər: Professor Hamlet İsaxanlı və Professor Camal Mustafayev -10 oktyabr 2006
İslamda sufilik. Məruzəçilər: Professor Hamlet İsaxanlı və Professor Camal Mustafayev -31 oktyabr 2006
Türk dünyası bu gün. Azsaylı türk soyları. Məruzəçi: Güllü Yoloğlu -13 fevral 2007
Hürufiliyin mahiyyəti və rəmzləri. Məruzəçi: Nəsib Göyüşov -27 fevral 2007
Sovet-Amerika qarşıdurması: Azərbaycan böhranı və soyuq müharibə. Məruzəçi: Professor Cəmil Həsənli -13 mart 2007
Etnogenezis və Azərbaycan tarixçiliyi. Məruzəçi: Professor Süleyman Əliyarlı -03 aprel 2007
Nəsillərin mənəvi varisliyi. Məruzəçi: Professor Camal Mustafayev -22 may 2007
Qloballaşan dünyada mənəvi ilişkilər. Məruzəçi: Professor Mustafa İslamoğlu (Türkiyə) -25 oktyabr 2007
Avrasiyada hunlar. Tarix, mədəniyyət və kimlik. Məruzəçi: Professor Hamlet İsaxanlı -16 noyabr 2007
Şəhər mədəniyyəti. Tarix, bu gün və gələcək. Məruzəçi: İsmail Serageldin (Misir) -27 dekabr 2007
Erməni genosidi adlandırılan problem haqqında. Məruzəçi: Norman Stone -26 yanvar 2008
Edvard Səid, oreantalism və postkolonial araşdırmalar. Məruzəçi: Touraj Atabaki(Leiden Universiteti) -29 yanvar 2008
Türkiyədə Azərbaycan ədəbiyyatının və mədəniyyətinin araşdırılması tarixi. Məruzəçi: Yavuz Akpınar(Türkiyə/Ege Uni.) -15 aprel 2008
Azərbaycan-Alban tarixinə aid qədim yazıların oxunuşu. Məruzəçi: Professor Firudin Ağasıoğlu -20 may 2008
Azərbaycan mədəniyyəti elektron məkanda. Məruzəçilər: Tariyel Məmmədov və Aydın Xan -10 iyun 2008
Azərbaycanlılar Amasiyada və İstanbulda. Məruzəçi: Professor İbrahim Yıldırım -04 noyabr 2008
F.Nitşe –tarixin ən çılğın filosofu. Məruzəçilər: Ağalar Məmmədov və Mail Yaqubov -25 noyabr 2008
Siqmund Freud –psixoanalizin atası. Məruzəçi: Ülkər İsayeva -16 dekabr 2008
İbn Xaldun: böyük İslam filosofu və sosioloqu. Məruzəçi: Professor Ahmet Arslan -13 yanvar 2009
İslam və modernləşmə. Məruzəçi: Profesoor Ahmet Arslan -15 yanvar 2009
M.Ə.Rəsulzadə və Azərbaycan istiqlalı. Məruzəçi: Professor Şirməmməd Hüseynov (BDU) -27 yanvar 2009
Qədim Türk tarixinin problemləri. Məruzəçi: Professor S.Q.Klyaştornıy (Rusiya) -10 fevral 2009
Xəzərlilərin erkən tarixinin Asiya aspekti Məruzəçi: Professor S.Q.Klyaştornıy (Rusiya) -12 fevral 2009
Qaraxanlı dövrü ədəbi dili və Oğuz Türkcəsi. Məruzəçi: Professor Dr. Ahmet Bican Ercilasun (Türkiyə, Qazi Uni.) -14 aprel 2009
I Dünya müharibəsində Osmanlı İmeriyasının Qafqaz siyasəti. Məruzəçi: Professor Michael A. Reynolds (Princeton University) -28 aprel 2009
Şumer –bəşəriyyətin ən qədim mədəniyətidir. Məruzəçi:Professor Veronika Afanasyeva (Rusiya) -3 noyabr 2009
Qədim mədəniyyətlər və müasir dövr. Məruzəçi: Professor Veronika Afanasyeva (Rusiya) -05 noyabr 2009
İslam və Qərb mədəniyyətinin müqayisəsi. Məruzəçi: Dr.Tahsin Görgün (Türkiyə) -10 noyabr 2009
Qlobal perspektivdən İslam və müasirlik. Məruzəçi:Dr.Tahsin Görgün (Türkiyə) -10 noyabr 2009
Əlçatmaz zirvələrə ayaq basanların gündəliyi. Məruzəçi: Hüseynqulu Bağırov (Ekologiya və Təbii Ehtiyatlar naziri)-04 may 2010
İkinci Dünya müharibəsi illərində "Böyük Üçlüyün" ittifaq diplomatiyası. Məruzəçi: Professor Vladimir Peçatnov (Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti) -28 sentyabr 2010
SSRİ və ABŞ üçün İkinci Dünya müharibəsinin geosiyasi nəticələri. Məruzəçi: Professor Vladimir Peçatnov (Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti) -30 sentyabr 2010
Sözdə erməni soyqırımının mübahisəli arxiv qaynaqları haqqında. Məruzəçi: Professor Kemal Çiçək (Türkiyə/Türk Tarix Qurumu Erməni masasının sədri) -26 oktyabr 2010
Ermənilərlə bağlı yerdəyişdirmə siyasəti və Osmanlı qaynaqlarının əhəmiyyəti. Məruzəçi: Professor Kemal Çiçək (Türkiyə/Türk Tarix Qurumu Erməni masasının sədri)-27 oktyabr 2010
İmperiyalar boşluğunda regional diplomatiya: İranın 1918-1920-ci illər Azərbaycan Demokratik Respublikasına dair siyasəti. Məruzəçi: Dr. Oliver Bast (Mançestr Universiteti)-23 noyabr 2010
Azərbaycanın ən məşhur romanı "Əli və Nino"nun müəllifi kimdir?. Məruzəçi: Betty Blair ("Azerbaijan İnternational" jurnalının redaktoru) -10 dekabr 2010
Faşizmə qarşı İtaliya Müqavimət Hərəkatı və onun azərbaycanlı iştirakçıları. Məruzəçi: Mixail Talalay (İtaliya, Tarix elmləri namizədi) -15 mart 2011
İslam və Qərb siyasi düşüncəsi: Tarixin dərsləri varmı?. Məruzəçi: Professor Antony Black (Şotlandiya) -28 sentyabr 2011
Texnologiya insan həyatının amili kimi. Məruzəçi: Professor Larry Hİckman (İllinois Universiteti, ABŞ) -1 noyabr 2011
Epos və türk tarixi öncəsi (prehistoriya). Məruzəçi: Profesoor Süleyman Əliyarlı -27 dekabr 2011
İşığın psixoloji effekti: bioloji saat və depressiya. Məruzəçi: Professor Reşit Canbeyli (Boğaziçi Universitəsi/Türkiyə); (Columbia University/ABŞ) -01 may 2012
Azərbaycan mədəniyyəti və təhsilinin inkişafında Qori Seminariyasının rolu. Məruzəçi: Akademik Hüseyn Əhmədov(Azərbaycan Dövlət Pedaqoji Universiteti) -15 may 2012
Dostları ilə paylaş: |