Çünki........
Fillər və zürafələr Xəzər regionundan fərqlənən mühitdə təkamül etmişlər. Bizim regionda onlar üçün əlverişli yaşayış mühiti yoxdur. Onlar yalnız uyğunlaşdıqları ekosistemlərdə yaşayıb çoxala bilərlər.
Xəzər dənizi unikal ətraf mühitə malik olan qapalı su hövzəsidir. Qədim dövrlərdə Tetis adlı nəhəng qədim okeanın bir hissəsi olan Xəzər 30 milyon il bundan əvvəl bütün dünyadan təcrid olaraq öz təkamül yolunu davam etdirmişdir. Təkamül prosesində Xəzər dənizi digər su hövzələrindən aşağıdakı cəhətlərinə görə fərqlənmişdir:
Coğrafi mövqe;
Geoloji formasiya;
Hidroloji xüsusiyyətləri;
Dəniz səviyyəsinin enib-qalxması;
İqlim;
Biomlar;
Flora və fauna;
İnsan cəmiyyətinin, mədəniyyətinin və sosial-iqtisadi şəraitin yayılması;
Təbii ehtiyatlar;
Yaşayış areallarının müxtəlifliyi
Bu fərqli cəhətlərinə görə dənizin və ətrafındakı mühitin həyat formalarının məcmusu unikal olaraq Xəzərin biomüxtəlifliyi adlanır. Bir neçə milyon illər ərzində bu həyat formaları müxtəlif
dövrlərdə bitki və heyvanlar, onları əhatə edən fiziki mühit arasında baş verən qarşılıqlı təsirlərə uyğunlaşmışlar.
Xəzər dənizi hələ 100 il bundan öncə, Xəzərin biomüxtəlifliyinin bütövlüyü üçün təhlükə törədən insan fəaliyyəti və onunla bağlı inkişafa qədərki dövrdə sabit ətraf mühitə malik idi.
Xəzər dənizində və ətraf mühitdəki həyat formalarının müxtəlifliyi ümumi və yerli ərazinin fiziki və iqlim şəraiti ilə harmonik təkamül edən müxtəlif ekosistemlərin mövcudluğunu sübut edir. Çoxlu miqdarda köçəri quşlar Xəzərlə əlaqəsi olan bataqlılaşmış ərazilərdə və çay məcralarında qida ilə zəngin yuvalama və qışlama yerləri tapırlar. Bu gün quşların 3 əsas miqrasiya yolu Xəzər regionundan keçir və milyonlarla quş hər il Xəzərin bu hissəsində qışlayır və ya yuvalayır.
Xəzərdə bir çox gəlmə növlər (köçəri, yad) də vardır ki, bu növlər Qara və Azov dənizlərindən kanallar vasitəsilə səyahət edən gəmilərin ballast suları ilə buraya gətirilmişdir. Digər növlər isə iqtisadi səbəblərə görə başqa su hövzələrindən gətirilmişdir. İntroduksiya edilmiş bəzi belə növlər Xəzərin biomüxtəlifliyi üçün ciddi təhlükə yaratmışdır.
Bir çox amillər Xəzərin biomüxtəlifliyinə mənfi təsir göstərir:
Çirklənmə (sənaye, kimyəvi, aqrokimyəvi çirkləndiricilər çirkab suları, karbohidratlar, bərk tullantılar…);
Yerli əhalinin ekoloji savadsızlığı və məlumatın azlığı;
Çayların axınına nəzarət (kanallar, bəndlər);
Qaçaqmalçılıq (brakonyerlik) və ya təbii ehtiyatların həddindən artıq istismarı;
Meşələrin qırılması, mal-qaranın otarılması;
Ekzotik, gəlmə növlər;
Suyun səviyyəsinin dəyişilməsi;
Yaşayış arealının inkişafı və dağılması;
İqlim dəyişməsi və qlobal istiləşmə.
Məlumdur ki, hər bir növ yaşadığı ekosistemdə özünəməxsus və əhəmiyyətli rol oynayır. Hər bir növ eyni zamanda istənilən ekosistemin ayrılmaz tərkib elementidir və bu növün itməsi insanın həyatına və həyat şəraitinə naməlum təsir göstərən zəncirvarı reaksiyaya səbəb ola bilər. Hazırda bir çox ölkələrin qanunvericiliyində, dövlətlərarası saziş və müqavilələrdə biomüxtəlifliyin qorunmasının vacibliyi öz əksini tapmışdır.
Beynəlxalq səviyyədə Tehran Konvensiyası - Xəzər ekoloji konvensiyası 2003-cü ildə 5 ölkə tərəfindən imzalanmışdır.
Xəzər ekoloji konvensiyasının 20-ci maddəsinə uyğun olaraq Xəzəryanı 5 ölkənin hər biri Xəzərin, onun ətrafındakı ərazinin biomüxtəlifliyinin qorunub saxlanılması və bərpa edilməsi üçün layihələr və proqramlar hazırlayıb həyata keçirməlidir.
Dostları ilə paylaş: |