BƏNDƏLİK MƏQAMINA NAİL OLMAĞIN YOLU
Qeyd etdik ki, kamilliyin zirvəsi Allaha yaxınlıq, bu zirvəyə aparan yol isə ibadət və bəndəlikdir. Bəndəliyin mə`nası Allaha bəndə, yə`ni qul olmaqdır. Kamillik odur ki, insan Allahın iradəsi olmadan heç nəyə qadir olmadığını anlasın. Nə qədər ki, Allahla bəndə arasında pərdələr mövcuddur, həqiqəti dərk etmək qeyri-mümkündür. Allaha bağlı olduğunu qəlb gözü ilə görən insan bütün hərəkət və fəaliyyətində Onun tə`sir qüvvəsini hiss edir.
Belə bir məqama çatmaq üçün ilk addım insanın özünü Allahın iradəsinə tabe etməsidir. Adi insanlar öz iradəsini müstəqil bilir. Belə ki, çoxlarının istəyi Allahın istəyindən fərqlənir. Nə qədər ki, insan üçün iki iradə mövcuddur, o, özünü azad hiss edir. Allahlıq iddiasına düşən Fir`on da özünü azad bilirdi. Fir`onun adi bəndələrdən fərqi azadlıq hissində ifrata varması idi. Əlbəttə ki, bu azadlıq həqiqi azadlıq deyil. Həqiqi azadlıq Allaha qul olub başqala-rının əsarətindən çıxmaqdır. İnsanın öz nəfsinə və özü kimi insanlara tabe olub Allahın qanunlarına itaət etməməsi bu günkü dünyada azadlıq hesab olunsa da, həqiqətdə əsl əsarətdir. Amma Allah insana buyurur: “Səni azad yaratdım, başqalarına qul olma!” Söhbətimizdəki azadlıq da məcazi mə`na daşıyır. “Allahın istəyinin mənə dəxli yoxdur” deyən insanın özünə elə gəlir ki, o azaddır. Bəndəlik odur ki, insan həqiqəti, yə`ni hər şeyin Allah iradəsindən asılı olduğunu anlayır. Nəfsin azadlığı bəndəliklə bir araya sığmır. Bəndəlik yolunda irəliləyən insan nəf-sini cilovladıqca kamal məqamına yaxınlaşır. Kamillik zirvəsinə çatdıqda isə nəfs unudulur və insan Allahın iradəsi ilə “nəfəs alır”.
Əgər bəndəlik məqamına çatmaq istəyiriksə, bizi bədbəxtliyə sürükləyən nəfsani istəkləri bir kənara qoyub Allahın istəklərini mehvər seçmə-liyik. Şəriətdəki vacib əməllər və haramlar ilahi istəyin təcəssümüdür. Bu hökmlərə əməl etməklə insan Allah iradəsinə təslimini möhkəmləndirir.
Dostları ilə paylaş: |