Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,06 Mb.
səhifə26/41
tarix20.01.2017
ölçüsü4,06 Mb.
#726
1   ...   22   23   24   25   26   27   28   29   ...   41

Ədəbİyyat:


  1. " Xəriydətu Əl qəsr və Cəriydətu əl asr " İmadəddin İsfahani

  2. Dr. Adnan Məhəmməd " Xəriydətu Əl qəsr və cəriydətu əl asr" kitabına yazdığı şərh və müqəddimə. ( Tehran 1999) Birinci nəşr

  3. http://ar.wikipedia.org حياة عماد الدين الإصفهاني

  4. http://ar.wikipedia.org مؤلفات كاتب عماد الدين الأصفهاني


Mahirə Qulİyeva

(Ədəbiyyat İnstitutu)
Quran motİvlərİnİn yazılı İrsdən dastanalara nüfuzu
Keçmişə xas bütün böyük mədəniyyətlərin əsas komponentlərindən biri dini mətnlərdir. Qədim dövrlərdə olduğu kimi, Orta əsrlər mədə­niy­yətinin təşəkkülündə dini mətnl­ərin təsiri olduqca böyük­dür. Hə­min təsir özünü ədəbiyyat və incəsənətdə daha bariz şəkildə göstərir. İs­tər Yunan-Avropa, istər Hind-Çin və istərsə də ərəb müsəlman mə­də­niy­yətində bədii yaradıcılıq bu və ya digər şəkildə dini mətnlərin həm üs­lub və həm də məzmun təsirinə məruz qal­mışdır. Qeyd etmək lazım­dır ki, dini mətnlərdə təkcə ibadət və etiqad prinsiplərinin təlimi nəzər­də tutulmur. Həmin mətnlərin təhlili göstərir ki, burada insanların həyat tərzi, adət və ənənələri, icti­mai məsələlər, əxlaq və davranış qaydaları ilə yanaşı müxtəlif mifik təsəvvürlər, kainatın yaranması və quruluşu haq­qında dü­şün­cələr, mövcud cəmiyyətin ayrı-ayrı problemləri və hətta bir sıra elmi fikirlər geniş yer tutur. Başqa bir tərəfdən, dini mətn­lərin top­lu­munda geniş miqyasda folklor materialı işlə­nir. Buna misal olaraq Töv­rat və İncil mətnlərini göstərmək olar (2.s.8). Eyni zamanda dini mətn­­lər öz emosional təsiri və bədii quruluşu baxı­mından bədii yaradı­cı­lı­ğın bir çox xüsusiyyətlərini özündə cəm­ləşdirir. Buna görə də ədəbi pro­sesdə gedən bu cür qarşı­lıqlı əlaqə və təsir nəticəsində dini mətn­lə­rin bədii əsərlərə təsiri güc­lüdür. Bu baxım­dan müsəlman xalqlarının ədə­bi yaradıcılığı xüsu­silə seçilir. İslamın müqəddəs kitabı olan Qura­nın Şərqin söz ustadlarının yaradıcılığında yeri və təsiri çox önəmlidir (3, s.11-12) Quran Şərqin əksər dahi söz ustadlarının yaradıcılığında də­yərli bir qaynaq kimi təm­sil edilir.

Qurani-Məcid müsəlman xalqlarının dini-əxlaqi və ictimai hə­yatını təmsil edən müqəddəs kitabdır. On dörd əsr ərzində Quranın məna və məfhumları müxtəlif istiqa­mətlərdə bizim icti­mai və fərdi həyatımızın ayrı-ayrı sahələrinə birbaşa və dolayısı yolla təsir gös­tərmişdir. İlkin lüğətlər və qrammatika kitabları, sonra isə bəlağət, bəyan və fəsahət elmləri Quranı öyrənmək zə­ru­rətindən yaranmış­dır. Quran sözünün yaranması haqqında müx­təlif rəylər olsa da bu sö­zün əsas mənası "oxumaq" deməkdir. Çünki Quran əvvəllər yazıya alınmamış və kitab şəklində olma­mışdır. Quran ayələri müəyyən avazla oxunmuş və öz bədii quru­luşuna görə dinləyicilərə təsir gös­tərmiş­dir. Quran yazıya alın­dıqdan sonra "müshəf" adlandırıl­mış­dır.

Orta çağlarda tarixçilər, katiblər, xətiblər, yazıçı və şairlər Quranın tək­cə məna və məfhumlarından deyil, hətta bədii üslubi xüsusiyyət­lə­rin­dən və bəlağət sistemindən faydalanmışlar. Onlar öz yazdıqlarının eti­bar və dərəcəsini artırmaq üçün Tanrı kəla­mına söykənmişlər. Qura­nın təsiri Rəd surəsinin 1-ci və Həşr surəsinin 21-ci ayələrində göstə­ri­lir.

QURANDA:

المر تِلْكَ آيَاتُ الْكِتَابِ وَالَّذِيَ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ الْحَقُّ وَلَـكِنَّ أَكْثَرَ النَّاسِ لاَ يُؤْمِنُونَ

"Əlif, Lam, Mim, Ra! Bunlar Kitabın (Quranın) ayələridir. Rəb­bin­dən sənə nazil olan (Quran) haqdır, lakin insanların (Məkkə müşrikləri) ək­sə­riyyəti (ona) inanmaz".



QURANDA:

لَوْ أَنزَلْنَا هَذَا الْقُرْآنَ عَلَى جَبَلٍ لَّرَأَيْتَهُ خَاشِعاً مُّتَصَدِّعاً مِّنْ خَشْيَةِ اللَّهِ وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ

"(Ya Peyğəmbər!) Əgər Biz bu Quranı bir dağa nazil etsəy­dik, sən onun Allahın qorxusundan (kiçildiyini) parça-parça oldu­ğunu görərdin. (Halbuki ağıl və ruh sahibi olan insan Onun öyüd-nəsihətlərindən ibrət almır). Biz bu məsəlləri insanlar üçün çəkirik ki, bəlkə düşünələr”.

Orta əsrlərdə şair və ədiblərin öz yaradıcılığında Qurandan fayda­lan­ması müxtəlif və rəngarəng olmuşdur. Sənətkarların yara­dıcılığında Quran ayələri həm islamın müqəddəs kitabı, həm möhtəşəm sənət abi­dəsi, həm əxlaqi-mənəvi qaynaq, həm də yığ­cam ibrətamiz ifadələr şək­lində işlənmiş və bir çox hallarda şair­lər öz sözünün etibarını artırmaq üçün Quran ayələrinə istinad etmişlər. Qurandan istifadə sadəcə şair və ədi­bin Tanrı kəlamına olan rəğbətini bəyan etməklə kifayətlənməmiş, həm də sənətkarın ifadə etdiyi düşüncələrin daha təsirli və məzmunlu olmasına xid­mət etmişdir. Quranın mətni bir neçə baxımdan sənətkar­la­rın diqqətini cəlb etmişdir:

1. Müsəlmanların etiqad kitabı.

2. Əxlaqi təlim və hikmət mənbəyi.

3. Tarix, mədəniyyət və mənəvi dəyərlər toplusu.

4. Zəngin bəlağət qaynağı və əzəmətli söz abidəsi (4.s.39).

Onu da əlavə edək ki, Ərəb-müsəlman dünyasında təkcə bəlağət de­yil, kitab mədəniyyəti, dil, ədəbiyyat, lüğətçilik, poetikanın ya­ranma və inkişafı da Quranı öyrənmək və öyrətmək zərurəti ilə bağlı olmuşdur.

Maraqlı haldır ki, Quran təkcə klassik yazılı ədəbi prosesə deyil, folklor mədəniyyətinə və aşıq poeziyasına da güclü təsir göstərmişdir. Bu baxımdam klassik aşıq yaradıcılığı və müxtəlif sənətkarlar tərəfin­dən söylənilən xalq dastanları xüsusilə seçilir. Bu istiqamətdə aparılan il­kin müşahidələr Quran motivlərinin sözügedən ədəbi növə necə dərindən nüfuz etdiyini sübut edir.

Quran motivlərinin klassik aşıq ədəbiyyatına təsiri və nüfuzunun ən bariz nümunələri Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Molla Cu­ma və Aşıq Ələsgər kimi sənətkarların yaradıcılığında müşahidə edi­lir. Onlar üzərində ayrı-ayrılıqda təhlil aparmaq lazım gəlir. Bu məqalədə isə bir sıra xalq dastanlarından seçilmiş nümunələr əsasında həmin möv­zu­nun mühüm cəhətlərinə toxunulur.

