Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,06 Mb.
səhifə29/41
tarix20.01.2017
ölçüsü4,06 Mb.
#726
1   ...   25   26   27   28   29   30   31   32   ...   41

(Bakı Dövlət Universiteti)




Ərəb ədəbİ dİlİndə söz yaradıcılığının spesİfİk xüsusİyyətlərİ

Dilin lüğət fondu ehtiyatının zənginləşməsində özünəməxsus yerlər­dən birini tutan amil də müxtəlif ləhcələrdən ədəbi dilə keçmiş vahidlər məcmuyudur.

Onu deyək ki, haqqında istər orta əsr, istərsə də müasir ərəb dilçi­lə­rinin tam yekdil olduqları bu yeganə üsulu müxtəlif ərəb ləhcələrindən alı­nan sözlərin ərəb ədəbi dilinə keçməsi vasitəsilə leksikanın zəngin­ləş­məsi yolu kimi də müəyyənləşdirə bilərik.

Ərəb ədəbi dilində mövcud olan yaxin mənalı sözlər toplusunun bö­yük bir qisminin müxtəlif ərəb ləhcələrindən əxz olunması fikrini gör­kəmli orta əsr dilçilərindən ər-Racib əl-İsfəhani, İbn Cinni və Əhməd İbn Faris də müdafiə etmişdir [10; 29, 7; 374, 8; 33].

Bu məsələyə aydınlıq gətirmək üçün dilçilər ilk növbədə Qüreyş qəbiləsinin ləhcəsinin bazasında yaranmış ədəbi dilin tarixinə müraciət edir və müştərək ərəb ədəbi dilinin başqa ləhcələrlə təması olmayan saf Qüreyş ləhcəsinin əsasında formalaşdığını iddia edirlər [12; 214].

Mənbələrdə qeyd olunur ki, hər il müxtəlif bölgələrdən olan ərəblər Al­lahın evini ziyarət etmək üçün Məkkəyə Həcc ziyarətinə gələr və qü­reyşlilərlə sıx təmasda olardılar. Qüreyş qəbiləsinin dili isə öz yüksək bə­lağəti, gözəl fəsahəti və incəliyi ilə bütün qəbilələrin dillərindən fərq­lənirdi. Həcc ziyarətinə gələnlər Qüreyş dilinin ən gözəl cəhətlərini əxz edir, şairlər isə öz şerlərini məhz bu dildə yaz­mağa üstünlük verərdilər [8; 33]. Lakin, təbii ki, bu təmas birtərəfli olmur, Qüreyş ləhcəsi də öz növbəsində bu qəbilələrin ləhcələrindən müəyyən sözlər əxz edirdi.

Çox maraqlıdır ki, başqa bir qrup orta əsr dilçiləri isə hələ cahili döv­ründə Qüreyş qəbiləsinin başqa qəbilələrlə təmasından danışır və on­ların bu qəbilə və tayfaların dillərindən müəyyən sözlər əxz etdik­lə­rini qeyd edirlər. Məsələn, görkəmli orta əsr Misir dilçi alimi Süyuti bu barədə belə qeyd edir:

...كانت العرب تحضر الموسم في كل عام وتحج البيت في الجاهلية وقريش يسمعون لغات العرب فما استحسنوا من لغتهم تكلموا به فصاروا افصح العرب وجلت لغتهم من مستبشع اللغات مستقبح الالفاظ ...

[12; 221].

«Cahiliyyə dövründə ərəblər hər il mövsümdə Məkkəyə gəlir və Al­la­hın evini ziyarət edirdilər. Qureyşlilər də başqa ərəblərin danışıqlarına qu­laq asır, onların dillərindən xoşlarına gələnləri götürür və onlarla ün­siy­yət qururdular. Buna görə də onların dili zəif ifadə və qəbih söz­lər­dən təmizlənir və onlar (qüreyşlilər - M.G.) ərəblərin ən fəsahətlisinə çev­rilirdilər» .

Onu da demək yerinə düşər ki, bu fikri hələ Süyutidən qabaq Əh­məd İbn Faris də söyləmiş və özünün «əs-Sahibi» kitabında Qüreyş qə­bi­ləsinin Qeys, Təmim və Əsəd qəbilələrindən əxz etdiyi xeyli söz göstərmişdir [8; 52].

