Sözbətimizin mövzusu ibadətin niyyəti idi. Qeyd etdik ki, bütün əməllərin dəyəri niyyətdən asılıdır. Namaz kimi bir sıra xüsusi ibadətlər-də niyyət saf olmazsa, bu əməllər nəinki fayda verməz, hətta əzaba səbəb olar. Riyanın əlamətlə-rindən danışdıq və dedik ki, əməlin faydalı olması üçün riyadan çəkinmək lazımdır. Riyanın ziddi ixlasdır. Bəs ixlas nədir? Məgər Allahın ehtiyacı varmı ki, biz bütün işləri onun razılığı üçün görək? “İnsan” surəsinin 9-cu ayəsində buyurulur: “(Müxlis bəndələr deyər:) Biz sizi yalnız məhz Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir əvəz və nə də bir təşəkkür istəyirik.” Burada incə bir nöqtəyə toxunmaq lazım gəlir. Əksər fəqihlərin fikrincə ibadət Allaha itaət məqsədi ilə yerinə yetirilməlidir. Bunun digər bir ifadə vasitəsi “Allaha yaxınlaşmadır” yə`ni ibadətdə məqsəd bəndənin Allaha yaxınlaşması-dır. Qarşıdakı söhbətlərdə çalışacağıq ki, “Allaha görə əməl” ifadəsini bir qədər də aydınlaşdıraq.