Öncə “Dilsuz və Xəzəngül” dastanından bir bəndə diqqət yetirək:

Əfsus ki, oldu qəfildən,

Siyah ruyum, qara baxtım!

Düşdüm tükənməz bəlaya,

Yanır cismim nara, baxtım! (5.s.18)

Son beytin axırıncı misrasında (Yanır cismim nara, baxtım!) işlət­di­yi “od” kəlməsi ilə Qurani-Kərimin əsas mövzularından olan – cəhən­nəm oduna işarə edilmişdir. Cəhənnəm odunun yerinə görə müxtəlif ayə­lərdə işlədilməsi ayıqkən yatmış insanları oyatmaq və onları haqq yo­luna çağırmaq məqsədi daşıyır və Qurani-Kərimin aşağıdakı ayələ­rində öz əksini tapır:

Bəqərə: 10, 17, 24, 124, 168, 176, 22, Ali-İmran: 10, 24, 103, 131, 151, 185, 192, Nisa: 14, 30, 56, Maidə: 37, 72, Ənam: 128, Əraf: 38, Hud: 17, 18, 98, İbrahim: 30, Həcc: 19, Qəsəs: 41, Ənkəbut: 25, Kəhf: 53, Nəml: 90.

Bunlardan bəzi ayələri nəzərdən keçirək:



فِي قُلُوبِهِم مَّرَضٌ فَزَادَهُمُ اللّهُ مَرَضاً وَلَهُم عَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْذِبُونَ

“Onların ürəyində mərəz (nifaq və həsəd mərəzi) var. Allah onların (şəkk, kin və nifaq) mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar!” (Bəqərə:10)



إِنَّ الَّذِينَ كَفَرُواْ لَن تُغْنِيَ عَنْهُمْ أَمْوَالُهُمْ وَلاَ أَوْلاَدُهُم مِّنَ اللّهِ شَيْئاً وَأُولَـئِكَ هُمْ وَقُودُ النَّارِ

“Haqqı inkar edənlərin nə malları, nə də övladları onları Allah ya­nın­da (axirətdə) heç bir şeydən qurtara bilməz. Əlbəttə, onlar cəhənnəm odunun yanacağıdırlar!” (Ali-İmran: 10)



وَمَن يَعْصِ اللّهَ وَرَسُولَهُ وَيَتَعَدَّ حُدُودَهُ يُدْخِلْهُ نَاراً خَالِداً فِيهَا وَلَهُ عَذَابٌ مُّهِينٌ

“Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib Onun sərhədlərini aşar­sa, (Allah da) onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüs­vayedi­ci əzab gözləyir” (Nisa:14).

Dastanın bu məqamında Dilsuzun davaya hazırlaşdığını öyrənən Xəzangül yaranmış vəziyyəti aşağıdakı bənddə belə söyləyir:

Göy üzü buluddu, bəd oldu hava,

Görməyibdi Dilsuz cəng ilə dava,

Haqq özü yetişsin bu dəmdə hova,



Mədəd Allah, özün bir imdad elə! ( 5.s.25)

O zaman siz (dua edərək) Rəbbinizdən kömək diləyirdiniz (Allah): “Mən sizin imdadınıza bir-birinin ardınca gələn min mələklə çata­ram!” – deyə duanızı qəbul buyurmuşdu (Ənfal: 9)

Birinci misrada yaranmış olan davalı vəziyyət mürəkkəb cinas üs­tün­də qurularaq sözün əsl mənasında deyil, ikinci mənasında işlədil­miş­dir ki, bu da yaranmış vəziyyəti daha poetik şəkildə ifadə edir.

Üçüncü misrada Haqqa, dördüncü misrada isə incə işarə ilə bən­də­lərinə hər zaman kömək əlini uzadan Allaha müraciət edilir. Bununla da Zumər surəsinin 41-ci ayəsinə işarə edilmiş olunur:



َنزَلْنَا عَلَيْكَ الْكِتَابَ لِلنَّاسِ بِالْحَقِّ فَمَنِ اهْتَدَى فَلِنَفْسِهِ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا وَمَا أَنتَ عَلَيْهِم بِوَكِيلٍ

“(Ya Peyğəmbər!) Biz Kitabı (Quranı) insanlar üçün sənə haqq ola­raq nazil etdik. Kim doğru yolda olsa, özü üçün (öz xeyrinə) olar. Kim (haqq yoldan) çıxsa, zərəri özünə yetişər. Sən onlara vəkil deyirsən!”

Dastanın müəllifi – şair Nəbi Kəlbəcərli xitab sənəti ilə Dilsuzun dilin­dən Mədəd Allaha müraciət edir, imdadına ehtiyac olduğunu söy­ləyir.

Bu fikir əksər ayələrdə, o cümlədən, Bəqərə: 15, Ali-İmran: 124-125-də öz əksini tapmışdır:



اللّهُ يَسْتَهْزِئُ بِهِمْ وَيَمُدُّهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ

“(Belə əməllərin müqabilində) Allah da onlara (dünya va axirətdə) istehza edər və (dünyada) onlara o qədər möhlət verər ki, öz zəlalətləri icində şaşqın (və sərgərdan) qalarlar” (Bəqərə: 15).



إِذْ تَقُولُ لِلْمُؤْمِنِينَ أَلَن يَكْفِيكُمْ أَن يُمِدَّكُمْ رَبُّكُم بِثَلاَثَةِ آلاَفٍ مِّنَ الْمَلآئِكَةِ مُنزَلِينَ ؛

بَلَى إِن تَصْبِرُواْ وَتَتَّقُواْ وَيَأْتُوكُم مِّن فَوْرِهِمْ هَـذَا يُمْدِدْكُمْ رَبُّكُم بِخَمْسَةِ آلافٍ مِّنَ الْمَلآئِكَةِ مُسَوِّمِينَ

“O zaman sən möminlərə deyirdin: “Rəbbinizin üç min mələk endi­rərək imdadınıza yetişməsi sizə kifayət etməzmi?” (Ali-İmran: 124)

“Bəli, əgər səbr edib (Allahdan) qorxsanız, onlar (Məkkə müşrik­lə­ri) qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min nişan qoyulmuş mələklə sizə yardım edər” (Ali-İmran: 125)

Qurani-Kərimin bir çox ayələrində Allahın bütün sifətlərdən pak və uzaq olduğu vurğulanır. Bu isə “Səbəhə” kökündən düzələn sübhan sö­zü ilə ifadə olunur. Bu sözlə Allahın birliyi və şəriksizliyi bir daha öz təs­diqini tapır. Bu fikirlər bir çox ayələrdə, o cümlədən, Bəqərə 116, Ali-İmran 191, Ənam 100-də öz əksini tapıb:



وَقَالُواْ اتَّخَذَ اللّهُ وَلَداً سُبْحَانَهُ بَل لَّهُ مَا فِي السَّمَاوَاتِ وَالأَرْضِ كُلٌّ لَّهُ قَانِتُونَ

“(Yəhudilər, xaçpərəstlər və müşriklər) dedilər: “Allah (Özü üçün) öv­lad götürmüşdür”. Allah pak və müqəddəsdir (bu sözlərin Ona heç bir aidiyyəti yoxdur. O, bütün eyib və nöqsanlardan xalidir). Bəli, göy­lər­də və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətin­də­dir!” (Bəqərə: 116).

.

الَّذِينَ يَذْكُرُونَ اللّهَ قِيَاماً وَقُعُوداً وَعَلَىَ جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَذا بَاطِلاً سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ

“O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xa­tırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəd­dəs­sən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!” (Ali-İmran: 191).



وَجَعَلُواْ لِلّهِ شُرَكَاء الْجِنَّ وَخَلَقَهُمْ وَخَرَقُواْ لَهُ بَنِينَ وَبَنَاتٍ بِغَيْرِ عِلْمٍ سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يَصِفُونَ

“Cinləri (Allah) yaratdığı halda, (kafirlər və cahillər) onları Allaha şə­rik qoşdular, (nəyə inandıqlarını, nə danışdıqlarını) bilmədən (özlə­rin­dən) Onun üçün oğullar və qızlar uydurub düzəltdilər. Allah isə onla­rın Ona aid etdikləri sifətlərdən uzaqdır (pakdır) və yüksəkdə durur” (Ənam: 100).

Həmin məfhumun poetik ifadəsinə “Dilsuz və Xəzangül” dastanında da rast gəlirik:

Xəzangüləm, gəzdim bu gecə hər yan,

Düşmənin xofindən zari-giryan,

Didarın bir görüb, onda verrəm can,

Sığınıb bir həqqi-sübhana gəldim. (5.s.33)
Şükür haqqa, gördüm gül camalını,

Sağaldı qəlbində yara, xoş gördük.

Məcnunsuz Leylitək dağlar gəzirəm,

Məni bikəs, baxtı qara, xoş gördük. (5.s.35)

Bu bənd “Şükür haqqa” ifadəsi ilə başlayıb. Bu da qeyd etdiyimiz kimi Quran mövzu və motivləri ilə yanaşı, ayrı-ayrı söz və ifadələrin das­tanlarda geniş yer aldığını göstərir. İnsanı, dünyanı, bütün varlığı və kai­natı yaradan Allaha həmd və şükür etmək hər bir kəsin birinci də­rə­cəli borcudur.

Şükranlıq arxasında gizlənən dərin mənalar Qurani-Kərimin bir çox ayələrində, o cümlədən, Bəqərə: 52, 153, 185, 243; Ali-İmran: 123; Nisa: 147; Maidə: 6; Ənfal: 26; İbrahim: 7; Nəhl: 14, 78; Ənbiya: 80; Loğ­man: 12, 14; Səcdə: 9; Səba: 13; Fatir: 12; Yasin: 12, 14, 35, 73; Zu­mər: 79, 66-cı ayələrdə öz əksini tapmışıdr.

Allahın nemətlərinə görə Ona şükr et, Allah kimsəyə möhtac deyil, O bütün məxluqatı yaratdığı üçün hər cür həmdə və şükrə layiqdir, sizə verilən qulaq,göz, qəlbə görə bəlkə Ona şükr edəsiniz – kimi insanlığı şükranlığa çağıran Allah-Təalanın bu lütfünü bir həyat boyu unut­ma­maq lazımdır. Yazarlar və şairlər həmin motivi öz yaradıcılıqlarında bə­dii dillə ifadə etmişlər:

Mələktavusun Dilsuza xoş gəldin deməsi məqamından bir bəndə nə­zər salaq:

Başına döndüyüm, ay dərdli Dilsuz,

Şükür haqqa,bu diyara xoş gəldin!

Məcnun kimi səhraları dolanan,

Şükür haqqa, bu diyara xoş gəldin (5.s. 49)

Dilsuzun cavabı da «şükür haqqa, bir də gördüm sizi mən» misrası­nın sintaktik paralel şəkildə təkrarlanması baxımından diqqəti cəlb edir:

Çəkdin bu dünyada görülməz bəla,

Şükür haqqa, bir də gördüm sizi mən.

Yar halından söylə mənə bir xəbər,

Şükür haqqa, bir də gördüm sizi mən (5.s.49)

وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ لَئِن شَكَرْتُمْ لأَزِيدَنَّكُمْ وَلَئِن كَفَرْتُمْ إِنَّ عَذَابِي لَشَدِيدٌ

“(Ey camaatım!) Yadınıza salın ki, o zaman Rəbiniz bunu bildir­miş­di: “Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şid­dət­lidir!” (İbrahim:7)



وَوَصَّيْنَا الْإِنسَانَ بِوَالِدَيْهِ حَمَلَتْهُ أُمُّهُ وَهْناً عَلَى وَهْنٍ وَفِصَالُهُ فِي عَامَيْنِ أَنِ اشْكُرْ لِي وَلِوَالِدَيْكَ إِلَيَّ الْمَصِيرُ

“Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxma­ğı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) “Mənə və ata-anana şükür et. Axır dönüş Mə­nədir!” (Loğman: 14)



إِن تَكْفُرُوا فَإِنَّ اللَّهَ غَنِيٌّ عَنكُمْ وَلَا يَرْضَى لِعِبَادِهِ الْكُفْرَ وَإِن تَشْكُرُوا يَرْضَهُ لَكُمْ وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَى ثُمَّ إِلَى رَبِّكُم مَّرْجِعُكُمْ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ

“Əgər küfr etsəniz (Allahın nemətlərini dansanız, bunun zərəri Al­la­ha yox, ancaq sizin özünüzə olar). Çünki Allah sizə (sizin ibadətinizə) əs­la möhtac deyildir. Amma bəndələrinin küfr etməsi Ona xoş getməz. Əgər (Allahın nemətlərinə) şükür etsəniz, sizin bu şükrünüz Ona xoş gələr. Heç bir günahkar başqasının günahını daşımaz (hərə öz günahına cavabdehdir). Sonra Rəbbinizin hüzuruna qayıdacaqsınız. O sizə (dün­ya­da) nə etdiklərinizi (bir-bir) xəbər verəcəkdir. Həqiqətən, Allah ürək­lər­də olanları biləndir!” (Zumər: 7)



فَلَمَّا قَضَيْنَا عَلَيْهِ الْمَوْتَ مَا دَلَّهُمْ عَلَى مَوْتِهِ إِلَّا دَابَّةُ الْأَرْضِ تَأْكُلُ مِنسَأَتَهُ فَلَمَّا خَرَّ تَبَيَّنَتِ الْجِنُّ أَن لَّوْ كَانُوا يَعْلَمُونَ الْغَيْبَ مَا لَبِثُوا فِي الْعَذَابِ الْمُهِينِ

“Onun (Süleyman) üçün nə istəsə – məbədlər (uca qəsrlər), heykəl­lər, (min nəfərdən ibarət qonağın və qoşunun birlikdə oturub yeyə bilə­cəyi) böyük hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən iri qa­zan­lar düzəldirdilər. Siz, ey Davud ailəsi! (Allaha) şükranlıqla itaət edin! (Bu nemətə şükür edin!) Bəndələrimdən (nemətlərimə) şükür edə­ni azdır” (Səba: 13).

Dilsuz və Xəzangül dastanındakı bu bəndə nəzər salaq:

Çaylar aşıb gedib bəhri ümmana,

Baxdıqca açılır qəlbim hər yana.

Nə xoş mənzərədi, dönüb rizvana,

Boyanıb yer üzü əlvan olubdu.(5.s.31)

***


Həzərat, məclisimiz rövzeyi-rizvan kimidi,

Ziynəti, hər büsatı nəqşi-Süleyman kimidi. (5.s.13)

Dünya evi deyilən bu xanimanda daimi sakin yoxdur. Allahın səltə­nə­ti altında qərar tutan dünya evi qalası yurd deyil, bir keçid məqamıdır (6; 18). Belə bir dünya evində insanın ən ümdə vəzifəsi doğru yola – siratəl-müstəqimə üz tutan karvanda öz yerini tutmasıdır. Karvan get­məyində, zaman isə insanların əməllərinə şahid olmağa davam etsin!... Son nəticə lövhü-məhfuza bağlı olacaq. Haqq olanlar Cənnətə, nahaqq olanlar cəhənnəmə gedəcəklər (Səba: 26).

Yuxarıda qeyd etdiyimiz hər iki misalda “Dönüb rizvana” və “Röv­ze­yi-rizvan” ifadələri ilə ən gözəl bağ olan cənnətə işarə edilmişdir.

Qurani-Kərimdə fani və əbədi dünya, cənnət və cəhənnəm məsələ­ləri ana xətlərdən birini təşkil edərək əksər ayələrdə öz əksini tapmışdır; Ali-İmran: 15,198; Nisə: 13, 57, 122; Maidə: 12, 119; Tövbə: 72, 89, 100; Yunus: 9; İbrahim: 23; Nəhl: 31; Taha: 76; Furqan: 10; Saffun: 12 və s.

Quran ayələrindən bir neçə nümunə verək:



يُبَشِّرُهُمْ رَبُّهُم بِرَحْمَةٍ مِّنْهُ وَرِضْوَانٍ وَجَنَّاتٍ لَّهُمْ فِيهَا نَعِيمٌ مُّقِيمٌ

“Rəbbi onları Özündən bir mərhəmət (bağışlanma), razılıq və içəri­sin­də onlar üçün tükənməz nemətlər olan cənnətlərlə müjdələr” (Tovbə: 21).



قَالَ اللّهُ هَذَا يَوْمُ يَنفَعُ الصَّادِقِينَ صِدْقُهُمْ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَداً رَّضِيَ اللّهُ عَنْهُمْ وَرَضُواْ عَنْهُ ذَلِكَ الْفَوْزُ الْعَظِيمُ

“Allah buyurdu: “Bu (qiyamət günü) elə bir gündür ki, düz danı­şan­lara düzlükləri fayda verər. Onları (ağacları) altından çaylar axan cən­nət­lər gözləyir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Al­lahdan razıdırlar. Bu, (möminlər üçün) böyük qurtuluşdur (uğur­dur)!” (Maidə: 119).



إِنَّ الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ يَهْدِيهِمْ رَبُّهُمْ بِإِيمَانِهِمْ تَجْرِي مِن تَحْتِهِمُ الأَنْهَارُ فِي جَنَّاتِ النَّعِيمِ

“İman gətirib yaxşı işlər görənləri Rəbbi iman gətirdiklərinə görə hidayətə (Cənnətə) qovuşdurar. (Bol nemətli) Nəim cənnətlərində onla­rın (qəsrləri, köşkləri) altından çaylar axar. [Və ya Rəbbi onlara iman­la­rı müqabilində (ağacları) altından çaylar axan Nəim cənnətlərinə yol gös­tərər].” (Yunus: 9).



وَأُدْخِلَ الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا بِإِذْنِ رَبِّهِمْ تَحِيَّتُهُمْ فِيهَا سَلاَمٌ

“İman gətirib yaxşı işlər görənlər isə (ağacları) altından çaylar axan cənnətlərə daxil ediləcəklər. Onlar Rəbbinin izni ilə orada əbədi qala­caq­lar. Onların orada bir-birinə (yaxud Allahın, mələklərin onlara) günay­dınlıq verməsi: “Salam!” (demək) olacaqdır!” (İbrahim: 23).



جَنَّاتُ عَدْنٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَذَلِكَ جَزَاء مَن تَزَكَّى

“Əbədi qalacaqları, (ağacları) altından çaylar axan Ədn cənnətləri. Bu, (günahlardan) pak olanların (təmizlənənlərin) mükafatıdır” (Taha: 76).

Quranda Musa ilə Xızırın tanışlığı barədəki məşhur qissədə deyilir:

فَوَجَدَا عَبْداً مِّنْ عِبَادِنَا آتَيْنَاهُ رَحْمَةً مِنْ عِندِنَا وَعَلَّمْنَاهُ مِن لَّدُنَّا عِلْما

(Musa və Yuşə orada) Öz dərgahımızdan mərhəmət (peyğəmbərlik və vəhy, yaxud ilham və kəramət) əta etdiyimiz və Öz tərəfimizdən elm (qeybə dair bəzi biliklər) öyrətdiyimiz bəndələrimizdən birini (Xızırı) tap­dılar (Kəhf:65).

Bu deyilənlər nəticə etibarı ilə Musa ilə Xızırın “Məcməul-Bəh­reyn”də görüşməsinə dəlalət edir (7.s.199)..

Aşıq Qərib dastanında Əhməd Bəzirgan bu məqama belə işarə edir:

Haqq sənə göndərsin Xıdır İlyası,

Ağlar, sızlar gördüm nazlı Sənəmi.

Vardı sənə Şahsənəmin duası,

Ağlar, sızlar gördüm nazlı Sənəmi. (8..s.110)

Adətən Xızır mifologiyada və ədəbiyyatda daha çox dirilik suyuna yol tapan rəmzi bir əsatir qəhrəmanı kimi tanınır. Ona görə də istər şi­fa­hi xalq yaradıcılığında, istərsə də ədəbiyyatda dirilik anlamı önəmli yer tutur (7, 199).

Dastanın birinci misrasındakı “Haqq sənə göndərsin Xıdır İlyası” ifadəsi ilə sevgilisinin dərdindən diri ikən özünü ölmüş bilən Qəribə Musa peyğmbərin kömək etməsi arzulanır.

Açıq Qərib dastanının bu məqamında Güloğlanın Aşıq Qəribin sua­lı­na cavab verə bilmədiyini görən məclis əhli, aşıq, cavabını özün de – söylədilər. Aldı Qərib, görək nə dedi:

Dinləyin Qəribdən siz bu nidanı,

Kafe nundan Xuda qurdu binanı,

On iki qapıdı, sorma dünyanı,

Ömrümüz keçməkdə haman demişlər (8.s.85)

Beytin ikinci misrasında “kun, fəyəkun” ifadəsinə, yəni dünyanın ya­ranışının Xalıqın iki sözünə bənd olduğuna işarə edilir. Quranda:



بَدِيعُ السَّمَاوَاتِ وَالأَرْضِ وَإِذَا قَضَى أَمْراً فَإِنَّمَا يَقُولُ لَهُ كُن فَيَكُونُ

“Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaran­ma­sını istədiyi zaman, ona (o işə) yalnız: “Ol !” – deyər, o da (fövrən) olar” (Bəqərə: 117).

Beytin üçüncü misrasında isə on iki qapı ifadəsi ilə on iki ulduz, on iki İmam Rəsuli – Əkrəm (s.a.s) əhli-beytindən, Peyğəmbər salavatul­lah və qızı hz.Fatimədən (ə) başqa olan məsumlara işarə edilir (6, 237-238).

Hədislərin birində Peyğəmbər belə buyurdu: “İnsanların işi o vaxta qədər davam edəcəkdir ki, onlar üçün on iki xəlifə olsun və onların hamısı Qureyşdəndir”.

“Qəza qələm alıb yazı yazanda” – misrası ilə ustad aşıq Quranı-Kə­rimin Məkkədə nazil olmuş “Nun və Qələm” surəsinə – mələklərin löv­hi-məhfuzda insanların qəzavü-qədərinin məhz qələmlə yazılmasına işa­rə edir, təşxis sənəti ilə cansız qələmi canlandıraraq onun xilqətin hə­ya­tındakı rolunu vurğulayır (6, 236). Dilsuz və Xəzangül dastanından bir nümunə:

Gözəllər köksündə sərxoş gəzəndə,

Gül nərgizi dəstdə tutub üzəndə.

Qəza qələm alıb yazı yazanda

Bəxtin qara yazan verdi güllü bağ.(5.s.42)

Yalnız ərəb-İslam mədəniyyətində deyil, bütün dünyada öz bən­zər­siz bəlağəti ilə seçilən Quranın mövzu, motiv və islahatları ədəbiyyatda işlədilərək onun məna dəyərini artırmış, hikmət, ibrət və nəsihətin in­sanlığa çatdırılmasında önəmli rol oynamışdır.

Qəzavü-qədər bu sayaq istilahlardandır. Istər xalq yaradıcılığında, istərsə də klassik irsdə bu mövzuya geniş yer verilmişdir. “Məhəmməd və Güləndam” dastanının ustadnamə hissəsində də bu məsələ ürəyə ya­tım­lı, sadə xalq dilində öz əksini tapmışıdır:

Qazav-qədər başa salsa qaranı,

Döylətə dost olan etməz çaranı.

Kasatlığa düşsə kəsər aranı,

Tikə dostu dövlət, malı gözdiyər (8.s.7)

İnsan qədərini hansı amillərin həll etdiyini Qurani-Kərimin ayələrin­dən aydın şəkildə anlaya bilərik (Bir-birinizin malını haqqınız olmadığı hal­da yeməyin – Bəqərə: 188); (Allaha tam bir itaətlə boyun əyməyincə - Nisə: 65); (İnsanlar arasında ədalətli hökm olmazsa,onlara zülm edi­lərsə - Yunus: 54); Məryəm: 61, əz-Zumər: 69, əl-Qiyamə: 13

Bütün bunlardan belə nəticə çıxır ki, bəşər övladının yaranışından tutmuş keçdiyi ömür yolu Allah-Təalanın nəzəri altındadır.

Allaha sığınan Onun mərhəməti, rəhmi nəticəsində haqq yoluna gə­lər, digər bir qismi isə haqdan qaçaraq zəlalətə düçar olar.



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin