Xəzərin bioloji müxtəlifliyi üzrə müəllimlər üçün tədris posterlərinin istifadəsinə aid metodik-informasiya vəsaiti


Sizə təhsildə yeni uğurlar arzu edirik!



Yüklə 0,57 Mb.
səhifə5/55
tarix17.02.2022
ölçüsü0,57 Mb.
#114414
1   2   3   4   5   6   7   8   9   ...   55
Sizə təhsildə yeni uğurlar arzu edirik!

Layihənin təşkilatçıları.

Xəzərin biomüxtəlifliyi üzrə təhsil layihəsi, Darvin fondu.

Azərbaycanın Xəzər hissəsində biomuxtəlifliyin vəziyyətinin icmalı

Azərbaycanın flora və faunası Palearktikanın müxtəlif növəmələgəlmə mərkəzlərinin təsiri altında formalaşmışdır və bitki, heyvanlar aləminin zənginliyi, müxtəlifliyi ilə fərqlənir. Mürəkkəb geoloji, tarixi və müasir coğrafi-landşaft vəziyyətinə görə, həmçinin təsərrüfatının müxtəlif istiqamətlərdə inkişafı nəticəsində Azərbaycanın ərazisində keyfiyyət və kəmiyyətcə çox zəngin biomüxtəliflik formalaşmışdır. Ölkənin flora və faunası heterogendir. Azərbaycanın canlılar aləmi təkcə Aralıq dənizinin bitki və heyvanlarından deyil həm də Palearktika digər növəmələgəlmə mərkəzləri hesabına müasir vəziyyətə çatmışdır. Xarici mühitin biotik və abiotik amillərinin mürəkkəbləşməsi genetik və ekoloji biomüxtəlifliyin artmasına səbəb olmuşdur.

Azərbaycanın ərazisində ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlulardan ibarət 41000 növdən artıq bitki vardır ki, bu Qafqazın ümumi florasının 64% -ni təşkil edir. Bitki örtüyünün demək olar ki, bütün iri genetik taksonları: yosunlar, mamırlar, qıjılar, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər florasında təmsil olunur.

Hazırda, Azərbaycanın heyvanat aləminə birhüceyrəli və çoxhüceyrəli orqanizmlərin müxtəlif tiplərinə aid 18000 növ daxildir. Qurdlar tipi çox böyük bioloji müxtəlifliyə malikdir.

Bağırsaqboşluqlular tipi respublikanın su hövzələrində və quruda geniş yayılmışdır. Ölkə ərazisində 14 min növ həşərat, 1100- dən artıq hörümçəyə oxşar, 600 növdən artıq onurğalılar, 100 növ balıq, 9 növ suda-quruda yaşayan, 54 növ sürünən, 360 növ quş, 102 növ məməli heyvanlar məskunlaşmışdır.

Xəzər dənizinin sahillərindən keçən bir çox quşların və məməlilərin miqrasiya yolları, onların dayanacaq və qışlama yerləri böyük beynəlxalq əhəmiyyətə malikdir. Respublikanın unikal hidrofaunası vardır.

Xəzər dənizi – dünyada ən böyük göldür. Bu qapalı su hövzəsi buzlaşma dövründən başlayaraq digər dənizlərlə əlaqəsini itirmiş və üçüncü dövrə məxsus zəngin dəniz mənşəli flora və faunanı özündə qoruyub saxlamışdır. Xəzərin ekosistemi sonradan burada məskunlaşmış şirin su mənşəli canlılarla zənginləşmişdir.

Xəzərin faunası endemik cinslərin və növlərin böyük biomüxtəlifliyi ilə fərqlənir. Zooplankton və həmçinin dib faunası da yüksək endemizinə malikdir.

Xəzərin balıqlarını 17 ailə, 53 cinsə və 124 yarımnövə aid edirlər. Xəzərin ixtiofaunasının əsas xüsusiyyətlərindən biri burada çoxlu miqdarda endemik növlərin yaşamasıdır (4 endem cins, 31 endem növ və 45 endem yarımnöv). Endem balıqların böyük əksəriyyəti xulbalıqkimilər və siyənəkkimilər ailəsinə aiddir. Balıqların qədim filogenetik qrupuna daxil olan 7 növ və yarımnöv olan nərəkimilər Xəzərin əsas sərvətidir.

Xəzər dənizi dünyada yeganə su hövzəsidir ki, nərəkimilərin böyük hissəsi qorunub saxlanmışdır. Onlar sənaye ovlanması dünya üzrə nərəkimilərin ovlanmasının 90%- nı təşkil edir. Xüsusi mühafizə olunan ərazilərin yaradılması təbii komplekslərin, o cümlədən biomüxtəlifliyin qorunub saxlanmasının əsas üsuludur. Qoruq şəbəkəsinin yaradılmasının əsas məqsədi “təbii” yəni toxunulmamış ekoloji sistemlərin qorunmasını təmin edir.

Hazırda Azərbaycan Respublikasında 6 milli park (Hirkan, Ağ-göl, Altıağac, Abşeron, Şirvan, Akademik H.Əliyev adına), 15 dövlət qoruğu ( Eldar Şamı, Göy-göl, İsmayıllı, Pirqulu, Zaqatala, Türyançay, Şirvan, Bəsitçay, Qarayazı, Qaragöl, Şahbuz, Qızılağac, Ağgöl və s.) və 11 dövlət yaşaqlıqı yaradılmışdır. Bu respublika ərazisinin 7 % -ni təşkil edir. Bunlardan 2 qoruq (Qızılağac və Ağgöl) və 7 yaşaqlıq (Şəki, Ağ-göl, Uluduz, Qusarçay, Bərdə, Abşeron və Gil) – ornitoloji; Şirvan, Bəndivan, Korçay, Qubadlı, Ordubad, İsmayıllı, İlisu, Eldar Şamı, Şahbuz) – botaniki əhəmiyyətlidir. Yalnız Kiçik Qızılağac yaşaqlıqı – ornito-ixtioloji xüsusiyyətə malikdir.

Digər qorunan ərazilər canlıların bütün növləri üçün əhəmiyyətlidir.

Azərbaycanın bütün örtuyinə 800 növdən artıq dərman bitkiləri, 825 növ efiryağlı, 200 növ kauçuk, 460 növ boyaq, 400 növ vitaminli, 150 növ meyvə və giləmeyvə bitkiləri daxildir.

Heyvanat aləminin müxtəlifliyi qiymətli ərzaq məhsulları, xəz-dəri, farmakologiya, yüngül sənaye, ovçuluq təsərrüfatı sahələri üçün əhəmiyyətli mənbədir. Vətəgə balıqları

respublikanın ixtiofaunasının 40% nı təşkil edir. Bunlardan daha əhəmiyyətlisi nərəkimilər və qızılbalıqlardır.

Ornitofaunanın 40% -dən çoxu həvəskar ovçuluğun əsas obyektidir (ördək, qaz, qaşqaldaq, kəklik, bildirçin və s.). Bir çox məməlilərin xəz dərisindən istifadə edilir (tülkü, canavar, çaqqal, qamışlıq pişiyi, dələ, dovşan və s.)

Hazırda Azərbaycanda biomüxtəlifliyin qorunması qanun və sərəncamlarda, Dövlət proqramlarda öz əksini tapmışdır. Azərbaycanda bioloji müxtəlifliyin qorunması məsələləri ətraf mühitin mühafizəsi və təbii sərvətlərin səmərəli istifadəsi sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Respublikası 2000-ci ildən “Bioloji müxtəliflik haqqında” Beynəlxalq konvensiyaya qoşulmuşdur, Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə “Ekoloji cəhətdən Dayanıqlıq Sosial-iqtisadi inkişafa dair milli proqram” (2003 il), “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qoruması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət planı” (2006 il) təsdiq edilmişdir. Azərbaycan Respublikada qəbul olunmuş “Təbiəti mühafizə və təbii ehtiyatların istifadəsi” (1992 il), “Heyvanlar aləmi haqqında”(1999 il), “Balıqçılıq haqqında”(1998 il) və digər Azərbaycan Respublikası Qanunlarında canlıların genetik ehtiyatlarını qorunması, biomüxtəlifliyin səmərəli istifadəsi öz əksini tapmışdır.

Biomüxtəlifliyin mühafizəsinin elmi-fəlsəfə konsepsiyası bitki və heyvanların genetik müxtəlifliyinin və təbii ekosistemlərinin tamlığının qorunub saxlanmasına xidmət edir. Bu o deməkdir ki, biz ölkə ərazisində mövcud olan bütün bioloji növləri və yarımnövləri qorumağa borcluyuq. Eyni zamanda təkcə növlərin deyil, təkamül prosesində yaranmış təbii komplekslərin mühafizəsi vacib şərtlərdən biridir.



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin