Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,06 Mb.
səhifə32/41
tarix20.01.2017
ölçüsü4,06 Mb.
#726
1   ...   28   29   30   31   32   33   34   35   ...   41

ƏDƏBİYYAT:


  1. Azərbaycan ədəbiyyatı tarixi. c III .Bakı,1957

  2. Azərbaycan Sovet Ensiklopediyası. Bakı ,1976

  3. İslam Ansiklopedisi cild 38. İstanbul, 2010

  4. Hikmet Turhan Dağlıoğlu. Şemsettin Sami Bey. İstanbul,1934

  5. Qulam Məmmədli. İmzalar. Bakı ,1977

  6. Nadir Vəlixanov. Süleyman Sani Axundov. Bakı,1968

  7. B-1249. Şəmsəddin Sami. Besa yaxud ahde vefa

  8. B-1064. Şəmsəddin Sami. Kavə


Mir Tohid Yüzbaşi

(Əlyazmalar İnstitutu)
XVII əsr Azərbaycan şaİrİ Təsİr Təbrİzİnİn anadİllİ İrsİ barədə
Mirzə Möhsün Təsir Təbrizi (1650-1717) Səfəvi hökümdarlarından Şah Süleyman (1666-1694) və Şah Sultan Hüseyn (1696-1722) dövrün­də yaşayıb-yaratmış Azərbaycan şairidir.Ulu babası I Şah Abbasın əm­ri ilə bir cox azərbaycanlılar kimi Təbrizdən İsfahana köcürülmüş, Təsir də 1650-ci ildə orada anadan olmuşdur.Şairin adı “Möhsün”, təxəllüsü isə “ Təsir”dir.

Təsirin həyat və yaradıcılıgı barədə ilk məlumatı onun müasirləri olan təskirəçilər vermişlər.Məhəmməd Tahir Nəsrabadi onun dövlət iş­lə­rində dürüst dövlət məmuru,gözəl şair oldugunu qeyd etmişdir:”Mirzə Möhsün olduqca məlahətli, zahiri cəhətdən gözəl və görkəmli,batini cə­hətdən isə sanki yer əhalisinin başına göydən səpilmiş müqəddəs cə­vahir tozudur, ya da mənim arzularımı təcəssüm etdirən bir ilahədir. Ona maliyyə dəftərlərindən birini yazmaq tapşırılmışdır.Maliyyə işləri­nin hər cəhətdən bəxti gətirmişdir, ona görə ki, bu cənab son dərəcədə xeyirxah və pak qəlblidir. Şeir də onun ürəyəyatan təbi vardır.Şeirini ilk dəfə oxuduqda belə onun fikri aydin olur”(1,s.171). Şeyx Məhəm­mədəli Həzin təzkirəsində Təsirinin üstad bir şair oldugunu bildirmiş­dir: “O müxtəlif janırlarda şeir qoşardı, sözlərin ən incəliklərini dərk edə­rək, həm məna, həm də forma cəhətdən söz ustası olub, bir sıra tay- tuşla­rın­dan üstün idi” (2,s.72).

Professor Turxan Gəncəyi “İsfahandaki Səfəvi sarayında türk dilinin mövqeyi” adlı məqaləsində şairin müxtəlif ziyafətlər,bayramlar münasi­bəti ilə yazdıgı şeirləri nəzərdən kecirdikdən sonra belə qərara gəlmiş­dir ki, Təsir Şah Suleyman və Sultan Hüseyn zamanında faktiki olaraq sa­rayda məliküş-şüəralıq vəzifəsini də icra etmişdir (3,s.25). Məhəm­mə­dəli Tərbiyət şairin bir sıra qitə və qəzəllərində maddeyi-tarixlər tər­tib etdiyi barədə məlumat vermiş,onun məhşur alim Aga Hüseyn Xan­sarinin vəfatı (h.1093-m.1683), Şah Süleymanin tərifi və Əbdüləziz xan Çingizinin gəlməsi (h.1097-m.1685), Mirzə Əlaəddin Məhəmməd Gü­lüs­taninin vəfatı (h.1100-m.1688), vəzir Şeyxəli xan Zəngənənin vəfatı (h.1101-m.1688), Mirzə Tahir Vəhidin vəzir təyin edilməsi (h.1101-m.1688), Şah Süleymanın vəfatı (h.1105-m.1694), Məhəmməd Mömin xan Bəydilimin vəzir təyin edilməsi (h.1110-m.1699), Agaməhəmməd Bagır Məclisinin vəfatı (h.1111-m.1700), Agarəfi Məsrurun vəfatı (h.1114-m.1702), Yəzd şəhərində baş vermiş qarışıqlıq (h.1116-m.1704) və başqa hadisələr münasibəti ilə şerlər yazdıgın qeyd etmişdir (4, s.334-335).

İran ədəbiyyatşünaslıgında T.Təbrizi yaradıcılıgı ilə ən ardıcıl məş­ğul olan tədqiqatcı Əmin Paşa Eclalı olmuşdur. Onun 1990-cı ildə nəşr etsdirdiyi “Divani-Təsir Təbrizi” kitabında şairin həyat və yaradıcılıgı araş­dırılmış, külliyyatına daxil olan əsərlər (Azərbaycan dilində olan­lar­dan başqa) oxuculara təqdim edilmişdir (5).

Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə Qasım Cahani “Azər­bay­can ədəbiyyatnda Nizami əsərləri” adlı əsərində T.Təbrizinin yara­dı­cılığı barədə nisbətən ətraflı danışmış, onun məsnəvilərini təhlil et­miş­dir. Tədqiqatçı əsas diqqəti Təsirin Nizami irsindən bəhrələnməsi mə­sələsinə yönəltsə də, şairin yaradıcılığına Füzuli və Saibin də təsirini nəzərdən keçirmiş, onu poeziyada yeni meyllərin nümayəndəsi kimi təqdim etmişdir. Q.Cahani göstərir ki, Nizami kimi Təsir də poema­la­rında sadə zəhmət adamlarının taleyi, işi, əxlaq və məişətini ətraflı nə­zər­dən keçirmiş, ictimai-əxlaqi görüşlərini oxucuların diqqətinə çatdır­mışdır. Mirzə Möhsünün poemalarının məzmununu ətraflı nəzərdən ke­çirən Q.Cahani şairin bütün yaradıcılığı üçün nikbinliyin səciyyəvi ol­du­ğunu qeyd edərək yazır: “Şair insanları acizliyə çağıran, həyat, səadət uğrunda mübarizədən çəkindirən zahidləri zalımların dəllalı adlandırır. Təsirə görə, nikbin adam həyata bağlı, güclü və mərd olar. Bu ideya “Dəvətül-aşiqin” əsərinin əsas mündəricəsidir(6,s.1991).

Ə.Səfərli “ XVII – XVIII əsərlər Azərbaycan epik şeiri” adlı tədqi­qa­tında Təsirin poemalarını təhlil etmiş, şairi Nizaminin surət və xarak­ter yaratmaq təcrübəsindən öyrənən, onun bədii və fəlsəfi kəlam­la­rın­dan, yüksək humanist fikirlərindən ilham alan, bununla yanaşı orijinal mövzu seçməyi bacaran sənətkar kimi təqdim etmişdir.

Təsir Təbrizinin anadilli ədəbi irsinin ortaya çıxarılmasında, nəşr və tədqiq edilməsində ən mühüm işi filologiya üzrə fəlsəfə doktoru Paşa Kərimov görmüşdür. O, şairin küllliyyatının Tehranın Sepəhsalar Ali Məd­rəsəsi kitabxanasında saxlanan əlyazmasının sonunda 881-904-cü səhifələrində yerləşən “Türkiyyat” başlıqlı hissəsindəki ana dilində şeir­lərini əldə etmiş, müasir əlifbaya köçürərək geniş ön sözlə çap etdir­mişdir (7). Kitaba həmin əsərlərin fotofaksimələsi də əlavə edilmişdir. P.Kərimov ön sözlə bildirir ki, Təsirin türkcə şeirlərindən bir neçə par­ça bərpa prosesində oxunmaz hala düşüb, ümumi həcmi 447 beyt olan bu əsərlərin yalnız 443 beytini oxumaq mümkündür. Buraya münacat məzmunlu qəzəl, nət, Şah Süleymana həsr edilmiş qəsidə, Sultan Hü­seynin taxta çıxması və Məhəmməd Tahir Vəhid Qəzvinin vəzir təyin edilməsi münasibəti ilə qəzəl, 1 tərcibənd, 4 mürəbbeyi-tərcibənd, 1 mü­xəmməsi-tərcibənd, müxtəlif bayramlar (məb`əs, cümə, ramazan, qur­ban, novruz) münasibəti ilə yazılmış məsnəvi formalı kiçik şeirlər, lirik məzmunlu 16 qəzəl və 5 təkbeyt daxildir.

Tədqiqatçı qeyd edir ki, Təsirin türkcə qəzəlləri əsasən 5-9 beytdən ibarətdir. Bunların içində Füzulinin “Bəhs”, “Görgəc” və “Ləziz” rədif­li şeirlərinə yazılmış nəzirələr də vardır. Mənbələr təsirin Saibdən təsir­lənərək fars dilində “hind üslubu”nda şeirlər yazdığın bildirirlər. Lakin şairin Azərbaycan türkcəsindəki şeirlərində “hind üslubu” bir o qədər də nəzərə çarpmır. Bu əsərlərdə ilkin nəzərə çarpan cəhət müəllifin Fü­zuli irsindən, xalq şeirindən bəhrələnməsidir. Dünyəvi eşqin tərən­nü­mü, real bir gözəlin mədhi şairin əsərlərinin səciyyəvi cəhətlərindəndir.

P.Kərimov Təsirin türkcə şeirlər toplusuna yazdığı ön sözdə şairin dili, yaradıcılığının mövzu dairəsi, forma və bədii ifadə xüsusiyyətləri barədə ətraflı elmi fikir söyləmişdir. Tədqiqatçı göstərir ki, T.Təbrizi əsərlərində dünyəvi eşqin tərənnümünə üstünlük verən mütərəqqi gö­rüşlü şairlərdən olmuşdur. O dilimizin incəliklərinə bələd olan, poetik fiqurlarınadan məharətlə istifadə edən sənətkarlardandır. P.Kərimov bil­dirir ki, Təsir Təbrizi Məsihi, Zəfər, Qövsi Təbrizi, Vəhid Qəzvini, Məczub Təbrizi və digər XVII əsr şairlərimizlə bərabər anadilli poe­ziyamızın inkişafında, dilin sadələşməsində, realizmə doğru irəliləmə­sində xidmətləri olmuş sənətkarlarımızdandır.

Ədəbİyyat:


  1. Nəsrabadi Məhəmməd Tahir. Təzkireye-Nəsrabadi. I cild. Tehran: Əsatir, 1378 h.

  2. Həzin Şeyx Məhəmmədəli. Təzkireye-Həzin. İsfahan: Təyid, 1334 h.

  3. Gəncəyi Turxan. İsfahandakı Səfəvi sarayında türk dilinin mövqeyi. “Bakı-Təbriz” dərgisi, 2006, N 4.

  4. Tərbiyət Məhəmmədəli. Danışməndani-Azərbaycan. Bakı: Azərnəşr, 1987.

  5. Eclali Əmin Paşa. Divane-Təsir Təbrizi. Tehran, Nəşre-Xave, 1341 h.

  6. Cahani Qasım. Azərbaycan ədəbiyyatında Nizami ənənələri. Bakı: Elm, 1978.

  7. Təsir Təbrizinin türkcə şeirləri. Nəşrə hazırlayan və ön söz müəl­lifi: Paşa Kərimov. Bakı: Nurlan, 2011.


Tünzalə Seyfullayeva

(Əlyazmalar İnstitutu)
Mİrzə Nəsrullah Dİdə Şİrvanİnİn

yaradıcılığının tədqİq tarİxİ
XIX əsrin 30-cu illərindən sonra Azərbaycanın ictimai-iqtisadi hə­ya­tında olduğu kimi, mədəniyyət və maarif sahəsində bir yenilik nəzərə çarpır. Ziyalılıarımız doğma ana dilinə xüsusi rəğbət göstərir, ərəb və fars dillərində aparılan təlim –tərbiyənin yerini Azərbaycan dilində təd­risə verdiyi nəzərə çarpırdı. Tədrisdə yaranan yeni üsul, metod əlbət­dəki ictimai həyata, mədəniyyətə, ədəbiyyata təsir etməyə bilməzdi. XIX əsrdə ədəbiyyatda mövzu, ideya, məzmun əlvanlığı və ədəbi cərə­yanların müxtəlifliliyi diqqəti cəlb edir. Azərbaycanda maarifçilik və demokratik ideyaların güclənməsi ictimai şüurun inkişafına böyük təsir göstərir. Beləliklə tənqidi realizm qüvvətlənir.Eyni zamanda aşiqanə və dini məzmunlu qəzəl, qəsidə, minacat kimi əsərlərlə yanaşı, yeni ədəbi forma və buna müvafiq olaraq yeni məzmun yaranmağa başlayır.(5,53)

Hələ XIX əsrin əvvəllərindən ayrı-ayrı şəhərlərdə yeni şairlər və şeir həvəskarları görkəmli şairlərin ətrafına toplanaraq, mədrəsələrdə və evlərdə ədəbi müzakirə və mübahisələr keçirərdilər. Şairlərin tez-tez bir yerə toplaşıb müşairələr keçirməsi ayrı-ayrı şəhərlərdə xüsusi məclislərin yaranmsı üçün bir zəmin oldu.

Ümumiyyətlə XIX əsr ədəbiyyatı özünün məclisləri ilə məşhurdur. Bütün Azərbaycanda məclisçilik sahəsində ədəbi dirçəliş yenilik sezi­lirdi. Yeni Azərbaycan ədəbiyyatının formalaşmasında XIX əsr ədəbi məc­lislərinin xüsusi rolu mütləq qeyd olunmalıdır. Şairlərin bir yerə toplaşması ilə orta əsr şerinə məxsus tərkidünyalıq hissləri, sufilik mo­tiv­ləri sıradan çıxır, real gerçəkliklərin tərənnümünə keçid üstün gəlirdi. Bu məclislər anadilli şerimizin inkişafında, müasir Azərbaycan dilinin ədəbi üslubunun təşəkkülündə mühüm xidmət göstərmiş, onun leksik və üslub həcminin xəlqiləşməsinə güclü təkan vermişdir. Nəsrəddin Qarayev XIX əsr məclislərinin fəaliyyətini dərindən öyrənərək, belə nə­ticəyə gəlmişdi ki, bu dövrdə Azərbaycan dilində yazmaq meyli çox qüv­vətlənmişdi. Məclis şairlərinin demək olar ki, hamısı öz şerlərini əsasən Azərbaycan dilində yazırdılar.(3, 5-6) Ədəbi məclis hərəkatının başlanğıcı böyük mütəfəkkir pedaqoq Mirzə Şəfi Vazeh tərəfindən 1820-ci ildə qoyulmuşdur. Onun yaratdığı “Divani-hikmət” məclisi 1852-ci ilə qədər fəaliyyət göstərmiş və digər məclislərin ortaya çıxma­sın­da əsas rol oynamışdır. A.Bakıxanovun 1825-ci ildə Qubada yarat­dığı “Gülüstan” məclisi əsrin sonuna qədər işini davam etdirmişdir. 30-cu illərdə Ordubadda Şıxəli Naibin başçılığı ilə “Əncümənüş-şüəra ” məclisi yaradılmışdı. Daha sonra “Fövcül-füsəha”ədəbi məclisi yarandı. Bu məclisin sonra Şamaxıda və Bakıda “Beytüs-səfa”, “Məcməüş-şüə­ra” məclislərinin yaradılmasında müsbət təsiri olmuşdur.

Maraqlıdır ki, ədəbi məclislər XIX əsrdə Azərbaycanda məşhur ol­muş görkəmli şairlər tərəfindən təşkil edilmişdir. M.Ş.Vazeh, A.Bakı­xanov, M.İ.Qasir, S.Əzim, X.Natəvan belə şairlərdən olmuşlar.

Məhz bu dövrdə görkəmli şairlərimizdən biri Seyid Əzim Şirvaninin rəh­bərliyi ilə Şamaxıda təşkil olunmuş məclislərdən biri “Beytüs-səfa” məclisidir. Bu ədəbi məclis haqqında ilk məlumat F.Köçərlinin “Azər­bay­can ədəbiyyatı tarixi materialları” kitabında verilmişdir. Həmin məc­lis haqqında daha sonra prof. F.Qasımzadə, t.e.n. Ə.Hüseynzadə bəhs etmişlər.(4,385) “Beytüs-səfa”da fəaliyyət aşağıdakı şairlər fəaliy­yət göstərmişlər.Seyid Əzim Şirvani, Bahar Mirzə Nəsrullah, Ləkbər Qafil, Məhəmməd Səfa, Ağababa Zühuri, Mirzə Mahmud Zöv`i, Fü­ruği, Nəcəf bəy və b.

Digər ədəbi məclislərdə olduğu kimi, burada da Şərqin dahi şair­lə­rinin əsərləri mütaliə edilir, onların yaradıcılıq xüsusiyyətləri təhlil olu­nur, azərbaycan cə Şərq tarixi öyrənilirdi.XIX əsrdə yazıb yaratmış, “Beytüs-səfa”ədəbi məclisinin şairləri içərisində diqqəti cəlb edən şəx­siyyətlərdən biri də Mirzə Nəsrullah Didədir. Bu dövr Azərbaycan ədə­biy­yatının ən görkəmli nümayəndələrindən biri olan M.N.Didə haqqın­da çox az məlumat olmasına baxmayaraq, bu mütərəqqi şairin Şa­ma­xıda anadan olduğunu, Təbrizdə təhsil aldığını şairliklə yanaşı, mir­zə­lik, müəllimlik katib vəzifəsində çalışdığını qaynaqlardan öyrənirik. Şair haqqında S.Ə.Şirvaninin “Əsərləri”nin III cildində,Qulam Məm­məd­linin “Təzkirə”sində, Salman Mumtazın 1928-ci ildə çap etdirdiyi “Azər­baycan ədəbiyyatı Mirzə Nəsrullah bəy Didə” kitabında, Məhəm­mədəli Tərbiyətin “Danışməndani Azərbaycan” əsərində, Nəsrəddin Qara­yevin “XIX əsr Azərbaycan Ədəbi Məclisləri” adlı monoqrafiya­sın­da, f.e.d. Möhsün Nağısoylunun tərtib etdiyi “Mirzə Nəsrullah Didə “Kitabün-Nəsayeh” kitabında,Türk əlyazmalrı kataloqunda və s. qay­naq və məxəzlərdə məlumata rast gəlmək olar.

M.N.Didə haqqında ilk dəfə məlumatlar verən S.Ə.Şirvani onu Şa­maxı şairlərinin ən müqtədiri hesab etmişdir. S.Ə.Şirvani Didəni ərəb və fars dillərini gözəl bilən, “hər bir lisan ilə danışmağa qadir ,arifül-həqayiq və kaşivüd-dəqayiq, şeyxüs-şüəra və qütbül-ürəfa Mövlana Mir­zə Nəsrullah ” kimi səciyyələndirmişdir. S.Ə.Şirvani əsərində Didə­nin məktəb uşaqları üçün tərtib etdiyi “Kitabün-nəsihətül-ətfal”, Kərbə­la müsibətinə dair yazılmış “Kitabi-məqtəl”, qəzəl və qəsidələrindən ibarət “Divan”ı olduğunu qeyd etmişdir. (8,150)

Qulam Məmmədlinin “Təzkirə”sində şairlə bağlı aşağıdakı məlu­mat­lara rast gəlmişik.”Didə Mirzə Nəsrulla Şamaxıdandır.XIX əsrdə ya­şamışdır. Şamaxı xanı Mustafa xanın katibi idi.M.Nəsrullah uşağ ikən atası qətlə edilmişdir. Mustafa xan onu təhsil almaq üçün Təbrizə göndərmişdir. Təhsilini bitirib, Şamaxıya qayıtdıqdan sonra xanın ya­nında mirzəlik etmiş və Şirvanda Mirzə Nəsrullah bəy deyə məşhur olnuşdur. Qafqazda xanlıq üsul-idarəsi ləğv edildikdən sonra M.N.Didə rus dövlət idarəsində xidmətə girmişdir. Azərbaycan, rus, fars, ərəb dil­lərini bildiyinə görə əhali arasında tanınmış bir şəxs olmuşdur. O hə­ya­tının son illərini məktəbdarlıqla keçirmişdir.Mirzə Nəsrullah zəhmət­keş, namuslu, kimsəyə möhtac olmayan və öz əməyinə güvənən bir şəxs olmuşdur. Didə h.1287-ci il \ m.1870-cildə Şamaxıda vəfat et­mişdir.”(1,132-133)

Salman Mumtazın 1928-ci ildə çap etdirdiyi “Azərbaycan ədəbiy­yatı Mirzə Nəsrullah bəy Didə” kitabında Didənin həyatına aid qısa mə­lumatla yanaşı müəllif onun bir neçə qəsidəsi, şeirləri və bir mənzum hekayəsinidə vermişdir.

Məhəmmədəli Tərbiyətin “Danışməndani Azərbaycan” əsərində şairlə bağlı qısa bilgilərlə qarşılaşırıq.”Mirzə Nəsrullah bəy hicri qəməri XIII (XIV) əsr şairlərindəndir. O, Təbrizdə oxumuş və h.1287\ m 1870-ci ildə vəfat etmişdir. Onun divanı fars və türk dillərində yazılmış şeir­lərindən ibarətdir.” (7, 5-7)

Çağdaş dövrümüzdə M.N.Didənin həyat və taradıcılığı ilə bağlı nəşr olunan mənbələr sırasında Nəsrəddin Qarayevin “XIX əsr Azərbaycan Ədəbi Məclisləri”adlı monoqrafiyası xüsusi əhəmiyyət kəsb edir. Bura­da şairin həyatı haqqında məlumat verilmiş, yaradıcılığından söz açıl­mış, şeirlərindən nümunələr göstərilmişdir.(3,129-131)

Mirzə Nəsrullah Didənin yaradıcılığında əsas yeri tutan onun mü­dər­rislik fəaliyyəti ilə əlaqədar olaraq Azərbaycan dilində yazdığı ”Ki­ta­bün Nəsayeh” (Nəsihətlər kitabı)əsəridir. Adından da göründüyü kimi kitab nəsihət-didaktika mövzusundadır: uşaqların və gənc nəslin təlim-tərbiyəsinə həsr olunmuş və maarifçilik ruhunda qələmə alınmışdır. Di­dənin uzun bir müddət ərzində məktəb-maarif sahəsində səmərəli fəa­liy­yət göstərməsi də açıq aşkar şəkildə sübut edir ki, maarifçi ziyalını düşündürən başlıca məsələlərdən biri uşaqların və gənc nəslin tərbiyəsi problemi olmuşdur. Məhz buna görə də müəllif “Kitabün-nəsayeh”i bi­lavasitə uşaqların və gənc nəslin təlim-tərbiyəsində mühüm rol oyna­yan, hər bir cəmiyyət üçün olduqca vacib sayılan bu məsələ ilə birbaşa bağlı olan nəsihət-didaktika mövzusuna həsr etmişdir. Həmin əsər ye­ganə əlyazması əsasında 2008-ci ildə f.e.d.Möhsün Nağısoylu tərəfin­dən tərtib olunaraq “Mirzə Nəsrullah Didə “Kitabün-Nəsayeh” ” adı al­tın­da nəşr olunmuşdur. (60)