Professor Hakim Əz-Ziyadi isə öz növbəsində qeyd edir ki, «ərəb qəbilələri Qüreyş ləhcəsindən çox şey götürmüşlər» deyənlər unudurlar ki, Qüreyş qəbiləsi də bu ləhcələrdən heç nə əxz etməmiş deyildir. Mü­əllif həm də yazır ki, müştərək ərəb dili ancaq qüreyşlilərin dili demək deyildir, o, bütün ərəb qəbilələrinin dilindən ibarətdir və müəllifin təbi­rin­cə desək, «هي مولفة من مجموع لغات العرب » [ 11; 254].

Biz bu məqamda həmin məsələyə özünün « دراسات في اللغة » ki­ta­bın­da böyük bir fəsil həsr etmiş doktor İbrahim Samərrainin də adını çək­mək istərdik. O da, müasiri Hakim Əz-Ziyadinin fikri ilə razılaşaraq mə­­­sələyə münasibətini belə bildirir:«Bu gün bizə miras qalmış ərəb dili özündə «ləhcələr» adlanan bədəvi qəbilə dillərindən bir çox şey eh­ti­va edir. «Quran dili və ya ədəbi dil əslində Qüreyş və ya Hicaz dili­dir» demək doğru deyildir. Ən doğrusu odur ki, bu dil bir birindən fərq­li mühitlərdə yaşamış bir çox qəbilənin dillərindən toplanmışdır [6; 117].

Bugün alimlərin gəldiyi əsas qənaət isə ondan ibarətdir ki, zaman keç­dikdə yaxin mənalı vahidlər cərgəsini təşkil edən onlarla sözdən han­sı birisinin məhz hansı qəbilədən əxz olunması unudulmuş və müx­təlif ləhcələrdən ədəbi dilə keçid almış leksemlər vahid Qüreyş dilində «vətəndaşlıq hüququ» qazanaraq, ərəb ədəbi dilinin hazırki mükəmməl lüğət fondunun formalaşmağına güclü təkan olmuşdur [10; 29].

Yaxin mənalı sözlərin əmələ gəlməsinin ikinci üsulu sözlərin lüğət­lərə toplanması yolu ilə əmələ gəlməsi yoludur. Qeyd edək ki, vaxtilə ərəb dilçiləri bu dili tədqiq etmək və ərəb dilinin leksik fondunu yarat­maq üçün səhralara üz tutmuş və öncə bəhs etdiyimiz kimi, burada məs­kunlaşmış bədəvi ərəblərlə həftələrlə, aylarla və bəzən də illərlə ya­şamışlar. Onlar bu gün leksik fonda daxil olan sözləri ən fəsahətli dilə malik olmuş qəbilələrdən topladıqlarını iddia etsələr də, cəm etdikləri sözlərin arasında mövcud olan الخمر «xəmr» («şərab») sözünün sinoni­mi olan الخندريس «xəndəris» kimi yunan mənşəli, الاسفنط «isfənt» kimi fars mənşəli sözlərin olması onu sübut edir ki, sözlər lazımi diqqətlə seçilməmişdir. Lüğətlərə daxil edilən sözlər isə artıq dilin malı olur və ondan geniş şəkildə istifadə olunurdu. Belə sözlər bu və ya digər şəkil­də lüğətlərdən lüğətlərə ötürülürdü ki, bu da sinonim vahidlərin sayını artırırdı.

Ərəb ədəbi dilində yaxin mənalı sözlərin yaranmasının üçüncü üsulu əşyanın əlamətlərindən birisini ifadə edən sözün substantivləşərək ismə çevrilməsi yoludur. Məsələn, العباس sözü vaxtilə «şir» isminin yalnız bir əlamətini ifadə etsə də, zaman keçdikcə o, bu məfhumu tam mənada ifadə etməyə başlamış və «əsəd» sözünün tam hüquqlu sinoniminə çev­rilmişdir.

Biz bu məqamda adı çəkilən müddəaya nümunə olaraq elmi işə çox­saylı «qılnc», «quyu», «bulud» və s. kimi sözlərin sinonim cərgə no­menklaturasını cəlb etmək fikrində deyilik, təkcə onu demək istəyirik ki, orta əsr müəlliflərinin əsərlərində məsələnin bu tərəfi ilə əlaqədar ola­raq çox maraqlı məqamlar vardır ki, bunlardan biri də görkəmli ərəb ədibi olan Əbu-t-Tayyib əl-Mütənəbbinin öz divanlarının birində السيف sözündən 104 dəfə istifadə etdiyi halda, onun keyfiyyətini ifadə edən vahidlərdən 139 dəfə istifadə etməsi faktıdır. Bu rəqəmləri şairin həmin divanına diqqətlə nəzər salarkən bir az da dəqiqləşdirmək olar. Məsə­lən, o, «hüsam»dan 18 dəfə , «sarim»dən 17, «muhənnəd» sözündən 13, «məşrəfi»dən 8, «adab»dən 5, «mənasil»dən 9 dəfə, «samsamə»dən isə 2 dəfə istifadə etmişdir. Bu statistik məlumat السيف sözünün yaxin mə­nalı sözlərinin onların domanintın özündən heç də az işlənmədiyini gös­tərir. Özü də bu sözlərin hamısı əl-Mütənəbbi tərəfindən konkret cəhət və ya keyfiyyət mənasında deyil, məhz «qılınc» anlamında işlədilmiş­dir. Əl-Mütənəbbi ilə eyni dövrdə yaşamış başqa bir qüdrətli ərəb şairi, Əbu Faris əl-Həmədani də şerlərində «qılınc» sözünün müxtəlif yaxin mənalı sözlərindən istifadə etmişdir. Məsələn, o, şerlərinin birində «seyf» dominantının adını 62 dəfə xatırlatdığı halda, onun sinonim­lə­rin­dən 74 dəfə istifadə etmişdir [ 11; 135- 138].

Qeyd edək ki, dilin yaxin mənalı vahidlərlə zənginləşməsində sözün semantik baxımdan inkişafının bir növü olan xüsusinin ümumiləşməsi kimi, ümumininxüsusiləşməsi العام تخصيص və mənanın daralma­sı تضييق المعنى kimi amillərin də rolu az deyildir. Məsələn, vaxtilə البعير (də­və) sözü həm الجمل (erkək dəvə), həm də الناقة (dişi dəvə) anlamını ifa­də etmişdir. Sonra bu sözün mənası daralmış və o, yalnız الجمل sözü­nün sinoniminə çevrilmişdir. Elə məşhur orta əsr dilçisi İbn Mənni əs-Səq­linin də bu xüsusda rəyi belədir ki, müəyyən səbəblərdən الغنم sözü yalnız الضأن vahidinin sinonimi olub ancaq «qoyun» məfhumuna aid edil­sə də, vaxtilə o, həm «qoyun», həm də «keçi» isminə şamil edilər­di. Zaman keçdikcə, insanlar bu sözlərin arasındakı fərqi unudaraq on­la­rın mənasını darlaşdırmış və nəticə etibarilə ümumi məna xüsusiyə ke­çərək dildə sinonim vahidlərin yaranmasına gətirib çıxarmışdır [11; 89].

Maraqlı cəhət burasıdır ki, bugün orta əsr dilçilərinin العامة لحن (qara camaatın səhvi) səpkisində yazdıqları əsərlərində bu növdən olan minlərlə sözün yer aldığından bəhs edən müasir dilçilər də yox deyildir [ 9; 134]. Və belə müasir dilçilərin rəyinə görə bu əsərlərin müəllifləri olan orta əsr dilçiləri mənanın daralmasını sözün semantik inkişafında de­yil, sözün istifadəsi zamanı buraxılan səhvlərində axtarırdılar. Bu­ra­dan belə qənaətə gəlmək mümkündür ki, orta əsr dilçiləri sözün məna­sına dəyişməz bir hal kimi baxır, sözün etimologiyası və bir sıra tarixi amillərin sözün özünə etdiyi təsiri qəbul etmir və ya etmək istəmirdilər [9; 138]. Məsələ burasındadır ki, ərəb dilçiliyinin özündə XX əsrin 30-cu illərindən sonra rəvac tapmış sözə semantik inkişaf baxımdan ya­naşıl­ma məsələsi və bu problemin tədqiqini orta əsr ərəb müəlliflərinin əsərlərində araşdırmaq nə dərəcədə doğrudur?! Zənnimizcə bu müm­kün­süzdür.

Eyni məsələni müasir dövr ərəb dilçiliyində araşdırsaq görərik ki, sözün mənasının daralması və ya konkret mənanın ümumilik kəsb etməsi məcaz yolu ilə, ərəblərin özlərinin مجاورة adlandırdıqları «ya­xın­lıq» üsulu ilə baş verir. Semantik baxımdan yaxın mənaları ifadə edən sözlər arasındakı fərqlər zaman keçdikcə unudulur və onlar yaxin mənalı vahidlərə çevrilirlər. Müasir dilçilər də sözün vaxtilə daşımış ol­duğu mənanı yeganə meyar hesab etmək fikrindən daşınır və həmin söz­lərin hazırda kəsb etdikləri mənalardan çıxış edirlər. Elə bu baxım­dan, bu məqamda hörmətli alim əz-Ziyadinin rəyi olduqca böyük maraq kəsb edir – «sözün ilkin (həqiqi) mənası ilə sonrakı (məcazi) mənaları ara­sında qəti bir hədd qoymaq mümkün deyildir. Sözün məna dairəsi daimi olaraq «hərəkətdədir» [11; 103].

Məsələn, elə alimin bu mülahizələri iddia etdikdən sonra gətirdiyi misallarda - klassik ərəb dilində biri digərinə sinonim mənada işlədilən المزادة və ية و الرا sözlərinin timsalında da bunun bir daha şahidi ola bilərik ki,المزادة vahidi vaxtilə «içərisində su saxlanılan qab»ı, ية و الرا isə «üzərində su daşınan dəvə ya uzunqulaq» anlamında işlənsə də, zaman keçdikcə ية و الرا öz ilkin mənasını itirərək o da, «su qabı» mənasını kəsb etmişdir. Müasir dilçi bu faktın İbn Düreyd, İbn Sikkit və İbn Qüteybə tərəfindən də qeydə alındığını və onların da bu hadisəni sözün semantik inkişafı ilə əlaqələndirməyərək, onu «qara camaatın səhvi» kimi qələmə verdiklərini iddia edir [11; 109].

Məsələ burasındadır ki, bu və ya digər cütlüklərin gələcəkdə də mü­əy­yən semantik dəyişikliklərə uğrayaraq daha yeni mənalar kəsb edə­cəyi istisna olunmur. Belə ki, barəsində söhbət açdığımız bir sıra cüt­lük­ləri bugün müasir lüğətlərin birində izləyərkən الراوية vahidinin qeyd olunan mənalarla yanaşı, hətta «içki» məfhumunu da ifadə etmə­sinin, ikincinin isə, ümumiyyətlə, orada yer almadığının, özünün həm ilkin, həm də məcazi mənasının itirdiyinin şahidi oluruq [ 4; 322].

Yuxarıda qeyd etdiyimiz kimi, orta əsr dilçilərinin bir qismi sözlərin mənalarının inkişaf edərək dəyişməsi nəticəsində əmələ gəlmiş yaxin mənalı sözlərlə yanaşı onların səs tərkibində baş verən dəyişmə nəti­cə­sində əmələ gələn yaxin mənalı sözlərin də olduğunu qeyd edirlər. Bəzi müasir dilçilər sözün səs tərkibinin dəyişməsi və ya əvəzlənməsi nəti­cəsində yaxin mənalı sözlərin yarana bilməsi fikrini qəbul etmir və ona qarşı çıxırlar. Məsələn, hörmətli professor Sübhi Saleh məşhur orta əsr dilçisi İbn Cinninin هتفت السماء və هتلت السماء cümlələrində verilmiş هتل və هتف fellərini yaxin mənalı söz kimi hesab etməsi ilə razılaşmayıb, ya­zır ki, bu fellər bir-biri ilə sinonim ola bilməzlər, çünki burada ya هتف feli هتل felinin ف – ل səslərinin əvəzlənməsi, ya da هتل feli ikin­ci­ninل- ف əvəzlənməsi nəticəsində yaranmış variantıdır. Müəllif bu mə­qam­da öz fikrini qüvvətləndirmək üçün daha bir neçə misal gətirir və دعس، طعس، طعز، دعز طحس، طحز، دعظ fellərinin də bu qəbildən olmasın­dan və onların hamısının vahid دعس felinin səs əvəzlənməsi yolu ilə ya­ran­mış müxtəlif variantlarından biri kimi çıxış edə bilməsindən bəhs edir [13; 321].

Onu da qeyd etmək lazımdır ki, orta əsr dilçilərinin səs əvəzlənməsi ilə yaxin mənalı sözlərin yaranmasının mümkünlüyünə ifadə olunan etiraz tək doktor Sübhi Salehin mövqeyi deyildir. Onun bu mövqeyi ilə digər müasir dilçilər, o cümlədən doktor Fəthulla Saleh əl-Mısri də həm­rəydir. Belə ki, sonuncunun «əl-Ləhəcat» əsərində biz belə fikrə rast gəlirik:



...من المترادفات عند اللغويين القدماء ما تشابه في مبناها مع اختلاف حرف واحد فقط او ما توجد مطابقة في مبناها وحروفها مع اختلاف ترتيب الحروف...

[10; 31].

«Orta əsr dilçilərinin rəyinə əsasən quruluşuna görə bir-birindən bir hərflə fərqlənən oxşar sözlər və quruluşca kök samitlərinin ardıcıllığı baxımından bir-birindən fərqlənən eyniköklü sözlər sinonimlərdəndir».

Müəllif fikrini əsaslandırmaq üçün bu müddəaya misal olaraqألبت السماء və هلبت السماء cümlələrini misal gətirərək yazır ki, ألب və هلب fel­ləri bir-birinə yaxin mənalı söz hesab edilə bilməzlər, burada ya «ه» hərfi «ء» ilə, ya da «ء» hərfi «ه» ilə əvəzlənmişdir və onlar bir-birinin variantlarıdır. Belə hadisə dildə «ibdəl» (əvəzlənmə) adlanır. O, صاعقة- صاقعة , جبذ - جذب sözlərini də yaxin mənalı söz kimi qəbul etmə­yərək deyir ki, eyni məna ifadə edən صاعقة və صاقعة , جذب və جبذ vahid­ləri də bir-birinin sinonimi ola bilməzlər, çünki onlar eyni sözün kök hərflərinin yerdəyişməsi nəticəsində meydana gəlmişlər və bu القلب «əl-qəlb» (yerdəyişmə) adlanan qrammatik hadisənin nəticəsidir [10; 31].

Biz orta əsr və müasir dövr ərəb dilçilərinin mülahizələri arasında bu cür ziddiyyətin səbəbi olmuş bu məsələyə müəyyən mənada aydınlıq gətirmək istəyirik.

Məlumdur ki, ərəb dilçilik tarixində «əl-qəlb» istilahından ilk dəfə istifadə edən dilçi Xəlil ibn Əhməd əl-Fərahidi olmuşdur [9; 297]. La­kin bu gün müasir ərəb dilçiliyində artıq formalaşmaqda olan rəyə görə, o, bu leksik hadisəyə semantik baxımdan yanaşmamış, ondan formal olaraq, yəni bir növ statistik vasitə kimi istifadə etmişdir. O, göstər­mişdir ki, hər bir üçsamitli kökdən metateza yolu ilə orta hesabla altı, hər bir dördsamitli kökdən isə iyirmi dörd söz yaratmaq olar. Beləliklə də əl-Fərahidi ərəb dilində milyonlarla sözün mövcudluğu fikrini məhz bu mülahizə ilə irəli sürmüş və ərəb dilində olan bütün sözləri المستعمل (işlənən) və المهجور (potensial) olmaq üzrə iki qismə bölmüşdür [13; 208].

Ərəb dilçiliyində «əl-qəlb» hadisəsinə ilk dəfə semantik baxımdan yanaşan alim isə məşhur orta əsr dilçisi ibn Cinni hesab olunur. Kon­kret dil materialları əsasında o, belə bir nəticəyə gəlmişdir ki, üç və ya dörd kök samitli sözlər, samitlərin ardıcıllığından asılı olmayaraq ümumi bir məna ifadə edirlər. Ədəbiyyatda bu mülahizəni sübuta yetir­mək üçün çox zaman nümunə olaraq İbn Cinnidən bu məşhur misallar gətirilir:

...فمن ذلك تقليب ( ج، ب، ر) فهي اين وقعت للقوة والشدة. منها ( جبرت) العَظْم والفقير، إذا قويتها وشددت منها. والخبر الملك لقوته وتقوية غيره ومنها رجل (المجرب) إذا جرسته الأمور ونجدّته فقويت منته واشتدت شكيمته ومنه الجراب لأنه يحفظ ما فيه وإذا حفظ الشيء وروعى، اشتد وخوي وإذا أغفل وأهمل، تساقط ورذى ومنها (الأبجر والبجرة) وهو القوي السرة… ومنها (البرج) لقوته في نفسه وقوة ما يليه به. البَرَج لنقاء بياض العين وصفاء سوادها، هو قوة أمرها وانه ليس بلون مستضعف ومنها (رجبت) الرجل إذا عظمته وخويت أمره ومنه رجب لتعظيمهم اياه عن القتال فيه وإذا أكرمت النخلة على أهلها فمالت، دعموها بالرجبة وهو الشيء تسنده إليه لتقوى به والرجبة أحد فصوص الأصابع وهي مقوية لها ومنها (الرجاجى) وهو الرجل يفخر بأكثر من فعله … يعظم نفسه ويقوى أمره ...

[5; 57].

Onu da qeyd etmək lazımdır ki, ibn Cinninin yaxin mənalı sözlərin «əl-qəlb» hadisəsi nəticəsində əmələ gəlməsi haqqında olan müddəaları həm orta əsr, həm də müasir dövr dilçiləri arasında böyük mübahisəyə səbəb olmuşdur.

Xüsusilə də, müasir dövr ərəb dilçiləri bu fikir ilə razılaşmayaraq, ibn Cinni nəzəriyyəsinin əleyhinə çıxır və onun fikirlərini təkzib et­mə­yə çalışırlar. Doktor İbrahim Ənis bu xüsusda yazır:



...إذا كان ابن جنى قد استطاع في عنت ومشقة، ان يسوق لنا، للبرهنة على ما يزعم، بضع مواد من كل مواد اللغة التي يقال إنها في جمهرة اللغة لابن دريد تصل إلى أربعين ألفا وفي معجم لسان العرب تكاد تصل إلى ثمانين ألفا، فليس يكفى مثل هذا القدر الضئيل المتكلف، لإثبات ما يسمى بالاشتقاق الأكبر...

[ 203; 52].

Yeri gəlmişkən onu da qeyd edək ki, ibn Cinni dühası və təfəkkürü qarşısında doktor İbrahim Ənis bu günkü düşünmə tərzi və konkret dil materialları ilə bir növ acizdir. İbn Cinninin «Mən heç də iddia etmirəm ki, «əl-iştiqaq əl-əkbər» bütün dil materialını əhatə edir. Bunu bütün dil materialına aid etmək etmək olduqca çətin bir şeydir» [7; 138] kə­lamı qarşısında doktor İbrahim Ənisin tənqidi olduqca cuzi görünür.

İbn Cinninin yaxin mənalı sözlərin «əl- qəlb əl- luğavi» hadisəsi ilə də yaranması iddiası və onun iki, bəzən də üç sözü əhatə etməsi bir çox orta əsr dilçiləri tərəfindən təsdiq edilir və bu mənada onların əsərləri konkret dil materialları ilə olduqca zəngindir. Məsələn, məşhur orta əsr dilçisi ibn əs-Sikkit bu məsələ ilə münasibətdə aşağıdakı nümunələri gətirir və bu sözlərin birinin digərinə sinonim olduğunu qeyd edir:



...أنضب - أنبض، رضب - ربض، ما أيبطه - ما أطيبه، جذب - جبذ، بكل - لبك، معيق - عميق، امضحل - اضمحل، صاقعة - صاعقة، مكلَّب - مكبَّل، سبسب - بسبس، ناقة ضمرز - ضمزر، طاسم - طامس، علط - عطل، قتين - قنيت، شرخ - شخر، خنز - خزن، لقم - لمق، فحث - حفث، هجهج - جهجه، طبيخ - بطيخ، سلسال - لسلاس، مسلسل - ملسلس، دقم - دمق، بكبك- كبكب، ثكم - كثم تقربط - تبرقظ، خجّ – جخّ...

[12; 476].

Qeyd edək ki, adı çəkilən müəllif əl-Əsməiyə istinadən onun da bu müddəa ilə münasibətdə müsbət rəydə olduğu və bu mənada aşağıdakı misalları gətirdiyindən bəhs edir:

…طماحر - طحامر، بتل- تبل، بخنداة - خبنداة، حكلة - حلكة، شهبرة - شهربة، صعبور - صعروب، ثرطمة - طرثمة، ثمطلة - ثلمطة، دحمل - دمحل، سرطع - طرسع، كرسف - كرفس، طرشم - طرمش، شرفوع - شرعوف، علسطة - عسلطة، طرموح - طرحوم، طحور - طروح، حبجر - حباجر، حبرج - حبارج…

[12; 477].

Onu da qeyd edək ki, bu növ misalların sayını ibn əs-Sikkit və əl-Əsməidən başqa Əbu Übeyd, əz-Zucəc, əl-Fərabi və ibn Qüteybə kimi digər ərəb alimlərinin də əsərlərində qeydə alınmış nümunələr hesabına artırmaq mümkündür.



Lakin, hesab edirik ki, nümunələrin həcmi bu və ya digər bir nəzəri mülahizəni təsdiqləmək və ya onu təkzib etmək imkanında deyildir. Ərəb dilçilik elmi böyük nüfuz sahiblərinin «elmidir». «Əl-qəlb əl-lu­ğa­vi» sahəsində artıq öz sözlərini söyləmiş bu nüfuz sahibləri isə dilçi­lik tarixində hələ üzün müddət mübahisələr üçün bir növ nəzəri baza yaradaraq dünyalarını dəyişmişlər. Belə alimlərin nəzəri mülahizələri isə əks mövqeli müddəaları təkzib etmək üçün dilçilik tarixində artıq öz dərin köklərini atmış və öz tərəfdarları tərəfindən bu gün də təkrar olun­maqdadır. Bu cür nüfuz sahiblərindən biri «إبدال القلب» kitabının müəllifi ibn Durustaveyhdir. Adı çəkilən əsərində o, بطيخ - طبيخ، هشمة - همشة، تنسّع - تسنّع tipli yaxin mənalı sözlərin adını qeyd edərək onların bir dil çər­çivəsində metateza yolu ilə deyil, iki müxtəlif ləhcələrə mənsub olub, ümumxalq dilində cəmlənmiş sözlər hesab edir [11; 276]. İbn Durusta­vey­hin bu müddəası sonralar əz-Zucəci, əs-Səxavi və ən-Nuhhas kimi dilçilər tərəfindən də dəstəklənmiş və inkişaf etdirilmişdir [12 ; 481].
ƏDƏBİYYAT:


  1. Abdullayeva N.C. Müasir Azərbaycan dilinin sintaksisi üz­rə xüsusi seminar materialları. Bakı: Maarif, 1975, 277 s.

  2. Axundov A.A. Ümumi dilçilik. Dilçiliyin tarixi nəzəriy­yə­si və metodları. Bakı: Maarif, 1979, 254 s.

  3. Hüseynzadə M. Müasir Azərbaycan dili. Bakı: Maarif, 1954, 312 s.

  4. Баранов Х.К. Арабско- русский словарь. Москва: Рус­ский Язык, 1985, 942 с.

  5. Белов А.Г. Проблемы арабского языкознания / Семитские язы­ки. Москва: Наука, 1976, №3, с. 224-244

إبراهيم السامرائي. دراسات في اللغة. بغداد: مطبعة العاني، ۱۹٦۱، ۲٦٤ ص.

6.

إبن جني، أبو الفتح عثمان. الخصائص . بيروت: دار الهدى للطباعة والنشر، ج۲ ، ١٩٩٥، ٤١١ ص.

7.

أحمد بن فارس. الصاحبي في فقه اللغة. القاهرة: مكتبة نهضة مصر، ۱۹۱۰، ۷۱۹ ص.

8.

رمضان عبد التواب. فصول في فقه العربية. القاهرة: مكتبة الخانجي، ١٩٨٧ ، ٤٥٦ ص.

9.

الرماني، أبو الحسن علي بن عيسى. الألفاظ المترادفة المتقاربة المعاني. تحقيق فتح الله صالح علي المصري، المنصورة: دار الوفاء، ١٩٩٢، ١٠٤ ص.

10.

الزيادي حاكم مالك لعيبي. الترادف في اللغة. بغداد: منشرات وزارة الثقافة والأعلام، ١٩٨٠، ٣٣٤ ص.

11.

السيوطي. المزهر في علوم اللعة وأنواعها. الجلد الأول، القاهرة: دار التراث، ٢٠٠٠، ٦٥١ ص.

12.

صبحي صالح. دراسات في فقه اللغة. بيروت: دار العلم للملايين، ١٩٦٢، ٤٠٠ ص..

13.



Əliəkbər ƏHMƏDİ MÜQƏDDƏM

(Əlyazmalar İnstitutu

XII ƏSR ŞEİRİNİN ƏSAS JANRLARI
Qəsidə XII əsrşeirinin ən mühüm janrı kimi: Qəsidə XII əsrin ən mü­hüm janrlarından biridir. Bu dövr bir tərəfdən qəsidə janrının zirvəyə yük­səldiyi dövr, digər tərəfdən fars şeirində qəsidə yaradıcılığının son döv­rüdür. Sənai, Əməq Buxarayi, Zəhirəddin Faryabi, Ədib Sabir, Xaqani, Ən­vəri, Cəmaləddin İsfahani, Kəmaləddin İsfahani və başqaları bu dövrün məş­hur qəsidə yazan şairləridirlər. Bu dövrün divanlarında qısa, orta və uzun qəsidələr vardır. Həm əvvəli qəzəl ilə başlayan, həm də qəzəlsiz baş­la­yan qəsidələrə də rast gəlmək mümkündür. Ənvəri kimi bəzi şairlər qəzəl ilə başlayan qəsidələrində qısa qəzəllər vermişlər, Xaqani kimi şairlər isə uzun-uzadı qəzəllər qələmə almışlar. Bu dövrün qəsidələrində “təcdide-mət­lə” adət halını almışdır (yəni qəsidənin ortasında mətlə beyti kimi hər iki misrasının qafiysi olan bir beyt yazmaq). Ən qədim nümunəsi Fərruxi Sistaninin şeirində tapılan təcdide-mətlə Xaqani tərəfindən bəyənilmiş və o öz qəsidələrinin çoxunda dörd dəfə təcdide-mətlə etmişdir. Həmçinin Ən­və­rinin divanında da təcdide-mətlə görünür. Xaqaninin təcdide-mətlə­lərin­də adətən müxtəlif mətlələr arasında xüsusi əlaqə olmur. Amma Ənvəri öz təcdide-mətlələrinin bəzisində Fərruxi Sistaninin üslubu ilə sonrakı mətlə­lər üçün müqəddimə hazırlamışdır.

XII əsrin xüsusiyyətlərindən biri də çətin rədiflərin işlənməsi zərurəti­dir. Xaqani, Sənai, Cəmaləddin və Kəmaləddin İsfahaninin və digər şairlə­rin divanında çoxsaylı ismi və feli rədiflər işlənmişdir. XII əsrin qəsidələri mövzu baxımından da əvvəlkilərdən rəngarəngdir.



XII əsr şeirində qəzələ diqqət: Samanilər dövründən və XI əsr şairlə­rin­dən dövrümüzə qədər qəzələ bənzər şeir formaları gəlib çatmışdır ki, bunlar daha çox qəsidələrin əvvəlində işlənən aşiqanə hissəyə - nəsibə ox­şa­yır və aşiqanə vəsflərdən ibarətdir. Amma XII əsr şairləri qəzəlin inki­şafında böyük addım atdılar və qəsidənin əvvəlindən götürülmüş bu şeir formasını şairin daxili hisslərinin vəfsi qəlibinə saldılar. Bu dövrün divan­la­rının çoxunda qəzəl olsa da, Sənai, Xaqani, Ənvəri və Əttar fars qəzəlinin inkişafında böyük rola malik olmuşlar. Xaqani və Ənvərinin qəzəlləri Sədi və Hafizin diqqət mərkəzində olmuşdur və Sənai irfani qəzəllərin yaradıcı­sıdır. Əttar onun üsulunu davam etdirərək, qəzəli yeni inkişaf mərhələsinə daxil etdiyi kimi, Mövləvi də Sənainin qəzəllərinə xüsusi diqqət yetir­miş­dir. Bu dövrün qəzəllərində şairin təxəllüsünün qeyd olunması hələ geniş yayılmamışdı. Bu əsrin şairlərinin qəzələ diqqətinin səbəbini iki məsələdə axtarmaq olar: birincisi odur ki, fars şeiri XII əsrə qədər daha çox saray şeiri xarakteri daşıyırdı və ona uyğun janr da qəsidə janrı idi. Zöhd yolunu seçmiş Nasir Xosrov da həmin janrı öz məqsədlərinin bəyanı üçün seç­mişdir. XII əsrdə mədhiyyəçi şairlərə etinasızlıq daha da artmışdı və şeir tədricən saraydan çıxdığı üçün şair öz şəxsi hisslərinin bəyanına fürsət ax­tarırdı. Beləliklə də, qəsidə özünün əvvəlki qüdrətini əldən verdi və onun ye­rini qəzəl tutdu. İkincisi budur ki, Samanilər və Qəznəvilərin dövründə cəmiyyətə hakim olan baxış döyüşkənlik ruhu idi və dövrün qəsidələri bu ruhiyyəyə uyğun gəlirdi. Halbuki, XII əsrdə irfan, təsəvvüf və dini təəs­süb­lər həmin ruhiyyəni üstələdi və nəticədə şairlər tədricən qəzələ diqqət ye­tirməyə başladılar. Bu dövrdən də qəzəldə olan lətafət və gözəllik yavaş-ya­vaş qəsidələrin üstünlüyünü aradan qaldırmağa başlamışdı.

Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin