Xəzərin bioloji müxtəlifliyi üzrə müəllimlər üçün tədris posterlərinin istifadəsinə aid metodik-informasiya vəsaiti



Yüklə 0,57 Mb.
səhifə9/55
tarix17.02.2022
ölçüsü0,57 Mb.
#114414
1   ...   5   6   7   8   9   10   11   12   ...   55
Davamlı inkişaf naminə təhsil – məktəb proqramında uşaqlara DİT-barədə söhbət açan yeni fənn deyildir.

Davamlı inkişaf naminə təhsil-təhsilə yanaşmanın dəyişməsidir.

Müəllim üçün-bu biliklərin verilməsindən uşaqların fəal mənimsəməsi və əməli təcrübəyə yiyələnməsi üçün şəraitin yaradılmasına doğru addımdır.

Şagirdlər üçün isə bu - passiv məlumat toplanmasından fəal informasiya axtarışına, tənqidi düşüncə tərzi, məlumatın təcrübədə istifadəsi, ünsiyyət və fəaliyyətə doğru atılan addımdır.

Məktəb həyatının bütün aspektlərini yaxşılaşdırmaqla bu vəzifələri yerinə yetirmək mümkündür:

İstənilən fənnin tədrisində DİT-in əsas prinsiplərindən istifadə etmək olar:

1. Cəmiyyətdə, iqtisadiyyatda və təbiətdə qarşılıqlı əlaqələr.

2. Vətəndaşlıq, insanın hüquq və vəzifələri.

3. Gələcək nəsillərin tələbatı və hüquqları.

4. Mədəni, sosial və bioloji müxtəliflik.

5. Həyatın keyfiyyəti, bərabərlik və sosial ədalət.

6. Davamlı dəyişikliklər-ekosistemin xüsusiyətləri çərçivəsində inkişaf.

7. Proqnozlaşdırılan və gözlənilməz gələcək.

Əgər biz şagirdlərin gələcəkdə məlumatlı və fəal vətəndaş olması üçün onlarda daha yaxşı gələcək naminə zəruri olan dəyərlərin formalaşmasına, bilik və bacarıqların inkişafına kömək ediriksə, onların həmin bilik və bacarığı tədris prosesində istifadə etməsi üçün imkan yaratmalıyıq. Bu o deməkdir ki, aşağıdakı imkanları özündə birləşdirən təhsil şəraiti yaradılmalıdır:


  • İnformasiya axınında lazım olanı tapıb tənqidi qiymətləndirmək;

  • Öz nöqteyi-nəzərini ifadə edib müdafiə etmək;

  • Alternativ variantlar arasında əsaslandırılmış seçim etmək;

  • Birgə çalışmaq; qarşılıqlı münasibəti və razılığa gəlməyi öyrənmək; ünsiyyətdə

olmaq və demokratik qərarlara hörmətlə yanaşmaq;

  • Başqalarına qulaq asmaq və eşitmək;

  • İstənilən fəaliyyətin nəticəsini öncədən demək;

  • Məktəbin və cəmiyyətin həyatında məsuliyyətlə iştirak etmək.

Tədris və təlim metodikası.

Biz əminik ki, dərsin gedişatını təsvir etməsək də, siz bu posterlərdən istifadə edə bilərsiniz. Bəzi təkliflərimiz sizin üçün faydalı ola bilər.

Biz hər poster üçün 10 ideya təqdim edirik. Onlar elə tərtib olunmuşdur ki, tədris etdiyiniz fəndlə birbaşa əlaqələndirə bilərsiniz. Məşğələlər bir-biri ilə əlaqəli və ardıcıl keçirilir, lakin bütün məşğələlərin keçirilməsi məcburu deyil. Sadəcə olaraq tədris etdiyiniz fənnin proqramına uyğun olaraq birini və ya iksini seçə bilərsiniz.


1. Tədris prosesində posterlərdən necə

istifadə etməli

Posterin istifadəsinin 2 üsulu vardır. I-üsulla onlardan video və slaydların nümayişində zamanı olduğu kimi rəngli lövhə kimi istifadə edə bilərsiniz. Posterlərdən maksimal dərəcədə istifadə etmək üçün bütün şagirdlərə posterə yaxınlaşaraq ətrafında durmağı təklif edin. Lakin bu prosesi tez-tez təkrarlamaq məqsədəuyğun deyildir.

II üsul-qruplarda çalışmaların təşkilidir. Bu zaman şagirdlər fərdi olaraq posterə yaxınlaşıb lazımi informasiyaları yazaraq öz yerlərinə qayıdır və müzakirə edirlər. Şagirdlərin fikirlərini yazıb bizə göndərə bilərsiniz. Biz bu yazıları internet səhifəsində yerləşdirə bilərik.

Siz parterlərdən məktəb proqramının digər fənlərinin tədrisində də istifadə edə bilərsiniz. Posterlərdən təkcə sual-cavabda deyil, həm də dərsin daha məzmunlu keçməsi üçün istifadə edə bilərsiniz. Kiçik və orta yaşlı məktəblilər üçün ən maraqlı üsullardan biri də oyundur. Oyunun tərkibinə tədqiqatçılıq və praktiki iş elementləri daxildir. Siz şəraitə və fəaliyyətinizə uyğun oyunlar seçə bilərsiniz.
Şəxsiyyət yönümlü təlim

Əgər siz davamlı inkişaf, digər sözlə desək ətraf mühit və biomüxtəliflik haqqında yeni anlayışın əsas ideyasını tədris edirsinizsə, məktəblilərin təhsilinə yardım etmək üçün yeni üsullardan istifadə etməlisiniz. Tədrisdə və təlimdə yeni yanaşmalar tətbiq edilməlidir.

İnteraktiv üsullar davamlı inkişaf naminə təhsilin (DİT) tələblərinə daha çox uyğun gəlir. Bu üsullar uşaqlar üçün aşağıdakı imkanları yaradır:


  • Dərs prosesində fəal iştirak etmək:

  • Mənimsədikləri bilikləri digər şagirdlərə izah etmək;

  • Başqalarının etdiyi kəşfləri öyrənməkdən daha çox müstəqil kəşflər etmək;

  • Dərsin nəticələrini qrup halında və fərdi olaraq yerinə yetirmək.

Qrup halında interaktiv işin əsas prinsipi məktəbləri təfəkkür prosesinə cəlb etmək və yaranan suallara müstəqil cavab vermək imkanı yaratmaqdan ibarətdir. Təlim metodikalarına bəzi interaktiv yanaşmalara müvafiq olaraq, insan müstəqil olaraq qazandığı və dərk etdiyi biliyi

və təcrübəni də yaxşı mənimsəyir. Bununla əlaqədar təlimdə dövrü yanaşmadan istifadə etmək daha effektlidir. «İnformasiyanın eşidilməsi, oxunması, yadda saxlanması və biliyin yoxlanması» kimi sistemdən daha üstündür. Təlimin dövriliyinin bir neçə variantı vardır ki, bunlar «təcrübə-emosiya-dərk etmək-həyat paralellərinin axtarışı-təcrübənin həyatda tətbiqi» və ya daha sadə «fəaliyyət-refleks və ya icmal-plan» sxeminə əsaslanır.

Bu bölmədə məktəblilərə qruplarda işin təşkilinə yardımçı ola biləcək effektiv üsullar, tapşırıq və çalışmaların planlaşdırılmasında faydalı ola biləcək bir sıra ümumi və konkret ideyalar təqdim edilir. Əlbəttə biz yalnız ən mühüm çalışmaları təklif edirik.
2. Şəxsiyyət yönlümlü təlimə bəzi ümumi yanaşmalar

(a) Beyinə həmlə

Beyinə həmlənin qaydaları o qədər də mürəkkəb olmayıb hər kəsin fikrini öyrənib qeyd etmək üçün çox əlverişlidir. Siz müzakirə mövzusunu seçməlisiniz (məsələn, Xəzərin biomüxtəlifliyinin tükənməsi səbəbləri). Bundan sonra böyük bir vərəqdə və yaxud lövhədə şagirdlərin mövzuya aid fikirlərini qeyd etməlisiniz. Məktəblərin ifadə etdikləri ideyalar olduğu kimi qeyd olunmalıdır. İdeyalar toplanan zaman müzakirə olunur. Əgər fikir aydın deyilsə, yanında kiçik «ulduz» işarəsi qoyulur. «Beyinə həmlə» prosesi başa çatdıqdan sonra müəlliflər nəzərdə tutduqları ideyanı izah edirlər. Yazılanların qrup üçün aydın olmasını dəqiqləşdirmək çox vacibdir. Daha sonra, əgər ehtiyac varsa, oxşar ideyaları qruplaşdırmaq olar.
(b) Qar topası

Şagirdlər tapşırığın mövzusunu elan edin. Öncə hər kəs mövzu barədə fərdi olaraq düşünür və öz ideyalarını qeyd edir. Sonra məktəblilər cütlüklərə bölünərək ideya mübadiləsi edir və qeydlər aparırlar. Oxşar ideyalar bir dəfə yazılır. Hər qrupda 4 daha sonra 8 şagird çalışaraq ideya mübadiləsi edir. Yekunda qruplar öz ideyalarını böyük bir vərəqdə qeyd edərək lövhədən asırlar və öz fikirlərini izah edirlər.


(c) Xəritələşdirmə

Bu üsulla əksər uşaqların (xüsusilə azyaşlıların) rəsm çəkməyə böyük həvəsi istifadə etməklə daha çox informasiya toplamaq mümkündür, şagirdlər kiçik qruplara bölünür. Hər qrup bir xəritə çəkməlidir. Xəritədə müəyyən bir ərazi və ya problem təsvir olunmalıdır. Məs: Siz uşaqlarla birlikdə küçəyə çıxıb ərazinin xəritəsini çəkməyi və onların xoşuna gəlib-gəlməyən yerləri xəritədə təsvir etməyi tapşıra bilərsiniz.


(d) Paylama kartları

Bu çalışma aşağıdakı qayda üzrə aparılır:



  • Məktəblilərə paylama kartları verilir. (kiçik vərəqlər);

  • Müəllim sual verir;

  • Hər şagird öz cavabını kartda yazır;

  • Məktəblilər 2-3 nəfərlik qruplarda birləşirlər.

  • Qrup ümumi rəyə gəldikdən sonra cavabı ümumi kartda göstərirlər;

  • Məktəblilər 2-3 nəfərlik qruplara bölünürlər;

  • Ümumi kartda qrupun rəyini qeyd edirlər;

Sonra qruplar cütlüklərə bölünür və proses təkrar olunur.

Nəticədə məktəblilər birlikdə bir və bir neçə ümumi cavab tapa bilirlər.


(e) Rollu oyunlar

Rollu oyunlar zamanı iştirakçılar müəyyən bir rolu ifa edirlər. Belə oyunlar yaradıcılıq qabiliyyətini və fantaziyanı, düşüncə tərzini, təqdimetmə və problemə öz münasibətini bildirmək bacarığını inkişaf etdirir. Siz əmin olmalısınız ki, şagirdlərin öz rollarını yaxşı ifa etməsi üçün kifayət qədər məlumatı vardır.


(f) Rombvarı xananın doldurulması

Sizə kiçik kartlarda (vərəqlərdə) yazılmış 9 müxtəlif cavab və ya təklifdən ibarət konvertlər lazım olacaqdır. Bu cavablar istənilən öyrənilən mövzuya aid ola bilər (Məs; Xəzər dənizinin səviyyəsinin dəyişməsi). Hər bir iştirakçı cütlüyü üçün təkliflər qoyulmuş bir konvert nəzərdə tutulur. Şagirdlər qruplara ayrıldıqdan sonra hər qrupa içərisində 9 kart olan konvert verilir.

Qrupun üzvləri həmin kartları romb şəklində düzməlidir. (Şəkil 1)
Şəkil 1.
Belə ki, ən əhəmiyyətli təklif rombun zirvəsində yerləşdirilir.

Öz əhəmiyyətinə görə II dərəcəli təkliflər iki alt pilləyə yerləşdirilir. Daha sonra 3 kart rombun mərkəzinə qoyulur. Növbəti kartlar IV yerdə, nəhayət az əhəmiyyətli və ya nisbətən düzgün olmayan təklif sonuncu alt pillədə yerləşdirilir. Hər bir şagird cütlüyü qruplarda nəticələri digərləri ilə müqayisə edir və müzakirələr davam edir.


(g) Kiçik qruplarda iş barədə bir neçə söz

Konkret sualın və ya problemin cavablandırılması üçün yaradılan kiçik qruplar dərsdə maraqlı ideyaların və səmərəli təkliflərin sayının artmasına kömək edir. (Müzakirə zamanı kiçik qrupda iştirakçıların səsi sanki arı pətəyini xatırladır). Qruplarda 3-7 iştirakçı olur

Kiçik qruplar müxtəlif masa arxasında və ya müxtəlif otaqlarda çalışırlar. Hər bir sual problemin müzakirəsinə müəyyən vaxt ayrılır. Sonra qruplar öz ideya və cavablarını yekunlaşdırırlar. Sonda hazır işlər sinifə təqdim olunur.

Uşaqların kiçik qruplara ayrılması hər bir şagird üçün müzakirədə iştirak edib qərar qəbul etməyə imkan yaradır. Bu strategiya yeni şəraitdə məktəblilərə cəsarətsizliyin öhdəsindən gəlməyə kömək edir.

Şagirdlərin müzakirə etdikləri sualların düşündürücü olması və alacaqları nəticəni bilməkləri çox vacibdir. Əks halda müzakirə intizamsızlığa səbəb ola bilər. İlk məşğələlərin səs-küylü keçməsindən narahat olmayın. Bu üsuldan bir neçə dəfə istifadə etdikdə şagirdlər vərdiş edərək daha səylə çalışacaqlar.


3. Təlim oyunları.


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin