Biomüxtəlifliyi müxtəlif səbəblərə görə qorumaq lazımdır:
Yadda saxlamaq lazımdır ki, hər bir növün və hər bir ekosistemin……hüququ
vardır.
Bir çox növlərin həyatı digərlərindən aslıdır-bir növün tükənməsi…...səbəb ola
bilər.
İnsan bioloji növ kimi ….. olan tələbatına, görə digər növlərdən asılıdır, həm də
....... kimi ekoloji xidmətlərdən asılıdır.
Nəhayət, hər bir növ və hər bir ekosistem bizim ətrafımızda dünyanın gözəlliyini və
bolluğu yaradır.
7. Quşlar və Xəzər
Posterdə siz quşların miqrasiya yollarını görürsünüz-bu onların köçmə marşrutlarıdır. Xəritəyə baxın və Xəzər regionundan keçən miqrasiya yollarının sayını müəyyən edin. Quşlar Xəzərin üzərindən uçarkən onun ehtiyatlarından necə istifadə edirlər?
Bu onu göstərir ki, Xəzərin biomüxtəlifliyi regiondan uzaqda yaşayan canlıların biomüxtəlifliyindən asılıdır. Bütün dünya əlaqəlidir.
8. Din və biomüxtəliflik
Posterdə dini kitablardan 2 sitata diqqət yetirin. Bir çox insanlar inanırlar ki, Yer və biomüxtəliflik Allah tərəfindən yaradılıb. Digərləri belə hesab edirlər ki, biomüxtəliflik təkamül prosesində yaranmışdır. Siz uşaqların bu mövzuda fikirlərini öyrənə bilərsiniz. Həm də uşaqlardan soruşa bilərsiniz ki, bu 2 fikirdən hansı daha çox biomüxtəlifliyin qorunmasına yaxındır. Bəs biz nə üçün biomüxtəlifliyi yaxşı qoruya bilmirik?
9. Yekun çalışma
Məqsəd uşaqlarda mübahisə və öz fikrini müdafiə etməyə həvəs yaratmaqdır. Poster 2 üzrə çalışmaları yekunlaşdırmaq üçün bu çalışma yaxşı imkandır.
Şagirdləri qruplara bölüb, aşağıdakı mətni oxuyun.
Bu məktub qəzetə göndərilmişdir. Uşaqlara tapşırın ki, bu məktuba cavab hazırlasınlar. Uşaqların cavabları da qəzetdə dərc olunacaqdır. Onlar nə yazırlar?
«Hörmətli cənab! Öz məktubumda mən bildirmək istəyirəm ki, ekoloji qrupların Xəzər regionunda hazırkı fəaliyyəti dayandırılmalıdır. Onlar Xəzərin biomüxtəlifliyinin azalması əleyhinə çıxış edirlər.
Bu bəlkə də həqiqətdir, lakin bu vacibdirmi? Məs: planetdə milyonlarla həşarat növü vardır, onlardan birinin və ikisinin itməsinin nə əhəmiyyəti var. Eyni sözü quşlar haqqında da demək olar. Onların minlərlə növü var. Əgər biz bir neçəsini itirsək, mən burada heç bir problem görmürəm-hələ çoxu qalacaq!».
Məktəb proqramı ilə əlaqə.
Məktəb proqramı üzrə biologiya və coğrafiya fənlərində «Xəzərin biomüxtəlifliyi» kursu üzrə posterlərin istifadəsi.
Ümumtəhsil məktəblərinin V - XI sinif şagirdlərinin təbiətşünaslıq, botanika, zoologiya, ümumi biologiya və coğrafiya fənlərini öyrənərkən «Xəzərin biomüxtəlifliyi» üzrə posterlərin tətbiq olunması nəzəri biliklərin daha dərindən mənimsənilməsinə kömək edir.
Təbiətşünaslıq fənni üzrə (V sinif) «Heyvanların su mühitinə uyğunlaşması» mövzusunu tədrisində Poster 2 istifadə edərək dərsi izah etmək olar. Hava və su fəslini keçərkən 1 və 3 N°-li Posterlərdən istifadə edilir. «Respublikanın çay və gölləri» mövzusu Poster-4 üzərində izah edilə bilər. «Ölkəmizdə su mənbələrinin çirklənməsi ona qarşı mübarizə» mövzusu
tədrisində Poster 3 təsvir edilə bilən diaqramlardan istifadə edilir. «Zoologiya» fənni üzrə «Azərbaycanın vətəgə balıqları» (§48), mövzusunu tədris edərkən Poster 2-dən istifadə edərək Xəzərdə balıq ehtiyatlarının azalması səbəbləri izah edilir. Eyni zamanda balıq ehtiyatlarının artırılması yolları barədə məlumat verilir. «Pərayaqlılar dəstəsi» mövzusunun tədrisi zamanı Poster 3 üzərində Xəzər suitisinin azalması səbəbləri göstərilir.
«Botanika» fənni üzrə (VII) «Dəniz yosunları» mövzusunun (§78) tədrisində Poster 3-dən istifadə etməklə dəniz yosunları, plankton haqqında məlumat vermək mümkündür.
«Azərbaycan Respublikasının fiziki coğrafiyası» fənni üzrə (VIII sinif) « Daxili sular» fəslinin (III fəsil) tədrisi zamanı əsas çay sistemləri onların hidrobioloji xüsusiyyətləri» (§18) mövzusunun tədrisində Poster 4-dən istifadə etməklə Xəzər dənizinə tökülən çayların çirklənmə mənbələri və səbəbləri haqqında məlumat verilir. «Xəzər dənizi» (§ 21) mövzusunu keçərkən Poster 1-dən istifadə edərək Xəzərin biomüxtəlifliyi və Xəzərsahili ekosistemlər barədə məlumat verilir.
«Xəzər dənizinin problemləri» (§22) mövzusunun tədrisində Poster 4-dən istifadə edərək bu problemlərin yaranmasına təsir edən təbii, antropogen amillər haqqında məlumat verilir. «Xəzərin canlılar aləmi» (§23) mövzusunun tədrisində Poster 2-dən istifadə edərək şagirdləri Xəzərin flora və faunası ilə tanış etmək olar.
Ümumi biologiya fənni üzrə (XI) «Ekologiyanın əsasları» mövzusunu tədris edərkən Poster 1,3,4-dən istifadə etmək olar.
Dostları ilə paylaş: |