Ədəbİyyat:
-
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, Əlyazmalar Kataloqu. I cild, M.S.Sultanov. Bakı: 1963
-
Müslihəddin Mustafa Süruri.“Bəhrül-Maarif”, AMEA Əlyazmalar İnstitutu arxivi, şifrə M-20-3329 (Ərəb əlifbası ilə)
-
Karatay Fehmi. Topkapı Saray Müzesi Kütüphanesi, Türkçe yazmalar Kataloğu, c. I, II. İstanbul: 1961
-
Karabulut Ali Rza. Kayseri Raşid Efendi Kütüphanüsindeki Türkçe, Farsça, Arapça Yazmalar Kataloğu. Kayseri: 1982
-
Milli Kütüphane Yazmalar Kataloğu. VI cild Milli Kütüphane Yayınları. Ankara: 2001
-
Türkiye Yazmaları Toplu Kataloğu, c. I. Ankara:1981
-
Bloshkoviç Jozefa Arabcke, Turecke a Perzske Rukopisy Universitnej Kniznice v Bratislave. Bratislava: 1961
-
Zettersteen K.V. Zettersteen Die Arabishchen, Persischen und Turkischen Handschriften der Universitäts Bibliothek zu Uppsala. Uppsala: 1930
-
www.suleymaniye.gov.tr.com
-
www.yazmalar.gov.tr.com
-
www.kygm.kultur.gov.tr.com
-
www.mktub.gov.tr.com
İbrahim Qulİyev
(Bakı İslam Universiteti)
ƏLLAMƏ MƏHƏMMƏD BAĞIR MƏCLİSİNİN
“BİHARÜL-ƏNVAR” ƏSƏRİNDƏ DİN VƏ TƏBİƏTŞÜNASLIQ PROBLEMLƏRİ
Əllamə Məhəmməd Bağır Məclisi XVII əsrin ən görkəmli ilahiyyatçı alimlərindən və filosoflarından biridir. Onun qələmə aldığı coxcildlik “Biharül-ənvar” əsəri islam elmləri ilə yanaşı bir çox dünyəvi elmləri də əhatə etməkdədir. “Biharül-ənvar” əsərində din və təbiətşünaslıq problemlərinin öyrənilməsi, müasir ictimai həyatın aktual məsələlərinin, xüsusilə islam maarifinin inkişaf edib yayılması qanunauyğunluqlarının və o dövr üçün təbiətşünaslığın əldə etdiyi nailiyyətlərin ilahi qüdrətə aid olub, aləmlərin boş yerə yaradılmadığına inam bəsləmək üçün mühüm əhəmiyyətə malikdir.
Müəllif adı çəkilən əsərində dinin mənşəyi və mahiyyəti, onun idrak kökü, dinin yer üzərində insanın əmələ gəlməsinə münasibəti və bir sözlə din və təbiətşünaslıq problemlərinə aid məqamlara toxunmuş və bunları islam fəlsəfəsi çərçivəsində izah etməyə çalışmışdır. O, dinin necə və nə zaman əmələ gəlməsini doğru-düzgün başa düşmək və onun ictimai həyatdakı rolunu təyin etmək üçün hər şeydən əvvəl elmə müraciət etməyin zəruri olduğunu vurğulamışdır. Buna görə də müəllif əsərə ilk öncə elmə aid xüsusi fəsil açmış, orada Qurani-Kərimin ayələrini, daha sonra isə hədisi-şərifləri yazmaqla başlamış, islamın elmə verdiyi dəyəri ön plana çəkmişdir (1, c.I, s.162, I fəsil). Əllamə Məclisi adı çəkilən əsərində din və təbiətşünaslıq arasında olan münasibəti islam təfəkkürü çərçivəsində işıqlandıraraq elmlə dinin arasında heç bir ziddiyyətin olmadığını, əksinə elmlə dinin vəhdət təşkil etdiyini xalq kütlələrinə göstərmişdir.
Əllamə Məclisi əsərdə yerin və göyün yaradılması haqqında böyük fəsillər açaraq əsərin 54-cü cildindən 63-cü cildinə qədər olan məlumatları tam olaraq təbiətşünaslıq problemlərinə həsr etmişdir. O, yerin və göyün yaradılmasını mütləq ilahi qüdrətə bağlayaraq (1, c.54, s.2, c.60, s.95, 130) Onun izni olmadan heç bir varlığın yarana bilməyəcəyini qeyd etmişdir. Həmçinin o, elmin insanlara Allah tərəfindən verildiyini və onun ilahi xarakterə malik olduğunu bildirmişdir. O, hər bir səmavi dinin elm üzərində qurulduğunu, elmsiz heç bir ibadətin fayda verməyəcəyini qeyd etmişdir. Müəllif elmin təbiət və cəmiyyətin inkişaf qanunlarını üzə çıxardığını, insanı maarifləndirdiyini və onun mənəvi görüş dairəsini genişlətdiyini yazır. Elmlə yanaşı dini ideologiyanın da insanlara müsbət biliklər verdiyini, din vasitəsilə cəhalət və nadanlığın aradan götürüləcəyini və nəhayət, elmsiz insanın əşyadan da dəyərsiz bir varlıq olduğunu vurğulayan müəllif insanlara elm öyrənməyin zərurətini anlatmışdır (1, c.I, s.150).
Əllamə Məclisiyə görə dinin meydana gəlməsi və mahiyyəti
Əllamə Məclisi məşhur “Biharül-ənvar” əsərində dinin lüğəti və terminoloji mənalarına toxunmuşdur. O, müsəlman alimlərinin dinin etimoloji mənşəyi haqqındakı müxtəlif fikirlərini qeyd etməklə yanaşı, onun ərəb mənşəli “diyanət” kökündən gəldiyini və cəza, mükafat, yol, adət, şəriət, qanun mənalarında olduğunu qeyd etmişdir. Dinin terminoloji mənasına gəldikdə isə müəllif dinin Allahın qarşısında boyun əymək, onun göstərdiyi bütün qayda-qanunlara tərəddüdsüz əməl etmək, onun əmr və qadağaları əsasında yaşamaq, insanların etdikləri əməllərə görə mükafat və cəzalanmalarını göstərən nizam-intizam külliyyatı olduğu qənaətindədir (1, c.64, s.123).
Deməli, Əllamə Məclisiyə görə din anlayışının mənalarını bu şəkildə qruplaşdırıldırmaq mümkündür:
1.Cəza, mükafat, hökm, hesab,
2.Üstün gəlmə, hakimiyyət, zəlil etmə, məcbur etmə,
3.İtaət, təslimiyyət, xidmət, ibadət,
4.Adət, yol, qanun, şəriət, millət, məzhəb.
Dinin meydana gəlməsi məsələsinə toxunan müəllif onun ilk insan olan Adəmin (ə) özü ilə birlikdə meydana gəldiyini, Allah tərəfindən ona dinin (peyğəmbərliyin) verildiyini göstərmişdir. Bununla da o, dinin bəşər idrakı qədər qədim olduğunu və buna inamın əsas olduğunu vurğulamışdır. Müəllifin bu qənaətə gəlməsi onun din insan qədər qədimdir və harada insan varsa orada din vardır sözünün nə qədər doğru olduğunundan xəbər verir.
Müəllif islam inancını əsas tutaraq ona görə dinin qurucusu Allahdır deyir. “Biharül-ənvar” əsəri araşdırıldıqda məlum olur ki, müəllifə görə bütün haqq dinlər Allahdan gəlmiş və səmavi xüsusiyyətlərini qoruduqları müddətcə qüvvədə qalmışlar. İlk insan eyni zamanda ilk peygəmbərdir və ona verilən din də tövhid dinidir. Müəllifə görə Adəmdən (ə) Məhəmməd peyğəmbərə (ə) qədər bütün peyğəmbərlərin gətirdiyi haqq dinlərin ortaq adı islamdır. Ancaq tarixin axışı içində insanlar haqq dindən uzaqlaşmışlar və bəşəri zəiflik nəticəsində dində meydana gələn təhriflər səbəbiylə Allah peyğəmbərlər göndərərək insanları ya qədim dinlərini əsl şəkliylə öyrənib tətbiqə çağırmış və ya yeni bir din və şəriət göndərmişdir.
İnsan başlanğıcda Allah tərəfindən “ən gözəl bir biçimdə” (2, ət-Tin 95/4) yaradılmışdır. Adəmdən (ə) etibarən bütün insanlar Allah tərəfindən göndərilən tövhid dininin əsaslarını qavrayıb mənimsəyəcək və həyatlarını bu əsaslara görə təşkil edəcək səviyyədə zehni, ruhi və bədəni gücə sahib qılınmışdır. Allahın başlanğıcdan etibarən insanlara bildirdiyi dinin tövhid (hənif) dini olduğu və onların bu dini mənimsəməyə uyğun bir fitrətdə yaradıldığı bildirilmişdir. Əllamə Məclisi ayələrə istinad edərək insanda haqq dini mənimsəmə mövzusunun fitri olduğunu, necə ki, hənif anlayışının “doğru dini mənimsəməyə uyğun” mənasını da daşıdığını ifadə etmişdir. Ayrıca yuxarıdakı ayədə geçən “fitrətullah” təbiri müəllifə görə “Allahın dini” deməkdir ki, o da islam və tövhiddir. İstər bu ayədə, istərsə də digər bir çox ayə və hədislərdə haqq dinlərin ilahi qaynaqlı olduğu israrla vurgulandığından islam alimlərinin dinə verdikləri təriflərin hamısında olduğu kimi, Əllamə Məclisidə də dinin Allah tərəfindən qoyulmuş, ilahi təşkilat qeydi diqqətlə qorunmuşdur.
Müəllif əsərdə dinin psixoloji köklərinə də toxunmuşdur. Ona görə Allah sevgisi və qorxusu iki istiqamətdən insanın ruhi primitivliyini aradan qaldırar, ona qüvvətli bir iradə və möhkəm bir xarakter qazandırar. Belə kəslərin daxilində yaşadığı cəmiyyətdə fəzilət yarışı başlar. Din insana həm instinktlərinin və maddə aləminin əsiri olmadığı, həm də sonsuz bir azadlıq və müstəqillik içində olmadığı şüurunu verir. İnsan eqoist duyğularına, canlı və cansız təbiətə deyil, tək hər şeyin sahibi olan Allaha boyun əyəcək. Dinin bu təlqini insana həqiqi azadlıq qazandırır. Artıq insan yaranmışlar qarşısında və təbiət hadisələrinin qarşısında heyrət və dəhşətə düşməyəcək.
Dinin əsas mahiyyətinin Allaha inam olduğunu qeyd edən müəllif əsərdə xüsusi “Tovhid” fəsli açmış (1, c.III, s.230), orada Allahın kosmoloji, ontoloji və teoloji yollarla isbat olunmasını ön plana çəkmişdir. O, insanın yalnız Allaha ibadət etməsini, bu ibadətdə kor-koranə və şüursuz şəkildə deyil, o uca varlığı tanıyaraq bu işi icra etməsini zəruri saymış və bununla da dini ideologiyanın mahiyyətini açıb göstərə bilmişdir. Müəllif əsərdə Allahı kainatın yaradıcısı və onun işlərini idarə edən kimi xarakterizə edir, onu hər şeyə qadir, hər yerdə mövcud və hər şeyi bilən varlıq kimi təsvir etmişdir. O, qədim filosofların Allahın varlığını sübut etmək üçün kosmoloji, ontoloji və teoloji dəlillərin ağlabatan olduğunu vurğulamış və yeri gəldikcə bu dəlillərdən faydalanmışdır (1, c.V, s.82, 127).
Əllamə Məclisiyə görə təbiətşünaslıq problemləri
Məlum olduğu kimi, Qurani-Kərimdə və hədisi-şəriflərdə kifayət qədər dünyəvi elmlərə, o cümlədən təbiətşünaslığa aid problemlər öz əksini tapmışdır. Quranı-Kərimin ayələrinin bir qismi elmi ayələr adlanır. Müsəlman alimləri də bu ayələrin yozumu ilə mükəmməl məşğul olmuş və onu öz dövrlərinin elmi nailiyyətləri əsasında şərh etməyə çalışmışlar. Bunun əsas səbəblərindən biri də bəzi fiqhi məsələlərin bu elmlərlə sıx əlaqəsindən irəli gəlməkdədir. Çünki təbiətşünaslıq elmlərinin vasitəsilə müsəlmanlar qiblə, namazlarının vaxtlarını, kür suyunun miqdarını, irsi bölgüləri və s. müəyyən edirlər. Artıq XVII əsrdə təbiətşünaslıq elmlərinə, xüsusilə də islam astronomiyasına Əllamə Məclisi yeni inkişaf vermişdir. Belə ki, o, Səfəvilərin paytaxtı olan İsfahanda Rəsədxana tikdirmiş və buraya bütün dünyanın tanınmış elm xadimlərini toplamışdı. Beləliklə, onun dövründə İsfahan şəhəri riyaziyyat və astronomiya elmlərinin inkişaf mərkəzi olan bir şəhər olmuşdur.
Əllamə Məclisinin “Biharül-ənvar” əsərində riyaziyyat elmlərinə aid bəzi problemlər də öz əksini tapmaqdadır. O, bu elmin Allah tərəfindən insanlara bir nemət olaraq verildiyini qeyd etmiş və İmam Əlinin (ə): “hesab Allah tərəfindən insanlara verilmiş bir nemətdir” hədisini rəvayət etmişdir. Əllamə Məclisi astronomiya və riyaziyyat elmlərində mükəmməl məlumatlara malik olmuş bir alim idi. O, adı çəkilən əsərinin (1, c.83, s.137-144, c.61, s.270, c.70, s.139, c.82, s.260) cildlərində məsələ ilə əlaqəli problemləri işıqlandırmışdır.
Şübhəsiz ki, Əllamə Məclisi “Biharül-ənvar” əsərində öz dövründə olan təbiətşünaslıq elmləri nöqteyi-nəzərindən çıxış edərək bəzi müddəalar irəli sürmüşdür. Onun astronomiya və riyaziyyat elmləri sahəsindəki fikirləri alimin o dövrdə məlum olan və bu sahələrdə yazılan əsərləri dərindən mütaliə etməsindən və bu sahədə mükəmməl bilik sahibi olmasından xəbər verir. O, “Bihaül-ənvar” əsərində astronomik məlumatları da izah etmişdir. Müəllif Qurani-Kərimdə keçən səma və ərz kəlmələrinin leksik mənasını belə izah edir: “Yer aşağı olduğuna görə ərz adlanıb. Çünki ərz sözü aşağı, alçaq mənalarındadır. Səma isə yüksək və ucalıq mənalarını ifadə edir” (1, c.54, s.4). Alim yerlərin və göylərin altı gündə yaradılması problemi haqqında İbn Abbasdan belə bir hədis nəql edir: “Ayədə olan altı gündə məqsəd axirət vaxtıdır” (1, c.54, s.6). Lakin müəllif bu fikri qəbul etməyərək burada dünya vaxtı olduğu qənaətindədir. Həmçinin o, Allahın bütün aləmləri bir göz qırpımında yaratmağa qadir olduğunu, lakin mələklərə ibrət olsun deyə onları tədricən yaratdığını söyləyir (1, c.54, s.6).
Əllamə Məclisi “Biharül-ənvar” əsərində astronomiya elminin mühüm problemlərindən olan göy cismlərinin tərkibi, göy cismlərinin hərəkəti, ulduzların uzaqlığı və bu tədqiqatlardan əldə edilə biləcək hər hansı bir bilgi haqqında məlumat vermişdir (1. C.74, s.76). O, günortanın yarı olması xəttini, qiblənin bilinməsi və b. məsələləri araşdırmaq üçün astronomik və digər həndəsi cihazlardan istifadə etmişdir. O, bu elmlər sahəsinə aid bəzi problemləri o zaman daha məşhur olan qədim müsəlman və hind alimlərinin görüşləri əsasında işıqlandırmışdır. Əllamə Məclisi astronomiyaya aid problemlərə toxunan zaman demişdir: “Biz tanınmış ölkələrin dəyişmə meylinin miqdarını qeyd etdik, necə ki, tədqiqatçılar astronomiya sahəsində yazılan əsərlərə müraciət edə bilərlər. Ola bilsin ki, oxucu bi kitabda başqa şeylərə ehtiyac duysun” (1, c.74, s.76).
Müəllif adı çəkilən əsərində günəşin əyilməsi nəticəsində namazın vaxtının müəyyən edilməsi haqqında da məlumat vermişdir. O, yazır: “Burada bölgəmiz İsfahan şəhərində olan zavalın (günəşin əyilməsi) kölgəsinin miqdarını qeyd etdik. Həmçinin bu şəhərə yaxın olan bölgələrin də. Onun ərazisi 320-dir və yaxudda ona yaxındır” (1, c.82, s.371).
Əllamə Məclisi din və təbiətşünaslığın kainatın əmələ gəlməsi və mahiyyəti haqqında olan məlumatları təkcə bir yerə toplamaqla kifayətlənməyib, eyni zamanda bu məsələyə də öz münasibətini bildirmişdir. O, Qurana (2, Bəqərə, 29) əsaslanaraq göylərin yeddi təbəqədən ibarət olduğunu (1, c.54, s.1) bu haqda Bətlyəmusun (Ptolomeyin) “göylər doqquz təbəqədir” dediyi fikrinin yanlış olduğunu vurğulamışdır (1, c.54, s.5). Müəllif Əllamə Süyutinin “əd-Dürrul-mənsur” əsərində rəvayət olunan “yerlə göyün və hər göyün bir-birləri ilə olan ara məsafələri beş yüz min illik məsafə qədəridir” hədisinə də münasibətini gizlətməmişdir (1, c.55, s.98). Həmçinin o, qədim astronomların yerin bütün kainatın mərkəzi olduğunu və hərəkətsiz vəziyyətdə qaldığını görüşünü də qəbul etməyərək yer kürəsinin hərəkətdə olduğu fikrini təsdiqləmişdir (1, c.54, s.8). Yerin günəş ətrafında orbita üzrə hərəkət etməsi, onun günəş ətrafında tam bir il müddətində hərəkət etməsi, günəş və ayın da hərəkətdə olması fikrini o, əsərdə qeyd etmişdir (1, c.54, s.216). O, Allahın yer kürəsini yaradaraq onun üzərində insanların yaxşı yaşamasını, günəşin yeri qızdırması, ayın qaranlıq gecələri işıqlı etməsi və ulduzların isə vaxtı təyin etmək üçün yaradıldığını vurğulamışdı (1, c.54, s.11, 15). Həmçinin o, yerin əzəli deyil, Allah tərfindən sonradan yaradıldığı fikrini təsdiq edib bunu fəlsəfi dəlillərlə də əsaslandırmağa çalışmışdır (1, c.54, s.225).
Müəllifin əsərdə münasibət bildirdiyi təbiətşünaslığın ən mühüm problemlərindən biri olan yer üzündə insanın əmələ gəlməsi problemidir. Bu haqda o, yazır: “Yer üzü bom-boş idi. Orada heç bir kimsə belə yox idi. Bu zaman Allah mələklərə: «Mən yer üzündə xəlifə yaradacağam» dedi. Bunun üçün O, Cəbraili (ə) yer üzünə göndərib onun müxtəlif şirin və şoran torpaqlarından götürməsini və insanın indiki şəklindəki kimi yoğurmasını əmr etdi. Cəbrail (ə) əmri yerinə yetirdikdən dərhal sonra Allah ona öz ruhundan üfürdü və beləliklə ilk insan Adəm (ə) yarandı. Adəm (ə) yer üzünün torpağından yaradıldığı üçün (ədimul-ərz) belə adlandırılmışdı (1, c.54, s.94).
Əllamə Məclisi gecə və gündüzün yaranma səbəbləri və s. haqqında məlumatlar vermişdir. O, gecə və gündüz saatlarının iyirmi dörd saat olduğunu qeyd etmişdir (1, c.56, s.1). Hətta o, qədim ərəblərin gecə və gündüzün hər saatına xüsusi adların verdiyini də əsərdə qeyd edib (1, c.56, s.7).
Beləliklə, Əllamə Məclisi “Biharül-ənvar” əsərində günəş sistemini, onun hərəkət və inkişaf qanunauyğunluqlarını, yerlərin və göylərin yaranması, gecə və gündüzün bir-birini əvə etməsi və nəhayət yer üzərində həyatın əmələ gəlməsi problemlərini dinə və elmi nailiyyətlərə əsaslanaraq şərh etməyə çalışmışdır. İndi onun dövründən 300 ildən artıq vaxt keçmiş, göy cismlərini, yerdə həyatın əmələ gəlməsini və s. problemləri öyrənmək üçün yeni və daha təkmil cihazlar ixtira olunub, nəzəriyyələr irəli sürülmüşdür. Məsələn, Əllamə Məclisinin ölümündən təxminən 60 il sonra göy cisimlərinin tərkibini öyrənmək üçün 1858-ci ildə spektroskop adlı cihaz kəşf edildi. Spektroskopun astronomiya elmində kəşf edilib tərbiq edilməsi günəş, ulduzlar, planetlər və s. göy cisimlərinin tərkibi haqqında hansı maddələrin olduğunu öyrənməyə imkan verdi.
Əllamə Məclisinin “Biharül-ənvar” əsərində təbiətşünaslıq problemləri haqqında dediyi ayələr, hədislər və fikirlər kainat və onun qurluşu haqqında olan elmi məlumatlarla uyğun gəlir. O, ən azından bu dedikləri ilə sübut etmişdir ki, maddi olan bu aləmlərin hamısı ilahi qüdrətlə yaranıb və onunla da idarə olunur.
MƏNBƏLƏR:
-
Əllamə Muhəmməd Baqir Məclisi, Biharül-ənvar li durəri əxbari əimmətil-əthar, II çap, Beyrut-1403/1983.
-
Qurani-Kərim, ərəb dilindən tərcümə edənlər: Z.M.Bünyadov və V.M.Məmmədəliyev, Azərnəşr-1991.
-
Farabi, İhsaül-ülum, (nəşr: Osman Əmin), Qahirə-1968.
-
İxvanüs-səfa, Rəsail, Beyrut-1376-77/1957.
-
Əbu Əli ibn Sina, Risalə fi ülumil-aqliyyə, Qahirə-1326/1908.
-
Hacı Sabir Həsənli, İslam Mədəniyyətində Elm, elm və həyat nəşriyyatı, Bakı-1998.
-
Rəbiyyət Aslanova, İslam və Mədəniyyət, Azərbaycan Universiteti nəşriyyatı, Bakı-2002.
MÜƏLLİFLƏRİN AD GÖSTƏRİCİSİ
Paşa KƏRİMOV 4-13
Əli MƏMMƏDBAĞIROĞLU 13-19
Nəsib Göyüşov,
Könül Mİrzəyeva 19-35
Azadə Musayeva 35-49
Möhsün Nağısoylu 49-58
Tahirə Həsənzadə 58-65
Möhsün Nağısoylu,
Şəhla Abdullayeva 65-72
Nailə Səmədova 73-77
Kamandar Şərİfov 77-82
Tahirə Nurəlİyeva 82-87
Mehri Məmmədova 87-91
Sevinc Axundova 91-95
Əkrəm Bağırov 95-99
Sevər Cabbarlı 99-103
Nailə Mustafayeva 103-105
Raqub Kərİmov 106-117
Aybəniz Rəhİmova 117-123
Nailə Süleymanova 123-127
Lalə Əlİzadə 127-133
Əfsanə Məmmədova 133-143
Həsənağa NƏCƏFOV 143-151
Nəzakət Məmmədlİ 151-163
Nəzakət Qazıyeva 163-169
Zəkiyyə Əbİlova 169-174
Гюляра Агасиева 174-175
Səbinə Nemətzadə 176-182
Yədulla Dadaşlı 182-187
Zivər Hüseynlİ 187-192
Güntəkin Bİnnətova 192-199
Könül Hacıyeva 199-205
Mehmet Rıhtım 205-212
Lalə Bayramova 212-219
Razım Əlİyev 219-227
Tural Sadıqlı 227-234
Vahid Adil Zahİdoğlu 234-242
Lalə Sultanova 243-249
Aysel Şərİfova 249-252
Zaur Orucov 253-256
Teyyubova Pərvanə 257-259
Aynur Hacıqədİrlİ 259-267
Xatirə KƏRİMOVA 267-269
Sevinc Rəhnulla 269-272
Şəfiqə Abdullayeva 272-277
Rüfət Qarayev 277-286
Rüxsarə Məmmədova 286-289
Tahirə Əlİyeva 289-293
Qətibə Vaqİfqızı 293-298
Mətanət Muradova 298-301
İradə Qaİbova 301-310
Mir Firidun RİYAZİ 310-315
Ağayev Pərvİz 315-322
Mahirə Qulİyeva 322-334
K.H.İmamqulİyeva 334-341
Elnurə Babayeva 341-344
Əbülfəz Rəhmanİ 344-353
Рена Мамедова 353-355
Aynurə Əlİyeva 355-357
Gülər Əmirəhmədova 357-360
Yaqub Mütəllİbİ 361-362
Fəridə Əlövsət Əlİyeva 362-366
Gülnur Mahmudova 366-374
Əliəkbər ƏHMƏDİ MÜQƏDDƏM 374-376
Sona XƏYAL 376-378
Нурангиз Гусейнзаде 378-384
Rübabə Şİrİnova 385-390
Sevda Hüseynova 390-397
Rəna İskəndərlİ 397-401
Mir Tohid Yüzbaşi 401-404
Tünzalə Seyfullayeva 404-408
Əbdülrza Balazadə 408-416
Musarza Heydərzadə 417-424
Саадат Муршудова 424-429
Xanım Əsədova (Abdullayeva) 429-434
Həcər Sultanova 434-441
Rəxşəndə Kərİmova 441-444
Yeganə Rəhnulla 444-447
Könül Bağırova 448-454
Şəhla Xəlİllİ 454-461
Samirə Əlİyeva 461-465
Hüseyn KƏRİMİ 465-469
Ülkər Səmədova 470-477
Lamiyə Rəhİmova 477-482
Xədicə Buturabİ 482-487
Şüca Cavanpərəst 487-496
Məryəm Zareİ Əqdəm 496-504
Faizə Müslİhİ 504-510
Kərimulla Məmmədzadə 510-520
İbrahim Qulİyev 520-525
Dostları ilə paylaş: |