Araşdırmalarımız nəticəsində Didənin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda şeirlərinin əlyazma nüsxəsini üzə çıxar­mı­şıq. Əlyazma haqqında Türk Əlyazmaları Kataloqunda bəhs olun­muş­dur. (10, 139-140) Kataloqda əlyazma nüsxəsi “Şeirlər”adı altında keçir. Burada əvvəlcə şairin həyat və yaradıcılığı qısaca işıqlandırılmış daha sonra nüsxənin paleoqrafik təsviri verilmişdir. C-265 şifrli əlyaz­ma 119 vərəqdir, ölçüsü 17x26,5 sm-dir. əlyazma boz kardon cildə tu­tul­muşdur. Nüsxənin harada köçürülməsi, katibi haqqında əlyazmada heç bir qeyd yoxdur. Köçürülmə tarixi h.1278-1861-h.1281-1864-cü illər olaraq göstərilmişdir. Mətn qara mürəkkəblə rus istehsalı kağıza hə­rəkəsiz nəstəliq xəttiylə köçürülmüşdür.Səhifələrdə sətir sayı 17-dir. Bununla yanaşı bəzi səhifələrdə sətir sayının 19-a qədər olduğunun şahidi oluruq.Əlyazmanın bəzi vərəqləri boş buraxılmışdır.Məsələn:6a, 11a, 25a, 28b, 35b, 58a və s. 33b-118b vərəqlərində bir çox şəxslərin doğum və ölüm tarixləri xronoloji ardıcıllıqla göstərilmişdir.

Başlanır: Gəlüb bəhari-meysətəsüb nəsimi-məlal (1a)

Bitir: Didə gərək bu hörməti axırda göstərim.(119a)

Hər bir millətin, hər xalqın irili xırdalı özünə məxsus şairləri vardır. Bu şairlərin həyatının, yaradıcılığının öyrənilərək gələcək nəsillərə ötü­rül­məsi, bu şairlərə sahib çıxması filologiya elminin vəzifələrindəndir. XIX əsr anadilli ədəbiyyatın görkəmli nümayəndəsi Mirzə Nəsrullah Didə haqqında yazılanlar göstərir ki şairin yaradıcılığının öyrənilməsi Azərbaycan ədəbiyyatı tarixi üçün bir töhfə olardı.


ədəbİyyat:


  1. Aybəniz Rəhimova Qulam Məmmədli Təzkirəsi. Bakı, 2012.

  2. Azərbaycan Ədəbiyyatı Tarixi, II cild,Bakı, 1960.

  3. Qarayev Nəsrəddin XIX ƏSR Azərbaycan ədəbi məclisləri. Bakı, 2010.

  4. Qasımzadə Feyzulla XIX əsr Azərbaycan ədəbiyyatı tarixi, Bakı, 1974.

  5. Köçərli Firidun bəy. Azərbaycan ədəbiyyatı. 2 cilddə. Icild. Bakı, 1981.

  6. Mirzə Nəsrullah Didə Kitabün-nəsayeh. Nəşrə hazırlayan: M.Nağı­soy­lu, T.Sadıxova. Bakı, Nurlan,2008.

  7. Mümtaz Salman Nəsrullah Didə. Bakı, 1928.

  8. Şirvani Seyid Əzim. Əsərləri.III cild.Tərtib edən:Süleyman Rüstə­mov, Bakı, Elm nəşriyyatı, 1974.

  9. Tərbiyyət Məhəmmədəli. Danışməndani-Azərbaycan. Bakı, 1987.

  10. Türk Əlyazmaları Kataloqu, II cilddə.Bakı, Nurlan, 2009.


Əlyazmalar:


  1. Mirzə Nəsrullah Didə. Şeirlər. C-265.

  2. Qulam Məmmədli. Təzkirə B-2701.


Əbdülrza Balazadə

(Əlyazmalar İnstitutu)
SİYAVUŞ VƏ SÜDABƏ” DASTANININ H.CAVIDIN “SİYAVUŞ” PYESİ İLƏ MÜQAYİSƏSİ
Firdovsinin “Şahnamə” əsəri özündən sonrakı dünya ədəbiyyatına, xüsusən də Şərq xalqlarının ədəbiyyatına güclü təsir göstərmişdir. Qə­dim tarixi, mifoloji, məişət və dini köklərə söykənən “Şahnamə” özü­nün tükənməz və zəngin mövzuları, motivləri, süjet və obrazları ilə hər zaman ədiblərin və şairlərin diqqətini özünə cəlb etmiş və hər kəs öz imkanları daxilində ondan yararlanmağa çalışmışdır.

Fars və azərbaycan xalqlarının eyni nağılları, eyni zərbül-məsəlləri, eyni adət və ənənələri olmuşdur (3, 35). Yəqin ki, elə buna görə də Azər­baycanda “Siyavuş və Südabə” dastanına hər zaman böyük maraq ol­muş, ədib və şairlər bu mövzuya müraciət etmişlər. XX əsr Azər­bay­can ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri və Azərbaycan ədəbiyyatında ilk mənzum pyesin müəllifi Hüseyn Cavid (1882-1941) də özünün “Siyavuş” faciəsini məhz Firdovsinin “Şahnamə” eposun­dakı “Siyavuş və Südabə” dastanının motivləri əsasında qələmə almış­dır. Qeyd edək ki, böyük şair-dramaturq bu mənzum faciəsini Firdov­sinin 1000 illik yubileyi münasibətilə 1933-cü ildə qələmə almışdır.

H.Cavidin “Siyavuş” əsərində hadisələr Zabilistanda başlayır. Siya­vuş burada Rüstəm və digər pəhləvanların yanında döyüş təlimi və tər­biyə alır. O, həddi-büluğa çatdıqdan sonra atası Kavus onu öz yanına, pay­taxta dəvət edir. Siyavuşun saraya təşrif gətirməsi münasibətilə böyük bir ziyafət təşkil olunur. Kavus Siyavuşu analığı Südabəni görmək və onu ziyafətə dəvət etmək üçün Südabənin sarayına göndərir. Siyavuşu görən analığı bu gəncə vurulur və ona öz məhəbbətini izhar edir. Ancaq Siyavuş Südabəyə deyir ki, sən mənim anamsan. İstədiyinə nail ola bilməyən Südabə yaxasını cırır və haray salaraq guya Siya­vuşun atasına xəyanət etmək istədiyini bəyan edir. Kavus onların günah­sızlıqlarının sübutu üçün atəşdən keçmələri barədə göstəriş verir. Din xadimləri və münəccimlər Siyavuşun günahsız olduğunu söyləyir və təklif edirlər ki, birinci olaraq Südabə oddan keçməlidir. Ancaq Südabə oddan keçməkdən boyun qaçırır və Siyavuşa olan sevgisini eti­raf edir. Kavus əmr edir ki, Südabənin boynu vurulsun. Lakin Siyavuş və şahın vəziri Kavusdan Südabəni əfv etməsini xahiş edirlər. Kavus Sü­dabəni öldürməkdən vaz keçsə də, onun zindana salınması və heç kimlə görüşməyə icazə verilməməsi barədə göstəriş verir.

İkinci səhnədə Kavus Turan qeysəri Əfrasiyabın qalasının yaxınlı­ğın­da qala tikdirir. Bu zaman Çin ölkəsi həm İran və həm də Turanla siyasi əlaqələr saxlayırdı. Rəqqasə sifəti ilə bir çinli qadın və elçi sifəti və Kosa adı ilə çinli bir kişi Turan ilə İranın arasını vurmaq məqsədi ilə meydana çıxırlar. Cavid onları şər qüvvələrin təmsilçisi kimi canlan­dı­rır. Kavusun çinli rəqqasədən xoşu gəlir və ona Dürdanə adı verir. Dür­danə Kavusdan xahiş edir ki, onun Kosa ilə birlikdə İranda qalmasına icazə versin. Kavus buna razılıq verir və çinli rəqqasə qız Kavusun sa­rayında qalır, rəqqasəliklə və müğənniliklə məşğul olur.

Bu arada İranın Çinlə sərhəddində xalq iğtişaşa qalxır. Səbəbi isə bir tərəfdən İran əsgərlərinin, o biri tərəfdən isə Turan qaçaqlarının xalqı incitməsidir. Kavus iğtişaşları yatırmaq üçün Siyavuşu həmin əraziyə göndərmək istəyir. Südabə buna etiraz edir və Siyavuşun müharibəyə get­məsini istəmir. Onun etirazına baxmayaraq, Siyavuş yola düşür. O, əhalini incidən çinli vali ilə üz-üzə gəlir. Siyavuş xalq ilə çinli valini həbs edir və zindana salır.

Turan tərəfdən Piran Siyavuşun yanına gəlir və onunla sülh bağlan­ması barədə danışıq aparır. Tərəflər İranla Turan arasında sülh bağlan­ma­sına qərara verirlər. Bunu eşidən Kavus əsəbiləşir və Rüstəmə deyir ki, sən və Siyavuş xainsiniz. Bu hadisədən sonra Siyavuş Turana gedir və ov edən Firəngizlə qarşılaşır. Daha sonra o, Turanın qeysəri və da­yısı Əfrasiyabın yanına yollanır. Əfrasiyab ona təklif edir ki, qızı ilə ev­lənsin və onun yanında qalsın. Siyavuş yolda ov edən bir qızla tanış olduğunu və ona vurulduğunu söyləyir. Məlum olur ki, o, Əfrasiyabın ona evlənmək təklif etdiyi qızı Firəngizlə görüşmüşdür.

İran-Turan sülhü İran tərəfindən Siyavuş və Turan tərəfindən Piran ara­sında bağlanır. Bundan rahatsız olan Kavus ilə Rüstəmin münasibət­ləri pozulur və Rüstəm belə qərara gəlir ki, Siyavuşla Zabula geri dön­sün. Ancaq artıq Siyavuş Turanda idi və Əfrasiyabın qızı Firəngizlə ev­lənmişdi.

Əfrasiyab Siyavuşa tac və var-dövlət təklif edir. Ancaq Siyavuş qə­bul etmir. Bu arada Firəngizin əmisi və Turan şahı olmaq xəyalı ilə ya­şayan pəhləvan Gərsivəz qardaşının Siyavuşa bəslədiyi münasibətdən na­rahat olur və Siyavuşa paxıllıq edərək onu ortadan qaldırmaq barədə düşünür.

Xalqa zülm edərək iğtişaşlara səbəb olmuş və Siyavuş tərəfindən zin­dana atılmış vali və onun müşaviri bir ildən sonra həbsxanadan qa­çır, ancaq təkrar həbs olunurlar. Xalq və ordu onların cəzalandırılmasını və dar ağacından asılmasını tələb edir. Gərsivəz isə Siyavuşdan xahiş edir ki, onları əfv etsin və onun ixtiyarına versin. Firəngiz də Siyavuş­dan təvəqqə edir ki, əmisinin sözünü yerə salmasın. Bu zaman elçi Kosa və rəqqasə qız məclisə daxil olurlar. Rəqqasə qıza oxuyub-oyna­maq və şərab paylamaq tapşırılır. Sonra Kosa rəqqasə qızdan tələb edir ki, Südabənin tapşırdığı zəhəri Siyavuşun qədəhinə tökərək onu öldür­sün. Rəqqasə qız bunu etməkdən boyun qaçırır. Kosa qəzəblənir və ona deyir ki, deməli, sən də Siyavuşa vurulmusan? Ona görə də onu öldür­mək istəmirsən? O, zəhər şüşəsini rəqqasə qızdan almaq istəyir. Rəq­qasə qız isə, guya, bilmədən onu yerə salıb sındırır. Bu zaman Kosa böy­ründən bir xəncər çıxarır və deyir ki, mən Siyavuşun işini bununla bitirərəm. Ancaq rəqqasə qız xəncəri onun əlindən qapır. Pərdənin ar­xa­sın­dan onların söhbətlərini eşidən Firəngiz məclisə daxil olur və rəq­qasə qızdan aldığı xəncərlə Kosanı cəhənnəmə vasil edir.

Gərsivəz Siyavuşu aradan götürmək üçün vali və müşaviri üçün qo­şun toplayır. Bu zaman Südabənin dayəsi Rübabə daxil olur və Gər­si­vəzə bir məktub verir. O məktubu Kavus oğlu Siyavuş üçün göndər­miş­di. Məktubda deyilirdi ki, Tus və Rüstəm Zabuldan, Çin xaqanı Çin tə­rəfdən Turana hücum edəcəklər. Sən də öz qoşununla öz tərəfindən Tu­rana hücum et və Əfrasiyabı əsir götür.

Bu vaxt Əfrasiyab gəlib çatır və Gərsivəz ona deyir ki, Siyavuş xain­dir. Lakin Əfrasiyab buna inanmır. Belə olanda Gərsivəz Kavusun Si­yavuşa yazdığı məktubu ona göstərir və əlavə edir ki, Siyavuş xaindir və sui-qəsd hazırlamışdır. Bu zaman Siyavuş arvadı Firəngiz ilə gə­lir­lər. Əfrasiyab atasının məktubunu ona verir. Məktubu oxuyan Siyavuş deyir ki, mən atamın tapşırığına əməl etməyəcəm. Firəngiz də atasına yalvarır və deyir ki, Siyavuş günahsızdır. Belə olan halda Əfrasiyab Siyavuşa təklif edir ki, o, öz qoşunu ilə İrana hücum etsin və onu yerlə yeksan eləsin. Siyavuş bu təklifi qəbul etmir. Belə olanda Əfrasiyab onun tutulması barədə göstəriş verir. Siyavuş deyir ki, əgər mən xain olsaydım, Sizin yanınıza əli silahsız gəlməzdim. O, onu tutmaq istəyən əsgərlərə müqavimət göstərir və onlara qalib gəlir, valinin müşavirini yaralayır, Gərsivəzi isə qovaraq öldürür. Daha sonra xalqın əhatəsində geri qayıdır və Əfrasiyaba deyir ki, mənim atam Kavus da, sən də hər ikiniz zalımsınız!

Firdovsinin “Siyavuş və Südabə” dastanı ilə H.Cavidin “Siyavuş” pyesini müqayisəsi göstərir ki, onların bir çox oxşar və fərqli cəhətləri vardır. Hər şeydən əvvəl, hər iki əsərin baş qəhrəmanı Siyavuş Za­bulustanda Rüstəmin yanında təlim-tərbiyə alır və əsl pəhləvan kimi ye­tişir. Siyavuş şəxsi keyfiyyətlərinin bir çoxunu, o cümlədən də igidlik, abır-həya, mətanət, səbr, ağıllılıq, adət-ənənələrə ehtiram, ədəb, əhdə vəfalılığı məhz Rüstəmdən əxz etmişdir (9, 258).

Firdovsinin əsərində Südabənin Siyavuş ilə tanışlığı belə baş verir ki, bir gün Kavus oğlu Siyavuşla sarayda əyləşmişdilər. Bu zaman Sü­dabə içəri girir və Siyavuşu görən kimi ona aşiq olur. O birisi gün Sü­dabə Siyavuşu öz sarayına dəvət edir, lakin Siyavuş bu dəvəti qəbul etmir. O zaman Südabə Kavusdan xahiş edir ki, Siyavuşu onun sarayına gön­dərsin, çünki bacıları Siyavuşu görmək istəyirlər. Kavus Siyavuşa göstəriş verir ki, get Südabənin sarayına, bacıların səni görmək istə­yirlər. Siyavuş Südabənin sarayına gəlir və Südabəni tam bəzənərək ba­şında tac zümrüd rəngli taxtında kənizlərin yanında oturmuş görür. Si­yavuşu görən Südabə yerindən qalxır, onu bağrına basır və üz-güzün­dən öpməyə başlayır.

Südabənin yersiz hərəkətləri, məzəmmətedici aşiqanə sözləri və öpüş­ləri Siyavuşu bezdirsə də, onu qəzəbləndirmək istəmirdi (4, 93). Bunula belə, o, özünü Südabənin qucağından kənara çəkir və ona ana deyə müraciət edir və sürətllə saraydan çıxır.

Bir müddətdən sonra Südabə təkrar Siyavuşu sarayına dəvət edir və ona aşiq olduğunu söyləyir (8, 82). O, Siyavuşu atasına xəyanət etməyə təhrik edir və onu hədələyir ki, əgər mənim istədiklərimi etməsən, dün­yanı sənə qara edərəm. Bunu eşidən Siyavuş ayağa qalxır və Südabənin sarayını tərk etmək istəyir, lakin Südabə onun ətəyindən yapışaraq bu­rax­mır və qorxur ki, Siyavuş onun bu hərəkətini atasına çatdırar və onu rüsvay edər. Südabə dırnaqları ilə üzünü cırır və qışqırır və yetişən Ka­vu­sa deyir ki, Siyavuş mənə təcavüz etmək istədi. Kavus fikrə gedir və Siyavuş günahsız olduğunu bildirir. Kavus belə qərara gəlir ki, kahinlər və başbilənlərlə məsləhətləşsin. Onlar da Südabə və Siyavuşun oddan keçərək günahsızlıqlarını sübut etmələri barədə məsləhət verdilər. On­lara görə, od günahsız insanı yandırmaz (7, 83). Siyavuş analığının is­təyinə əməl etmədiyi üçün onun böhtanına məruz qalmışdı (10, 129). Həm Firdovsidə və həm də H.Caviddə Kavus kahinlərlə məsləhətləşir. Ancaq H.Cavidin “Siyavuş” əsərində Siyavuşun oddan keçməsi mə­sə­ləsi qoyulmur. Bundan başqa, H.Cavidin pyesində Siyavuşla bağlı ma­cəralar bir neçə səhnədə təzahür edir. Əslində bu bir neçə səhnədə bö­yük mütəfəkkir öz ideya və düşüncələrini ortaya qoyur.

H.Cavidin köhnə mətnlər, əsatirlər və xüsusən də “Şahnamə” ilə yaxından tanışlığı şairə imkan vermişdir ki, bütün bunlardan istifadə edərək özünün dəyərli pyesini qələmə alsın. Məlum olduğu kimi əsatir təcrübəsi ilə tamaşa arasında oxşarlıq vardır (5, 7). Pyesin bəzi yerlə­rin­də oddan keçməkdən bəhs olunur. Şübhəsiz ki, müəllif odun müqəd­dəs­liyinin və ondan keçmənin İran mifologiyasında axtarmaq lazım oldu­ğunu bilirdi (6, 41). Digər tərəfdən də, İran mifologiyasında od vasitəsi ilə sınaqdan çıxartmaq “ver” sözü ilə ifadə olunmuşdur, yəni ver yox­la­ma deməkdir. Məhz bu yoxlama, yəni onun cavabı ilə günahsız gü­nahkardan seçilirdi.

Firdovsinin əsərində Südabə şəhvətpərəst və ifritə bir qadındır. O, öz ləyaqətsiz məqsədinə çatmaq üçün hər cür mənəvi dəyərləri tap­da­layır. Onu ancaq ögey oğluna olan heyvani hissləri maraqlandırır. O, Si­yavuşla bir neçə görüşdən sonra açıq şəkildə öz eşqini ona bəyan edir. Firdovsi Südabənin timsalında pozğun və əxlaqsız bir qadın obrazı yaratmışdır. Şairin Südabə obrazı onun digər qadın obrazlarından kəs­kin bir şəkildə fərqlənir. Bu fərqlənmə Südabənin əxlaqsızlığında, xain­liyində, yalançılığında, hiyləgərliyində və qansızlığında özünü biruzə verir. Məhz elə bu cəhətlərinə görə o, Rüstəm tərəfindən öldürülür. H.Cavidin “Siyavuş” pyesində Südabənin ögey oğluna qeyri-qanuni eşqi qabarıq bir şəkildə təqdim olunmuşdur. Bu pyesdə də Südabə “Şah­namə”də olduğu kimi məkrli, hiyləgər, xain, ənənədən kənara çıxan, qarşısındakını hərəkətə sövq edən, öünə güvənən, başqasının hey­siyyətinə biganə qalan,məhəbbət oyunlarında aktivlik iblisanə bir qa­dındır (1, 231).

“Siyavuş” pyesində Südabə Suriya ölkəsinin şahzadəsidir. Onun da­yəsinin adı isə Rübabədir. Ancaq Firdovsodə Südabə Hamavəran ölkə­sinin şahzadəsidir, onun dayəsinin adı isə göstərilmir.

H.Cavidin əsərində Südabə Siyavuşa olan eşqini açıq şəkildə etiraf edir. Kavus Südabənin edam olunması barədə fərman verir. Lakin Siya­vuşun və vəzirin xahişi ilə o, öz fikrindən vaz keçir. Firdovsinin “Si­ya­vuş və Südabə” əsərində isə Südabə Siyavuşa olan qanunsuz eşqini eti­raf etmir, əksinə o, Siyavuşun ona təcavüz etdiyini israr edir. Burada yalnız Siyavuş Südabənin bağışlanması haqda atasından xahiş edir. Yə­ni H.Cavidin əsərində Südabənin edamdan qurtarmasında vəzirin heç bir rolu olmur.

Firdovsidə Siyavuş döyüşkən, igid, xeyirxah və ağıllı bir pəhləvan kimi təsvir olunur. O, həm də sülh tərəfdarıdır və Turan ordusunu sülh bağlamağa və müharibəni dayandırmağa razı salır və heç vaxt da öz sülh müqaviləsini pozmur. Bununla da atası ona qəzəblənir və Rüstəm Kavusdan üz döndərir və öz qoşunu ilə Zabulustana üz tutur. Siyavuş iki yoldan birini seçmək məcburiyyətində qalır. O, ya Piran Vise ilə Tu­rana getməli, ya da İrana qayıdıb Südabənin hiylələri ilə mübarizə apar­malıdır. Siyavuş birinci yolu seçir və Piran ilə Turana gedir.

Firdovsinin “Siyavuş və Südabə” dastanında analığının böhtanından və atasının yanlış münasibətlərindən inciyən Siyavuş Turan ölkəsinə daxil olandan sonra Piranın qızı Cərirə və Əfrasiyabın qızı Firəngiz ilə evlənir. Ancaq H.Cavidin “Siyavuş” pyesində isə Siyavuş ancaq Əf­rasi­yabın qızı Firəngizlə evlənir. Burada hətta Firəngizin atası ondan Si­yavuş ilə ailə qurmaq istədiyini soruşur. Firdovsidə isə belə bir epizoda rast gəlinmir. Görünür, burada H.Cavid özünün demokratik düşüncə­lə­rinə əsaslanmışdır.

Firdovsinin “Siyavuş və Südabə” dastanı ilə H.Cavidin “Siyavuş” pyesi arasındakı digər bənzərliklər İran şahı Kavusla bağlıdır. “Şah­na­mə”də Kavus Kəyan sülaləsinin ikinci padşahıdır. O, Keyqubadın ən bö­yük oğludur və atasından sonra padşahlıq ona yetişir. Kavus “Şahna­mə”də təsvir olunan böyük şahlardan biridir, ancaq o, macərapərəstdir və onun xislətində çoxlu zəif və zalım xüsusiyyətlər cəmləşmişdir (9, 257). “Şahnamə”nin bəzi yerlərində Kavus oxucu tərəfindən qınaq ob­yektinə və yalançı padşah simvoluna çevrilir. Firdovsi Qudərzin dili ilə deyir ki, Kavus özünün pis təbiəti ilə hər zaman müharibə meyvəsi verən bir ağacdır.

Kavus xəbis, özündən razı, kütbeyin və qadın düşkünüdür. Onun bu xüsusiyyətləri özünün və İranın təhlükələrlə qarşılaşmasına səbəb olur. Kavusun başına gələn ən ağrılı və son hadisə oğlu Siyavuş ilə arvadı Südabənin münasibətləridir. Çünki bu hadisədə Kavusun əmri ilə tonqal qalanır və Siyavuş öz günahsızlığını sübut etmək üçün oddan keçməli olur və bu sınaqdan sağ-salamat qurtarır.

H.Cavidin “Siyavuş” pyesində isə belə bir epizod yoxdur. Böyük mü­təfəkkir H.Cavid Kavusun yuxarıdakı mənfi xüsusiyyətlərinə bir də onun sarayın kiçik yaşlı xidmətçi qızlarına təcavüz edən əxlaqsızlığını əlavə etmişdir.

Firdovsinin “Şahnamə”sində Siyavuş Turan qoşununu məğlub et­dik­dən sonra bir miqdar döyüşçünü əsir götürür. Ancaq H.Cavidin “Si­yavuş”unda belə bir epizoda rast gəlmirik.

Bundan başqa Firdovsidə Turan padşahı Ədrasiyab Siyavuşun qay­natası kimi təqdim olunur. H.Caviddə isə Turan padşahı Əfrasiyab Si­yavuşun həm qaynatası və həm də dayısıdır.

“Şahnamə”də Piran düşmən cəbhəsində yer alsa da, Firdovsi onu ağıllı və mülayim bir obraz kimi təqdim edir. Piran problemlərin ağılla çözülməsi və sülh tərəfdarıdır. O, həm də Siyavuşun, Firəngizin və Key­xosrovun hamisidir. H.Cavid də Piranı ağıllı, dürüst və asayiş tə­rəfdarı kimi təqdim edir.

Bu iki əsərin başqa ortaq qəhrəmanlarından biri də Gərsivəzdir. Fir­dovsi onu Əfrasiyabın qardaşı, ən yaxın adamı, ordu komandanı və mü­şaviri və ən mənfi obraz kimi təqdim edir. Gərsivəz Siyavuşun Turanda olmasını və Əfrasiyabın ona yaxşı münasibətini özünə təhqir kimi qəbul edir. Bu, onu kinli və xəbis bir insana çevirir. Müqayisə olunan hər iki əsərdə bu kin özünü kəskin bir şəkildə biruzə verir. Gərsivəz hiylə ilə Əfrasiyabı Siyavuşa qarşı qaldırır.

Həm “Şahnamə”də, həm də “Siyavuş” pyesində üstüörtülü şəkildə Si­yavuşun səhvinə toxunulur. Bu səhv Siyavuşun Gərsivəzə etimad et­məsidir. Siyavuş Gərsivəzin özünə qarşı xoşniyyətli olduğunu düşü­nür və Siyavuşun saflığı onun ölümünə səbəb olur.

“Şahnamə”nin başqa bir epizodunda Əfrasiyab öz qoşununa Siya­vuş­la vuruşmağı əmr edir. Siyavuş isə özünün dostluğunu və günah­sız­lığını sübut etmək üşün ordusuna əmr edir ki, qılınclarını qınlarından çıxartmasınlar. Belə olan halda Siyavuşun bütün qoşunu məhv edilir, özü isə yaralanaraq əsir düşür və ən qəddar bir şəkildə onun başını bə­dənindən ayırırlar. Hər iki əsərdə İran şahzadəsi Siyavuş Gərsivəzin pis niyyəti və Südabənin məkri ilə cərəyan edən keşməkeşli hadisələrin qur­banı olur və müqavimətsiz öldürülür.

“Siyavuş və Südabə” əsəri “Şahnamə”nin bir neçə fərqli və keş­mə­keşli macəralarla dolu ən mürəkkəb dastanıdır. Burada oxucu per­so­najların fəaliyyətərinin müxtəlif epizodlarına heyran olur. Sanki bu per­sonajlar oxucunun öz ətrafından götürülmüş və onun dili ilə danışırlar.

Yuxarıda qeyd ounduğu kimi, H.Cavidin “Siyavuş” mənzum pyesi Firdovsinin “Şahnamə”sinin motivləri əsasında nəzmə çəkilmişdir. La­kin H.Cavid bəzi epizodları və səhnələri qəsdən dəyişmiş, onlara yeni çalarlar artırmaqla özünün humanist düşüncələrinə görə təqdim etmiş­dir. Nəticədə onun “Siyavuş” pyesinin sonu Firdovsinin “Siyavuş və Sü­dabə” dastanının sonundan bir qədər fərqlənir.

Hər iki əsərin müqayisəsindən məlum olur ki, H.Cavidin məqsədi Firdovsinin “Siyavuş və Südabə” dastanında qələmə aldığı bütün epi­zod­ları başqa bir şəkildə təkrarlamaq olmamışdır. Əksinə, o, şahların zülmü, Südabənin qeyri-əxlaqi eşqi, Gərsivəzin hiyləğərliyi, şahların cəmiyyətdəki zalım mövqeyi və s. məsələləri qabartmaq və öz bəşəri ideyalarını qabarıq bir şəkildə ifadə etmək istəmişdir. O, öz əsərində Siyavuşu şahzadədən daha çox demokratik gəncliyin nümayəndəsi kimi təqdim və tərənnüm etmişdir (2, 369).

Əlbəttə, H.Cavidin düşüncəsi Firdovsinin fikirlərinə yaxındır. Hər iki müəllifə görə zalım şahlar ölümə məhkumdurlar.

Müqayisə olunan hər iki əsərdə təsvir olunan obrazları qruplara ayırmaq olar: adi, qarışıq, qabaqcıl, igid, şər qüvvələrin təmsilçiləri və s. Bu bölgü obrazların daxili aləminin açılmasına və özəlliklərinin mey­dana çıxmasına, eləcə də əsərdə oynadıqları rolun daha düzgün an­laşılmasına kömək edir. H.Cavid öz pyesində obrazlar silsiləsini belə ya­radır: Kavus və Südabə-nifrət qaynağı, rəqqasə və Kosa-şər qüvvə­lərin təmsilçiləri, Gərsivəz-hiyləgərliyin ifadəsi, Piran-sülhün carçısı, şahlar-zülmkarların hamisi. Cavid öz əsərində Firdovsidən gələn əsas mo­tivləri saxlamışdır. Belə ki, həm Firdovsidə və həm də Caviddə Si­yavuş pak və atasına sadiq bir şahzadə kimi təsvir olunmuşdur. Mü­qa­yisə olunan hər iki əsərdə analığının hər cür fitnə-fəsadı onu yolundan döndərə bilmir.

Əlbəttə, səhnə əsərlərinin imkanları dastanlardan fərqlidir. Bəlkə də elə buna görə H.Cavidin “Siyavuş” pyesi Firdovsinin “Siyavuş və Sü­dabə” dastanı ilə müqayisədə yığcam və lakonikdir. Belə ki, pyesdə Fir­dovsinin “Siyavuş və Südabə” dastanında rast gəldiyimiz Siyavuşun oddan keçməsi, Südabənin iftiraları, Siyavuşun Turan ordusu ilə dö­yü­şü, Siyavuşun Piranın qızı Cərirə ilə evlənməsi, Əfrasiyabın hüzurunda Siyavuşun çövqan oyununda qalib gəlməsi, Gərsivəzin siyavuşa qarşı sui-qəsdləri, oğlu Forudun öldürülməsi, Cərirənin oğlunun yastığı ba­şın­da özünü öldürməsi və s. epizod və səhnələrə rast gəlmirik. Əksinə H.Cavid “Siyavuş” pyesində Südabənin qeyri-qanuni eşqi, Kavus şahın oğlu Siyavuşa qəzəblənməsi, Kavusun İran milli qəhrəmanı Rüstəmi məzəmmət etməsi, Kavusun müharibəyə rəvac verməsi, Gərsivəzin kin və küdurəti epizodlarını önə çəkmişdir. Dramatik hadisələr pyesin əsas ünsürlərindən olsa da, H.Cavid onları müxtəsər və yığcam bir şəkildə təqdim etmişdir.

Əlbəttə, H.Cavid “Siyavuş” pyesini təkcə Südabənin öz oğulluğuna olan qeyri-əxlaqi eşqi üzərində qurmamışdır. Sənətkar bir mütəfəkkir və şair kimi onu narahat edən bir çox məsələlərə bu əsərdə öz mü­na­sibətini ifadə etmişdir. Şübhəsiz ki, bu mansibət və düşüncələrin kö­kündə onun yaşadığı dövr və şəraitin də rolu, təsiri və tələbləri var idi. Bəlkə də elə bu amilə görə H.Cavid öz əsərində Firdovsidə qabarıq bir şəkildə verilmiş mifoloji süjetlərə, obraz və epizodlara yer ver­mə­miş­dir. H.Cavidin “Siyavuş” pyesini yazarkən bəzi səhnələrdə, epizod və motivərdə, eləcə də obrazlarda Firdovsidən “uzaqlaşması” daha çox onun mövzunu öz zamanına və dövrünə uyğunlaşdırması kimi izah etmək olar. Çünki hər bir yaradıcı insan, ilk növbədə, öz əsrinin və zamanının fərdidir və onun düşüncə tərzinə uyğun olaraq yazıb-yaradır.
ƏDƏBİYYAT:



  1. Əzizova N. Hüseyn Cavidin dramaturgiyasında qadınların tipləri və Cavidin məhəbbət konsepsiyası. Bakı: Sabah, 2005, 272 s. 3

  2. Hüseyn C. Əsərləri. 5 cilddə. III c. Bakı: Yazıçı, 1984, 378 s.7

  3. Sultanov M. Yazılı abidələrin tədqiqi (məqalələr toplusu). Bakı: Nurlan, 2010, 170 s. 20

4.بیضایی،بهرام،1376 ، سیاوش خوانی، تهران،نشر روشنگران.232 صفحه

5.اسلامی ندوشن ، محمدعلی، 1382 ،جام جهان بین،تهران، نشر قطره .407 صفحه



6. الیاده، میرچا ،1362 ، چشم اندازهای اسطوره ، ترجمهء جلال ستاری،تهران،انشارات توس . 220 صفحه

7. پیگوت، ژولیت، 1378، اساطیر ژاپن،ترجمهء باجلان فرخی،تهران، نشر اساطیر. 250 صفحه

7.تودوا ، ماگالی، 1377،ازپانزده دریچه ،زیر نظر محمد کاظم یوسف پور، انتشارات دانشگاه گیلان، رشت. 198 صفحه

8.حمیدیان، سعید، 1372، درآمدی براندیشه و هنر فردوسی، نشر مرکز، تهران، چاپ اول. 466 صفحه 75

9.سرّامی ، قد معلی، 1373، ازرنگ گل تا رنج خار، انتشارات علمی و فرهنگی، تهران، چاپ دوم. 1087 صفحه

10.کرانسوولسکا،انا ، 1382، چند چهرهء کلیدی در اساطیر، ترجمه ژاله متحدین تهران،نشر ورجاوند،334 صفحه 116


Musarza Heydərzadə

(Əlyazmalar İnstitutu)
PEYĞƏMBƏRİN (S) SƏMAVİ ƏSRARININ VARİSLƏRİ VƏ TƏSƏVVÜF ŞAİRLƏRİ

Bütün tarix boyu ərəb və fars dillərindən alınmış söz və iba­rə­lər dünyanın böyük bir regionununa səpələnmiş türklərin bir-bi­rin­dən bəzən həddən artıq fərqlənən söz ehtiyyatının bir hissəsini sı­radan çıxartmaqla əslində bütün türk dillərinin ortaq ərəb və fars (xü­susən ərəb) alınmaları hesabına bir-birinə yaxınlaşmasında əvəz­siz müsbət rol oynamışdır... Mütləq əksəriyyəti türkdilli abi­də­lər­də təsbit olunaraq bizə uzual və okkazional söz və ifadələr kimi gə­lib çatmışdır.”( M.Adilov; 12,3).

Bəllidir ki, klassik Şərq ədəbiyyatını Səmavi əsrar xəzinəsinin qay­na­ğı olan ərəbdilli Quran hikməti ilə müzəyyin edən həmin müsbət amil bu ədəbiyyatın İslam Peyğəmbərinin(s) göstərişinə rəğmən təsis olun­muş müvafiq “Təsəvvüf məktəbi”ni izləməsi ilə bağlı olmuşdur. Necə ki, XII əsrin mütəfəkkir Azərbaycan şairi ƏfzələddinXaqani yazırdı:

Bütün dərvişlərin şahı olmuşdur Əhmədi-Mürsəl,



Ki, “Nüni-vəl-qələm” Qur`anda səbt etmiş bu fərmanı.

(10,104)

Belə ki, Allahın Rəsulu (s) “doğru təriqət”i izləyən təsəvvüf əhli­nin bəyanında buyurur: “Allah-taala tərki dünyalığı bizim taleyi­mi­zə yazmamışdır. Mənim ümmətimin riyazətkeşliyi Allah yolunda mü­ba­rizə aparmaqdır”(4,29).

Allahın Rəsulundan(s) sonra bu “Təsəvvüf məktəbi”ni təsis edənin isə onun xas canişini və vəsisi Əli ibn Əbi Talib(ə) olması mərifət əh­li­nə bəllidir. Deməli, zahirdə tərkidünya kimi görünən, xəvas əhli olan hə­qiqi sufilərin əslində Peyğəmbərin(s) hikmət elminin varisi olan İmam Əlinin(ə) “Rəyazət məktəbi”nin xas ardıcılları (müridləri) ol­du­ğu şübhəsizdir.

Təsəvvüf aləmində “Kuntu kənzən” (“Mən gizli bir xəzinə idim...”) buyuran Allahın sirrinin faş olunma əsrarı isə, hələ Ələst alə­mində Allahın öz Rəsuluna(s) xitabən buyurduğu “Lov lakə...“Əgər sən olmasaydın aləmləri yaratmazdım, səni Əliyə xatir, hər ikinizi isə Fatiməyə xatir yaratdım”- ta ki, qiyamətə qədər Allahın nuru mərifəullahı kamilən təsdiqləyən bir nəsil ilə tamamlansın”(1,1b)-qüdsi hədisi ilə mənalandırılır. Buna görə də sufilər arasında İlahi Dər­gahın mərhəmi olan Peyğəmbər(s) Əhli-beytinin izlənilməsi bəyanında Allahın “Ələstü birəbbikum?”-sorğusuna, Adəm nəslinin:“Bəla!” –cavabına (“Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərin­dən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: "Mən sizin Rəbbiniz deyiləmmi?" - soruşmuş, onlar da: "Bəli, Rəbbimizsən!" - deyə cavab vermişdilər. (Ki,) qiyamət günü: "Biz bundan qafil idik"-deyə bilməsinlər (7/172) və sonra “O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən: "Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz", - deyə əhd almış və onlara: "Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi? - demişdi. Onlar da: "Təsdiq etdik!" - deyə cavab vermişdilər. (Onda) Allah: "Elə isə (bir-birinizə) şahid olun! Mən də sizinlə bərabər şahid­lər­dənəm",-deyə buyurmuşdu! (3/81)) –sədaqət Allah ilə əhd-peyman sayılır ki, bu da İlahi mərifət əhli olanlardan gizlin deyil. Peyğəmbə­ri­nin (s) Pak Əhli-beytinə itaət edəcəkləri barədə Adəmzadələrdən “Bəli!” cavabı alan Allah, sonra buyurur:Biz ona haqq yolu göstər­dik. İstər (nemətlərimizə) minnətdar olar, istər nankor. (Bu onun öz işidir). (76/3).

Allahın Rəsulunun (s) da bu xüsusda bəyanı məlumdur: Mən sizi açıq və aydın bir yоl üzərində qоymuşam, elə bir yоl ki, оnun gecəsi də gündüzü kimidir. (Hətta, gizli qalması vacib оlan cəhətlər belə haqqı tapmaq istəyənlərin həqbin nəzərində çоx aşkardır).

Peyğəmbərdən(s) sonra onun vəsiyyəti əsasında dininin pasibanı və xanədanınından olan İmam Әli (ə) buyurur:Həqiqətən Allah-taala bən­dələrinə öz əmri ilə yaxşı işlər görməyi əmr etmiş və onları öz nəhyləri ilə pis işlərdən çəkindirmişdir. Onun bəndələrin üzərinə qoyduğu vəzifələr çətin yox, asandır... Amma, vay olsun sənə (ey qəzavü qədəri mütləq bilən və Allahın işlərini cəbri sayan nadan!) Sən elə zənn edirsən ki, qəza mütləq (Allahın cəbri olaraq başa gətirdiyi) bir qədərdir? Әgər belə olarsa, o zaman (Allahın) savab və əzabdələri (cənnət və cəhənnəm) batil, günahkarı tənqid et­mək və xeyirxahı tərifləmək, ona təşəkkür etmək əbəs mənasız olar.(12,481).

İmam Cəfər Sadiq (ə) buyurur: Әhli-beyt məktəbində Allaha aid olan hidayət və zəlalət məfhumları insanların ixtiyarını inkar et­mək mənasında deyildir. Bu məktəbin nöqteyi-nəzərində insan hə­qiqi mənada ixtiyar və iradə sahibidir. Lakin Allah insana xeyir və şər yollarını Quran və Əhli-beyt ilə açıq-aydın bəyan etdiyindən, o, gördüyü bütün işlərdə məsuliyyət daşıyır. Amma, əfsus ki, Әhli-beyt (ə) məktəbini yıxmaq üçün hər bir dövrdə daimi olaraq Әhli-beytə yalan nisbətlər verən yalançılar mövcud olacaqdır.

Əlbəttə İmamların(ə) şərh etdiyi bu hikməti Rəbbani alimlərdən baş­qa­sı dərk etməz. Necə ki, bu mətləb haqqında Azərbaycanlı xəlvətiyyə şeyxi Yusif Miskurinin AMEA M.Füzuli adına Əİ-da hifz olunan bir əl­yaz­masında yazılır: “(Əhdə sadiq) alimlər Allahın xas bəndələridir! (Doğru yolu izləyən) alimlər Peyğəmbərlərin vərəsələridir!” (1, 14a-15b).

Məhz sufi nəzəriyyəsinə görə də, “Hikməti xas alimlərdən başqası dərk etməz. Mürid Rəbbani bir mürşidsiz İlahi Dərgaha yol tapa bil­məz. Çünki, salikin (yolçunun) övlüya silsiləsinə bağlanmayan bir ha­di­yə (bələdçiyə) uyması zənndir. Zənnə əsaslananın iman isə batildir. Çün­ki ayəyə görə: “İnanın ki, zənn (şəkkiyat) ilə Haqdan heç bir şey hasil olunmaz”(10/36).

Əhli-beyti tanımaq isə “gizli xəzinə”dən (“kuntu kənzən”dən) əs­rar tanımaq deməkdir. Əlamə Məclisi “Biharül-ənvar”-da (c-2, s.236.) yazır: “Cabir Cofi nəql edir ki, həcc əməllərini qurtardıqdan sonra İmam Baqir(ə)ın hüzuruna gedib, bizə nəsihət etməsini istədik. Neçə nəsihətdən sonra buyurdu: “Bizim sirrlərimizi naxələf adam­lardan gizlin saxlayın! ... Bizm tərəfimizdən sizə çatanlara diqqət edin... Əgər hər hansı bir şeydə şübhəyə düşdünüzsə, onun haq­qın­da qəti qərara gəlməyin, onu bizə deyin, necə lazımdırsa sizə bəyan edək. Əgər hər kim dediyim kimi olub, hüduddan kənara çıxmasa, İmam Zaman (ə.f) zühur etməmiş ölsə şəhid kimi ölər. Amma hər kəs İmam Zamanı(ə.f) görsə və uğurunda öldürülsə iki şəhidin sa­vabını qazanar. Hər kəs onun hüzurunda bir düşmən öldürsə iyir­mi şəhidin səvabı ona çatar.” (2,70).

Bu xüsusda Azərbaycan klassik ədəbiyyatını İlahi eşq karvanının ərəbdilli və farsdilli ədəbi nümunələri səviyyəsinə qaldıran irfan şairlə­rin­dən biri, böyük İslam Peyğəmbərinin pak soyuna mənsub Seyyid İma­dəddin Nəsimi deyir:

Əlminnətilillah ki, bu gün yarımı buldum,



Könlümdə duran Dilbərü Dildarımı buldum...

Faş eyləməzəm razimi naməhrəmə, çünkim

Məhbubi-əmin, məhrəmi-əsrarımı buldum”.(Nəsimi; 6,61).

Deməli (Yəqin əhlini izləməklə hasil olan) bəsirət ruhun gözü­dür”(1,14a-15b)-deyən Miskuri əlbəttə haqlıdır.

Ömrü boyu Kərbəlada Peyğəmbərin(s) şəhid nəvəsi İmam Hüseynin (ə) məqbərəsinin çıraq yandıranı olan Füzuliyə görə:

Hər kimin aləmdə miqdarıncadır təbində meyl,



Mən ləbi-Cananımi, Xızr abi-heyvanın sevər” (3,43).

İlahi hadilər olan Əhli-beyt imamlarından üz döndərənlər haqqında təzəkküri ayədə isə buyurulur: “Ələm ə`həd iləykum ya bəni Adəmə ən la tə`budu şeytan...?” ("Ey Adəm övladı! Məgər Mən sizdən əhd al­ma­dımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşmə­ni­nizdir”). (36/60).

Sufiyanə və dərvişanə gəzərgi həyatı yaşam tərzi seçtmiş bu əzabkeş zümrənin yeganə məqsədi “Qalu: Bəla” əhdinə sadiqlik və Allahın “si­ratəl-müstəqim”indən dönməmək olmuşdur. Yəni, Təsəvvüf əhli Rəbbani bir zümrə olaraq yaranmışın öz Yaradanına və yaranma səbə­binin mərifətinə yetişə bilməsi üçün “siratəl müstəqim”i nicat yolu kimi xəlqə təbliğ etmək öhdəliyi götürmüşdür. “Gövhərin yek danə­sindən iləri pərgar idim” (5,256)-deyən Xətai əhdə vəfadar olan tə­səv­vüf əhli haqqında yazır:

Biz əzəldən ta əbəd meuydanə gəlmişlərdənüz,



Şahi-Mərdan eşqinə,mərdanə gəlmişlərdənüz

Yazmaqa “Həqdən kəlamüllahi-natiq şərhi”ni,

Kim bəyani- elm ilən Quranə gəlmişlərdənüz” (5,190).

Əhli-beytin maarifləndirmə məktəbində təlim almış Fəzlüllah Nəi­mi­nin müridi, XIV əsrin axırları XV əsrin əvvəllərində yaşayıb-yarat­mış və irfani- rəmzi ibarələrlə incə dini mətləblər və ifadə edən böyük təsəvvüf şairi Seyid Əli İmadəddin Nəsimi (1369-1417) deyir:

Həqbin nəzəri bayəd, ta ruye-məra binəd;

Çeşmi ki, xudbin bovəd, key ruye-Xoda binəd?”

(Ta çöhrəmi görmək üçün haqqı görən bir göz gərək,

Bir göz ki xudbin ola, Allahı da görməyəcək!-M.H) (6,5).

Qəstəmonili Lətifi və Qınalızadə Həsən Çələbi İlahi mərifətini Əhli-beyt məktəbinin ədəbi mənaqiblərindən əxz edən və yaradıcı irsini Əhli-beyt sevər Azərbaycan xalqının mənəvi sərvətinə çevirən Seyyid Nəsiminin mənsubluğunu Bağdadın Nəsim nahiyyəsinə işarə etsələr də, Salman Mümtazın 1926-cı ilə qədərki araşdırmalarından və digər tədqiqatlardan şairin Şamaxıda Peyğəmbər(s) soyuna mənsub bir seyyid ailəsində təvəllüd tapması qənaəti daha məşhurdur (94a,264). Həsənoğ­lu­dan və Qazi Bürhanəddindən sonra yaşadığı ərazidə Əhli-beyt maari­finin intişarına böyük ehtiyyac duyulduğunu nəzərə alaraq ilk əvvəllər Peyğəmbərin (s) şəhid nəvəsi, Seyyidü-şühəda İmam Hüseynə(ə) aşiq­li­yi­nə nəzərən “Hüseyniyyə” və Kərbəla faciəsinin əcəmə yayılmasının aş­kar bürhanı Həllac Mənsurun təqiyyəvi təriqəti əqidəsinə bağlılığına rəğmən “Həllaciyyə” təxəllüsü ilə çıxış edən və əsərlərini əsasən dün­yada Əhli-beyt aşiqləri kimi çıxış edən Azərbaycanlıların dilində yaz­mış Seyyid Nəsimi(7,265) əslində VIII əsrdən başlayaraq təqiyyəvi fəa­liyyət göstərən Cəfəri məzhəbinə xidmət edən bir sufi şairidir.

Amma müsəlman Şərqinin ictimai fikir tarixində zülmə qarşı müba­rizə aparmaqda və üsyankarlıqda bənzərsiz olan Nəsimi təəssüf ki, mə­lum və bəzi mübhəm səbəblərdən sovet dönəmində öz vətənində “pan­teist və “hürufi” olaraq islam dininə qarşı müxalifətçi ruhda çıxış edən” (7,267) bir şair kimi təbliğ olunmuşdur və bu təqdimat çoxları tərə­fin­dən də qəbul olunmuşdur. Yəni, həqiqətən də “Hər kimin aləmdə miq­darıncadır təbində meyl” (3,43)-deyən Füzuli yanılmır. Yəni, Də­də Ömər Rövşəni demişkən: “Susuz suyun aşiqidir, su dəxi, təşnə olan aşiqidir, ey əxi (8,276;).

Halbuki, Nəsiminin eyni zamanda fars və ərəb dilli yaradıcılığı za­man-zaman haqqı qəsb olunmuş və üstü fitnəkarlıqla ört-basdır edlmiş Peyğəmbər xanədanının sirrinin faş edilməsi ilə bağlı idi və ədəbi-fəl­səfi araşdırmalar da bu həqbin və arif şairin bəlkə də Zəmanə İmamı (ə.f) ilə görüşdüyünü ehtimal etməyə əsas verir.. Belə ki, şairin “Jilu­dəm” ləqəbli Şah Xəndan adlı şair qardaşı sanki bu sirrin faş olunması ilə başına gələ biləcək müsibətləri qabaqcadan görərək, yalvarışla Nəsi­miyə yazırdı:

Gəl bu sirri kimsəyə faş eyləmə,

Xanü xası aməyə aş eyləmə” (6,3).

Nuhun canişin oğlu Samı, İbrahimin canişin oğlu İsmayılı, Yəqubun ca­nişin oğlu Yüsifi, Musanın canişini Harunu, Zəkəriyyənin canişini Yəh­yanı, İsanın canişini Barnabanı izləmək İlahi əmr olduğu kimi İlahi bürhan olan İmam Əlinin də Məhəmmədin (s) canişini kimi izləməyin sə­mavi qərar olmasına, islamın vəcih köklərinə-Peyğəmbər (s) xanə­da­nı­na “qırılmaz bir ip”lə (2/256) bağlı mürşidi Fəzlullah Nəimi kimi yəqinliyi olan Seyyid Əli İmadəddin Nəsimi, qardaşına :

Dəryayi-mühit cuşə gəldi

Kövn ilə məkan xüruşə gəldi...” (6,4)

-məsnəvisi ilə cavab verir.

Nübuvvət xanədanı-Əhli-beyt İmamlarının haqqını qəsb edərən ha­ki­miyyət dəllallarına və onlara xidmət edən, şəriət ehkamları ilə saxta­kar­casına gözdən pərdə asmaqla müsəlmanların gözünə kül üfürən yal­taq ruhanilərə və hər cür istilaçı, bəşəri zülmünə qarşı etiraz etdiyindən, 1394-cü ildə mürşidi Nəiminin hiylə ilə edamından sonra:

Ey ruhi qüds ciffeyi dünyayə yapışma,

Gülzari-Cananı qoyuban xarə yapışma

Məhbubi-əmin, yari-əbəd var ikən ey dust,

Əğyar ətəyin tutmavü əğyarə yapışma...”(9,25)

-deyən, Seyyid Nəsimi Təriqət məktəbinin göstərişi əsasında əksəri şair­lərdən ibarət olan bir qrup təriqət dostları iolə Anadoluya gedir və orada məskunlaşırlar. Monqol və ərəb işğalçılarından cana doymuş Tür­kiyə ərazisində təqiyyəvi şəkildə Əhli-beyt maarifini yaymağa mənəvi məsuliyyət daşıyan Azərbaycanlı və digər millətlərdən olan sufi-dərviş və şairlərə böyük inqilabi təsir buraxan Nəsiminin şerləri tezliklə əldən-ələ gəzməyə başlayır.

Ey, mərifətin müshəfi, uş kənz ilə misbah,

Miftah budur, məcmu` -muxtarə yapışma...” (9,25).

Məhz bunun nəticəsidir ki: “türkiyəli şair Rəfii “Bəşarətnamə” adlı əsərində Nəsimini özünün ustadı kimi vəsf edir.”(7,266). Tə­bii ki, təqib olunan gəzərgi bir şairin kamil xəlvəti idarə edici bir məktəblə ra­bitəsi olmadan qərib bir şəhərdə teziklə belə nüfuz sahibi olması müm­kün deyildi. Digər tərəfdən də Mahmud Kaşğarinin hələ 300 il əvvəl:

Ayət, hədis anlamı türkcə olsa duyarlar,

Anlamına ərənlər başın əyib uyarlar...”(11,84)

-deyə surətpərəst islamçılıqla hakimiyyət sürənlərin iç üzünü göstər­miş­di. Əhli-beyt məktəbinin təqiyyəvi şeyxi Mahmud Kaşğarinin “Lü­ğa­tüt-türk” divanında yazdıqları isə sanki, islamı batilə qərq etmiş bu dünyagir xilafətə qarşı üsyna qalxacaq xələfi Nəsimi haqqında imiş:

Sevmiyorlar bilginlər sizin türk dilini,

Ərənlərdən eşitsən açar könül ilini” (11,84).

Şübhə yoxdur ki, bu əzəmətli irşad və mərifət məktəbinin yetirməsi kimi:

Ey kupeyi incidən edən, məndən eşit pənd..

Söz dürrünü tut lölöyi şəhvarə yapışma... (9,25)

–deyən Nəsiminin məfkurəsinin doğduğu inqilabi ruhiyyə islam əbasın­da maskalanmış və müsəlmanları “islami tiryək” ilə təriqət spektr­lə­rin­də uydurmuş, batil ərəb və əcəm dünyagirləri kimi Türkiyə irticaçı ha­kimiyyətində də təşviş doğurmaya bilməzdi. Belə vəziyyət isə qara yax­maqda çox əsrlik təcrübəsi olan hakimiyyət dəllallarının Nəsimini qərəzli təqiblərə hədəf etməsini labüd edirdi. Belə ki, “I Sultan Muradın zamanında Bursa və Anadoluda hürufilər ciddi şəkildə cəzalandırılırdı. İş o yerə çatır ki, Bursada Nizaminin “Xosrov və Şirin” poemasını türk­cəyə tərcümə edən şair Şeyxi ilə görüşüb dost olan və az bir zamanda məşhurlaşıb dillərə düşən Nəsimini Bektaşilik təiqətinin başçısı Hacı Vəli Bektaşi qəbul etməkdən çəkinir. Demək, belə bir vaxtda Nəsimi orada çox qala bilməzdi. (6,5).

Bir tərəfdən ağır təqiblərə tuş gəldiyindən, digər tərfdən də İmam Hü­seynin(ə) bəlağətdə atası İmam Əliyə oxşayan bacısı Zeyynəbin(s) Kərbəla faciəsindən sonra sürgün olunduğu Suriyaya gedib, orada tə­qiy­yəvi fəaliyyət göstərən “Zeynəbiyyə” hövzəsi ilə əlaqə saxlamağın vacibliyini hiss edən İmadəddin Nəsimi “təqiblərdən yaxa qurtarmaq üçün ömrünün son çağlarında Hələb şəərinə gedib çıxır”(6,5) və tezliklə orada fəlsəfi-lirik qəzəlləri ilə çoxlu dost və tanışlar qaza­nır (7,266). Seyyid İshaqın (“Kaşifül-əsrar və dafiül-əşrar”, h-1291) araş­dırmalarında bildirildiyinə görə “Hələbdə aşkar etiqad sərbəstli­yi­ni faş edən Nəsiminin təsəvvüfi-fəlsəfi görüşləri tezliklə islam kos­tyu­munda maskalanmış mərkəzi irticaçı feodal dövlət qurumları­nın maraqlarına toxunduğundan, şair orada da “mülhidlik və ka­fər­lik yayan batil əqidə” daşıyıcısı kimi şantaj edilməyə başlanır (7,266).

Hüseyn Bayqaranın vəziri Əmir Kəmaləddin Hseyn öz “Məcalisül üşşaq”(“Aşiqlər məclisi”) əsərində (s-320-325) Əhli-beyt xanədanı­nın, xüsusən də 12 İmamiyyə məzhəbinin sonuncu imamı Əbül Qasım Məhəmməd əl-Qaimin (Sahib-əz-Zaman Mehdinin) (ə.c) eşqinə tutul­muş Nəsimi haqqında yazdıqları by miskin şairn əsilliyini tanımaq üçün yetərlidir: “Nəimi nəfəsindən gələn nəsimləri qoxulayan Əmir Sey­yid İmaməddin Nəsimi...qərib bir aşiq və xanəxərab idi. Cavanlıq­da aşiq olmuşdu. Batindən zahirə çıxan nəfəs tufan kimi onun könül dənizini cüşü xüruşə gətirdi...,kəlmələri cəvahiri-əsrar kimi kənara töküldü. Zahirpərəstlərin nəzəri... ocəvahirlərə düşdükdə,... sözünü anlamadılar...Hələbdə bir zahiri üləmadan bir münkər on­dan soruşdu: “Bu (şe`rlərindəı vəsf etdiyin-M.H) cavanda nə görür­sən ki, bu qədər həyəcan və məstlik göstərirsən?” Cavab verdi ki, onun üzünün aynasında haqqın (Allahın) surətini müşahidə edi­rəm. Münkər dedi: “Biz də o cavanı görürük, bəs nə üçün o surət bizim gözümüzə görünmür?” Şair dedi: “Bu dövlətquşu sizin qabi­liyyətinizi özünə yuva etmədi və bu səadət quşu sizin hümmətinizin başına kölgə salmadı.”... Şairin düşməni o münkər...valinin yanına gedib, bir neçə yalan da artıraraq xəbər verdi”( 7,267).

Beləliklə dərisi soyulmasına fitva verilən Nəsimi islam maskasında hökmranlıq edənlərin və onların ideoloji labirintinə düşənlərin nəzə­rində bir dinsiz, kafir; həqbin irfan və mərifət əhlinin nəzərində isə səmavi qərarla bəşəri dəyərlərin qoruunması yolunda qüdsi bir şəhiddir. Dərisi kövneyn bazarının mətahı olan Nəsiminin öz adabıınca deylərsə:

Var razıni faş etmə, Nəsimi, bu avama,



Aləmdə bu gün məhrəmi-əsrar bulunmaz” (6, 61).

Ədəbİyyat:
1.Yusif əl-Miskuri, Silsilətül-uyun, AMEA. Əİ.,7072-5447.

2.Əlamə Məclisi “Biharül ənvarın hekayələri”, s.70.

3.Füzuli M, Heyrət ey büt, Bakı,1989

4.İştihardi M, On dörd məsumdan könlü oxşayan sözlər, tərc. F.Altan, Qum, 2001.

5.Məmmədov Ə, Şah İsmayıl Xətaı, Əsərləri, c.I.,Bakı,1975.

6.Səfərli Ə, İmaməddin Nəsimi, Seçəlmiş əsərləri, Bakı, 1985.

7.Azərbaycan ədəbiyyatı tarixi, Bakı ,1960.

8.Musayeva A, Dədə Ömər Rövşəni əlyazmaları üzərində araşdırmalar, Bakı,2003.

9.Nəsimi İ, Seçilmiş əsərləri, Bakı,1962.

10.Xaqani Şirvani, Bakı,1987.

11. Aidə Ağakərim qızı, Böyük problemlər romanı, s-109-133// Aydın, aylıq fikir dərgisi, N.3, 2007, s.150. 12. Nəhcül-bəlağə, Sohi Salehin tədqiq etdiyi çap.

12.Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri,. IX Respublika Elmi Konfransının materialları, Bakı, 2004, 339s


Саадат Муршудова

(Институт рукописей)
Тюркские рукописи в трудах Л.В.Дмитриевой
В период позднего средневековья во многих областях сов­ре­мен­ного СНГ тюркские языки являлись одними из распространен­ных письменных языков, наряду с арабским и персидским. Это обуславливалось политической ситуацией той эпохи. Историчес­кие события развертываются так, что со временем арабский и пер­сидский языки начинают терять свое превосходство, немаловаж­ную роль в политической и письменно - культурной сфере начи­нает играть турецкий язык. До наших дней сохранилось большое количество частноделовой и официальной переписки на тюркских языках арабской графике. Тюркоязычные памятники письмен­нос­ти, в особенности, поэтические и прозаические произведения име­ли огромную ценность не только на Ближнем и Среднем Востоке, но и во многих областях России, Европы и Америки. Тюркские ру­кописи украшают множество сокровищниц, архивов, библиотек лю­бой страны мира. Они хранятся в крупных библиотеках Герма­нии, Великобритании, Швеции, Дании, Австрии, Италии, Польши, России и многих других стран, тем самым являясь материальной ценностью государства, в котором они хранятся.

Процесс приобретения тюркских памятников письменности в Европе начался в результате роста интереса к культуре Востока, в особенности, в области литературы и искусства. Рукописи пе­реп­рав­лялись зарубеж разными способами: в качестве трофея, по­дар­ка, раритета, путем продажи, а также приобретались со сто­роны лю­бителей и коллекционеров древней книги. Уже в после­дующие годы стали организовываться научные экспедиции по сбо­ру руко­писей. Именно таким способом библиотеки России попол­ня­лись восточными рукописями.

Одной из богатейших сокровищниц тюркских рукописей яв­ляет­ся Институт Востоковедения АН в России. Важные сведения о тюркских языках впервые были представлены в трудах тюркского филолога М.Кашгари "Дивану лугат ат-тюрк" ("Словарь тюркских языков") XI века. В XV-XVII веках главным направлением тюрко­логии было изучение Османской империи и турецкого языка.
Фор­мирование тюркологии в России началось в XVIII веке. В лек­сиконе академика П.С.Палласа "Сравнительные словари всех язы­ков и наречий" (1787), изданном в Санкт-Петербурге, приведён лек­сический материал из татарского, мишарского, ногайского, башкирского и других тюркских языков. Как самостоятельная дис­циплина тюркология сформировалась в России во второй поло­ви­не XIX века. Большую роль в её становлении и развитии сыграли исследования М.А.Казембека ("Грамматика турецко-татарского языка", 1839), О.Н.Бетлингка ("Грамматика якутского языка", 1851), П.М.Мелиоранского ("Арабская филология о турецком язы­ке", 1900), А.Н.Самойловича ("Опыт краткой крымско-татарской грам­матики", 1916), Н.Н.Ильминского, И.Н.Березина, Л.З.Будаго­ва, В.Д.Смирнова и других учёных. В развитие отечественной тюр­кологии большой вклад внесли учёные тюркоязычных на­цио­наль­ностей: Ч.Ч.Валиханов, К.Насыри, М.Уметбаев, М.Ф.Ахун­дов, И.Алтынсарин, Н.Ф.Катанов, в советский период — тюрколо­ги В.А.Богородицкий, С.Е.Малов, Н.И.Ашмарин, Е.Д.Поливанов, Б.Чобанзаде, К.К.Юдахин, Н.К.Дмитриев, И.А.Батманов, С.Аман­жо­лов, Б.М.Юнусалиев, Дж.Г.Киекбаев, А.М.Щербак, М.Ш.Шира­лиев, Э.Р.Тенишев, А.Н.Кононов, Н.А.Баскаков, А.А.Юлдашев, Л.За­ляй и другие. Значительная работа была проведена по изу­че­нию говоров и диалектов тюркского языка, разработана грам­мати­ческая система тюркских языков, изданы научные грам­ма­тики.

Огромный труд был проделан известным тюркологом Л.В.Дмит­­­риевой, которая на основе всего фонда института под­готовила «Каталог тюркских рукописей Института востоковедения Российской Академии Наук», изданный в 2002 году.

Л.В.Дмитриева выдающийся тюрколог – лингвист и археограф (1924-1997). Она внесла весомый вклад в дело хранения, рестав­ра­ции, археографической обработки и введения в научной оборот всех фондов Рукописного отдела нынешнего Санкт-Петер­бург­ско­го филиала Института востоковедения РАН, особенно его соб­ра­ния тюркских рукописей. Превосходный лигвист и замеча­тель­ный знаток тюркских языков и рукописной книги на этих языках Л.В.Дмитриева своими работами внесла огромный вклад в науку Востоковедения.

«Каталог тюркских рукописей Института востоковедения Рос­сий­ской Академии наук» Л.В.Дмитриевой является одним из таких вкладов в тюркологию. Глубоко и тщательно изучив тюркские ру­кописи, она систематизировала их и представила в определенной хронологической последовательности. Каталог построен по тема­ти­ческому принципу и включает 30 рубрик (история, география, биографии, энциклопедии, астрологию, литературоведение, фольк­лор и т.д.). Тематические группы, в свою очередь, распределяются по авторам – по времени их жизни или смерти. Каталог был издан на основе трех опубликованных ранее выпусков «Описания тюрк­ских рукописей Института востоковедения», содержащих 1171 опи­сание. В данном каталоге были переработаны и допол­не­ны пер­вичные два выпуска.

В первую очередь нужно отметить, что состав фонда попол­нял­ся, В основном, за счет коллекций, купленных у разных лиц (Ж.Л.Руссо, Г.Р.Фонтона и др.); поступленных в дар от владельцев коллекций или из личных библиотек востоковедов и должностных лиц (Кауфмана К.П., Куна А.Л. и др.); рукописей, привезенных из научных экспедиций по сбору рукописей (Залеман К.Г., Самой­ло­вич А.Н. и др.).

А также нужно отметить, что тюркские рукописи могли вхо­дить в состав коллекций ряда поступлений, включающих и араб­ские и персидские рукописи, количество которых 108. В каталоге указываются коллекции и отдельные приобретения рукописей, с ука­занием даты их поступления в Азиатский музей. Даются пол­ные названия учреждений и экспедиций, отмечаются инициалы и даты жизни коллекционеров, фиксируются места собирания или приобретения ими рукописей.

Каталог содержит описание 2432 списков для 1674 рукописей. Каждое произведение сопровождается краткой информацией, вклю­чающей в себя данные об авторе, дате и времени его жизни, наз­вание произведения, его перевод, время написания, краткая ха­рактеристика сочинения (содержание, структура и т. д.), мини­маль­­ная библиография о сочинении и его авторе; а также опи­сани­ем всех существующих в ИВ АН списков этого сочинения, рас­по­лагаемых в хронологическом порядке (дате и времени переписки). Каждый список описывается по следующей схеме: шиф­ры (новый и старый), листаж, размеры листа и текста в сан­тиметрах, число строк на странице, основные сведения о списке (его полнота, ука­за­ние названия, имени автора, даты составления и т.д.), его струк­тура, происхождение и палеографические данные.

Тематически и количественно эти рукописи распределяются следующим образом:





ТЕМА

КОЛИЧЕСТВО СПИСКОВ

НОМЕР ОПИСАНИЯ

1.

История

159

№ 1 - 159

2.

География

47

№ 160 – 206

3.

Календари

6

№ 207 – 212

4.

Биографии

22

№ 213 – 234

5.

Родословные

10

№ 235 – 244

6.

Акты

41

№ 245 – 285

7.

Энциклопедии

5

№ 286 – 290

8.

Библиография

4

№ 291 – 294

9.

Математика

2

№ 295 – 296

10.

Минералогия

2

№ 297 – 298

11.

Астрология

10

№ 299 – 308

12.

Медицина

38

№ 309 - 346

13.

Этика

38

№ 347 – 384

14.

Философия

2

№ 385 - 386

15.

Религия

267

№ 387 - 653

16.

Мусульманская агиография

181

№ 654 - 834

17.

Языкознание

75

№ 835 – 909

18.

Эпистолярная проза

27

№ 910 – 936

19.

Художественная литература: поэзия

886

№ 937 – 1822

20.

Проза

37

№ 1823 – 1859

21.

Литературоведение

64

№ 1860 – 1923

22.

Фольклор

245

№ 1924 – 2168

23.

Учебные пособия

32

№ 2169 – 2200

24.

Музыка

2

№ 2201 – 2202

25.

Шахматы

1

№ 2203

26.

Военное дело

2

№ 2204 – 2205

27.

Охота

3

№ 2206 – 2208

28.

Ремесло

1

№ 2209

29.

Обрядники ремесленников

66

№ 2210 – 2275

30.

Гадания – сонники – при­меты - талисманы

23

№ 2276 – 22998

31.

Собрания и сборники ма­териалов, отно­сящих­­­ся к несколь­ким темати­ческим руб­ри­кам

134

№ 2299 - 2232

Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin