ÅXëlxgghpxn nclplhkxn ncpxl



Yüklə 3,76 Mb.
səhifə139/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   135   136   137   138   139   140   141   142   ...   186

DÜZGÜN NİYYƏT


Bə`zi rəvayətlərə görə ibadətlər üç qismə bölünür. Bu rəvayətlərə görə ibadətin bir növü “qulların ibadətidir”. Ağasından qorxduğu üçün ona itaət edən qul kimi bə`ziləri Allaha cəhənnəm əzabı qorxusundan itaət edərlər. İkinci növ ibadət “tacirlərin ibadətidir”. Tacir qazanc üçün çalışdığı kimi bir qrup insan da behişt ne`mətlərini əldə etmək üçün sə`y göstərərlər. Bu insanların namazı, orucu, cihadı, hər bir əməli qazanc üçündür. “Səf” surəsinin 10-11-ci ayələ-rində oxuyuruq: “Ey iman gətirənlər! Sizi ağrılı əzabdan qurtara bilən bir ticarət göstərimmi? Allaha və onun peyğəmbərinə iman gətirərsiz, malınızla və canınızla Allah yolunda cihad edərsiz. Əgər bilsəniz, bu sizə daha xeyirlidir.” “Tövbə” surəsinin 111-ci ayəsində isə belə buyurulur: “Şübhəsiz ki, Allah mö`minlərin canlarını və mallarını haqq olaraq və`d edilmiş cənnət qiymətinə almış-dır”. Bu ayələrdən mə`lum olur ki, behişt tamahı və cəhənnəm qorxusu ilə yerinə yetirilən ibadətlər ali ibadət olmasa da qəbuldur. Əlbəttə ki, yalnız axirətə inanan insan behişt tamahı, cəhənnəm qorxusuna görə sədəqə verər, oruc tutar, cihada gedər. Əlbəttə insan imanının bu mərtəbəsi ilə kifayətlənməməlidir. İnsan elə bir məqama nail olmalıdır ki, Allahı ibadətə layiq bilərək itaət etsin. Belə bir itaət ən üstün itaətdir.

Qəribəliklərlə dolu dövrümüzdə əslində e`tiqadı nöqsanlı olan müəyyən insanlar behişt və cəhənnəmə görə ibadəti əxlaqa zidd hesab edirlər. Bəs bu təbəqənin Allahı ibadətə layiq bilib Ona ibadət edən övliyalarla fərqi nədir? Övliyalar özləri behişt və cəhənnəmə xatir ibadət etməsələr də, behişt və cəhənnəmə xatir ibadəti məqbul bilirlər. Cəhənnəmdən qorxub qeybət etməmək üçün böyük iman lazımdır. Əgər behişt istəyi və cəhənnəm qorxusu insanı xeyirxahlığa, ədalətə, fədakarlığa sövq edirsə, bunun nəyi pisdir? Demək, süfrəsində Allahın haram buyurduğu şərabla dolu badələr düzüldüyü halda “qorxudan və tamahdan qaynaqlanan” ibadəti əxlaqsızlıq adlandıranların özlərində axirət e`tiqadı yoxdur. Axirətə inamsız insanın isə Allahı olduğu kimi tanıyıb, Ona e`tiqad etməsi qeyri-insani-mümkündür. Deyilənlərə sübut olaraq məşhur bir hədisə müraciət edirik. Həzrət Əli (ə) buyurur: “Bir dəstə insan hədiyyə ümidi ilə Allaha pərəstiş edir–bu, tacirlərin ibadətidir. Başqa bir dəstə Allaha qorxudan ibadət edir–bu, qulların ibadətidir. Digər bir dəstə isə Allaha təşəkkür üçün ibadət edir–bu, azadların ibadətidir”.1

Hədisdə “hürr” adlandırılan bu insanlar cəhənnəm qorxusu və behişt tamahından azad olanlardır. Bu insanları hər şeydən əvvəl Allahın razılığı maraqlandırır. Onlar bu razılığı qazanmaq üçün hər cür əzab-əziyyətə dözməyə hazırdırlar. İmam Səccad (ə) bir münacatda belə buyurur: “And olsun izzət və cəlalına, əgər Sənin razılığın mənim tikə-tikə doğranıb, ən çətin halda ölməyimdə olsa, yenə də, Sənin razılığını daha əziz tutaram”.2 Bu sözlərə əməl etmək olduqca çətindir. İmam Sadiqin (ə) bu buyuruğunu bir saat işgəncə altında qalan insan dərk edər. “Kumeyl” duasında oxuyuruq: “Pərvərdigara, tutalım, Sənin əzabına səbr etdim, bəs Səndən uzaqlığa necə dözərəm?” Şe`rdə bu sözləri işlətmək daha asandır. Amma oxuduqlarımız şe`r yox, mə`sumların (ə) dilindən qopmuş həqiqətdir. İmam Səccad (ə), Həzrət Əli (ə) kimi mə`sumlar daim Allaha yaxın olduqların-dan Ondan uzaqlığı özləri üçün əzab hesab edirlər. Amma bu yaxınlığı duymamış adi insanlar üçün Allahdan uzaqlıq da bir o qədər əzabverici görünmür. Vüsalı dadmayan fərağı dərk etməz. Amma Mə`sum İmamlarımız (ə) öz ardıcıl-larına belə bir məqamın mövcudluğu haqqında mə`lumat vermişlər ki, onlar da bu məqama çatmaq üçün sə`y göstərsinlər və yalnız dünyəvi ləzzətlər sorağında olmasınlar. İnsan təkcə axirət ne`mətləri barədə düşünməklə kifayətlənməməli, Allahın razılığını qazanmaq üçün sə`y göstərməlidir.

Dünyəvi eşqə mübtəla olanlar mə`şuqun razılı-ğının necə dəyərli olduğunu gözəl bilirlər. Aşiq bir anlıq mə`şuqun çöhrəsini görmək üçün gecəni sübhədək qışın şaxtasında ayaqyalın buz üstə durmağa hazır olur. O, öz məhbubunu görərkən bütün ağrılarını unudur. Övliyalar üçün Allahla yaxınlıq bu dəyərə malikdir. Onlar Allahın razılığını qazanmaq üçün bütün ağrı-acılara dözməyə hazırdırlar, hətta cəhənnəm əzabı olsa belə!



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin